İntizam tənbehi. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı
maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, işçi əmək funksiyasını tam və ya
qismən yerinə yetirilmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirildikdə, bu
Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə
müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda
işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər:
a) töhmət vermək;
b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək;
c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının ¼-i
məbləğindən çox olmamaq şərti ilə cərimə etmək;
ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv
etmək.
Qanunlarda, Nizamnamələrdə və Əsasnamələrdə işçilərin ayrı-ayrı
kateqoriyaları üçün, həmçinin digər intizam tənbehləri nəzərdə tutula bilər.
Azərbaycan
Respublikasının
qanunlarında,
nizamnamələrdə
və
əsasnamələrdə nəzərdə tutulmayan intizam tənbehlərinin tətbiqinə yol verilmir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsində bütün
işçilərə aid olan intizam tənbeh tədbirləri ümumidir. Lakin, yuxarıda deyildiyi kimi
işçilərin ayrı-ayrı kateqoriyasına digər intizam tənbeh tədbirləri tətbiq oluna bilər.
Məsələn, Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli qanunu ilə
təsdiq edilmiş «Azərbaycan Respublikasının Daxili İşlər Orqanlarında xidmət
keçmə haqqında Əsasnamə»nin 114 –cü bəndində, Xidməti İntizam qaydalarını
pozmağa görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsində
nəzərdə tutulmuş intizam tənbeh növlərindən fərqli olan Daxili İşlər Orqanlarının
əməkdaşlarına tətbiq oluna biləcək intizam tənbehlərinin növləri (məzəmmət,
xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq, tutduğu vəzifədən aşağı
vəzifəyə keçirmək və s) .