Азярбайжан республикасы дахили ишляр назирлийи



Yüklə 268,16 Kb.
Pdf görüntüsü
səhifə2/17
tarix01.12.2023
ölçüsü268,16 Kb.
#170524
1   2   3   4   5   6   7   8   9   ...   17
186 movzu 10 huquq sosial normalar sisteminde

Sual 1

Sosial 
normaların anlayışı, 

əlamətləri və sosial normaların təsnifatı. 
 
Sosial normalar-
birgə insan həyatının obyektiv zəruri qaydalarıdır, 
lazımi və mümkün sərhəd göstəriciləridir. Sosial normalar içtimai inkişafın 
qanunauyğunluqlarını müxtəlif səviyyələrdə əks etdirirlər, lakin özləri belə 
deyildirlər. Tarixin inkişafında əsaslandığı obyektiv qanunlar norma deyil. 
Normaları, insan sosial təcrübə nəticəsində yaradır. Sosial normaların 
yaranması, formalaşması prosesi subyektiv amildir. 
Hüquq, digər normativ sistemlərin əsasında və onlardan sonra 
yaranıb. O, iqtisadi və digər münasibətləri daha ciddi və daha 
məqsədəuyğun şəkildə tənzim edir.
Sosial 
normaların və şüurlu normativ tənzim etmənin yaranması 
insanların sürü halından çıxıb, cəmiyyət yaratmaları, münasibətlərin 
sosiallaşması prosesi, insanın xüsusi təbii-bioloci və sosial varlıq kimi 
davranışa keçidi ilə əlaqədardır. 
Sosial 
normaların eləcə də hüquq normalarının genizisi belədir. 
Tarixən hüquq xüsusi mülkiyyətin, siyasi hakimiyyətin yaranması ilə 
meydana 
çıxaraq, əxlaqdakı «boşluğu» kompensasiya edir. Sonrakı 
dövrdə hüquq və əxlaq normaları bir-birilə sosial tənzimləmə vasitələri ilə 
qarşılıqlı əlaqədə olub. 
Hüquq ədəbiyyatında «norma» və «qayda» eyni mənalı anlayış 
kimi 
işlədilir. 
Daha 
dərin təhlillər göstərir ki, «qayda», «norma» termininə 
nisbətən Daha dar anlayışdır. Deməli, onlar həmişə təmamilə üst-üstə 
düşmürlər. Hüquq normaları quruluşuna və element tərkibinə görə daha 
mürəkkəbdir. Burada qayda, ancaq dispozisiyada ifadə olunmuşdur. 
Sosial norma arzu 
edilən davranışın sadəcə mücərrəd qaydası deyil. O, 
həmçinin həyatda təşəkkül tapmış real hərəkətlərdir. Bu halda hərəkətlər 
qaydaya 
çevrilir. Başqa sözlə, sosial norma təkcə «lazım olanı» deyil, 
həm də «reallığı» ifadə edir. 
Norma 
müəyyən nəticənin əldə edilməsinə yönəlmiş ictimai faydalı 
davranışın ölçüsüdür. Aydındır ki, «normaya müvafiq davranışa, 
patologiyaya 
nisbətən daha çox təsədüf edilir. 
Sosial normalar daha 
kütləvi münasibətləri tənzim edir. Təsədüfi 
əlaqə və hərəkətlər normada əks oluna bilməz.
İnsanların davranışı, fəaliyyəti, daxil olduqları münasibətlər müxtəlif 
normaların tənzimləmə obyektidir. Məsələn, başçılıq cəmiyyəti üzvünün 
hüquqları və vəzifələri sözügedən qurumun nizamnaməsində 
rəsmiləşdirilmişdir. Onlar korporativ münasibətlərə aiddir. Tədris 
qrupundakı 
tələbələr 
arasında 
münasibətlər 
əxlaqi 
c
əhətdən 
dəyərləndirilməlidir. Yaxud dini ayinlərin icrası dini normalara uyğun 
aparılır. Toy mərasiminin iştirakçıları xalq adətlərindən kənara 
çıxmamalıdırlar. Avtomobili idarə edən adamın hərəkətləri isə yol 
hərəkəti qaydalarının «himayəsi altındadır». 



Davranış və fəaliyyətin tənzimlənməsində vasitəçitək həyata 
keçirən normaların bütün məcmusu ictimai münasibətlərin normativ 
tənzimlənməsi sistemini təşkil edir. Hüquq nadir, çoxmənalı, nüfuzlu 
tənzimləyicidir, 
lakin 
o, 
normativ 
tənzimləmə 
sisteminin 
komponentlərindən yalnız biridir. Digər sosial tənzimləyicilər (normalar) 
arasında hüququn yeri və rolunun müəyyənləşməsi onun təbiətini 
anlamaq, 
tənzimləyici fəaliyyətinin sərhədlərini müəyyənləşdirmək üçün 
böyük əhəmiyyətə malikdir. 
İctimai münasibətlərə tənzimləyici təsirin dərəcəsi və xarakteri 
normativ 
tənzimləmə sistemində hüquqla yanaşı digər norma qruplarını 
ayırmağa imkan verir. 

Yüklə 268,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin