111
birləşən zaman aralarındakı ilişmələr, fosfat turşusu və
dezoksiriboza vasitəsilə olur (Şəkil 31).
Şəkil 31. a. DNT- nin ikiqat spiralı ( B model ),
b. DNT-nin
ikiqat zəncirində
atomlararası rabitələrin
mövqeyi, c. DNT-nin fəza konfiqurasiyası ( Saenger 1983).
Bir nukleotidin fosfat turşusundakı hidroksili və
qonşu nukleotidin dezoksiribozasının hidroksili ilə
birləşərək bir molekul su ayrılır və nukleotidlərin
qalıqları möhkəm kovalent rabitə ilə birləşirlər. İki
nukleotiddən-dinukleotid, üç nukleotiddən-trinukleotid,
çox nukleotiddən-polinukleotid alınır. Beləliklə, DNT-
nin hər bir zənciri uzun bir polinukleotid zəncirindən
ibratə olur. Hər bir DNT-də müəyyən, daimi və eyni
ardıcıllıqla düzülmüş nukleotidlər olur. DNT-nin
qurulmasında cəmi 4 nukleotid iştirak etməsinə
112
baxmayaraq, hər bir DNT zəncirində onların çox böyük
miqdarda və müxtəlif ardıcıllıqla olduğu üçün nə qədər
çox sayda DNT molekulası olduğunu təsəvvür etmək
çətinlik törətmir. Nukleotidlərin miqdarına və molekul
çəkisinə görə dezoksiribonuklein turşuları müxtəlif
olur. Elə dezoksibonuklein turşusu var ki, orada cəmi 77
nukleotid olur, elələri də var ki, onlarda nukleotidlərin
miqdarı 10 milyonlarla olur. Hesablamışlar ki, bir
nukleotidin molekul çəkisi orta hesabla 345-dir. Onda
30000 nukleotiddən ibarət olan DNT-nin molekul
çəkisi 10 milyona bərabər olar. 50 mln. mol çəkisinə
malik olan DNT-yə də rast gəlinir. Zülalların sintezində
iştirak edən istənilən RNT molekulunu kodlaşdıran
DNT rayonuna gen deyilir. DNT üzərində on minlərlə
gen yerləşir. Odur ki, DNT molekulu zülal
molekulundan on
min və yüz
minlərlə dəfə böyükdür.
Beləliklə, DNT molekulu təbiətdə olan molekullardan
nəhəngidir və kimyəvi cəhətdən mövcud olan
maddələrin heç birinə oxşamır.
Əvvəllər belə güman olunurdu ki, nuklein
turşuları tərkibindəki 4 nukleotid bu turşuda
ekvimolyar miqdarda iştirak edərək tetranukleotid
struktur əmələ gətirir. Lakin sonrakı daha dəqiq
tədqiqatlar göstərdi ki, purin və pirimidin əsaslarının
nisbətləri müxtəlif DNT-lərdə müxtəlif olur. Məsələn,
quşlarda vərəm törədən mikroblarda
42
,
0
Dostları ilə paylaş: