26
Toxuma və orqanların öyrənilməsində toxuma
kulturası üsulundan istifadə edilir. Toxuma kulturası
üsulunun ən sadə forması ondan ibarətdir ki, qidalı
mühitdə (qan plazması ilə rüşeym ekstraktının qarışığı
və ya sintetik mühitlə qan plazması qarışığı)
doldurulmuş kameraya canlı toxumanın kiçik bir hissəsi
keçirilir. Bir müddətdən sonra həmin toxumanın
hüceyrələri bölünür və böyüyürlər. Bu metodun
nisbətən dəyişdirilmiş variantı da vardır. Bu ondan
ibarətdir ki,toxumadan götürülmüş hissə
ehtiyatla tripsin
və ya versen fermentləri ilə işlənir. Bu zaman
hüceyrələr bir-birindən ayrılır. Sonra bu ayrılmış
hüceyrələr qidalı mühit doldurulmuş şüşə kameraya
keçirilir. Bu mühitdə hüceyrələr kameranın dibinə
çökür, onun dibinə yapışır, bölünür, böyüyür, əvvəlcə
koloniya əmələ gətirir, sonra isə iri hüceyrə plastı əmələ
gətirirlər. Belə kameranı mikroskop altında müşahidə
etmək, hüceyrələrin bölünməsi, böyüməsi, inkşafını və
s. öyrənmək mümkün olur.
Hüceyrələrin bu cür öyrənilməsi üçün rüşeym
hüceyrələrini öyrənmək daha əlverişlidir. Yaşlı
orqanizmin hüceyrələri bu cür süni mühitdə
orqanizmdən kənarda çox çətinliklə böyüyüb, inkişaf
edirlər. Hüceyrələri bu cür toxuma kulturasında
öyrəndikdə süni mühiti vaxtaşırı dəyişmək lazım gəlir.
Bundan başqa orqanizmə xas olan temperatur mühitinin
saxlanılmasına da riayət etmək vacibdir. İstiqanlı
heyvanlar üçün 37
0
, soyuqqanlı heyvanlar üçün 20
0
temperatur mühiti yaratmaq tələb olunur. Toxuma
kulturasında hüceyrələrin normol inkişafını təmin etmək