Азярбайъан республикасы дахили ишляр назирлийи



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə4/22
tarix13.12.2022
ölçüsü0,5 Mb.
#74278
1   2   3   4   5   6   7   8   9   ...   22
307 multikulturalizm m N3pdf

Zərdüştilik. Zərdüştilik tarixən Azərbaycan ərazilərində yaranaraq digər ərazilərə 
yayılmışdır. Adətən, atəşpərəstliyi zərdüştilik dini ilə eyniləşdirirlər. Əslində zərdüştilik 
atəşpərəstliyin içindən çıxsa da, müstəqil din kimi meydana gəlmişdir. Halbuki, hər iki inam 
müstəqil din sahələri kimi meydana gəlib və onların yaranması bilavasitə Azərbaycan 
əraziləri və xalqı ilə bağlıdır. 
Zərdüşti əqidələrində od mühüm yer tuturdu və buna görə zərdüştiləri çox vaxt 
atəşpərəst hesab edirlər. Zərdüştilər ölmüş adamların cəsədlərini murdar hesab etdikləri 
üçün torpağa tapşırmır, dağlarda hazırladıqları xüsusi yerlərdə saxlayırdılar ki, qurd-quş 
yesin. Yalnız bundan sonra təmizlənmiş sümüklər yığılaraq dəfn edilirdi. 
Zərdüştiliyə qədər dünyada müxtəlif dinlər və inanclar olub, amma onların hamısı 
məhəlli xarakter daşıyıb və demək olar ki, yarandığı bölgənin sərhədlərini aşa bilməyib. Üç 
böyük imperiyanın dövlət dini olmuş zərdüştilik nəinki məhəlli din anlayışının sərhədlərini 
aşmış, hətta ilk dəfə qədim dünyada mükəmməl din, dünyagörüşü, əxlaq və məişət
mənəviyyat prinsipləri toplusu yaratmışdır. Bu dinin özəlliyi ondadır ki, onun yaradıcısı 
sayılan Zərdüşt özünə qədər mövcud olan ilahların hamısını rədd edərək yeganə Allah - 
Hörmüzü kainatın və bütün canlı varlıqların yaradıcısı kimi irəli sürüb. Bu baxımdan, 
bütpərəstlikdən fərqlənən Zərdüştilik bütpərəst dinlərlə səmavi dinlər arasında ayrıca bir 
mərhələ təşkil edir. 
Bu dinin əhatə dairəsi yalnız Azərbaycanın tarixi əraziləri və Yaxın Şərqlə 
məhdudlaşmamış, Qərbə, xüsusilə qədim yunan və Hind mədəniyyətinə ciddi təsir 
göstərmişdir. Tarixi faktlar, eləcə də bizə gəlib çatmış yunan tarixçi və filosoflarının əsərləri 
sübut edir ki, zərdüştiliyin müqəddəs kitabı olan Avesta, xüsusilə, bu kitabı yaradan maqlar, 
onların təlimində və atəşpərəstlik dinində islahat aparmış Zərdüşt yunan mədəniyyətinin 
inkişafında böyük rol oynayıb. Bəlkə, elə buna görədir ki, ingilis tədqiqatçısı Meri Boys 
Zərdüştiliyin bəşəriyyətə bütün digər etiqad növlərindən daha artıq dərəcədə təsir 
göstərdiyini iddia edir. 
Əksər tədqiqatçılar təsdiqləyir ki, Zərdüştün dövrünə qədər analoqu olmayan 
ideyaları nəinki onun ardıcıllarına, hətta qədim dövrün bir çox aliminə - Platona, Aristotelə, 
Hermippinə və başqalarına güclü təsir göstərib. Uzun tarixi dövr ərzində dövlət dini 
statusunu qoruyub saxlayan zərdüştilik VII əsrdən etibarən, yəni İslamın yayılması ilə 
əlaqədar zəifləməyə başlayıb. Təsir dairəsi bu qədər geniş olan, Hindistanda və İranda 


6
indiyədək mənsubları yaşayan zərdüştilik Azərbaycanın tarixi ərazilərində yaranmış və 
Azərbaycan xalqının bəşəriyyətin mədəni dəyərlər sisteminə ərməğan etdiyi ilk böyük 
töhfədir. 
Zərdüşti əqidələri e.ə. III əsrdən etibarən ehkam səciyyəsi daşımağa başlamışdır. 
Azərbaycan ərazisində Dərbəndə qədər zərdüştilik sasanilərin hərbi-siyasi uğurları ilə bağlı 
olaraq yayılmağa başlamışdır. Yeni dinin təbliği məqsədilə bu ərazilərə iranlı zərdüştilər 
köçürülürdü. Eyni zamanda Azərbaycanda zərdüştilik yerli xüsusiyyətlər də kəsb etmişdir. 
Azərbaycan ərazisində nüfuz dairəsini genişləndirmək üçün sasanilərlə bizanslılar arasında 
şiddətli mübarizə getmiş, nəticədə gah zərdüştilik, gah da xristianlıq güclənmişdir. Belə bir 
şəraitdə bölgəyə gələn islam sürətlə və nisbətən dinc yolla yayılmaq imkanı əldə etmişdir. 

Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin