B İ L d I r I Ş təqsirləndirilən şəxsin hüquq və vəzifələrinə dair



Yüklə 21,3 Kb.
tarix04.12.2016
ölçüsü21,3 Kb.
#771
B İ L D İ R İ Ş
təqsirləndirilən şəxsin hüquq və vəzifələrinə dair
Azərbaycan Respublikası CPM-nin 91-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsə:

nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi), ittiham elan edildikdə, habelə həbsə alındıqdan və ya barəsində qətimkan tədbiri seçilməsi haqqında qərar elan olunduqdan dərhal sonra müvafiq qərarın surətini almaq;

onu tutmuş və ya həbs haqqında qərarı icra etmiş şəxsdən, təhqiqatçıdan, müstəntiqdən və ya prokurordan hüquqları haqqında yazılı bildiriş almaq;

dərhal tutulma və həbsə alma protokolu tərtib olunduqdan sonra onunla tanış olmaq və ona protokolda əks olunmalı qeydlərini vermək;

həbsə alındığı və ya ittiham elan olunduğu andan müdafiəçiyə malik olmaq;

müdafiəçinin yardımından pulsuz istifadə etmək;

tutulduqdan dərhal sonra tutulduğu və ya həbsə alındığı və harada saxlanıldığı barədə yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə telefonla və ya digər vasitələrlə məlumat vermək; əgər tutulmuş şəxs əcnəbi, yaxud vətəndaşlığı olmayan şəxsdirsə, onun vətəndaşı olduğu və ya daimi yaşadığı dövlətin Azərbaycan Respublikasında olan diplomatik nümayəndəliyinə və ya konsulluğuna, yaxud ona himayədarlığı öz üzərinə götürmüş milli, yaxud beynəlxalq təşkilata bu barədə dərhal məlumat vermək;

müstəqil olaraq müdafiəçi seçmək, onun səlahiyyətlərinə xitam vermək, müdafiəçidən imtina etdiyi halda özü özünü müdafiə etmək;

söhbətlərin sayı və müddəti məhdudlaşdırılmadan müdafiəçisi ilə təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq;

öz vəsatəti əsasında müdafiəçinin iştirakı ilə dindirilmək;

ifadə (izahat) vermək, özünə və yaxın qohumlarına qarşı ifadə (izahat) verməmək və ya ümumiyyətlə ifadə (izahat) verməkdən imtina etmək, habelə haqqında irəli sürülmüş ittihama dair izahat vermək və izahat verməkdən imtina etmək; ana dilində və ya bildiyi başqa dildə ifadə (izahat) vermək;

tərcüməçinin köməyindən pulsuz istifadə etmək;

etirazlar etmək və vəsatətlər vermək;

istintaq və ya digər prosessual hərəkətlərdə iştirak etmək, bu Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa, həmin hərəkətlərdə iştirakdan imtina etmək;

öz vəsatəti əsasında aparılan istintaq və ya digər prosessual hərəkətlərdə müdafiəçinin yardımı ilə iştirak etmək;

cinayət işinə əlavə və məhkəmə iclasında tədqiq olunması üçün sübutlar və digər materiallar təqdim etmək;

təqsirli olduğunu və ya təqsirli olmadığını bildirmək;

cinayət prosesini həyata keçirən orqanın hərəkətlərinə öz etirazını bildirmək və bu etirazın istintaq və ya digər prosessual hərəkətlərin protokolunda qeyd edilməsini tələb etmək;

iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin protokolları ilə tanış olmaq, protokoldakı yazıların düzgünlüyü və tamlığı barədə qeydlərini vermək;

istintaq və ya digər prosessual hərəkətlərdə və məhkəmə baxışında iştirak edərkən, qeyd edilməsi zəruri olan halların müvafiq protokola daxil edilməsini tələb etmək;

ekspertizanın təyin olunması haqqında qərarla və ekspertin rəyi ilə tanış olmaq;

həbsə alma və həbsdə saxlamanın qanuni və əsaslı olduğunu təsdiq etmək üçün cinayət prosesini həyata keçirən orqanın məhkəməyə təqdim etdiyi materiallarla tanış olmaq;

ibtidai araşdırma qurtardığı və ya cinayət işi üzrə icraata xitam verildiyi andan işin materialları ilə tanış olmaq, ona aid zəruri sənədlərin surətlərini çıxarmaq;

cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmək;

əsassız gecikməyə yol verilmədən açıq məhkəmə baxışını tələb etmək;

birinci və apellyasiya instansiyası məhkəmələrinin iclaslarında və işin materiallarının tədqiqində iştirak etmək;

birinci instansiya məhkəməsinin iclasında andlı iclasçıların seçilməsində iştirak etmək;

öz müdafiəsini müstəqil həyata keçirərkən birinci və apellyasiya instansiyası məhkəmələrinin iclaslarında giriş sözü (haqqında irəli sürülmüş ittihamda özünü təqsirli bilib-bilməməsinin, mülki iddianı qəbul edib-edilməməsinin elan olunması), nitq və replika söyləmək;

məhkəmə baxışında son sözlə çıxış etmək;

hüquqlarına və qanuni mənafeyinə toxunan qərarlar haqqında cinayət prosesini həyata keçirən orqan tərəfindən məlumatlanmaq və xahişi ilə bu qərarların, o cümlədən qətimkan tədbirinin seçilməsi, istintaq və ya digər prosessual məcburiyyət tədbirlərinin aparılması, təqsirləndirilən şəxs qismində cəlb etmə, ittiham elan olunması haqqında qərarların, habelə ittiham aktının, iddia ərizəsinin, hökmün, məhkəmənin digər yekun qərarının, apellyasiya və ya kassasiya şikayətlərinin, yaxud protestlərinin surətlərini almaq;

təhqiqatçının, müstəntiqin və ya prokurorun qərarlarından, yaxud hərəkətlərindən şikayət etmək;

hökmdən və məhkəmənin digər qərarlarından apellyasiya, kassasiya və ya əlavə kassasiya qaydasında şikayət vermək və həmin qərarların surətlərini almaq;

məhkəmə iclasının protokolu ilə tanış olmaq və ona dair qeydlərini vermək;

özünün və ya müdafiəçisinin verdiyi hər bir şikayətdən imtina etmək;

zərər çəkmiş şəxslə barışmaq;

cinayət prosesini həyata keçirən orqan tərəfindən onun nəzərinə çatdırılmış məlumatlardan və ya cinayət prosesinin digər iştirakçılarının şikayətlərindən ona məlum olmuş hallara öz etirazını bildirmək;

onun şikayəti ilə cinayət işinə apellyasiya, kassasiya, əlavə kassasiya qaydasında və ya hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar və yeni açılmış hallar üzrə baxılmasında, həbsdə saxlanılmırsa, cinayət prosesinin digər iştirakçısının şikayətinə etiraz olduqda, həmçinin məhkəmə iclasında işin materiallarının tədqiqində iştirak etmək;

iş üzrə verilmiş şikayət və protestlərdən xəbərdar olmaq və onlara öz etirazlarını bildirmək;

məhkəmə iclasında cinayət prosesinin digər iştirakçıları tərəfindən verilmiş vəsatət və təkliflər, habelə məhkəmə tərəfindən həll edilən məsələlər üzrə öz fikrini bildirmək;

cinayət prosesinin digər tərəfinin qanunsuz hərəkətlərinə öz etirazını bildirmək;

cinayət işi üzrə icraat zamanı sərf etdiyi xərclərin ödənilməsinə və cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyana görə kompensasiya almaq;

ittiham sübut olunmadığı halda bəraət almaq;

«Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu»nda nəzərdə tutulmuş hüquqlardan istifadə etmək hüquqları,

cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə gəlmək;

həbsə alınarkən baxışa və şəxsi axtarışa məruz qalmaq;

həkim müayinəsinə, əl-barmaq izlərinin götürülməsinə, şəklinin çəkilməsinə, qan, bədən ifrazatı nümunələrinin götürülməsinə məruz qalmaq;

müayinəyə məruz qalmaq;

ekspertiza aparılmasına məruz qalmaq;

təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmə iclasında sədrlik edənin göstərişlərinə tabe olmaq;

məhkəmə iclasında sədrlik edənin icazəsi olmadan fasilə elan olunanadək məhkəmənin iclas zalını tərk etməmək;

məhkəmə iclasında qaydaya riayət etmək;

«Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu»nda nəzərdə tutulmuş vəzifələri izah edildi.

«İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasına uyğun olaraq cinayət törətməkdə ittiham olunan hər kəs aşağıdakı hüquqlara malikdir:

öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq;

onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə olan şahidlər çağırmaq və dindirməyə nail olmaq.

Qeyd: Yetkinlik yaşına çatmayan və fəaliyyət qabiliyyəti olmayan təqsirləndirilən şəxsin hüquqları müvafiq qaydada qanuni nümayəndə tərəfindən həyata keçirilir.

______________________________

bildirişi təqdim edən şəxsin vəzifəsi, rütbəsi

______________________________ _____________________

imza adı, soyadı

Hüquq və vəzifələrimə dair yazılı bildirişi aldım:



Təqsirləndirilən şəxs: _____________________

imza adı, soyadı
Yüklə 21,3 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin