Nüvə məsamələri Nüvədə tam prosesindən keçmiş
m-RNT t-RNT-lər və tam yığılmış ribosomlar
nukleoprotein kompleksi şəkilində nukleoporlarla
(nüvə məsamələri) nüvə qabığını kəsib sitoplazmaya
keçirlər. Eləcə də sitoplazmada sintez olunan nüvə
ünvanlı zülal makromolekullar nüvəyə daşınır.
Bütün
eukariot
hüceyrələrdə
çoxsaylı
porlar
(məsamələr) nüvə qabığını deşir. Hər bir nüvə pori
“nüvə por kompleksi” (NPK) adlandırılan dəqiq
quruluşdan təşkil olunmuşdur (Şəkil 53) ki, bu da
hüceyrədə ən böyük zülal yığımından (toplusundan)
yaranmış kompleksdir. Porun quruluşunun ümumi
çəkisi onurğalılarda 60-80 milyon daltondur ki, bu da
təxminən 16 dəfə eukariot ribosomdan böyükdür. NPK-
lər nukleoporinlar adlandırılan 30-a qədər müxtəlif
zülalların çoxsaylı nüsxələrindən təşkil olunmuşdur.
Nüvə porunun elektron mikroskopundakı şəkili onun
səkkizguşəli quruluşda olduğunu göstərir, membrana-
batmış üzük (həlqəvi) quruluş böyük akvaporları əhatə
edir. Təxminən 100 nm uzunluqda səkkiz filoment
terminal üzüklə (həlqə ilə) birləşərək nukleoplazmaya
uzanır, bu filomentlərin son uzaq ucları terminal üçlüklə
birləşərək nüvə səbəti adlandırılan quruluşu yaradırlar.
Sitoplazma filamentləri NPK-in sitoplazma tərəfindən
sitozola uzanırlar.
İonlar, kiçik metabolitlər və 40 kDa ölçüyə qədər
olan qlobulyar zülallar diffuziya yolu ilə passiv
transport şəkilində nukleopor kompleksin mərkəzi akva
(su) rayonu ilə keçir. Amma, böyük zülallar və
ribonukleoprotein komplekslər nüvədən kənara və
211
daxilə diffuziya edə bilmirlər. Ona görə də bu
makromolekullar NPK-dən, həll olan transporter
zülalların köməyi ilə, bu makromolekullara birləşərək
və nukleoporinlə qarşılıqlı əkaqədə olaraq fəal şəkildə
daşınırlar. Bu cür aktiv transport üçün NPK-lərin
qabliyyəti və effektivliyi xüsusi əhəmiyyətə malikdir.
Belə hesab olunur ki, NPK bir dəqiqənin müddətində
60000 zülal molekulunun nüvə daxilinə, 50-250 m-RNT
molekullarının, 10-20 ribosomun subvahidlərinin və
1000
t-RNT
molekullarının
nüvədən
kənara
transportunu həyata keçirir.
Ümumiyyətlə NPK-da nukleoporinlər üç tipdə
olurlar: quruluş (struktur) nukleoporinləri, membran
nukleoporinləri və FG-nukleoporinlər (bunlar xüsusi
fenelilalanin (F) və qlisin (G) ardıcıllığından ibarət olan
hidrofob rayona malik olan nukleoporinlərdir). Bu
nukleoporinlərin
hər
biri
xüsusi
ardıcıllıqla
makromolekulların daşınmasını nizamlayırlar. Məhz
nukleopor kompleksin kanalında xətti düzülən və
həmçinin nüvə səbətində və sitoplazma filamenmtləri ilə
assosiasiyasda olan FG-nukleoporinlər NPK-nı kəsib
keçən
makromolekul
kompleksin
düzgünlüyünü
yoxlayır və kompleksin hərəkətini nizamlayır.
|