BETA KART (betacart) – 1) Əsasən xəbərlərin verilməsi üçün istifadə edilən avtomatik kaset sistemi. B.k.-da yanakı yüklənmiş xüsusi quruluşlu Betacam videomaqnitofonları tətbiq edilir; 2) Betacam formatı aparatında istifadə edilən videokaset.
BETAMAKS (betamax)– Yüksək sıxlıqlı videoyazı sistemi; yarım dyüm formatlı videokasetlər.
BƏDƏN ÜÇÜN DAYAQ (operator holder) – Əl kamerası ilə çəkiliş zamanı kameranı operatorun bədəninə bərkitmək üçün metal kronşteyn.
BƏDİİ QİRAƏT (recitation) – TV və radioda bədii ədəbiyyatı təbliğ formalarından biri; ədəbi əsərlərin (nəsr, poeziya, pyesdən monoloqlar) studiyada oxunması, estrada sənəti növü. B.q.-çi hər hansı ədəbi əsərin məzmununun açılışında özünəməxsus artistlik təxəyyülü, emosionallıq, aydın tələffüz və s. bədii ifadə vasitələrinə əsaslanır.