AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİ
P O L İ S AK A D E M İ Y A S I
KAFEDRA: «İctimai elmlər»
FƏNN: « Multikulturalizm »
FAKÜLTƏ: Qiyabi
M Ü H A Z İ R Ə
MÖVZU №2. «Azərbaycanın ictimai-fəlsəfi fikir tarixində
tolerantlıq və multikulturalizm ideyaları»
Tərtib etdi:
«İctimai elmlər»
kafedrasının baş müəllimi,
polis baş leytenantı
Rəşad Qasımov
Mühazirə kafedranın iclasında müzakirə edilib və bəyənilib.
Protokol № «_____» ___________2016-cı il
B A K I 2 0 1 6
2
MÖVZU №2. Azərbaycanın ictimai-fəlsəfi fikir tarixində tolerantlıq və
multikulturalizm ideyaları
P L A N:
Giriş:
1.
Qədim azərbaycanlıların mifik təsəvvürlərində və folklorunda
tolerantlıq ənənələri.
2.
Azərbaycanda tolerantlıq ənənələrinin inkişafında yazılı ədəbiyyatın
rolu.
3.
Azərbaycan mütəfəkkirlərinin görüşlərində tolerantlıq ideyaları.
Nəticə:
Ə D Ə B İ Y Y A T:
1.
Ağayev Ə. Millət və millətçilik. –
Tərəqqi,
22 yanvar 1909, № 16.
2.
Axundzadə Mirzə Fətəli. Əsərləri. Üç cilddə. II cild. Bakı, “Şərq-Qərb”, 2005
3.
Axundov M.F. Bədii və fəlsəfi əsərləri. Bakı: Yazıçı, 1987
4.
Azərbaycan tarixi. Yeddi cilddə. 1-7-ci cildlər. Bakı, Elm, 2008,
5.
Azərbaycan tarixi. Uzaq keçmişdən 1870–ci ilə qədər. (Red. S. Əliyarlı). Bakı 1996
6.
Azərbaycanın türkçülük və azərbaycançılıq problemləri. Bakı:
Ay-Ulduz, 1998
7.
Bünyadov Z. Azərbaycan VII-IX əsrlərdə. Bakı, "Şərq-Qərb", 2007.
8.
Əliyev E. Azərbaycanda Zərdüştilik. Bakı, Çaşoğlu, 2002
9.
Əliyev R. Din. Əxlaqa aparan yol. Bakı 2005, s. 13-18
10.
Əhməd Ə. XII-XV əsrlərdə Аzərbaycanın mənəvi mədəniyyəti. Bakı-2012.
11.
İslam: Tarix. Fəlsəfə. İbadətlər. Bakı, Elm, 1994
12.
İmanov H, Əhədov A. Orta əsr islam şərqində fəlsəfi fikir. B.: Bakı Universiteti
nəşriyyatı,1998
13.
Hüseynov H. XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən. Bakı, Zəkioğlu
nəşriyyatı-2006
14.
Rəsulzadə M.Ə. Əsərləri (1903-1909). I c., II cilddə, Bakı: Azərnəşr, 1992, 470 s.
15.
Tusi Xacə Nəsirəddin. Əxlaqi-Nasiri. Bakı, “Lider nəşriyyat”, 2005
16.
Xəlilov S. Şərq və Qərb. Ümumbəşəri ideala doğru. B.:
Azərbaycan Universiteti
Nəşriyyatı, 2004,
17.
Süleymanlı M. Əhməd Ağaoğlunun “İslama görə və islamiyyətdə qadın” əsərinə elmi-
tənqidi yanaşmalar. Bakı, 2008
18.
Şəbüstəri M. “Gülşəni- raz”. Şərq (Tərcümə toplusu) № 3. Bakı, “Nurlan”, 2006.
3
GİRİŞ
Azərbaycanın mədəniyyətlər qovşağında yerləşməsi, həm dini azadfikirliyin və
tolerantlığın mövcudluğuna, həm də yeni dini cərəyanların
zaman-zaman
yaranmasına və inkişafına zəmin yaratmışdır. Olduqca unikal bir mədəniyyətə malik
olan Azərbaycanda uzun əsrlər boyu dünyanın ən aparıcı mədəniyyət sistemlərinin
təbii, tarixi inteqrasiyası baş vermişdir. Bu torpaqda atəşpərəstlik, türk, İran, Qafqaz,
yəhudi,
xristian, islam, Şərq, Qərb, slavyan, sosializm və s kimi müasir dünya
sivilizasiyasını formalaşdıran mədəniyyətlər çulğalaşmış, dünyanın inkişafı üçün
nümunə olan mədəniyyət, inkişaf modelləri yaratmışdır.
Ədəbiyyat – söz sənəti tarixin bütün zamanlarında insanlar arasında daha
humanist ünsiyyətə xidmət edən bir sənət növü kimi çıxış etmişdir. Bütün dövrlərdə
söz sənəti ünsiyyət üçün çox effektiv vasitə olmuşdur.
Müxtəlif xalqların yaratdığı ədəbiyyat onların həm öz aralarındakı, həm də digər
xalqların nümayəndələrinə olan münasibəti ortaya qoymuşdur.
Bədii ədəbiyyat hər hansı
bir ölkə daxilində də, iki ölkə arasında da
münasibətləri öyrənməkdə və yaxud da gələcək münasibətləri tənzimləməkdə əvəzsiz
informasiya mənbəyi, baş verən hansısa xoşagəlməz proseslərin qarşısının
alınmasında, müsbət proseslərin daha da inkişaf etdirilməsinə də böyük gecə sahibdir.
Hər bir xalqın mənəvi keyfiyyətləri, onun rəhbər tutduğu ümumbəşəri dəyərlər
onun mifoloji dünyagörüşündə, bədii və elmi təfəkküründə parlaq şəkildə əks olunur.
Tarixən digər mədəni dəyərlərə, etnik rəngarəngliyə dözümlülük nümayiş etdirən, öz
nəsillərini də bu ruhda tərbiyə edən Azərbaycan xalqı bu ümumbəşəri ideyaları
özünün şifahi və yazılı ədəbiyyatında, fəlsəfi və elmi düşüncəsində əks etdirmiş, onu
sistemli hala salmışdır.