6.
Qarşılaşma məqamında:
Xoş gördük; Nə gözəl təsadüfdür;
Həmişə siz gələsiniz; Sizi
arzulayırıq; Səni çoxdan gözləyirik və s.
7.
İntizama dəvət, məzəmmət etmə: Sizdən bu hərəkəti gözləməzdim;
Nəzakətli olun;
Allah
xatirinə razı olun; Danışığınıza fikir verin və s.
8.
Qarşılama məqamında: Xoş gördük; Həmişə siz gələsiniz; Göz üstə gəldin; Gələn qədəmləriniz
xoş olsun; Lap vaxtında gəlmisiniz və s.
9.
Vidalaşma məqamında: Sizi səbirsizliklə gözləyəcəyik; Həmişə sağlığa gələk; Allah yolunuzu
açıq etsin; Yuxunuz
şirin olsun; Gecəniz xeyrə qalsın və s.
10.
Görülən işin müqabilində razılıq, rəğbətləndirmə: Afərin; Əhsən; Sizə zəhmət verdim; Allah
sizdən razı olsun; Qismət olsa əvəzini çıxaram; Səni Allah saxlasın və s.
11.
Danışmağa başlamaq məqamında: İcazənizlə fikrimi bildirim;
Mənə söz verdiyiniz üçün
minnətdaram; Sizin fikrinizə şərikəm və s.
12.
Məsləhət qəbul etmə məqamında: Dediklərinizlə razıyam, Bunlar mənim xeyrimədir; Faydalı
məsləhətləriniz üçün çox sağ olun; Sizin təklifinizi qəbul edirəm; Çalışacağam ki, dediklərinizə
əməl edim və s.
13.
Telefonla danışanda, zəng edəndə: Alo, sabahınız (axşamınız, hər vaxtınız)
xeyir olsun;
Bağışlayın, mən kiminlə danışıram; Bağışlayın vaxtınızı aldım; Deyəsən Sizi yordum;
Təşəkkür edirəm və s.
14.
Süfrə etiketləri: Bismillah; Bərəkətli olsun; Allah bol etsin; Nuş olsun; Buyurun; Çox sağ olun
və s.
Şübhəsiz, mədəni nitqin etiketləri dediklərimizlə məhdudlaşmır. Dilimiz bu baxımdan olduqca
zəngindir.
İnsanın etik, əxlaqi baxışları qısa zaman daxilində yaranıb formalaşmır. Bu,
uzun sürən bir
proses olub, ömrün bütün dövrlərini əhatə edir.
Ə d ə b i y y a t
1.
A.Abdullayev. Nitq mədəniyyətinin əsasları. Bakı -2013
2.
V.Aslanov, Z. Budaqova. Dil mədəniyyəti. Bakı-1979
3.
M.Şirəliyev, M.Cəfərov, Z.Verdiyev. Nitq mədəniyyəti məsələləri. Bakı-Elm-1988
4.
A.Abdullayev. Nitq mədəniyyəti və natiqlik haqqında. Bakı-1968
5.
V.Qurbanov, A.Əmirli. Azərbaycan dili tədrisinin aktual problemləri. “Müəllim”
nəşriyyatı. Bakı 2006
6.
H.Həsənov. Nitq mədəniyyəti və üslubiyyatın əsasları. Bakı-1999