YAYIM KANALI (broadcast channel) – Verilişləri yaymaq üçün TV və radio ötürücüsünün istifadə etdiyi tezlik zolağı.
YAYIM KEYFİYYƏTİ (broadcast quality) – TV yayımlarının müəyyən edilmiş standart tələblərinə cavab verən keyfiyyətli təsvir.
YAYIM LİSENZİYASI (broadcast license) – Lisenziyalaşdıran orqanın yayımçı qarşısında qoyduğu tələb və şərtlərə məcburi əməl olunmaqla TV və radio yayımlarına, yaxud əlavə informasiya yayımına, qanuna əsasən verilən xüsusi razılıq.
YAYIM PROQRAMI (broadcast program)– Konkret zaman daxilində ardıcıl ifa edilən və bunun üçün müəyyənləşdirilmiş yayım kanallarına paylaşdırılan yayım verilişləri kompleksi.
YAYIM SAHƏSİNDƏ TƏDQİQAT ŞURASI (broadcast research council) – XX əsrin 60-cı illərində ABŞ konqresinin teleproqramların kütləvilik indeksini tədqiq etdikdən sonra yaradılmış peşəkar mütəxəssislər təşkilatı. Y.s.t.ş. tamaşaçı auditoriyasının öyrənilməsi ilə məşğuldur.