39
VI.
Ağac konstruksiyalı materiallarının keyfiyyətini qoruyub
saxlayan amillərin təhlili
Meşə materialları marka vuran çəkic, iskənə və yaxud da sabit boyaqla
markalanır; burada materialın bövü, çeşidi, qalınlığı və hazırlayıcı zavodun adı
yaxud meşə materiallarının tədarük edən müəssisənin adı göstərilir.
Girdə meşə materiallarının markası şalbanın aşağı və yuxarı başlarına vurulur.
Ağacın yuxarı başında materialın şərti işarəsi (P-mişarlanmış material, S-tikinti
materialı, K-qısa material, L-şpon soyulmaq üçün olan material və s.), çeşidi və
diametri göstərilir. Çeşidi müvafiq miqdarda kvadrat, nöqtə və yaxud zolaqla
işarələyirlər, diametri 10, 20, 30 və s. artıq olan sm-rin miqdarını göstərilən
rəqəmlərlə işarələnir. Ağacın aşağı başında meşə materiallrın tədarük edən
müəssisələri adı, meşəçilik təsərrüfatının nömrəsi və meşə materialı buraxan
çıxdaşçının nömrəsi göstərilir.
Mişarlanmış materialların markası onların baş tərəflərindən işarələni; burada
zavodun adı və materialın çeşidi yazılır. 25mm-dən nazik olan materialların
markası bir başda göstərilir.
Qont, çiləkən və s. kimi xırda materiallar topasına pbirka asılıb, orada
zavodun adı və materialın çaşidi göstərilir. Fanel, damörtüyü məmulatı. Paraket və
digər materiallar ən azı 0,1m
3
və ən çoxu 0,2m
3
həcmli bağlılar şəklində
qablaşdırılır. Meşə materialları yağışın, qarın və gün şüalarının bilavasitə
təsirindən qorunmalıdır. Girdə meşə materialları və mişarlanmış materiallar,
damının bir tərəfi mail olan talvarlar altında, digər məmulatlar isə örtülü binalarda
saxlanmalıdır. Müxtəlif növ materiallar ağacın cinsindən, çeşidindən və
ölçüsündən aslı olarq ayrı-ayrı ştabellərdə saxlanılır. Ştabellər ən azı 50-60sm
yerdən hündürdə olan dayaqlar üzərində qurulur.
Girdə meşə materiallarının çökük tərəfləri və başaları ayrı-ayrı tərəflərə
yığılmalıdır; ştabellərin uzunlğu bütöv metr miqdarına müvüfiq, ucalığı isə 1-1,5
40
və yaxud 2m olamlıdır. Taxta – şalban materialları sıra şəklində düzülməli və
araları açıq saxlanmalıdır. Girdə meşə materialları və taxta- şalban çatlamasın
deyə, baş tərəflərinə yapışqan və qatranlı maddəlrə qatılan sönmüş əhəng sürtülür.
Oduncaq materialları bioloji mənşəli olduğundan, onun ömrünü uzadılması
üçün xüsusi tədbirlər görülməlidir. Bu tədbirlər: a) oduncağı əksər hallarda
qurudub, sonra inşaatda istifadə etməkdən; b) onun çürüməkdən mühafizə
etməkdən; v) oduncaq materialını yanmaqdan mühafizə etməkdən və q) anbarda.
eləcədə istismar şəraitində qorunmasından ibarətdir.
Dostları ilə paylaş: