§ 9.4. Ау tutulmaları
Yer də Ay kimi Günəşdən əks tərəfə doğru kölgə konusu buraxır. Təbiidir ki, bu konusun ölçüləri Ayın buraxdığı köl-gə konusundan böyük olacaqdır. Ay bədirlənmiş Ay (dolu Ay) fazasında olduqda bu kölgəyə daxil olur və Ay tutulması baş verir.
Ayın orbit müstəvisi ekliptika müstəvisinə meylli oldu-ğundan hər dolu Ay fazası Ayın tutulması ilə nəticələnmir. Ay tutulması o zaman baş verir ki, Ayın dolu Ay fazası onun or-bitinin düyünlərinin birinə və ya onun yaxınlığına təsadüf et-sin.
Şəkil 9.8-də Ayın tutulması göstərilmişdir.
Şəkil 9.8. Ау tutulmusı
Yerin buraxdığı kölgə konusunun uzunluğu Yerin Günə-şə nəzərən məsafəsindən asılıdır. Yer Günəşdən orta məsafə-də olduqda konusun uzunluğu təxminən 1 380 000 km, Yer öz orbitinin afelisində olduqda konusun uzunluğu 1 400 000 km, perihelisində olduqda isə 1 359 000 km olur. Ay məsafəsində Yerin kölgəsinin eni təxminən 1°27' və ya 9733 km olur.
Ayın tutulması onun qərb kənarının kölgəyə daxil olma
sı ilə başlayır və həmin kənarın kölgədən çıxması ilə bitir. Bu təxminən 3h.8 davam edir. Ayın maksimal tam tutulma müd-dəti 1h.8, qismən tutulma müddəti isə bir neçə dəqiqə olur.
Dostları ilə paylaş: |