AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİ
P O L İ S A K A D E M İ Y A S I
KAFEDRA: «İctimai elmlər»
FƏNN: «Azərbaycan tarixi»
FAKÜLTƏ: Əyani
MÜHAZİRƏ
MÖVZU:№6 «
AZƏRBAYCANDA MONQOL ƏSARƏTİ
»
Vaxt-2 saat
Tərtib etdilər
: «İctimai elmlər»
kafedrasının baş
müəllimi, polis leytenantı
Rəşad Qasımov
«İctimai elmlər»
kafedrasının müəllimi,
polis
baş leytenantı
Rəhim Məcnunov
Mühazirə kafedranın iclasında müzakirə edilib və bəyənilib.
Protokol № ____ “________” ______________2013-cü il
BAKI 2 0 1 3
2
MÖVZU № 6: «AZƏRBAYCANDA MONQOL ƏSARƏTİ
»
PLAN
GİRİŞ
1.
XIII əsrin başlanğıcında Azərbaycanda
ictimai-
siyasi vəziyyət. Monqolların birinci yürüşü.
2.
Cəlaləddinin Azərbaycanı işğal etməsi. Monqolların ikinci
yürüşü.
3.
Monqolların üçüncü yürüşü. Azərbaycan Elxanilər dövlətinin
tərkibində. XIII-XIV əsrlərdə Azərbaycanın təsərrüfat həyatı.
NƏTİCƏ:
Ə D Ə B İ Y Y A T:
1.
Azərbaycan tarixi. Bakı,1998. 7 cilddə, III cild. səh. 14-73
2.
Azərbaycan tarixi. Bakı,1996. səh. 271-299
3.
Azərbaycan tarixi. Dərslik, I cild. Bakı, 1994. səh. 322-346
4.
Məmmədov İ
.
Azərbaycan tarixi (Ali məktəblər üçün dərslik). Bakı,
2005. səh. 4-14
5.
Bünyadov
Z
. Azərbaycan Atabəylər dövləti. Bakı, 1983.
6.
İsmayılov M. Azərbaycan tarixi. Bakı,1997.
7. Onullahi
S
.
XIII -
XVII əsrlərdə Təbriz şəhərinin tarixi. Bakı,1982.
8.
Məmmədov Z.C. Azərbaycanda XI - XIII əsrlərdə fəlsəfi fikir. Bakı,
1978.
9. Piriyev V. Az
ərbaycan Hülakülər dövlətinin tənəzzülü dövründə
(1316-1360-ci ill
ər). Bakı, 1978
3
GİRİŞ
XIII əsrin ilk rübündə inkişaf etmiş şəhərlər ölkəsi olan Azərbaycan
köçəri monqolların viranedici hücumlarına məruz qaldı. Xalqımıza böyük
itkilər və dağıntılar gətirən monqol basqınları Azərbaycanın iqtisadi və
mədəni yüksəlişi prosesini müvəqqəti olsa da dayandırdı. Qafqaz ölkələri,
xüsusən Şirvan, Gürcüstan hakimləri və Azərbaycan Atabəyi bu qorxunc
təhlükə qarşısında öz qüvvələrini birləşdirə bilmədilər. Hətta hər bir şəhər
qonşu feodalların köməyi olmadan monqollara qarşı təkbaşına vuruşurdu.
İşğalçılar bir sıra şəhərləri yerlə yeksan etdilər. Mühüm ticarət və
sənətkarlıq mərkəzinin - Beyləqanın taleyi daha faciəli oldu. Şəhər bir daha
yüksələ bilməyib süqut etdi.
XIII əsrin ortalarından paytaxtı Təbriz olan monqol imperiyasının
(Hülakülərin) mərkəzi vilayəti Azərbaycanın siyasi-iqtisadi mövqeyi
güclənməyə başladı.
Monqol hücumlarının Azərbaycan üçün nəticələrinin, monqol ağalığı
dövründə ölkənin siyasi, iqtisadi, mənəvi həyatında baş verən dəyişikliklərin
öyrənilməsi, Azərbaycanın sonrakı tarixi inkişafını müəyyən etmək
baxımından olduqca mühüm əhəmiyyət daşıyır.
Hülakülər dövlətinin yaranması, Azərbaycanın bu dövlətin tərkibində
tutduğu mövqenin araşdırılması, ümumiyyətlə, Elxanilərin hakimiyyətinin
Azərbaycanın ərazisi, əhalisi və mədəni həyatına göstərdiyi təsirin hərtərəfli
təhlil edilməsi də bu mövzunu təşkil edən aktual məsələlərdən biridir.
Monqol ağalığına qarşı Azərbaycan xalqının mübarizəsi xalqımızın öz
azadlığı uğrunda apardığı milli-azadlıq hərəkatının mühüm bir mərhələsini
təşkil edir.
4
Dostları ilə paylaş: |