Азярбайжан республикасы дахили ишляр назирлийи


Sosial  normaların ortaq funksiyası



Yüklə 268,16 Kb.
Pdf görüntüsü
səhifə16/17
tarix01.12.2023
ölçüsü268,16 Kb.
#170524
1   ...   9   10   11   12   13   14   15   16   17
186 movzu 10 huquq sosial normalar sisteminde

Sosial 
normaların ortaq funksiyası. 
Yuxarıda qeyd etdiyimiz 
kimi sosial normalar 
çox müxtəlifdir. Bəşəriyyət heç zaman bu 
normaların birindən ibarət deyil və yalnız bunların birindən təşkil 
olunmur. 
Təkbaşına nə hüquq, nə etik normalar, nə də ənənə 
normaları insanlar arasındakı münasibətləri tənzimləyə bilməz. İnsanlar 
Tanrıdan qorxmasa, vicdanları icazə versə, digər insanlar qarşısında 
alsalmaqdan utanmasa, c
əmiyyətin qınağından çəkinməsə hüquq 
sistemi 
nə qədər ağır sanksiyalar müəyyən etsə də təkbaşına ictimai 
münasibətləri tənzimləməkdə çətinlik çəkər. 
İnsanların çox az bir hissəsi adam öldürmüşdür. «Niyə indiyə 
qədər adam öldürmədiniz?» sualını özümüzə verək. Bu sualın cavabı 
hər halda AR CM-də göstərilən cəzadan qorxduğum üçün deyil. 
İnsanların çoxu cinayət törətmir. Çünki Tanrıdan öz vicdanlarından, 
ətrafdakılar tərəfindən qınmaqdan qorxurlar. Bununla belə, hüquq 
normaları olmasa digər normalar birlikdə olsalar da münasibətləri 
tənzimləmək çətin olar. Çünki Tanrıdan, vicdanından qorxmayan 
insanlar istisna da olsa daim olac
aqdır və belə insanlara qarşı din, 
əxlaq, etik normalar aciz qalacaqdır. Çünki bu normalar hüquq 
normaları kimi mərkəzi, sistemləşmiş dəqiq cəbri sanksiyalara sahib 
deyil. 
Qısaca hüquqla digər normalar arasında ziddiyyət yox bir-birlərini 
tamamlama 
vardır. Din, əxlaq, adət və ənənə normaları ilə hüquq 
normaları arasında ziddiyyət istisna hallar da olur. Bu yalnız inqilabçı 
hüquq sistemlərinə xasdır. 
C
inayətkar dəstələrlə bağlı

 
Sosial normalar 
yalnız din, əxlaq, 
etik, 
adət ənənə normalarından ibarət deyil. 
«Cinayətkar dəstə normaları» kimi ictimai sabitliyi pozan 
normalar da var. Bunlar da sosial 
normalardır və bu mövzuda 
araşdırılır. Mövzunun əvvəlində qeyd olunduğu kimi ictimai 
münasibətlərin tənzimlənməsi baxımından hansı normanın yaxşı, 
hansının pis olduğu bizi maraqlandırmır. Bununla məşğul olan ayrıca 
sahələr var. Ona görə də bəzi insanların «yaxşı» hesab etdiyi 
normalar 
olduğu kimi, bəzi insnaların da «pis» saydığı normalar ola 
bil
ər. Daha aydın desək, bəzi insanlara görə müəyyən sosial normalar 
yaxşıdırsa, digərlərinə görə bu pisdir. Ona görə də bunu araşdırmaq 
elmin 
işidir. Elm sosial normaların hamısını araşdırır. 
C
inayətkar dəstələrin normaları bəzilərinə görə ictimai sabitliyi 
pozur. Ancaq 
hər halda bunlar da cəmiyyətin bir parçasıdır. Yaxşı, pis 
ictimai 
münasibətlərə təsir edirlər. Ona görə də bu mövzuda araşdırılır. 
C
inayətkar dəstə normaları anlayışı geniş mənada istifadə 
olunur
. «Cinayətkar dəstə» deyəndə yol kəsənləri dəniz quldurları, bank 
soyğunçuları, mafiya tipli qruplaşmalar, qəsbkarlar, xuliqanlar, terror 


22 
təşkilatları və s. başa düşülür. Adi oğrular bura aid deyil (malı gizlin 
oğurlayanlar). Çünki burada bir əmr yoxdur, normativlik əlaməti 
görünmür. 
C
inayətkar dəstə normaları ilə hüquq normaları arasında böyük 
oxşarlıq var. Hüquq normasının bütün xüsusiyyətləri buna da şamil 
edilir. Birinci bu normalar da normativ xarakterlidir. 
Yəni nəyisə əmr və 
ya 
qadağan edir. İkinci, bu normaların mövzusu cinayətkar dəstənin 
üzvü olan və olmayan insanların davranışlarıdır. Üçüncü bu normalar 
c
inayətkar dəstənin rəhbəri tərəfindən müəyyən edilir. Nəhayət,
normanın tələbləri pozulduğu təqdirdə tətbiq olunan sanksiya hüquq 
normalarının sanksiyası kimi cəza xarakterlidir. Yəni şəxsin həyatına 
(adam 
öldürmə), maddi və mənəvi varlığına (döymə, yaralama),
azadlığına (adam qaçırma) zərər vurmaqdır. Bəs hüquq normaları ilə 
bu normalar 
arasında fərq nədir? 
Bu suala 
ümumi olaraq belə cavab vermək olar ki, hüquq 
sisteminin c
əza qanunidir, dəstənin cəzası isə qeyri-qanunidir, hüquq 
sistemi 
ədalətlidir dəstə isə ədalətsiz, hüquq sistemi ümumi marağa 
xidmət edir, dəstə isə yalnız liderinin marağına xidmət edir, hüquq 
sistemi qanunlara 
və konstitusiyaya əsaslanır, dəstənin qanunları isə 
isədikləri kimi tənzimlənir. 
Elmi 
c
əhətdən 
isə 
bu 
iki 
norma 
arasındakı 
fərq 
sanksiyalarındadır. Tətbiq etdikləri sanksiyanın mahiyyət baxımından 
fərqi yoxdur. Fərq cəzanın əlamətlərindədir. Hüquq sisteminin cəzası 
dəstənin cəzasından daha üstündür. Hüquq sistemi bunu polis və 
ordu 
vasitəsilə həyata keçirir. Müəyyən müddətdə dəstənin tətbiq etdiyi 
c
əza hüquq sisteminin cəzasından daha şiddətli və təsirli ola bilər. 
Müəyyən vaxtlarda hüquq sistemi dəstə ilə bacarmaya bilər. Ancaq 
hüquq sistemi sistem olaraq qalırsa, dəstənin fəaliyyətini sıxışdırmış 
deməkdir. Əgər dəstə hüquq sisteminin ona tətbiq etdiyi sanksiyaya 
cavab 
verə bilmiş və onu üstələmişsə artıq dəstəni hüquq sistemi və 
lazımi cəza tətbiq edə bilməmiş, köhnə hüquq sistemini isə cinayətkar 
dəstənin sistemi qəbul etmək lazımdır. 
C
inayətkar dəstələrdən çoxu dövlətlə açıq mübarizəyə girməyə 
risk etmir.
Etsələr də dövlətin qarşısında əzilərlər. Dövlətlə açıq 
mübarizəni gözə alacaq dəstələr çox azdır. Bunlar adətən, mövcud 
dövlətin yerinə yeni bir dövlət qurmaq istəyən, yaxud müəyyən bir 
ərazini dövlətdən ayırmağa çalışan qanunsuz təşkilatlardır. 
Belə 
təşkilat 
hökm 
etdiyi 
ərazini 
müəyyən 
sahədə 
məhdudlaşdırsa və bu torpaqda digər qüvvələri üstələsə, o mükəmməl 
bir 
hüquq sistemi və onun qurduğu cəmiyyət (xaricə qarşı müsbət) 
beynəlxalq hüquq tərəfindən qanunsuz sayılan fəaliyyətdə olsa da bir 
«dövlət» olaraq qəbul edilir. 
A.Augustinus De Lintae Deinin 
Dördüncü kitabının Dördüncü 
bölməsində krallıqlarla cinayətkar dəstələrin qarşılaşdırılmasını çox 
mükəmməl vermişdir: 


23 
«…Krallıqlar böyük cinayətkarlıqdan başqa nədir ki? Cinayətkar 
dövlətlər kiçik krallıqlar deyilmi? Dəstə insanlardan qurulur, bir lider 
tərəfindən idarə olunur, konfederasiya şəklində təşkilatlanmış, əldə 
olunanlar da 
müəyyən qaydada bölüşdürülür. Çöldə qalanları da 
özünə qatmaqla daha böyük ərazini əhatə edəcək, şəhərləri tutacaq və 
xalqlara boyun 
əydirəcək qədər böyüyərsə açıq şəkildə krallıq adını 
alar. 
Belə ki, yaxalanmış bir quldur İskəndərə belə cavab vermişdir. 
«Kral, dənizi niyə pis niyyətlə tutduğunu soruşanda quldur ona qürurlu 
halda 
belə demişdir: Bəs sən niyə bütün dünyanı işğal edirsən? Mən 
bunu 
kiçik bir gəmi ilə etdiyim üçün mənə quldur deyirlər, sən eyni işi 
böyük ordu ilə edəndə isə imperator adlandırılırsan». 

Yüklə 268,16 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin