Backup of Uz Qabigi


Cazibə qüvvəsi istənilən iki cisim arasında mövcud-dur



Yüklə 3,95 Mb.
səhifə126/183
tarix02.01.2022
ölçüsü3,95 Mb.
#1162
növüDərslik
1   ...   122   123   124   125   126   127   128   129   ...   183
Cazibə qüvvəsi istənilən iki cisim arasında mövcud-dur.

  • Cazibə qüvvəsi istənilən məsafədə mövcuddur və mə-safənin kvadratı ilə tərs mütənasibdir.




    1. Cazibə qüvvələrini heç bir vasitə ilə pərdələmək (zəiflətmək və ya gücləndirmək) mümkün deyil.

    2. Cazibə qüvvəsi cisimlərin fiziki halından (qaz, ma-ye, bərk cisim) və kimyəvi tərkibindən asılı deyil.

    3. Cazibə qüvvələri yalnız cisimlərin kütləsindən və məsafəsindən asılıdır.


    §11.5. İki cisim məsələsi. Enerji inteqralı
    Əgər xarici sahədə yerləşmiş m kütləli maddi nöqtənin potensial enerjisi istiqamətdən asılı olmayıb yalnız sahənin mərkəzindən olan məsafədən asılı olarsa sahə mərkəzi sahə adlanır. Mərkəzi sahədə hissəciyə təsir edən qüvvə də yalnız sahənin mərkəzindən cismə qədər olan məsafədən asılı olub, sahənin hər bir nöqtəsində radius-vektor üzrə mərkəzə doğru yönəlir.

    Mərkəzi sahələrin ən mühüm halı mərkəzi cazibə sahəsi-dir. Mərkəzi cazibə sahəsində maddi nöqtəyə təsir edən qüvvə onun kütləsi ilə düz, cazibə mərkəzindən olan məsafənin kvadratı ilə tərs mütənasib olub, radius-vektor boyunca cazi-bə mərkəzinə doğru yönəlir.

    Fərz edək ki, mərkəzi cazibə sahəsi M kütləsi bir nöqtədə cəmlənmiş cisim (şəkil 11.4) tərəfindən yaradılmışdır. Bu sa-hədə cazibə mərkəzindən r məsafədə olan m kütləli maddi nöqtənin hərəkətinə - başqa sözlə, iki cisim məsələsinə baxaq.


    Yüklə 3,95 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   122   123   124   125   126   127   128   129   ...   183




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin