Азярбайъан республикасы мядяниййят вя туризм назирлийи м. Ф. Ахундов адына



Yüklə 1.11 Mb.
Pdf просмотр
səhifə1/18
tarix16.07.2017
ölçüsü1.11 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   18

 
1
АЗЯРБАЙЪАН РЕСПУБЛИКАСЫ 
МЯДЯНИЙЙЯТ ВЯ ТУРИЗМ НАЗИРЛИЙИ 
 
М.Ф.АХУНДОВ адына 
АЗЯРБАЙЪАН  МИЛЛИ КИТАБХАНАСЫ 
 
 
 
 
 
AZƏRBAYCAN  XALQ CÜMHURİYYƏTİ - 90 
 
(1918 – 1920) 
 
 
 
 
 
 
 
BAKI – 2008 
 

 
2
АЗЯРБАЙЪАН РЕСПУБЛИКАСЫ 
МЯДЯНИЙЙЯТ ВЯ ТУРИЗМ НАЗИРЛИЙИ 
 
М.Ф.АХУНДОВ адына 
АЗЯРБАЙЪАН  МИЛЛИ  КИТАБХАНАСЫ 
 
 
 
 
AZƏRBAYCAN  XALQ CÜMHURİYYƏTİ -90 
 
(1918 – 1920) 
 
BİBLİOQRAFİYA 
 
 
БАКЫ – 2008 
 

 
3
Тяртиb edəni:   
 
Şəhla Nağıyeva 
 
İxtisas redaktoru: 
 
Kərim Tahirov 
 
Redaktor: 
Gülbəniz Səfərəliyeva 
 
Kompyuter yığımı:  
Mehriban Cəfərova 
 
 
 
 
 
 
 
 
 
 
                          
     Azərbaycan  Xalq Cümhuriyyəti - 90: (1918 – 1920): 
Biblioqrafiya /Tərtib edəni: Ş.Nağıyeva., İxtisas redaktoru 
K.Tahirov.- B., 2008.- 256 s. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
© M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, 2008. 
 
 

 
4
TƏRTİBÇİDƏN 
 
Azərbaycan xalqı  əsrlər boyu azadlıq arzusu ilə 
yaşamış, milli azadlıq, istiqlal uğrunda mübarizə aparmışdır. 
XX  əsrin  əvvəllərində Azərbaycanda milli azadlıq hərəkatı 
gücləndi. Azərbaycanın demokratik qüvvələri, mütəfəkkir 
şəxsləri, siyasi xadimləri yurdumuzun müstəqilliyi, 
xalqımızın azadlığı uğrunda mübarizəyə qoşuldular. Rusiya 
imperiyasının dağılması Azərbaycanda müstəqil dövlət 
yaratmaq üçün şərait yaratdı. 1918-ci il mayın 28-də 
Azərbaycan Demokratik Respublikası elan edildi. 
Həmin gün Azərbaycan xalqının tarixində  əlamətdar 
bir hadisə oldu. Azərbaycan Respublikasının yaradılmasında 
və ona rəhbərlik edilməsində M.Ə.Rəsulzadənin, 
F.Xoyskinin, N.Yusifbəylinin, A.Səfikürdskinin,  Ə.Topçu-
başovun, X.Xasməmmədovun, C.Hacınskinin, S.Mehman-
darovun və başqalarının çox böyük rolu olmuşdur. Azər-
baycan Cümhuriyyətinin yaradılması  və milli dövlət 
quruculuğunun bərqərar edilməsi xalqımızın suverenliyini 
təmin etdi, tarixi yaddaşın formalaşmasında müstəsna 
əhəmiyyət kəsb etdi.  
AXC haqqında tərtib olunmuş bu biblioqrafik göstərici 
ADR-in yaranmasını, fəaliyyətini və süqutunu, onun 
ictimai-siyasi xadimlərinin həyat və fəaliyyətini əhatə edir. 
Göstərici bu sahədə  tərtib olunmuş ilk vəsaitdir. 
Göstərici 1918-ci ildən 2008-ci ilə  qədər olan dövrü əhatə 
edir. Göstərici xronoloji prinsipə  əsasən tərtib edilmişdir. 
Materiallar aşağıdakı əsas bölmələr  üzrə qruplaşdırılmışdır:  
I. ADR-in yaranması, fəaliyyəti və süqutu; 
II. ADR-in görkəmli xadimləri haqqında; 
III. ADR-in yaranması, fəaliyyəti və süqutu (rus 
dilində); 
IV. Başqa dillərdə; 
V. Köməkçi göstəricilər. 

 
5
Rus dilində materialların çoxluğunu nəzərə alıb, o 
“Başqa dillərdə” bölməsində deyil, ayrıca bölmə kimi 
verilmişdir. 
Göstərici tarixçilər, Azərbaycan tarixini tədqiq edən 
alimlər, kitabxanaçılar, biblioqraflar və geniş oxucu kütləsi 
üçün nəzərdə tutulmuşdur. Göstərici haqqında rəy və 
təkliflərini göndərən mütəxəssislərə 
və oxuculara 
əvvəlcədən minnətdarlığımızı bildiririk. Bütün rəy və 
təkliflərinizi M.F.Axundov adına Azərbaycan Milli 
Kitabxanasına (Az. 1000, Bakı  şəhəri, Xaqani küçəsi, 29) 
göndərməyinizi xahiş edirik.  
 
 
 
 
 

 
6
 Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi 
haqqında 
 
Azərbaycan Respublkası Prezidentinin Sərəncamı 
 
2008-ci il may ayının 28-də Azərbaycan Xalq 
Cümhuriyyətinin yaranmasının 90 illiyi tamam olur. Müasir 
Azərbaycan Respublikası 1991-ci ildə öz müstəqilliyini 
bərpa edərək, Xalq Cümhuriyyətinin siyasi varisi kimi onun 
bayrağını, gerbini, himnini qəbul etmişdir.  İstiqlal 
Bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may günü 
hazırda Respublika Günü kimi qeyd olunur. 
Müsəlman  Şərqində ilk parlament respublikası — 
Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim 
dövlətçilik  ənənələrini yaşadaraq, müasir dövrə xas dovlət 
təsisatlarının yaradılmasına nail olmuşdu. Milli parla-
mentarizmin təşəkkül tarixi isə Azərbaycan Parlamentinin 
1918-ci il dekabr ayının 7-də keçirilmiş ilk iclasından 
başlayır. 
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması 
mürəkkəb siyasi dövrdə  cərəyan edən hadisələrin və 
Azərbaycan xalqının milli oyanışının məntiqi yekunu idi. 
Abbasqulu ağa Bakıxanov, Mirzə  Fətəli Axundov, Həsən 
bəy Zərdabi, Cəlil Məmmədquluzadə  və digər görkəmli 
şəxsiyyətlər tərəfindən təməli qoyulmuş proseslər 
Azərbaycanda yeni tipli teatrın, məktəbin və  mətbuatın  
yaranması ilə 
nətıcələnmiş, milli özünüdərkin 
gerçəkləşməsinə böyük təsir göstərmişdir. Bakının neft 
paytaxtına çevrilməsi milli sahibkarlar təbəqəsinin 
formalaşması ilə yanaşı, dünyanın aparıcı universitetlərində 
təhsil almış ziyalılar nəslinin yetişməsinə şərait yaratmışdır. 
Əlimərdanbəy Topçubaşov və başqa ziyalıların siyasi 
proseslərə qatılması, Dumaya seçilməsi və Rusiya 

 
7
müsəlmanlarının təşkilatlanmasında oynadıqları rol 
tariximizin unudulmaz səhifələrindəndir. 
Rusiyada çar üsul-idarəsinin ləğvi, baş verən fevral və 
oktyabr çevrilişləri, Birinci Dünya müharibəsinin fəsadları 
və bir sıra digər amillər Qafqazı ayrı-ayrı siyasi qüvvələrin 
qarşıdurma meydanına çevirmişdi. Dünyanın aparıcı 
dövlətlərinin Bakı neftinə göstərdiyi maraq vəziyyəti daha 
da gərginləşdirirdi. 
İlk qərarı ilə milliyyəti, dini, sosial vəziyyəti və 
cinsindən asılı olmayaraq, ölkəmizin bütün vətəndaşlarına 
bərabər hüquqlar verən Cümhuriyyətin yaranması çox 
mürəkkəb  şəraitdə elan olunmuşdur. Cəmi 23 ay yaşamış 
Azərbaycan Xalq Cümhuriyyəti tarixinin hər bir səhifəsi 
bütün azərbaycanlılar üçün olduqca əzizdir. Bununla belə, 
bu tarixdə ürəyimizi qürur hissi ilə dolduran hadisələrlə 
yanaşı, ümummilli faciələrə yol açan səhifələr də vardır. 
Azərbaycan Xalq Cümhuriyyətinin öz dövlətçilik 
atributlarını  qəbul etməsi, dövlət və  hərbi quruculuq, 
iqtisadiyyat və  mədəniyyət, təhsil və  səhiyyə sahələrində 
atdığı addımlar xalqımız üçün taleyüklü əhəmiyyət kəsb 
etmişdir. Cümhuriyyətin böyük uğurlarından biri Paris Sülh 
Konfransında 1920-ci il yanvarın 11-də    Azərbaycanın   
müstəqil   dövlət  kimi tanınması olmuşdur. Lakin ölkənin 
öz neftini xarici bazarlara çıxarmaqdan təcrid edilməsi 
nəticəsində yaranmış siyasi, iqtisadi və sosial böhran   
güclənirdi. Həmçinin   parlament daxilində hökm sürən     
hərc-mərclik, Qarabağda və  Zəngəzurdakı    erməni  silahlı 
dəstələri      ilə      qarşıdurmalar   gündən-günə  dərinləşirdi.   
Əhalinin  əsas  hissəsinin  ağır durumu  isə  bolşevik 
təbliğatı  üçün  münbit zəmin yaradırdı. İrəvanın ermənilərə 
paytaxt kimi verilməsindən sonra İrəvan mahalından  qaçqın 
düşmüş 150 mindən artıq soydaşımızın vəziyyəti   olduqca   
gərgin        idi.        Belə        bir    vəziyyətdə parlamentin son 

 
8
iclasında bolşevik ultimatumunun qəbul edilməsi aprel işğalı 
ilə nəticələndi. 
Aprel işğalı Azərbaycan Xalq Cümhuriyyətinin    
liderlərinin bir qismini Məhəmməd  Əmin  Rəsulzadə  kimi  
mühacir həyatı yaşamağa məhkum etdi, digər qismini  Fətəli 
Xan Xoyski və  Həsən bəy Ağayev kimi erməni terrorunun 
qurbanına çevirdi, qalanlarını da bolşevizmin amansız rep-
ressiyalarına məruz qoydu. 
1920-ci il aprelin 28-də ikinci respublika Azərbaycan 
Sovet Sosialist Respublikası yaradıldı.  İki il ərzində öz 
müstəqilliyini qoruyub saxlamağa nail olan respublika 1922-
ci ildə SSRİ-nin tərkibinə daxil olduqdan sonra öz 
müstəqilliyinin ancaq formal atributlarını saxlaya bilmişdi. 
Yalnız onu əvəz edən dördüncü respublika müstəqillik 
ideyasını yaşatmış  və Azərbaycan bütün sərvətlərinin, o 
cümlədən neftinin tam sahibi kimi çıxış edə bilmişdir. 
Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair san-
ballı     əsərlər,     hətta     ikicildlik ensiklopediya nəşr edilsə 
də, tariximizin bu mərhələsi ilə bağlı çox sayda sənədlər 
hələ xarici ölkələrin qapalı arxivlərində saxlanılır və öz 
tədqiqatçılarını gözləyir. 
Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizdə milli 
dövlətçilik tarixində xüsusi yer tutduğunu nəzərə alaraq 
qərara alıram
1. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 90 
illiyi respublikada geniş qeyd edilsin. 
2. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm 
Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və 
Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə 
Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyinə  həsr 
olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin. 
3. Azərbaycan Respublikasının Milli Məclisinə 
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yaranmasının 

 
9
90 illiyi münasibətilə xüsusi iclasın keçirilməsi tövsiyə 
olunsun. 
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu 
sərəncamdan irəli gələn məsələləri həll etsin. 
İlham Əliyev  
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şəhəri, 15 fevral 2008-ci il 
 
 
 

 
10
Azərbaycan  hökumətinin  tərkibi 
   
I  kabinə: 28.05.1918 – 17.06.1918. 
 
1. Nazirlər Şurasının sədri və Daxili İşlər naziri – F. 
Xoyski (bitərəf). 
2. Hərbi nazir – X. Sultanov (müsavat). 
3.Xarici İşlər naziri – M.H. Hacınski (müsavat). 
4.Malliyyə  və Xalq Maarifi naziri - N.Yusifbəyli 
(müsavat).  
5.Ədliyyə naziri – X. Xasməmmədov (müsavat). 
6. Ticarət və Sənaye naziri – M.Y. Cəfərov (bitərəf, 
sonra – müsavat). 
7.  Əkinçilik və  Əmək naziri – Ə.  Şeyxülislamzadə 
(Hümmət). 
8. Yollar, Poçt və Teleqraf  naziri – X. Məlikaslanov 
(bitərəf). 
9. Dövlət müfəttişi – C. Hacınski (sosialist). 
 
 
II  kabinə: 17. 06. 1918 – 07. 12. 1918. 
 
1.  Nazirlər  Şurasının sədri və  Ədliyyə naziri F.Xoyski 
(bitərəf). 
2.   Xarici İşlər naziri – M. Hacınski (müsavat). 
3.  Xalq Maarifi və Dini Etiqad naziri – N. Yusifbəyli 
(müsavat). 
4.  Daxili İşlər naziri – B. Cavanşir (bitərəf).  
5.  Əkinçilik naziri – X. Sultanov (müsavat). 
6.  Səhiyyə  və Sosial – Təminat naziri - X.Rəfibəyli 
(bitərəf ).  
7.   Yollar naziri – X. Məlikaslanov (bitərəf). 
8.   Ticarət və Sənaye naziri – A. Aşurov (bitərəf). 
9.   Malliyyə naziri – Ə. Əmircanov (bitərəf ). 

 
11
10.  Portfelsiz nazir – Ə. M. Topçubaşov (bitərəf). 
11.  Portfelsiz nazir – M. Rəfiyev (müsavat ). 
12.  Portfelsiz nazir – X. Xasməmmədov (müsavat). 
 
 
6.10.1918 tarixli kabinədaxili dəyişikliklərdən 
sonra 
 
 
1.  Nazirlər Şurasının sədri – F. Xoyski (bitərəf). 
2.  Ticarət, Sənaye və Daxili İşlər naziri –B.Cavanşir 
(bitərəf). 
3.  Xarici İşlər naziri – Ə. M. Topçubaşov (bitərəf). 
4.  Malliyyə naziri – M. H. Hacınski (müsavat). 
5.  Xalq Maarifi naziri – H. Yusifbəyli (müsavat ). 
6.  Yollar naziri – X. Xasməmmədov (bitərəf). 
7.  Əkinçilik  naziri – X. Sultanov (müsavat). 
8.  Xalq Səhiyyəsi naziri – X. Rəfibəyli (bitərəf). 
9.  Poçt - Teleqraf naziri – A. Aşurov (bitərəf). 
10.  Sosial-  Təminat və Dini Etiqad naziri – M.Rəfiyev 
(müsavat). 
11. Hərbi İşlər üzrə müvəkkil – İ. Ziyatxan (bitərəf). 
12. Dövlət  müfəttişi – Ə. Əmircanov (bitərəf). 
 
 
III  kabinə: 26. 12. 1918 - 14. 03. 1919. 
 
1.  Nazirlər  Şurasının sədri və Xarici işlər naziri – F. 
Xoyski (bitərəf). 
2.  Daxili İşlər naziri – X.Xasməmmədov (müsavat). 
3.  Malliyyə naziri – İ.Protasov (Slavyan-Rus 
Cəmiyyəti). 
4.  Yollar naziri – X. Məlikaslanov (bitərəf). 
5.  Ədliyyə nazırı – T.Makinski (?) . 

 
12
6.  Maarif və Dini Etiqad nazırı – N.Yusifbəyli 
(müsavat ). 
7.  Poçt-Teleqraf və  Əmək naziri – A.Səfikürdski 
(sosialist). 
8.  Hərbi nazir – S.Mehmandarov (bitərəf). 
9.   Sosial - Təminat naziri – R.Xoyski (bitərəf). 
10.  Xalq  Səhiyyəsi naziri – Y.Gindes ( Slavyan-Rus 
Cəmiyyəti ). 
11. Ticarət və Sənaye naziri – M.Əsədullayev (bitərəf). 
12. Dövlət müfəttişi – M.H.Hacinski (16.01. 1919 ). 
13. Ərzaq naziri – K.Lizqar (Slavyan-Rus Cəmiyyəti). 
14. Əkiçilik naziri – X.Sultanov (müsavat). 
 
 
 
IV  kabinə : 14. 03. 1919 – 22. 12. 1919. 
 
1.  Nazirlər  Şurasının sədri və Daxili İşlər naziri – N. 
Yusifbəyli (bitərəf). 
2.  Malliyyə naziri – Ə.Həsənov (bitərəf). 
3.  Ticarət və Sənaye naziri – A. Əminov (bitərəf). 
4.  Xarici İşlər naziri – M.Y.Cəfərov (müsavat). 
5.  Yollar naziri – X.Məlikaslanov (bitərəf ). 
6.  Poçt - Teleqraf naziri – C.Hacınski (sosialist). 
7.  Hərbi nazir – S.Mehmandarov  (bitərəf). 
8.  Sosial-Təminat naziri – V.Klenevski (Slavyan-Rus 
Cəmiyyəti). 
9.  Səhiyyə naziri – A.Dastakov (?) . 
10. Maarif və Dini Etiqad naziri – R.Kaplanov (əhrar). 
11. Əkinçilik naziri – A.Qardaşov (əhrar) . 
12.  Portfelsiz nazir – X.Amaspür (daşnaksütun). 
13.  Dövlət müfəttişi – N.Nərimanbəyli (müsavat). 
14.  Ədliyyə və Əmək naziri –A. Səfikürdski (sosialist ).  

 
13
15. Sonralar Daxili İşlər naziri – X.Xasməmmədov 
(müsavat). 
 
V kabinə : 24. 12. 1919 – 01. 04. 1920. 
 
1.  Nazirlər Şurasının  sədri – N.Yusifbəyli (müsavat ). 
2.  Xarici İşlər naziri – F.Xoyski ( bitərəf ). 
3.  Hərbi nazir – S.Mehmandarov ( bitərəf ). 
4.  Daxili İşlər naziri – M.H.Hacınski  18. 09. 02. 1920- 
dən sonra M. Vəkilov (birincisi  əvvəl müsavat, sonra 
kommunist, M. Vəkilov - müsavat). 
5.  Ədliyyə naziri – X.Xasməmmədov (müsavat). 
6.  Maliyyə naziri – R.Kaplanov (əhrar). 
7.  Maarif  və Dini Etiqad  naziri – H. Şahtaxtinski (05. 
03.1920-dən sonra N.Şahsurarov, hər ikisi-ittihad). 
8.  Əmək və Əməkçilik naziri – Ə.C.Pepinov (sosialist). 
9.  Yollar naziri, eyni zamanda  Ticarət, Sənaye və  
Ərzaq üzrə müvəqqəti nazir – X. Məlikaslanov (18.02.1920-
dən sonra  ticarət, sənaye və ərzaq naziri – M.H.Hacınski ). 
10.  Poçt - Teleqraf naziri – C.Hacınski (sosialist). 
11. İctimai Təminat və Səhiyyə naziri – M.Rəfiyev  
(müsavat). 
12. Dövlət müfəttişi – H.Məmmədbəyov (ittihad). 
 

 
14
İstiqlal Bəyannaməsi 
 
1.  Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyətə  
malik olduğu kimi, Cənub-Şərqi  Zaqafqaziyanı əhatə edən 
Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir. 
2.  Müstəqil Azərbaycan Dövlətinin idarə forması Xalq  
Cümhuriyyətidir. 
3.  Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə,  
xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban 
münasibətlər yaratmaq əzmindədir. 
4.  Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən,  
məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı 
olmayaraq öz sərhədləri daxilində yaşayan bütün 
vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin 
edir. 
5.  Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində  
yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş 
imkanlar yaradır. 
6.  Müəsisslər Məclisi toplanıncaya qədər Azərbaycanın  
başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında 
məsuliyyət daşıyan Müvəqqəti hökumət durur. 
1918-ci il mayın 28-də Milli Şuranın iclasında qəbul 
olunmuşdur.* 
 
 
 
 
 
 
 
 
 
*Qeyd: Mahmudov Yaqub. Azərbaycan: Qısa 
dövlətçilik tarixi. - B., 2005. - S. 46. 

 
15
Xronoloji cədvəl 
 
         (1918-1920-ci illər) 
 
1918, 23 fevral – Zaqafqaziya Seyminin açılması, 
Gegeçkorinin başçılığı ilə Zaqafqaziya hökumətinin təşkili. 
1918, 7 mart – Zaqafqaziya Seymi tərəfindən aqrar 
qanunun qəbulu. 
1918, 14-20 mart – Zaqafqaziya Seymi ilə    Türkiyə 
arasında Trabzon  konfransının keçirilməsi.                                     
1918, mart-aprel – Bolşevik-daşnak qüvvələri 
tərəfindən Azərbaycanlıların Soyqırımı 
1918, 22 aprel – Zaqafqaziya Seymi tərəfindən Zaqaf-
qaziyanın müstəqilliyinin elan edilməsi 
1918, 25 aprel – Bakı  Soveti  Xalq        Komissarları 
Şurasının təşkili. 
1918, 26 aprel – Zaqafqaziya Seymi tərəfindən 
Çxengelinin başçılığı ilə yeni Zaqafqaziya hökumətinin  
təsdiqi 
1918, 30 aprel – Bakı  şəhər dumasının  İnqilabi 
Müdafiə Komitəsi tərəfindən ləğvi    
1918, 1 may – Qubanın Bakı Soveti qoşunları   
tərəfindən tutulması 
1918, 11may – Batum Sülh Konfransı 
1918, 26 may – Zaqafqaziya Seyminin son iclası 
1918, 27 may – Azərbaycan Milli Şurasının təşkili; 
Azərbaycanın müstəqillik  aktının qəbulu 
1918, 28 may – Azərbaycan Xalq Cümhuriyyətinin 
elan edilməsi 
1918, 28 may – Azərbaycanın istiqlaliyyəti haqqında 
Aktın (Əqdnamə) qəbul edilməsi 
1918, 28 may – 17 iyun - F. Xoyskinin başçılığı 
altında I hökumət kabinetinin fəaliyyət dövrü 

 
16
1918, 4 iyun – Azərbaycan və Osmanlı hökumətləri 
arasında Sülh və Dostluq müqaviləsinin imzalanması 
1918, 5 iyun – Türk ordusunun Yelizavetpola daxil ol-
ması 
1918, 16 iyun – Azərbaycan Cümhuriyyəti Milli Şu-
rasının və hökumətinin Tiflisdən    Gəncəyə köçməsi 
1918, 17 iyun – Milli Şuraının buraxılması 
1918, 17 iyun-7 dekabr – F. Xoyskinin başçılığı 
altında  II Hökumət Kabinetinin fəaliyyət dövrü 
1918, 23 iyun – Azərbaycanda hərbi vəziyyətin elan 
edilməsi 
1918, 26 iyun – Müsəlman korpusunun Azərbaycan 
korpusuna çevrilməsi haqqında Azərbaycan hökumətinin 
qərar qəbul etməsi. Azərbaycan Milli Ordusunun 
yaradılması 
1918, 26 iyun – Zaqatala Quberniyasının yaradılması 
1918, 27 iyun – Qafqaz İslam Ordusunun Göyçay 
yaxınlığında  Bakı Sovet qoşunları üzərindəki qələbəsi 
1918, 27 iyun – Azərbaycan (türk) dilinin Azərbaycan 
Cümhuriyyətinin Dövlət Dili elan edilməsi 
1918, 10 iyul – Qafqaz İslam Ordusunun Kürdəmir  və 
Şamaxını azad etməsi 
1918, 11 iyul – Azərbaycan hökumətinin ümumi 
səfərbərlik haqqında qərar qəbul etməsi 
1918, 25 iyul – Bakı Soveti tərəfindən ingilislərin 
Bakıya dəvət edilməsi haqqında qərarın qəbulu 
1918,30 iyul – Çar Rusiyasının istilası zamanı Yeli-
zavetpol adlandırılmış  Gəncə  şəhərinin tarixi adının bərpa 
edilməsi 
1918, 31 iyul – Bakı Xalq Komissarları  Şurasının 
süqutu 
1918, 1 avqust – Sentrokaspi Diktaturası  və  Fəhlə 
Əsgər Deputatları Sovetinin Müvəqqəti 
İcraiyyə 
Komitəsinin birgə hökumətinin təşkili 

 
17
1918, 4 avqust – İlk  ingilis qoşun dəstəsinin Bakıya 
gəlməsi 
1918, 28 avqust – Azərbaycan dilinin tədris edilməsi 
haqqında Nazirlər Şurasının qərarı 
1918, 4 sentyabr – İngilis qoşunlarının Bakını  tərk 
etməsi 
1918, 15 sentyabr – Qafqaz İslam Ordusunun Bakı 
şəhərini azad etməsi 
1918, 17 sentyabr – Azərbaycan hökumətinin Bakıda 
fəaliyyətə başlaması 
1918, 5 oktyabr – Azərbaycan hökumətinin neft səna-
yesinin dövlətsizləşdirilməsi haqqında qərarı 
1918, 18 oktyabr – Bakı  şəhərində “Türk Ocağı” 
cəmiyyətinin yaranması 
1918, 30 oktyabr – Türkiyə  və Antanta  ölkələri 
arasında  Mudros müqaviləsinin imzalanması 
1918, 1 noyabr – Hərbi Nazirliyin təsis edilməsi 
1918, 9 noyabr – Azərbaycan Cümhuriyyətinin Dövlət 
Bayrağı haqqında qanunun qəbul edilməsi 
1918, 16 noyabr – Azərbaycan Milli Şurasının bərpası; 
Qori seminariyasının Azərbaycan bölməsinin Qazağa köçü-
rülməsi 
1918, 17 noyabr – General Tomsonun başçılıq etdiyi 
ingilis qoşunlarının Mudros müqaviləsinə 
əsasən 
Azərbaycana daxil olması 
1918, 20 noyabr – Azərbaycan Cümhuriyyəti 
Parlamenti haqqında qanunun qəbulu 
1918, 29 noyabr – Xəzər Donanması ticarət gəmiləri-
nin ingilis komandanlığının ixtiyarına keçməsi, “İngilis 
dəniz nəqliyyatı”nın yaranması 
1918, 7 dekabr – Azərbaycan Cümhuriyyəti 
Parlamentinin açılışı  

 
18
1918, 26 dekabr – F. Xoyskinin başçılığı ilə III 
Hökumət Kabinetinin təşkili; Gürcüstan və Azərbaycan 
arasında tranzit müqaviləsinin bağlanması 
1918, 28 dekabr – Azərbaycan Cümhuriyyəti 
hökumətinin tanınması haqqında Bakı general-qubernatoru 
Tomsonun deklarasiyası 
1919, 15 yanvar – Qarabağ general-qubernatorluğu-
nun yaradılması; Azərbaycan Cümhuriyyəti Silahlı 
Qüvvələri Baş Qərargahının təşkili 
1919, 4 fevral – Parlamentin Aqrar Komissiyasının 
təşkili 



Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   18


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə