Азярбайжан Республикасы Мцдафия Назирлийи


Əmr qısa və aydın olsun deyə müəyyən edilmiş ardıcıllıqla yazılır



Yüklə 0,58 Mb.
səhifə13/19
tarix24.12.2023
ölçüsü0,58 Mb.
#193105
1   ...   9   10   11   12   13   14   15   16   ...   19
M-1təzə - for merge

Əmr qısa və aydın olsun deyə müəyyən edilmiş ardıcıllıqla yazılır:
1-ci bənddə – baş vermiş fövqəladə hadisənin növü, yeri, miqyası və nəticələri;
2-ci bənddə – fəlakətin nəticələrini aradan qaldırmaq və əhaliyə yardım göstərmək üçün cəlb olunan qüvvələrin tərkibi, sayı və xilasetmə işlərinin başlanma vaxtı;
3-cü bənddə – «Əmr edirəm» ifadəsindən sonra, Mülki Müdafiə qərargahına, hər bir Mülki Müdafiə xidmətinə, qüvvəsinə tapşırıq verilir və icra müddətləri göstərilir;
4-cü bənddə – işlər aparılan dövrdə Mülki Müdafiə rəhbərliyinin yerləşəcəyi İM-in yeri və icra barədə məlumat təqdim etmək qaydası;
5-ci bənddə – icra dövründə Mülki Müdafiə rəhbərinin müavinləri kimlərin təyin edildiyi göstərilir və əmr imzalanır.
Əmr icraçılara çatdırılandan sonra Mülki Müdafiə rəhbəri və qərargahının ən vacib vəzifələri – tabelikdəkilərin işlərini hərtərəfli təmin etmək, müxtəlif dəstələrin qarşılıqlı fəaliyyətini təşkil etmək, eləcə də tapşırıqların vaxtında yerinə yetirilməsinə nəzarət etməkdir.
Qarşılıqlı fəaliyyət dedikdə, müxtəlif təyinatlı dəstələrin eyni yerdə və eyni vaxtda birgə işləyərək eyni məqsədə nail olmaq üçün bir-birinə yardım göstərməsi nəzərdə tutulur. Bu hər bir qüvvənin fəaliyyətini daha da səmərəli etmək üçündür. Qarşılıqlı fəaliyyət adətən, ən əsas vəzifəni (məsələn, insanların xilas edilməsi işlərini) yerinə yetirən bölmələrin dəstəklənməsinə yönəldilir. Qarşılıqlı fəaliyyəti Mülki Müdafiə rəhbəri təşkil etməli və bunun üçün qüvvələrin fəaliyyət qaydalarını, onların arasında rabitə, məlumat mübadiləsi üsullarını, ümumi siqnalları və s. bütün qüvvə komandirlərinə izah etməlidir.
İcraya nəzarət zamanı ilk növbədə elə tədbirlərin həyata keçirilməsinə diqqət yetirmək lazımdır ki, tapşırığın yerinə yetirilməsi daha çox həmin məqamdan asılı olsun. Nəzarət, həmçinin qabaqlama xarakteri daşımalıdır ki, sərəncam və göstərişlərin yanlış icrasının qarşısı vaxtında alınsın və icraçılara kömək göstərilsin.
Mülki Müdafiə rəhbəri icraya şəxsən və Mülki Müdafiə qərargahının vasitəsilə nəzarət edir. Bütün hallarda Mülki Müdafiə qərargahının vəzifəsi – tabelikdəki şəxslərin sərəncam, göstəriş və siqnalların vaxtında aldığına, düzgün başa düşdüklərinə, tədbirlərin vaxtında və tam həcmdə yerinə yetirilməsinə, icraçıların qərar və fəaliyyətinin verilən tapşırıqlara uyğun gəlməsinə nəzarət etməkdir.

Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin