B neolitdə c 000 Mezolitdə d



Yüklə 78,01 Kb.
səhifə67/67
tarix02.01.2022
ölçüsü78,01 Kb.
#39570
1   ...   59   60   61   62   63   64   65   66   67
kollec 250 sual Qərb

D) 1, 3

E) 2, 4

224. Azərbaycanın Rusiya və İran arasında bölüşdürülməsinin ikinci mərhələsiə aiddir:

1 - Gəncənin işğalı

2 - Cavanbulaq döyüşü

3 - Təbrizin ruslar tərəfindən tutulması

4 - Aslandüzü döyüşü

A) 2, 3

B) 1, 4

C) 3, 4

D) 2, 4

E) 1, 3

225. Xronoloji ardıcıllığı müəyyən edin:

1 - Rəşt müqaviləsi

2 - Kirmanşah müqaviləsi

3 – Ədirnə müqaviləsi

4 - Peterburq müqaviləsi

A) 4, 2, 1, 3

B) 2, 4, 3, 1

C) 1, 4, 2, 3

D) 3, 1, 4, 2

E) 2, 1, 3, 4

226. Xronoloji ardıcıllığı müəyyən edin:

1 - Dərbənd xanlığının Quba xanlığına birləşdirilməsi

2 - Nadir şahın ölümü

3 - Gavduşan vuruşması

4 - Şəki xanlığının Quba xanlığına tabe edilməsi

A) 2, 1, 3, 4

B) 1, 2, 3, 4

C) 3, 4, 1, 2

D) 2, 3, 1, 4

E) 3, 1, 4, 2

227. Xronoloji ardıcıllığı müəyyən edin:

1 - Rus generalı Sisianovun Bakıda öldürülməsi

2 - Lənkəran xanlığının ruslar tərəfinndən işğalı

3 - Bakı xanlığının ruslar tərəfindən işğalı

A) 1, 3, 2

B) 3 , 2 , 1

C) 1, 2, 3

D) 2, 1, 3

E) 1. 2, 3

228. Osmanlı və Səfəvi dövlətlər arasında bağlanmış müqavilələrin müəyyən edin:

1 - Əbhər

2 - Qəsri – Şirin

3 - Peterburq

4 - Kirmanşah

5 - Nabur

6 - Bağdad

A) 2, 4, 6

B) 1, 2, 3

C) 4. 5, 6

D) 3, 4, 5

E) 2, 3, 4

229. 1801-ci il manifestinə əsasən Gürcüstanla birlikdə Rusiyaya qatılan ilk Azərbaycan torpaqları:

1 - Gəncə

2 - Qazax

3 - Şəmşədil

4 - Borçalı

5 - Cavad

6 - Pəmbək

A) 2, 3, 4, 6

B) 1, 2, 3, 4

C) 1, 2, 5, 6

D) 3, 4, 5, 6

E) 1, 3, 4, 5

230. Xanlıqların Rusiya tərəfində işğalı ardıcıllığını müəyyən edin:

1 - Lənkəran

2 - Gəncə

3 - Bakı

4 - Şəki

5 - Qarabağ

6 - Quba

A) 2, 5, 4, 3, 6, 1

B) 2, 4, 3, 5, 1, 6

C) 5, 4, 2, 3, 6, 1

D) 2, 4, 5, 3, 6, 1

E) 1, 2, 3, 4, 5, 1
231. Yelizavetpol quberniyasına daxil olan qəzalar:

A) Cəbrayıl, Cavanşir

B) Şərur - Dərəlyəz, Naxçıvan

C) Ərəş, Nuxa

D) Şuşa, Irəvan

E) Cavanşir, Cavad

232. XIX əsrin 80 - ci illəri Şimali Azərbaycana aiddir:

A) Ilk orta təhsil məktəblərinin meydana gəlməsi

B) Ilk rus - Azərbaycan məktəbinin əsasının qoyulması

C) Qori müəllimlər seminariyasının təşkil olunması

D) N. Nərimanovun təşkil etdiyi ilk Azərbaycan qiraətxanası

E) Qəza məktəbinin şəhər məktəbləri ilə əvəz olunmağa başlaması

233. XIX əsrin II yarısında Şimali Azərbaycanda kapitalist münasibətlərinin nəticəsi deyil:

A) Kəndlilərin təbəqələşməsinin başlanması

B) Millətin təşəkkül prosesinin başlanması

C) Bəylərin torpaq mülkiyyəti hüququnun rəsmiləşdirilməsi

D) Fabrik - zavod istehsalının ortaya çıxması

E) Kənd təsərrüfatında ticarət əkinçiliyinin genişlənməsi

234. 1898 - ci ildə Təbrizdə əhalinin etiraz çıxışlarına səbəb nə olmuşdu?

A) Rusiya tacirlərinə güzəştlərin verilməsi

B) Tütün insiharının ingilis tacirlərinə verilməsi

C) Sənətkarlar və tacirlər üzərinə yeni vergilərin qoyulması

D) İri feodalların və iri ruhanilərin taxıl möhtəkirliyi

E) Heç biri

235. Cənubi Azərbaycana aid deyil:

A) 1900 - cu ildə Təbrizdə taxıl möhtəkirliyinə qarşı üsyanın baş verməsi

B) “Baş pulu”, “sərkəllə” və “qapı pulu” vergilərinin alınması

C) ”Ettehadiyyə” cəmiyyətin təşkil edilməsi

D) ”Tənbəki üsyanı ”nın baş verməsi

E) Xalça istehsalının geniş yayılması

236. Şimali Azərbaycan qəzalarında ilk su elektrik stansiyası inşa edilmişdir:

A) Qalakənddə

B) Hacıkənddə

C) Yelendorofda

D) Şəmkirdə

E) Annenfeldə

237. 1907 - ci il Təbriz silahlı üsyanının nəticəsi:

A) Şəhərdə real hakimiyyətin Əyalət şurasının əlinə keçməsi

B) Şah hakimiyyətinin tamamilə ləğv edilməsi

C) Qacarlar sülaləsinin hakimiyyətinə son qoyulması

D) Cənubi Azərbaycana muxtariyyət verilməsi

E) Rus qoşunlarının tamamilə Irandan çıxarılması

238. Xırdamalik torpaqlarına Cənubi Azərbaycanda daha çox təsadüf edilirdi:

A) Urmiya əyalətində

B) Sərab əyalətində

C) Təbriz bölgəsində

D) Səlmas mahalında

E) Marağada

239. Kəndlilərin müxtəlif zümrələri “mülkədar tabelisi”adlandırılırdı:

A) 1846 - cı ildə verilmiş “Bəylərin və ağaların hüquqları haqqında reskript”də

B) 1843 - cü ildə verilmiş “Ali müsəlman silki haqqında” fərmanda

C) 1840 - cı il inzibati - məhkəmə islahatında

D) 1846 - cı il inzibati - ərazi islahatında

E) 1847 - ci il “Kəndli Əsasnamələri”ndə

240. 1891 - ci ildə şah hökümətinin ingilis kapitalisti Talbota etdiyi güzəştin nəticəsində baş verdi:

A) Tənbəki üsyanı

B) Zeynəb paşanın başçılığı ilə üsyan

C) Fəhlələrin tətili

D) Dekabr silahlı üsyanı

E) Babilər hərəkatı

241. Səttarxanın başçılıq etdiyi fədai dəstəsinə Tehranda basqın etdi:

A) Daşnak Yefremin silahlı dəstəsi

B) Rus kazak dəstəsi

C) İngilis hərbi dəstəsi

D) Polkovnik Lyaxovun silahlı dəstəsi

E) Şah tərəfdarlarından ibarət qaragüzuhcu dəstə

242. Şəki xanlığının tarixinə aid əsər yazmışdır:

A) Q.Zakir

B) A.Bakıxanov

C) Kərim ağa Fateh

D) Ə.Cavanşir

E) Mirzə Camal

243. I dünya müharibəsində azərbaycanlılardan təşkil olunmuşdur:

A) tatar süvari alayı

B) vəhşi diviziya

C) atıcı diviziya

D) tank polku

E) piyada diviziya

244. Uyğunluq gözlənilib:

A) F.Xoyski - AXC - də ilk Xarici İşlər naziri idi

B) Ə.Topçubaşov - AXC - də parlamentin sədri idi

C) M.Rəsulzadə – AXC - də ilk Nazirlər Şurasının sədri idi

D) 1920-ci ilin mayın 28 - də Zaqafqaziya Seymi buraxıldı

E) 1918-ci ilin mayında Bakı Xalq Komissarları Soveti yaranmışdır

245. AXC-nin ilk Nazirlər Şurasının sədri və daxili lşlər naziri olmuşdur:

A) Fətəli xan Xoyski

B) Nəsib bəy Yusifzadə

C) Məmməd Əmin Rəsulzadə

D) Məmməd Yusif Cəfərov

E) Əhməd bəy Ağayev

246. 1918 - ci il Mart soyqırımı nəticəsində Bakıda öldürülmüş azərbaycanlıların sayı

A) 30 min nəfər

B) 15 mindən çox

C) 12 mindən çox

D) 25 min nəfər

E) 50 min nəfər

247. 31 Mart azərbaycanlıların soyqırımı elan edildi:

A) Azərbaycan Respublikası Prezidentinin 20 aprel 1997 - ci il fərmanına əsasən

B) Azərbaycan Respublikası Prezidentinin 26 mart 1998 - ci il fəmanına əsasən

C) Azərbaycan Respublikasının Dövlət Müstəqilliyini bərpa etmək haqqında bəyannamənin qəbulu ilə

D) Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında konstitusiya ilə

E) Azərbaycan Respulikasının 2001 - ci il avqust fərmanı ilə

248. Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk xarici dövlət:

A) Türkiyə

B) İran

C) Rusiya

D) Gürcüstan

E) Böyük Britaniya

249. 1920-ci ilin fevralda təsis edilən Azərbaycan Kommunist Partiyasının əsas məqsədi nə idi?

A) Azərbaycan Xalq Cümhuriyyəti hökumətini yıxmaq

B) İngilisləri Cənubi Qafqazdan çıxartmaq

C) «Müsavat» partiyasının suverenlik siyasətini ifşa etmək

D) Ermənistanın təcavüzkar siyasətini ifşa etmək

E) Musavat partiyasını ifşa etmək

250. Xronoloji ardıcıllığı müəyyən edin:

1 - AXC-nin üçrəngli bayrağinin qəbul edilməsi

2 - Azərbaycan Milli Ordusunun yaradılması

3 - Tiflisdə AXC-nin elan edilməsi

4 - Azərbaycan hökümətinin Bakıya köçməsi

A) 3, 2, 4, 1

B) 2, 3, 1, 4

C) 3, 2, 1, 4

D) 3, 1, 4, 2

E) 3, 4, 2, 1

251. Azərbaycanda sənayeləşdirmə dövründə üstünlük verilən əsas sənaye sahələri:

1 - Yüngül

2 - Neft

3 - Elektrikləşmə

4 - Hərbi

A) 2, 3

B) 2, 4

C) 1, 2

D) 1, 3

E) 3, 1

252. 1920-ci illərə aiddir:

1 - SSRİ EA-nın Azərbaycan fililalının təşkili

2 - Azərbaycanı öyrənən cəmiyyətin yaranması

3 - Kinostudianın yaranması

4 - «Koroğlu» operasının tamaşaya qoyulması

A) 1, 3

B) 2, 3


C) 1, 4

D) 1, 2

E) 2, 4

253. Azərbaycan SSR-nin I Konstitusiyasının qəbul edilməsindən neçə il sonra II Konstitusiyası qəbul edildi?

A) 20 il

B) 10 il

C) 16 il

D) 18 il

E) 15 il

254. ZSFSR ləğv edildi:

A) Birinci sovetlər qurultayına görə

B) 1936-cı il SSRİ Konstitusiysına görə

C) Azərbaycan SSR-in I Konstitusiyasına görə

D) Azərbaycan SSR-in ikinci Konstitusiyasına görə

E) 1924-cü il SSRİ Konstitusiyasına görə

255. Xronoloji ardıcıllığı müəyyən edin:

1 - “Koroğlu” operasının tamaşaya qoyulması

2 – Azərbaycan Dram teatrının yaradılması

3 - Kiril əlifbasına keçirilməsi

A) 2, 1, 3

B) 1, 3, 2

C) 3, 2, 1

D) 1, 2, 3

E) 3, 1, 2

256. Xronoloji ardıcıllığı müəyyən edin:

1 - Azərbaycan Kinostudiyasının yaranması

2 – SSRİ Elmlər Akademiyası Azərbaycan filialının yaradılması

3 - Azərbaycan Bəstəkarlar İttifaqının yaradılması

A) 2, 1, 3

B) 1, 3, 2

C) 3, 2, 1

D) 1, 2, 3

E) 2, 3, 1

257. Xronoloji ardıcıllığı müəyyən edin:

1 - Azərbaycan SSR - də Latın qrafikalı əlifbaya keçid

2 - Azərbaycan Opera və Balet teatrının açılması

3 - Azərbaycan Yazıçılar İttifaqının yaradılması

A) 2, 1, 3

B) 3, 2, 1

C) 1, 2, 3

D) 2, 3, 1

E) 1, 3, 2

258. Almaniyanın Azərbaycan işğalı ilə bağlı planları:

A) Şliffen, Barbarosso

B) Böyük Türküstan, Edelveys

C) Rozenberqin planı, Barbarosso

D) Vilvet, Məxfi plan

E) Böyük Türküstan, Vilvet

259. II Dünya müharibəsi illərində Sovet Azərbaycanından nə qədər adam cəbhəyə səfərbər edilmişdir?

A) 640 min nəfər

B) 1 milyona yaxın

C) 300 min nəfər

D) 123 min nəfər

E) 800 min nəfər

260. Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən ilk azərbaycanlı:

A) Mehdi Hüseynzadə

B) İsrafil Məmmədov

C) Qafur Məmmədov

D) Həzi Aslanov

E) İdris Süleymanov

261. SSRİ - nin müttəfiqləri olan ABŞ və İngiltərənin Qafqazla bağlı planı adlanırdı:

A) “Vilvet”

B) “Edelveys”,

C) “Barbarossa”

D) “İldırım sürətli”

E) “Ost”

262. 1957-ci ildə Sovet İttifaqıQəhrəmanı adına layiq görülmüşdür:

A) Mehdi Hüseynzadə

B) İsrafil Məmmədov

C) Əli Babayev

D) Əhmədiyyə Cəbrayılov

E) İsmayıl Əliyev

263. Həzi Aslanov ikinci dəfə Sovet İttifaqı Qəhramanı adi alması haqqında fərman imzalandı:

A) 1945 - ci il

B) 1991 - ci il

C) 1944 ci il

D) 1992 - ci il

E) 1942 - ci il

264. Almanların Qafqaza hücum planı adlanırdı:

A) “Edelveys”

B) “Vilvet”

C) “Barbarossa”

D) “Ost”

E) “Overlord”

265. Xronoloji ardıcıllığı müəyyən edin:

1 - 416 - cı atıcı diviziyasına “Taqanroq” fəxri adının verilməsi

2 - Həzi Aslanova birinci dəfə Sovet İttifaqı Qəhramanı adının verilməsi

3 - SSRİ, ABŞ və İngiltərə dövlət başçılarının Tehran konfransı

4 - İsrafil Məmmədova Sovet İttifaqı Qəhrəmanı adının verilməsi

A) 4, 2, 1, 3

B) 4, 1, 3, 2

C) 2, 4, 1, 3

D) 3, 2, 1, 4

E) 2, 4, 3, 1

266. 30- cu illərə aiddir:

1 – Cənubi Azərbaycana mədəni muxtariyyət verilməsi

2 - İranda totalitar rejim yaradıldı

3 - İran – SSRİ əlaqələri kəsildi, sərhədlər bağlandı

4 – İranda “ağ inqilabın” həyata keçirilməsi

5 - SSRİ - də kütləvi repressiyalar baş verdi

A) 3, 4, 5

B) 2, 3, 4

C) 1, 3, 4

D) 2, 3, 5

E) 1, 2, 4

267. Xronoloji yaradıcılığı müəyyən edin:

1 - H.Ə.Əliyevin SSRİ Nazirlər Sovetiinin Birinci müavini vəzifəsinə təyin edilməsi

2 - Bakı metropoliteninin açılışı

3 - Oncilidlik “Azərbaycan Sovet Ensiklopediyası” nəşrinin başa çatması

4 - Erməni təxribatçılarının Sumqayıtda qanlı fitnəkarlıq törətməsi

A) 2, 1, 3, 4

B) 2, 3, 1, 4

C) 1, 2, 4, 3

D) 1, 3, 4, 2

E) 3, 2, 1, 4

268. Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir:

A) 1969, 1991

B) 1991, 2003

C) 1993, 1998

D) 1993, 2003

E) 1991, 1993

269. Xronoloji ardıcıllığı müəyyən edin:

1 - Azərbaycan Republikasının BMT-yə qəbul edilməsi

2 - Azərbaycan SSR-nin Azərbaycan Respublikası adlandırılması

3 - Azərbaycan ATƏM-ə üzv qəbul edilmişdir

4 - Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılması

5 - Azərbaycan İslam Konfransına qəbul edilmişdir

A) 2, 4, 5, 1, 3

B) 4, 2, 1, 3, 5

C) 5, 1, 3, 2, 4

D) 2, 5, 4, 1, 3

E) 4, 5, 2, 3, 1

270. 2001 - ci il yanvarın 25-də Azərbaycan Respublikası üzv olmuşdur:

A) Avropa şurasına

B) NATO-ya

C) İslam Konfransına

D) MDB-yə

E) BMT-yə

271. 2004-cü ildə Azərbaycan:

1 – Afina yay olimpiadasında iştirak etmişdir

2 – NATO-ya daxil olmuşdur

3 – Avropa Birliyinin “Yeni qonşuluq” siyasətinə daxil olmuşdur

4 – Türk ulduzları hava eskadriyası Bakı səmasında uçmuşdur

A) 3, 4


B) 1, 2

C) 2, 3

D) 1, 4

E) 1, 3


272. 2010 - cu ilə aiddir:

1 – Məhəmmməd Füzulinin 500 illik yubileyinin keçirilməsi

2 - Mübariz İbrahimovun Milli qəhrəman adı alması

3 - Oğuz - Qəbələ - Bakı su kəmərinin açılışı

4 - Azadlıq metrosunun açılışı

5-Dövlət Bayrağı meydanının açılışı

A) 1, 2 ,3

B) 2, 3 ,5

C) 2, 4 ,5

D) 3, 4 ,5



E) 1, 3 ,4






Yüklə 78,01 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin