Азярбайъан республикасы


«ÖZÜQALXAN ÜZƏN QAZMA QURĞUSUNUN (ÖÜQQ)



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə186/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   182   183   184   185   186   187   188   189   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

 
18
«ÖZÜQALXAN ÜZƏN QAZMA QURĞUSUNUN (ÖÜQQ)
SUYA BURAXILMASI» ÜMUMGƏMI (QURĞU)
HƏYƏCANI ÜZRƏ NÜMUNƏVI CƏDVƏL
Işlərin adı
Işlərin
rəhbəri
Icraçılar
(vəzifələri,
tabel nömrəsi)
1
2
3
512


Quyunun yuyulmasını dayandırmaq və
quyu ağzını bağlamaq (qrifon olarsa
sement körpüsü qoymaq)
Texnoloji kommunikasiyaları vışkaaltı
portaldan açmaq:
TQA-nın idarəetmə, boğma və
drosselləmə boru kəmərlərini, jelob
sistemini, qazma və sement nasos-
larının manifoldunu
Quyuağzı qurğunu gövdədən ayırmaq,
preventor meydançalarını qaldırmaq
Şurf istiqamətləndiricisini və işçi borunu
sökmək və stellajlara yığmaq
Vışkaaltı portalın yerini dəyişmək
Gövdəni suya endirmək, yedək üçün
ilmək uclarını vermək, dayaq kəmərlərini
qaldırmaq
Quyu ağzından uzaqlaşmaq
Qazma ustası
-«-
-«-
-«-
-«-
-«-
Qurğunun
rəisi (və ya
onu əvəz
edən şəxs)
-«-
Əlavə 19
PARTLAYIŞ-YANĞIN TƏHLÜKƏLI OBYEKTLƏRDƏ
QƏZALARIN LƏĞVI PLANININ TƏRTIB OLUNMA
QAYDASI
1. Hər bir partlayış-yanğın təhlükəli obyekt və ya onun
partlayış-yanğın təhlükəli sahəsi, sexi və s. üçün qəzaların
ləğvi planı (QLP) tərtib olunmalıdır.
513


2. QLP-da nəzərdə tutulmalıdır:
2.1. Insan həyatı üçün təhlükəli olan baş verə biləcək
qəzalar, onların baş verəcəyi yerlər və şəraiti;
2.2. Qəza ilə üzləşən adamların xilas edilməsi üzrə
tədbirlər;
2.3. Qəzaların baş verdiyi ilkin mərhələdə onların ləğvi
üzrə tədbirlər, həmçinin qəza zamanı işçi heyətin
təxirəsalınmaz (ilkin) hərəkətləri;
2.4. Adamların xilas edilməsi və qəzaların ləğv edilməsi
üçün istifadə olunan vasitələrin yerləşdiyi yerlər;
2.5. Qazdan xilasetmə, yanğın və fontana qarşı dəstələr
arasında qarşılıqlı (birgə) hərəkət qaydaları.
3. QLP müəssisə üzrə əmrlə təyin edilmiş
mütəxəssislərdən ibarət komissiya tərəfindən işlənib
hazırlanmalıdır. QLP-na hər il yenidən baxılmalıdır. 
Texnologiyada, iş şəraitində, təhlükəsizlik qaydalarında
dəyişikliklər aparıldıqda QLP-na 3 gün müddətinə müvafiq
dəyişikliklər və əlavələr edilməlidir.
4. QLP 5 nüsxədən ibarət olmalı və aşağıda göstərilən
yoxlama aktları olduqda müəssisənin texniki rəhbəri
tərəfindən təsdiqlənməlidir:
-texnoloji prosesin nəzarət sisteminin vəziyyəti haqqında;
-ventilyasiya qurğularının vəziyyəti haqqında;
-adamların xilas edilməsi üçün vasitələrin, qəzaların ilkin
mərhələsində ləğvi üçün yanğına qarşı avadanlıqların və
texniki vasitələrin mövcudluğu və saz vəziyyətdə olması
haqqında;
Əlavə 19-un davamı
-qəza siqnalizasiyasının, rabitənin və qəza işıqlandırılma-
sının yararlı vəziyyətdə olması haqqında.
5. QLP-nın tərkibinə daxildir:
514


5.1. Operativ hissədə – obyektdə baş verə biləcək bütün
mümkün qəzalar nəzərə alınmalı, qəzaların ləğvi və insanların
xilas edilməsi üzrə tədbirlər, həmçinin tədbirlərin yerinə
yetirilməsinə cavabdeh şəxslər və onların icraçıları, qəzaların
ləğvi və insanların xilası üçün nəzərdə tutulmuş vasitələrin
yerləşdikləri yerlər, qazdan xilasetmə, yanğın və digər
bölmələrin hərəkət qaydaları müəyyən edilməlidir;
5.2. Qəzaların ləğvində iştirak edən ayrı-ayrı şəxslər
arasında vəzifə bölgüsünün aparılması;
5.3. Qəza barəsində məlumatlandırılan məsul şəxslərin
və təşkilatların siyahısı;
5.4. Əsas kommunikasiyaların (texnoloji sxem) yerləşmə
sxemi;
5.5. Qəza şkaflarında (otaqlarda) miqdarı və əsas
xüsusiyyətləri göstərilməklə saxlanılan alətlərin, fərdi mühafizə
vasitələrinin, materialların siyahısı.
6. QLP-nın operativ hissəsində nəzərdə tutulmalıdır:
6.1. Qəza barəsində xəbərdarlıq üsulları (sirena, işıq
siqnalizasiyası, ucadan danışıq vasitəsi, telefon və s.), qəzanın
xarakterindən asılı olaraq təhlükəli yerlərdən və sahələrdən
adamların təxliyə yolları;
6.2. Adamların təxliyəsinə və nəzərdə tutulmuş
tədbirlərin həyata keçirilməsinə texniki heyətdən olan
cavabdeh şəxsin hərəkəti;
6.3. Qəza baş verərkən ventilyasiyanın iş rejimi, o
cümlədən qəza ventilyasiyasının (əgər mövcuddursa) işə
salınması;
6.4. Ardıcıl olaraq elektrik enerjisinin kəsilməsi, avadanlıq
və apartların dayandırılması, zərərli və təhlükəli maddələrin
daxil olduğu mənbələrin təcrid olunması (kəsilməsi);
515


Əlavə 19-un davamı
6.5. Qazlaşmış və təhlükəli zonalara buraxılışa nəzarət
etmək üçün həmin təhlükəli yerlərin girişinə postların
qoyulması;
6.6. Qəzaların ilkin mərhələdə ləğvi üsulları. Qəzaların
(yanğınların) ləğvi üzrə texniki heyətin ilk növbədə hərəkəti,
qəzaların genişlənməsinin və təsirinin qarşısının alınması.
Qəzaların ağır fəsadlarının qarşısının alınması üzrə tədbirlərin
həyata keçirilməsi. Qazdan xilasetmə və digər ixtisaslaşdırılmış
dəstələrin qarşılıqlı hərəkət qaydaları.
7. Istehsalat –texniki heyətin QLP ilə tanışlığı imza
atmaqla müvafiq şəkildə sənədləşdirilir.
8. QLP (və ya onun operativ hissəsi) obyekt (sahə)
rəhbərinin müəyyən etdiyi görünən (nəzərə çarpan) yerdən
asılmalıdır. QLP-nın tam nüsxələri müəssisənin texniki
rəhbərində, dispetçerdə, qazdan xilasetmə dəstəsində,
təhlükəsizlik texnikası şöbəsində və iş yerlərində olmalıdır.
9. QLP-nın vaxtında və düzgün tərtibinə və onun müəssi-
sənin Bu vəziyyətinə uyğun gəlməsinə görə məsuliyyəti
obyektin rəhbəri və müəssisənin texniki rəhbəri daşıyır.
516


Əlavə 20 

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin