Азярбайжан республикасы дахили ишляр назирлийи



Yüklə 268,16 Kb.
Pdf görüntüsü
səhifə14/17
tarix01.12.2023
ölçüsü268,16 Kb.
#170524
1   ...   9   10   11   12   13   14   15   16   17
186 movzu 10 huquq sosial normalar sisteminde

Adət və ənənə normaları.
Bəzi alimlər adət və ənənə 
normalarını ictimai münasibətləri tənzimləyən normalar arasında 
saymırlar. Belə ki, onlar bunu daha əvvəldə, hüququn mənbələri 
mövzusunda öyrənirlər Digərləri isə bunları ictimai münasibətləri 
tənzimləyən norma sayırlar. Birinci fikir yanlışdır. Çünki hər adət və 
ənənə norması hüququn mənbəyi deyil, ancaq hüquq mənbəi olmayan 
adət və ənənə normaları da ictimai münasibətləri tənzimləyir. 
İkinci fikir də yanlışdır. Çünki onlar da ictimai münasibətləri 
tənzimləyən normalar arasında bir ş hüquq norması kimi əsası olan
adət və ənənə normalarını araşdırır, adət ənənə normalarının hansı 
şərtlərdə hüquqi əsasının olduğunu mühakirə edir, bu normaların əsaslı 
olmağı üçün dövlətin dəstəyindən bəhs edilir. 


19 
Əslində adət və ənənə normalarını 2 qrupda incələmək olar: Bir 
növ adət və ənənə normaları həm də hüquq norması hesab olunur. 
Digər növdə isə hüquq cəhətdən əsassızdır, ancaq yenə də ictimai 
münasibətləri tənzimləyir. Birinci növ adət və ənənə normalarına 
«hüquqi» adət və ənənə normaları, ikincm növ normalara isə adi və ya 
ümumi adət ənənə normaları deyilir. Hüquqi normalar daimilik, ümumi 
inanc 
və dövlət dəstəyi kimi əlamətlərə sahibdir. Adi normaların isə 
yalnız daimilik və ümumi inanc əlamətləri var. Hər cəmiyyətdə yaxşı və 
ya pis bir 
neçə adi adət və ənənə norması var. Ancaq bunlardan 
bəziləri dövlət tərəfindən mühafizə olunur və hüquq mənbəyi olaraq 
fəaliyyət göstərirlər. Bəziləri isə dövlət tərəfindən mühafihə olunmur
əksinə dövlət tərəfindən qadağan olunmuşdur. Ancaq yenə də bəzilərdə 
adi 
adət ənənə norması kimi əhəmiyyətini itirmir. Bunlar daimidir və 
həmin ərazidə yaşaynalar hesab edirlər ki, bu normalara riayət 
olunmalıdır. Məsələn: qan davamı hüquqi adət ənənə norması deyil. 
Çünki dövlət tərəfindən dəstəklənmir. Buna baxmayaraq, adət və 
ənənə norması sayılır, lakin adi adət ənənə normasıdır. 
Adi 
adət və ənənə normaları, dəmiyyətdə uzun müddət 
təkrarlanan və cəmiyyətin özü üçün məcburi saydığı ortaq davranış 
formalarıdır. 
Yuxarıdakı anlayışdan bu normaların iki əlaməti ortaya çıxır: 
Maddi 
və mənəvi ünsürü.
1. Maddi 
ünsur (damilik) – cəmiyyətdə mövcud olan davranışın 
adət və ənənə norması ola bilməsi üçün, bu davranış hər şeydən əvvəl 
daim 
təkrarlanan olmalıdır. Müvəqqəti davranışlar adət və ənənə 
norması sayılmırlar. 
2.
Mənəvi ünsür (ümumi inanc)- daim təkrarlanan davranış 
fo
rmasının adət və ənənə norması ola bilməsi üçün cəmiyyətdə həmin 
davranış formasına əməl etməyin məcburiliyi haqda bir inam olmalıdır. 
Bu iki 
ünsürü özündə ehtiva edən normalar adi adət ənənə 
normalarıdır. Bu normalar da cəmiyyət həyatını tənzimləyirlər. 
Adət və ənənə normalarının əsası müəyyən zamanda edilən 
hərəkətin başqa zamanda eyni şəkildə edilməsi inancıdır. 
Adət və ənənə normaları tədricən formalaşır. Bir şəxs hər 
zaman 
müəyyən bir formada davrana bilər. Bu cəmiyyətlər üçün də 
belədir. Cəmiyyətin hamısı, yaxud müəyyən bir hissəsi hər hansı 
mövzuda eyni cür davrana bilər. Bu halda adət və ənənə meydana gəlir. 
Adət və ənənə normaları ümumi və xüsusi ola bilir. Ümumi adət 
və ənənə normaları peşəsindən asılı asılı olmayaraq hər kəsə aid olan
normalardır. Xüsusi adət ənənə normaları isə müəyyən peşə ilə bağlı 
olan 
normalardır. Məsələn zərgərlər arasında olan bəzi adətləri 
göstərmək olar. 


20 
Bundan 
başqa adət və ənənə normaları ümumi məhəlli 
xarakterli olur. 
Əgər bir norma bütün ölkədə qüvvədədirsə ümumi, yox 
əgər yalnız bir bölgədə qüvvədədirsə məhəlli xarakter daşıyır. 

Yüklə 268,16 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin