§ 1.5. Cöy cisimlərinin doğması və batması Yuxarıda dediyimiz kimi, bütün göy cisimləri göy sferinin günlük fırlanması nəticəsində müstəvisi ekvator müstəvisinə paralel olan kiçik dairələr - günlük paralellər cızır. Məhəllin coğrafi enliyindən və göy cisminin göy sferində vəziyyətindən asılı olaraq şəkil 1.7-də göstərildiyi kimi günlük paralellər ya bütövlüklə riyazi üfüqdən yuxarıda (aa'), ya bütövlüklə riyazi üfüqdən aşağıda (dd') qala bilər; ya da qismən üfüqdən yuxa-rıda, qismən də aşağıda (bb' və cc') ola bilər. Sonuncu halda göy cisminin günlük paraleli gün ərzində iki dəfə riyazi üfüqü kəsir (şəkil 1.8). Göy cisminin riyazi üfüqü onun şərq tərəfın-də kəsdiyi nöqtə doğma nöqtəsi, qərb tərəfındə kəsdiyi nöqtə
isə batma nöqtəsi adlanır.
Doğma nöqtəsində göy cismi riyazi üfüqü kə-sərək dünyanın görünmə-yən hissəsindən görünən hissəsinə, batma nöqtəsin-də isə əksinə, dünyanın gö-rünən hissəsindən görün-məyən hissəsinə keçir.
Şəkil 1.8-dən görün-düyü kimi göy ekvatorun-da olan göy cismi Е şərq