20
Şəkil 7.
Flüoressent mikroskopu
Flüoroxromların
əksəriyyəti
hüceyrə
komponentlərinin hər birini spesfik rəngdə rəngləyir.
Məsələn, narıncı akridin dezoksiribonuklein turşusunu
(DNT) yaşıl rəngdə,ribonuklein turşusunu isə (RNT)
narıncı rəngə boyayır. Ona görə də narıncı akridinlə
flüoressensiya üsulu hazırda DNT və RNT-nin
hüceyrədə lokalizasiyasını müəyyən edən əsas
üsullardan biri kimi istifadə edilir. Bu üsul ilə canlı
hüceyrədə bu və ya digər kimyəvi maddənin
miqdarını,yerləşməsini və s. öyrənmək olar. Bundan
başqa flüoroxromlar hüceyrə komponentlərinin kəskin
rənglənmələrini təmin edir ki, bu da öz növbəsində
hüceyrədə istənilən quruluş vahidini tapmağa onun
lokalizasiyasını, quruluşunu öyrənməyə imkan verir.
İşıq mənbəyi kimi göy və bənövşəyi şüaların
flüoressensiyyasından istifadə etmək üçün aşağı voltlu
21
lampaya malik bioloji mikroskoplardan istifadə edilir.
Bunun üçün mikroskopa flüoressensiya yaradan göy işıq
filtri və artıq göy şüaları aradan qaldıran sarı işıq filtri
əlavə edilir.
Ultrabənövşəyi şüalardan flüoressensiya mənbəyi
kimi
istifadə
etdikdə
isə
xüsusi
flüoressent
mikroskoplarından istifadə edilir. Bu mikroskopların
optika sistemi ultrabənövşəyi şüaları buraxan kvarsdan
düzəldilmişdir.
Dostları ilə paylaş: