B variantı Biologiya Tropik bitkilər



Yüklə 40.37 Kb.
PDF просмотр
tarix26.07.2017
ölçüsü40.37 Kb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi

B variantı

Biologiya

1.  

Tropik bitkilər:

A) kofe, hind qozu palması, avakado, banan

B) feyxoa, narıngi, portağal, limon

C) nar, kakao, hind qozu palması, əncir

D) əncir, tut, nar, zeytun

E) albalı, kivi, gilas, alça



2.  

Əgər günəbaxan toxumlarını kağızın üzərində 

əzsək kağızın üzərində ləkələr qalacaq. Bu 

təcrübə ilə nəyi sübut etmək olar?

A) toxumun tərkibində zülalın olduğunu

B) toxumun tərkibində mineral duzların olduğunu

C) toxumun tərkibində yağın olduğunu

D) toxumun tərkibində şəkərin olduğunu

E) toxumun tərkibində nişastanın olduğunu



3.  

Örtülütoxumlular şöbəsinə nə qədər növ

daxildir?

A) 11500


B) 250000

C) 750


D) 55000

E) 40000


4.  

Hansı torpaqlarda şibyə olmur?

A) şumlanmış

B) şoran

C) qumlu


D) gilli

E) şumlanmamış



5.  

«İxtiozavr» sözünün dilimizdəki mənası:

A) balıq- kələz

B) yırtıcı

C) kərtənkələ

D) dəhşətli kələz

E) uçan kələz



6.  

Əhlliləşdirilmiş cücü:

A) məzar böcəyi

B) tut ipəkqurdu

C) qarışqa

D) ev milçəyi

E) kələm kəpənəyi



7.  

Qidada əsasən hansı vitaminin çatışmaması 

uşaqlarda sümükləşmə prosesinin pozulmasına 

səbəb olur?

A) B1


B) B2        C) C

D) D


E) A

8.  

İnsanda baş beynin hansı şöbəsi səmtləşdirmə 

reflekslərini tənzimləyir?

A) uzunsov beyin

B) böyük yarımkürələr

C) beyincik

D) orta beyin

E) ara beyin



9.

Hidrofob maddələri göstərin:

A) qələvilər

B) sellüloza

C) duzlar

D) turşular

E) qlükoza



10.  

Göstərilənlərdən hansı yalnız canlı orqanizmə 

düşdükdə öz həyat funksiyasını  yerinə yetirə 

bilir?

A) bakteriya

B) göy-yaşıl yosun

C) virus


D) bitki

E) göbələk



11.  

«Karion» sözünün yunan dilindən tərcüməsi:

A) hüceyrə

B) nüvə

C) qılaf


D) daraq

E) ribosom



12.  

Hansı sırada göstərilmiş xordalı heyvanlarda 

xorda bütün ömrü boyu qalır?

A) xanı, nərə, qızılbalıq

B) nərə, qaya, çəki

C) çəki, çapaq, neştərçə

D) neştərçə,nərə, bölgə

E) həşəm, durna, naxa



13.  

Yazın ikinci əlaməti:

A) kol bitkilərində şirə hərəkətinin başlanması

B) ağac bitkilərində yarpaqların açılması

C) həşəratla  tozlanan bitkilərin çiçək açması

D) küləklə tozlanan ağac və kol bitkilərinin çiçək 

açması


E) ağac bitkilərində şirə hərəkətinin başlanması

14.  

Meyvəyanlığı nədən əmələ gəlir?

A) çiçək saplağından

B) erkəkcikdən

C) yumurtalığın divarından

D) toxumdan

E) yumurtacıqdan



Bakı Şəhəri üzrə Təhsil İdarəsi

B variantı

15.  

Hansı mülahizə düzgün deyil?

A) pambıq və kətan lifi hüceyrələrini adi gözlə 

görmək mümkün deyil

B) hüceyrələr ölçülərinə, formalarına görə 

müxtəlifdir

C) çiçəkli bitkilərin bütün orqanları hüçeyrədən 

təşkil olunmuşdur

D) bitki hüceyrələri, adətən, çox kiçikdir

E) hüceyrə orqanizmin ən kiçik bioloji vahididir

16.  

Çılpaqtoxumlulara aid olan fəsilələr 

hansılardır?

A) ardıc və qarmaqvari şam fəsiləsi

B) küknar və qaraçöhrə fəsilələri

C) qara şam və sidr fəsiləsi

D) şamlar  və sərvlər fəsilələri

E) şərq tuyası və Eldar şamı fəsiləsi



17.  

Növlərin latın dilindəki adlarında birinci gələn 

söz hansı sistematik vahidin göstəricisidir?

A) növün


B) sıranın

C) cinsin

D) fəsilənin

E) sinfin



18.  

14 hüceyrədən təşkil olunmuş ulotriksin neçə 

hüceyrəsi fotosintez edə bilər?

A) 12


B) 2

C) 10


D) 13

E) 1


19.

Məməlilərdə mədə  hansı orqanlar sisteminə 

aiddir ?

A) həzm


B) cinsiyyət

C) qan-damar

D) tənəffüs

E) ifrazat



20.  

Göl qurbağasının baş beyninə hansı qan gedir?

A) venoz


B) hemolimfa

C) qarışıq

D) arterial

E) arterial və qarışıq



21.  

Mozalanlar  həşəratların  hansı dəstəsinə 

aiddirlər ?

A) sərtqanadlılar

B) ikiqanadlılar

C) düzqanadlılar

D) pərdəqanadlılar

E) pulcuqqanadlılar



22.  

Qidanı görərkən ağız suyunun ifrazı hansı 

reflekslərə aiddir?

A) şərtsiz müdafiə reflekslərinə

B) şərtsiz səmt reflekslərinə

C) şərtsiz qida reflekslərinə

D) şərti qida reflekslərinə

E) şərti müdafiə reflekslərinə



23.  

Aşağıdakılardan hansı orqanlar sistemi deyil?

A) ifrazat

B) cinsiyyət

C) sinir


D) epitel

E) qan-damar



24.  

İnsanda arterial qan ürək boşluğuna bilavasitə 

neçə damarla daxil olur?

A) 5


B) 6

C) 4


D) 2

E) 1


25.  

Skorbut xəstəliyinə aid olmayan əlaməti 

göstərin:

A) ağızın selikli qişasında yaralar əmələ gəlir

B) dişlərin əti qanayır

C) qıcolmalar başlayır və iflic baş verir.

D) infeksion xəstəliklərə qarşı oqanizmin 

müqaviməti azalır

E) oynaqlarda ağrılar baş verir

26.  

Bütün plasentalılar üçün oxşar olan xüsusiyyət 

verilənlərdən hansıdır?

A) embrional inkişaf dövründə qəlsəmə 

yarıqlarının olması

B) beyin yarımkürələrində şırım və qırışların çox 

olması

C) kəsici,köpək,azı dişlərinə malik olmaları



D) tük örtüyünə malik olmaları

E) arxa ətraflara malik olmaları



27.  

Əgər DNT molekulunda olan bütün adenin 

nukleotidlərin-x ilə, quanın nukleotidlərini 

isə -y ilə işarə etsək, onda bu molekulda olan 

bütün nukleotidlərin cəmini necə hesablamaq 

olar?

A) 2(x+y)

B) x+2y

C) 2x+y


D) 2x+3y

E) x+y


Biologiya

28.  

Müasir hüceyrə nəzəriyyəsinin 4-cü müddəası 

göstərilən canlılardan hansına aid edilə bilməz?

A) bakteriyalara

B) ali bitkilərə

C) papaqlı göbələklərə

D) şibyələrə

E) ali heyvanlara



29.

Tərkibində adenin azotlu əsası, riboza və bir 

fosfat qalığı olan :

A) DNT


B) ATF

C) RNT


D) zülal

E) karbohidrat



30.

1. nuklein turşusuna malik olmaq

2. zülal sintez etmək

3. zülala malik olmaq

4. hüceyrə orqanoidlərinə malik olmaq

Göstərilənlərdən hansı bütün bakteriya, virus və

ibtidai orqanizmlər üçün xarakterikdir?

A) 1, 2, 3

B) 2, 3

C) 1, 2, 3, 4



D) 1, 2

E) 1, 3


31.  

Hansını aromorfoz hesab etmək olar?

A) göyərçinin lələyinin yelpik şəklini almasını

B) cinsi çoxalmanın meydana çıxmasını

C) suyun dibində yaşayan balığın bədəninin 

yastılaşmasını

D) qızılsarmaşıqda yarpaqların itməsini

E) qoruyucu rəngin əmələ gəlməsini

32.

Birtipli qamet əmələgətirən fərd:

A) genotip

B) fenotip

C) allel 

D) homoziqot

E) heteroziqot 



33.  

Hansı sırada yalnız saçaqlı kök sisteminə malik 

bitkilər göstərilmişdir?

A) bağayarpağı, dağ laləsi, yerköku, nar

B) pomidor, nar, qızılgül, çinar

C) dəvətikanı, pambıq, xiyar, armud, cökə

D) palıd, söyüd, qovaq, şam, alma

E) arpa, buğda, çovdar, vələmir



34.  

Şibyə orqanizmindən yosunları çıxarsaq, hansı 

funksiya itər?

A) fotosintez nəticəsində üzvi maddələr yaranması

B) hərəkət

C) tənəffüs

D) çoxalma

E) su və suda həll olunmuş  duzların sorulması



Bakı Şəhəri üzrə Təhsil İdarəsi

B variantı

35.  

Balıqlarda orta beyin baş beynin hansı 

şöbəsinin üzərini örtür?

A) beyinciyin

B) aralıq beynin

C) uzunsov beynin

D) ön beynin

E) aralıq beynin və beyinciyin



36.  

May böcəyinin birinci döş buğumunda  neçə cür

hərəkət orqanı var?

A) 0


B) 2

C) 4


D) 3

E) 1


37.  

Refleks qövsünün keçdiyi yolun ardıcıllığı hansı 

cavabda düzgün göstərilmişdir?

1. Hərəki sirir lifi

2. Hissi sinir lifi

3. İşçi orqan

4. Reseptor

5. Mərkəzi sinir sistemi

A) 3, 5, 1, 2, 4

B) 4, 1, 5, 3, 2

C) 2, 4, 1, 3, 5 

D) 4, 2, 5, 1, 3

E) 1, 3, 5, 4, 2



38.  

Aşağıdakılardan hansı insanın aşağı ətraf 

qurşağı sümüklərinə aiddir?

A) bud sümüyü

B) körpücük sümüyü

C) said sümüyü

D) çanaq sümüyü

E) alt çənə sümüyü



39.

Həm prokariotlar, həm də eukariotlar üçün 

səciyyəvi olan:

А) plastidlər, sentriollar

В) mitoxondrilər, formalaşmış nüvə

С) DNT, ribosomlar

D) sentriollar, formalaşmış nüvə 

E) RNT, mitoxondrilər



40.  

Ev milçəyinin yönəldici cisimciyinin xromosom 

sayı 6-dır. Bu orqanizmin cinsiyyət hüceyrəsində

meyozun ikinci bölünməsinin anafaza 

mərhələsinin sonunda neçə xromosom,neçə xro

matid olur?

A) 12 xromosom, 24 xromatid

B) 12 xromosom, 12 xromatid

C) 24 xromosom, 24 xromatid

D) 6 xromosom, 6 xromatid

E) 6 xromosom,12 xromatid



Biologiya


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə