Aralıq filomentlər spiral şəkilində burulmuş fibrilyar
(lif şəkilli) elementlərin geniş müxtəlifliyə malik olan
qurupudur. Diametri 10 nm-dir və müxtəlif tipli xətti
monomerlərdən təşkil olunmuşlar. Məsələn, heyvan
hüceyrələrində nüvə laminləri spesifik polipeptid
monomerlərdən təşkil olduğu halda sitoplazmada
tapılmış başqa aralıq filoment keratinlər başqa tip
polipeptid monomerlərdən təşkil olunmuşlar. Heyvan
hüceyrələrində aralıq filamentlərin monomerləri paralel
180
cütləşirlər (yəni, -NH sonluq -NH sonluqla və -COOH
sonluq –COOH sonluqla cütləşir) və əmələ gəlmiş dimer
yenidən spirallaşır ki, buna da spirallaşmış spiral
(coiled coil) deyilir. İki paralel cütləşmiş dimerlər
yenidən antiparalel cütləşirlər, yəni bir dimerin –NH
sonluqları o biri dimerin –COOH sonluqları ilə cütləşir.
Əmələ gəlmiş tetramer vahidlər artıq aralıq filamentin
yığılmasında istifadə olunurlar.
Bitki hüceyrələrində nüvə laminləri tapılmışdır,
amma heyvan hüceyrələrinin sitoplazmasında olan
keratinlərin analoqu bitki hüceyrəsinin sitoplazmasında
tapılmamışdır. Amma bitki hüceyrəsində plazma
membranla mökəm hüceyrə divarını birləşdirən inteqral
zülallar çox xüsusiyyətlırinə görə aralıq filomentlərə
bənzəyir.
|