§10.5. Günəşin günlük parallaksının təyini
Günəş Yerdən xeyli uzaq olduğundan və Günəş şüaları-nın müşahidə aparılan cihazların optikasını qızdırması ilə öl-çü xətalarının böyük olduğundan § 10.4 -də verdiyimiz üsul Günəşin parallaksını birbaşa təyin etməyə imkan vermir. Ona görə Günəşin parallaksı dolayı yolla təyin olunur.
Uzun illər Günəşin parallaksı Marsın böyük qarşıdurma-
I T
q
M
£яАиУ /0.5. Günəşin günlüh parallahsının təyininə dair
si zamanı təyin olunmuşdur. Böyük qarşıdurmada Marsm qarşıdurma konfiqurasiyası onun orbitinin perihelisinə təsa-düf etdiyindən Mars Yerə ən yaxın olur və onun parallaksını ölçmək asan olur.
Şəkil 10.5-də Marsın böyük qarşıdurması zamanı Günə-şin, Yerin və Marsın vəziyyəti göstərilmişdir. Şəkildə G -Gü-nəş, Т -Yer, M -Mars, p© -Günəşin günlük üfüqi parallaksı,
R© -Yerin ekvatorial radiusu, pM -Marsın günlük üfüqi paral-
laksı, a© -Yer orbitinin böyük yarımoxu (Yerlə Günəş arasın-
dakı orta məsafə), rM -Marsın geosentrik məsafəsi, qM- Marsın
periheli məsafəsi və aM -Mars orbitinin böyük yarımoxudur.
Şəkildən Yerin radiusunu, Günəşin və Marsın günlük paral-laksına görə aşağıdakı kimi təyin etmək olar:
R©=a© sin p© , (10.20)
Burada eM -Mars orbitinin eksentrisitetidir. Marsın pa-
Aydındır ki, (10.20) və (10.21)-in sağ tərəflərinin bərabər-liyindən yaza bilərik ki:
Я® =rMsinPM =(<\M-bJsinpM -Kfl-fJ-a ffl 'sinpM. (10.21)
rallaksı pM və orbitinin eksentrisiteti em müşahidədən təyin
olunur, aM/a© nisbəti isə Keplerin üçüncü qanunundan təyin
oluna bilər. Beləliklə, Günəşin günlük parallaksı dolayı yolla, yəni Marsın parallaksına görə təyin olunur.
Sonralar aydın olmuşdur ki, 1898-ci ildə kəşf olunan ki-çik planet (asteroid) Erot böyük qarşıdurmada Yerə Marsdan 2.5 dəfə yaxın olur. Ona görə Günəşin parallaksını Erota gö-rə təyin etmək daha əlverişlidir. Günəşin Erota görə parallak-sı bir neçə dəfə təyin olunmuşdur.
1976-cı ildə Beynəlxalq Astronomiya İttifaqının XVI qu-rultayında Günəşin parallaksı
p©=8".791448
qəbul edilmişdir. Bu da Günəşlə Yer arasındakı məsafənin, yəni 1 astronomik vahidin
1 a.v.=149 597 870 km
olmasına uyğun gəlir.
Dostları ilə paylaş: |