9
ildə Alban-Udi xristian icması yaradılmış və müvafiq qaydada dövlət qeydiyyatından
keçmişdir. İcmanın qeydiyyatı Alban apostol avtokefal kilsəsinin dirçəldilməsi,
ümumiyyətlə, tarixi ədalətsizliyin aradan qaldırılması yolunda ilk addımdır. Azərbaycan
hökumətinin dəstəyi ilə Şəki rayonunun Kiş kəndində yerləşən və Qafqazda kilsələrin anası
hesab olunan apostol Yelisey kilsəsi bərpa edilmiş, 2006-cı ildə isə udilərin kompakt halda
yaşadığı Qəbələ rayonunun Nic qəsəbəsindəki «Çotari» Alban-udi kilsəsinin rəsmi açılışı
olmuşdur. Təbii ki, Alban-udi xristian icmasının dirçəldilməsi və alban abidələrinin bərpası
tarixi ədalətsizliyin aradan qaldırılması, ölkəmizdəki tolerantlıq
mühitinin qorunub
saxlanılması baxımından təkcə Azərbaycan deyil, həm də bütün dünya tarixində mühüm
əhəmiyyət kəsb edir.
Alban-udi xristian dini icmasının qeydiyyat alınması formal olaraq digər icmaların
qeydiyyatından fərqlənməsə də,
xarakter, məzmun, dini və siyasi əhəmiyyət baxımından çox
əlamətdar bir hadisədir. Bu gün Udi etnosuna mənsub olan insanların sayı dünyada 10.000-ə
qədərdir ki, onların 6000-i Azərbaycan ərazisində, o cümlədən 4.400-ü kompakt şəkildə
Qəbələ rayonunun Niç kəndində yaşayır.
Dostları ilə paylaş: