7
təsəvvürlər çoxvariantlığına görə mifik dünya modelinin başqa elementlərindən
tamamilə fərqlənir) və s. Ulu Allah Yel vasitəsi ilə ilkin yaranışları
bir məkandan,
başqa məkana aparır (göydən yerə endirməklə) və hava, nəfəs verməklə (yenə də yel
vasitəsi ilə) ruhu meydana gətirir. Onu da qeyd edək ki, əski görüşlərdə bir-birinin
əksini təşkil edən bütün varlıqlar kişi və qadınla müqayisədə verilir. Maddi, bərk,
soyuq, gecə, Ay, qaranlaq - qadındır, əksinə, mənəvi-ruhi, isti, gündüz, Günəş və işıq
kişidir. Bu, xaosdan ayrılan ilkin dörd ünsürün (su, od, torpaq, hava)
xarakteri ilə
əlaqədardır. Ünsürlərdən kişi başlanğıclar «müsbət» {+}, qadın başlanğıclar isə
«mənfi»dir {-}. Dörd ünsürün qədim Şərq təqvimlərində qəzalar kimi xarakterizə
edilməsinin əsasında onların ikili mahiyyətinə (həm yaradılışa, həm də məhvə xidmət
etmələri) inam dayanır. Belə ki, od inkişafın, mədəniyyətin təkanverici qüvvəsi tək
göstərilməklə yanaşı, həm də yarananları yandırıb
kül edir, fəlakətlərin mənbəyinə
çevrilir.
Su çərşənbəsi, yaxud əzəl çərşənbə.
Ulu babalarımız haqlı olaraq belə qənaətə
gəlmişlər ki, «Sulu ev abad, susuz ev bərbad olar». Təsadüfi deyil ki, müqəddəs İlaxır
çərşənbələrin birincisi su ilə bağlıdır. Çünki su həyatın, canlılığın, yaşamağın əsas
mənbəyidir.
Od çərşənbəsi.
Mifoloji təsəvvürlərdə dünyamızın yaranmasına təkan verən
ikinci mühüm amil oddur. Əski inanışlarda
odu günəşlə, işıqla, gündüzlə
əlaqələndirirdilər. Ulularımız ona Dan («dan yeri sökülür» deyimində indi də
işlədilir) da deyirdilər.
Dostları ilə paylaş: