Bakı-2015 Avropa Oyunları KİV məlumat vərəqəsi



Yüklə 113.08 Kb.
PDF просмотр
tarix29.11.2016
ölçüsü113.08 Kb.

 

 

 



 

Baku2015.com 

 

 



 

 

 



 

Bakı-2015 

Avropa Oyunları 

KİV məlumat vərəqəsi

 

 

 

 

 



 

Baku2015.com 

 

KİV məlumat vərəqəsi 

Oyunlar 


 

Bakı-2015  Avropa  Oyunları  bütün  qitə  üçün  cəlbedici  və  innovativ  çoxsaylı  idman 



yarışlarını özündə birləşdirən, ilk böyük idman tədbiri olacaq. 

 



Birinci  Avropa  Oyunlarının  keçirilməsi  2012-ci  ilin  dekabr  ayında  Avropa  Olimpiya 

Komitəsi (AOK) tərəfindən Bakı şəhərinə həvalə olunub.  

 

Oyunlar 2015-ci ilin 12-28 iyun tarixlərində keçirilməklə, cəmi 17 yarış gününü əhatə 



edəcək. 

 



Oyunlarda milli olimpiya komitələrini təmsil edən 6000-dən çox avropalı idmançının 

qüvvəsini sınayacağı gözlənilir. 

 

Yarışlar çimərlik futbolu,  3x3 basketbolu, karate və sambo kimi qeyri-olimpiya idman 



növləri də daxil olmaqla, ümumilikdə, 20 idman növü üzrə keçiriləcək. 

 



12 idman növü Rio-2016 Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyacaq. 

 



Yarışlar 18 idman obyektində keçiriləcək. Bunlara yeni inşa edilmiş  Milli Gimnastika 

Arenası,  BMX  Veloparkı,  Bakı  Su  İdmanı  Mərkəzi  və  Bakı  Atıcılıq  Mərkəzi,  68000 

nəfərlik  tamaşaçı  tutumuna  malik,  atletika  yarışları,  eləcə  də  Oyunların  açılış  və 

bağlanış mərasimləri üçün nəzərdə tutulan Bakı Olimpiya Stadionu da daxildir. 

 

İdman yarışlarında ümumilikdə, 253 medal qazanılacaq. 



 

 

İdman növləri üzrə yarışlar 



Yarışlarda cəmi 20 idman növü təmsil olunacaq: 16 olimpiya və 4 qeyri-olimpiya idman növü. 

 

Su idmanı növləri – Suya tullanma - Bakı Su İdmanı Mərkəzi 

160 idmançı – 80 kişi, 80 qadın 

4 yarış günü 

8 medal dəsti 

Yarışlar başlanır: 18 iyun 

Suyatullanma yarışlarında 1 metrlik tramplin, 3 metrlik tramplin, Sinxronlaşdırılmış 3 metrlik 

tramplin və platforma üzrə 8 medal dəsti uğrunda mübarizə aparılacaq.  

Bayraq  Meydanı yaxınlığında yerləşən Bakı Su İdman Növləri Mərkəzi Oyunlar üçün yeni 

inşa olunub və Azərbaycanın ən gözəl idman qurğuları sırasında yer alır.  6000 tamaşaçı 

tutumuna malik yeni su idmanı növləri mərkəzində suya tullanma, üzgüçülük və sinxron 

üzgüçülük üzrə yarışlar keçiriləcək.  

 

Su idmanı – Üzgüçülük - Bakı Su İdmanı Mərkəzi 

526 idmançı 

5 yarış günü 

42 medal dəsti uğrunda mübarizə 

Yarış başlayır: 23 iyun 


 

 

 



 

Baku2015.com 

Bayraq Meydanı zonasında yeni tikilmiş, 6000 azarkeş tutumuna malik Bakı Su İdmanı 

Mərkəzi Oyunlar zamanı su idmanının 3 növü üzrə yarışlara ev sahibliyi edəcək - suya 

tullanma, üzgüçülük və sinxron üzgüçülük. 

Bakı-2015 Avropa Oyunlarında üzgüçülük üzrə 526 idmançı Rio-2016 Yay Olimpiya 

Oyunlarına təsnifat rolunu oynayan 42 medal dəsti uğrunda yarışacaqlar.  



 

 

Su idmanı - sinxron üzgüçülük - Bakı Su İdmanı Mərkəzi 

150 idmançı 

5 yarış günü 

4 medal dəsti uğrunda mübarizə 

Yarış başlayır: 12 iyun 

Bakıda toplanan idmançılar, 5 günlük yarış zamanı öz bacarıqlarını göstərmək və qızıl medal 

qazanmaq olmaq üçün mübarizə aparacaqlar. Sinxron üzgüçülük üzrə medalların sahibləri 

solo, duet, komanda və sərbəst kombinasiya növlərində keçiriləcək yarışlarda məlum olacaq.  

Bayraq Meydanı zonasının cənub hissəsində yerləşən, Avropa Oyunları parkı daxilində 

yerləşən arenada iki 50 metrlik üzgüçülük hovuzu və bir suya tullanma hovuzu mövcuddur.  



 

 

Su idmanı - Su polosu - Su polosu arenası 

364 idmançı 

10 yarış günü 

2 medal dəsti uğrunda mübarizə 

Yarış başlayır: 12 iyun 

360-dan çox idmançı Avropa Oyunları parkında yerləşən, yeni salınmış Su Polosu Arenasında 

qızıl medal uğrunda mübarizə aparacaqlar. 

Ənənəvi Olimpiya proqramında bu yarışlarda 

geniş heyətdə 16 kişi və 12 qadın komandası iştirak edəcək. Su Polosu Arenası Avropa 

Oyunları parkı daxilində Bayraq Meydanı zonasının cənub hissəsində yerləşən, açıq havada 

yaradılan müvəqqəti arenadır. İki su polosu hovuzu eyni vaxtda iki yarışı təşkil etməyə şərait 

yaradacaq.  



 

 

Kamandan Oxatma - Tofiq Bəhramov adına Stadion 

128 idmançı 

7 yarış günü 

5 medal dəsti uğrunda mübarizə 

Yarış başlayır: 16 iyun 

Avropa Oyunlarının formatı Olimpiya Oyunlarının prinsiplərinə uyğun olaraq, 64 kişi və 64 

qadın idmançı fərdi, komanda və eləcə də, qarışıq komanda yarışlarında mübarizə 

aparacaqlar. Kamandan oxatma, həmçinin, Rio-2016 Yay Olimpiya Oyunlarının təsnifat 

mərhələsi olaraq, reytinq xalları qazanmaq imkanı da verəcək. 

Avropa Oyunlarında kamandan oxatma yarışlarının keçiriləcəyi Tofiq Bəhramov adına 

Stadion üç min azarkeşi qarşılayacaq. Şəhər zonasına daxil olan bu stadion 1951-ci ildə inşa 

olunub. 2012-ci ildə stadionda yenidənqurma işləri aparılıb və yenidən istifadəyə verilib.  



 

 

 


 

 

 



 

Baku2015.com 

Atletika – Bakı Olimpiya Stadionu 

500 idmançı 

2 yarış günü 

1 medal dəsti uğrunda mübarizə 

Yarış başlayır: 21 iyun 

Möhtəşəm Bakı Olimpiya Stadionunda kişi və qadınların 40 atletika yarışı eyni zamanda, 

Atletika üzrə Avropa Komanda Çempionatının Üçüncü Liqası olacaq. İki gün ərzində qızıl, 

gümüş və bürünc medal uğrunda mübarizə aparacaq idmançıların hər oyunda qazanacağı 

xallar yekun komanda nəticəsi üçün toplanacaq. Avropa Oyunları zamanı atletika yarışları 

Rio-2016 Yay Olimpiya Oyunları üçün təsnifat rolunu oynayacaq. Atletlər Kəndinə yaxın 

ərazidə yerləşən möhtəşəm Bakı Olimpiya Stadionu Birinci Avropa Oyunlarının açılış və 

bağlanış mərasimləri ilə yanaşı, atletika üzrə iki gün keçiriləcək yarışlara da ev sahibliyi 

edəcək. Çoxfunksiyalı stadion 68 min tamaşaçı tutumuna malikdir.  

  

 



Badminton - Bakı İdman Zalı 

160 idmançı 

7 yarış günü 

5 medal dəsti uğrunda mübarizə 

Yarış başlayır: 22 iyun 

Yarış 7 gün ərzində davam edəcək və buraya 5 medal dəsti uğrunda kişilərin və qadınların 

tək, kişilərin və qadınların cüt, qarışıq cüt oyunları daxildir. Təxminən 160 idmançı 1700 

tamaşaçanın gözü önündə qızıl medal uğrunda mübarizə aparacaq. Bakı İdman Zalı yeni 

tikilməyib, sadəcə Bakı-2015 Avropa Oyunlarına görə əsaslı şəkildə təmir olunub. Bakı 

Dənizkənarı parka yaxın olan və Şəhər qrupunda yer alan bu arena Oyunlar zamanı stolüstü 

tennis və badminton yarışlarından zövq almaq istəyən 1700 tamaşaçını qəbul etmək 

imkanına malikdir. 



 

 

3x3 Basketbol- Basketbol arenası 

128 idmançı 

4 yarış günü 

2 medal dəsti uğrunda mübarizə 

Yarış başlayır: 23 iyun 

Yeni 3x3 basketbol yüksək xallar, yüksək oyun və yüksək ritm sayəsində Oyunlar zamanı ən 

məşhur idman növünə çevriləcək. Oyun hər biri 3 nəfərdən ibarət 2 komanda arasında yarım 

sahədə baş tutur və dünyanın müxtəlif yerlərində 250 milyon azarkeş tərəfindən maraqla 

izlənildiyi ehtimal olunur. Basketbol arenası Bayraq Meydanı zonasında, Avropa Oyunları 

parkında yerləşir. Müvəqqəti arenada Avropa Oyunlarının bu növ üzrə yarışlarını 2500 

azarkeş izləyə biləcək.  

 

  



 

Çimərlik futbolu - Çimərlik arenası 

96 idmançı 

5 yarış günü 

1 medal dəsti uğrunda mübarizə 



 

 

 



 

Baku2015.com 

Yarışlar başlayır: 24 iyun 

Çimərlik futbolu adi futbol sahəsinin təxminən dörddə bir hissəsi qədər olan qum sahədə 

daha böyük qollarla oynanılır. Demək olar ki, qapılara 30 saniyədən bir zərbə vurulur və hər 

oyunda azarkeşlərin azı 9 qol görməsi adi haldır. 96 kişi idmançıdan təşkil olunmuş 8 

komanda 5 gün ərzində mübarizə aparacaqlar.  

Çimərlik arenası Oyunlar üçün müvəqqəti tikilmiş idman mərkəzidir və Bayraq Meydanı 

zonasına daxildir. Xəzər dənizinin sahilində açıq havada qurulan arena 2900 tamaşaçının 

canlı izləyə biləcəyi çimərlik futbolu yarışlarına ev sahibliyi edəcək. 

 

 



Çimərlik voleybolu - Çimərlik arenası 

128 idmançı 

6 yarış günü 

2 medal dəsti uğrunda mübarizə 

Yarış başlayır: 16 iyun 

Çimərlik voleybolu üzrə yarışlar Çimərlik arenasında keçiriləcək. Kişilərin və qadınların bu 

turnirində 64 komanda medal uğrunda mübarizə aparacaq. Qızıl medala gedən yolda 

idmançılar oyunun tempini və rəqiblərinə qarşı xalları artırmaq üçün səylərini 

əsirgəməyəcəklər. Yarış iyunun 16-sı başlayır və Rio-2016 Yay Olimpiya Oyunları üçün 

reytinq xalları qazanmağa imkan yaradır. 

Açıq hava arenası yarışlar zamanı dünyanın ən məşhur çimərlik idman növlərindən biri olan 

çimərlik voleybolundan zövq almaq istəyən 3900 tamaşaçını qarşılamaq imkanına malikdir. 

 

 

 



Boks - Bakı Kristal Zalı 

330 idmançı 

12 yarış günü 

15 medal dəsti uğrunda mübarizə 

Yarış başlayır: 16 iyun 

Azərbaycanda ən məşhur idman növlərindən biri olan boks üzrə yarışlarda 12 gün ərzində 15 

medal dəsti uğrunda mübarizə aparılacaq.  Kişilərin 10, qadınların isə 5 çəki kateqoriyasında 

yarışacağı nəzərdə tutulub. Bu, qadınların 3-dən çox çəki kateqoriyası üzrə yarışaçağı ilk 

mötəbər boks turniridir. Bakı Kristal Zalı Bakı Buxtasının Xəzər dənizinə doğru uzandığı 

Bayraq Meydanı zonasının mərkəzi hissəsində yerləşir. Bu arena Avroviziya mahni 

müsabiqəsi üçün inşa olunmuşdu və burada Bakı-2015 Birinci Avropa Oyunları üçün əlavə 

təmir işləri həyata keçirilib. Bakı Kristal Zalı Oyunlar müddətində 5 idman növü üzrə yarışlara 

ev sahibliyi edəcək. 

 

 



 

Avarçəkmə - Mingəçevir “Kür” Olimpiya Tədris İdman Mərkəzi 

350 idmançı 

3 yarış günü 

15 medal dəsti uğrunda mübarizə 

Yarış başlayır: 14 iyun 


 

 

 



 

Baku2015.com 

Maraqla keçəcək və 3 yarış günü ərzində 350 idmançının mübarizə aparacağı avarçəkmə 

yarışlarına Mingəşevir şəhəri ev sahibliyi edəcək. Ümumilikdə, 12 kayak (kişilərin və 

qadınların) və 3 kanoe yarışları (yalnız kişilər) keçiriləcək. 

İşıqlar şəhəri kimi tanınan Mingəçevir Bakıdan təxminən 250 km məsafədədir. Azərbaycan 

kanoe və avarçəkmə komandalarının məkanı olan “Kür” Olimpiya Tədris İdman Mərkəzidir. 

Kür çayının mənzərəli sahilində yerləşən arena 1350 tamaşaçı tutumun malikdir. 

 

 



 

Velosiped idmanı - BMX veloparkı 

48 idmançı 

3 yarış günü 

2 medal dəsti uğrunda mübarizə 

Yarış başlayır: 26 iyun 

Birinci Avropa Oyunlarının BMX velosiped idmanı yarışları 32 kişi və 16 qadın idmançının 

yeni BMX veloparkında keçiriləcək. Kişilərin və qadınların Rio-2016 Yay Olimpiya Oyunları 

üçün önəmli xallar qazanacağı final çıxışları iyunun 28-də baş tutacaq.  

BMX yolunun Oyunların qoyduğu bir irs kimi qalacağına baxmayaraq, BMX veloparkı xüsusən 

Bakı-2015 Avropa Oyunları üçün yaradılmış müvəqqəti arenadır. Bakının mərkəzinə yaxın 

yerləşən idman qurğusu Qərb qrupuna daxil olan arenalardan biridir və 1600 azərkeş 

tutumuna malikdir. 

 

 

Velosiped idmanı – Dağ Velosipedi Veloparkı 

77 idmançı 

1 yarış günü 

2 medal dəsti uğrunda mübarizə 

Yarış başlayır: 13 iyun 

Kross dağ velosiped yarışlarının hər anı digərinin davamı olacaq. Yarışda 46 kişi və 31 qadın 

idmançı Dağ Velosipedi Veloparkında mübarizə aparacaqlar. Bakı-2015 zamanı həm kişilərin, 

həm də qadınların medal uğrunda yarışları iyunun 13-də baş tutacaq. Bu oyunlar Rio-2016 

Yay Olimpiya Oyunları üçün reytinq xalları qazanmaq şansı yaradır.  

Dağ Velosipedi Veloparkı Bakı Atıcılıq Mərkəzinin cənubunda təpələrin üzərində Oyunlar 

üçün yaradılmış müvəqqəti arenadır. Bu Azərbaycanda məqsədli şəkildə tikilmiş ilk dağ 

velosipedi parkı olacaq. 

 

 

Velosiped idmanı – Şosse - Azadlıq Meydanı və Bilgəh çimərliyi 

221 idmançı 

3 yarış günü 

4 medal dəsti uğrunda mübarizə 

Yarış başlayır: 18 iyun 

Avropa Oyunları zamanı ənənəvi şosse velosiped idmanı oyunları geniş tamaşaçı kütləsinin 

marağına səbəb olacaq. Belə ki, Avropanın 220 ən yaxşı velosipedçisi Bakı yollarında 

mübarizə aparacaq. Şosse yarışı və zamana qarşı yarışda 4 medal dəsti qazanılacaq. Şosse 

velosipedi idmanı növündə Rio-2016 Yay Olimpiya Oyunları üçün reytinq xalları qazanmaq 

imkanı olacaq.  



 

 

 



 

Baku2015.com 

Şosse  velosipedi yarışları Hökumət Evinin qarşısında Azadlıq Meydanında başlayacaq. Bakı 

şəhəri boyunca ümumi şosse yolu 13.5 km-dir və kişilər üçün 16, qadınlar üçün isə 9 

dövrədən ibarət olaraq nəzərdə tutulur. Müvəqqəti arena 1000 tamaşaçı tutumuna malik 

olacaq. 

 

 

Qılıncoynatma - Bakı Kristal Zalı 

216 idmançı 

5 yarış günü 

12 medal dəsti uğrunda mübarizə 

Yarış başlayır: 23 iyun 

5 günlük yarış zamanı 200-dən çox qılıncoynadan rapira, sablya və şpaqa üzrə kişilərin və 

qadınların fərdi və komanda oyunlarında iştirak edəcək. Ümumilikdə oyunlar 12 medal dəsti 

uğrunda aparılacaq. Qılıncoynatma yarışları Bakı Kristal Zalında baş tutacaq.  

 

 



 

Gimnastika – Akrobatika - Milli Gimnastika Arenası 

55 idmançı 

3 yarış günü 

6 medal dəsti uğrunda mübarizə 

Yarış başlayır: 17 iyun 

Dinamik və coşğu dolu bədii gimnastika Avropa Oyunları boyunca gimnastların heyranedici 

bədən çevikliyi və hərəki fəallığı ilə tamaşaçıları heyran edəcək.  Bu Bakı-2015 Avropa 

Oynlarının proqramına daxil edilmiş gimnastikanın 2 qeyri-olimpiya idman növündən biridir 

və ümumilikdə 6 medal dəsti uğrunda gedən mübarizə təşkil olunacaq. 50-dən çox idmançı 

qarışıq cütlərdə və qadınların qrup oyunlarında qızıl medal uğrunda mübarizə aparacaq. Milli 

Gimnastika Arenası Atletlər və Media Kəndlərinin cənubunda yerləşir. 7000 azərkeş 

tutumuna malik yeni inşa edilmiş bu arena Azərbaycan Gimnastika Federasiyasının bazasıdır 

və 2014-cü ilin iyununda bədii gimnastika üzrə 30-cu Avropa Çempionatına ev sahibliyi edib. 

 

 

Gimnastika – Aerobika - Milli Gimnastika Arenası 

67 idmançı 

3 günlük yarış 

2 medal dəsti uğrunda gedən oyunlar 

Yarış başlayır: 17 iyun 

Aerobik xoreoqrafiyanın və gimnastikanın elementlərini özündə birləşdirən bu idman növü 

“Bakı-2015”in proqramına yeni təqdim olunan qeyri-olimpiya idman növlərindən biridir. 

Milli Gimnastika Arenası birbaşa olaraq Atletlər və Media Kəndlərinin cənubunda yerləşir.  

Arenanın tikintisi fevral ayında başa çatıb. 7000 azərkeş tutumuna malik arena Azərbaycan 

Gimnastika Federasiyasının meydanıdır və 2014-cü ilin yayında 30-cu Avropa Ritmik 

Gimnastika Çempionatına ev sahibliyi edib. 

 

 

 

 


 

 

 



 

Baku2015.com 

Gimnastika - İdman - Milli Gimnastika Arenası 

179 idmançı 

4 yarış günü 

14 medal dəsti uğrunda mübarizə 

Yarış başlayır: 15 iyun 

Gimnastikanın növlərinin ən çox izlənəni idman gimnastikası üzrə yarışlar Milli Gimnastika 

Arenasında keçiriləcək. 4 günlük yarış müddətində Avropanın 180 idmançısı 14 medal dəsti 

uğrunda mübarizə aparacaq.  

Milli Gimnastika Arenası Atletlər Kəndinin yaxınlığında yerləşir və Avropa Oyunları zamanı 

gimnastikanın 5 növ üzrə yarışlara ev sahibliyi edəcək.  



 

 

Gimnastika – Bədii - Milli Gimnastika Arenası 

93 idmançı 

3 yarış günü 

8 medal dəsti uğrunda mübarizə 

Yarış başlayır: 17 iyun 

İdmançılar 3 günlük yarış ərzində həm fərdi, həm də komanda yarışlarında mübarizə 

aparmaq şansı əldə edəcəklər. Onlar Milli Gimnastika Arenasında top, gürzə, lent və halqa ilə 

öz çıxışlarını edəcəklər. Yarış 8 medal dəsti uğrunda mübarizə aparan 92 qadın idmançının 

çıxışlarının şahidi olacaq. Arena, əsasən, gimnastikanın müxtəlif növləri üzrə yarışlara ev 

sahibliyi etmək üçün inşa olunub və yarışın miqyasından asılı olaraq, oturacqların sayını 

5000-dən 9600-ə artırmaq mümkündür.  

 

 

Gimnastika – Batut - Milli Gimnastika Arenası 

53 idmançı 

3 günlük yarış 

4 medal dəsti uğrunda gedən oyunlar 

Yarış başlayır: 17 iyun 

Batut gimnastları 3 yarış günü ərzində Milli Gimnastika Arenasında havada göstərdikləri 

hərəkətlərlə tamaşaçıları təəccübləndirməyə çalışacaqlar. Gimnastikanın yüksək enerjili bu 

növü üzrə gimnastlar kişi və qadınların fərdi və sinxron yarışlarında medal uğrunda mübarizə 

aparacaqlar.  

Yarışların keçiriləcəyi Milli Gimnastika Arenası ən yüksək beynəlxalq standartlara cavab verir 

və idman arenaları üçün tələb olunan şərtləri qarşılamağa malikdir. Buraya müsahibə 

otaqları, media nəzarət mərkəzi, sponsor otaqları, media otaqları da daxildir. 

 

 

Cüdo - Heydər Əliyev adına İdman-Konsert Kompleksi 

366 idmançı 

18 yarış günü 

4 medal dəsti uğrunda mübarizə 

Yarış başlayır: 25 iyun 

Kişilərin və qadınların yarışında 350-dən çox idmançı 4 gün ərzində fərdi və komanda 

şəklində mübarizə aparacaqlar. İlk dəfə olaraq, qitənin ən çox növlü mötəbər idman 


 

 

 



 

Baku2015.com 

tədbirində kişilər üçün 90 kq çəki dərəcəsində, qadınlar üçün isə 57 kq çəki dərəcəsində 

olmaqla gözdən əlil idmançıların cüdo yarışları keçiriləcək.  

Heydər Əliyev adına İdman Kompleksi şəhər qrupuna daxil olan arenalardan biridir və 

Bakının mərkəzi küçələrindən birində Tbilisi prospektində yerləşir. Azərbaycan xalqının milli 

liderinin adını daşıyan bu arena 1990-cı ildə istifadəyə verilib və bu günə qədər 30-dan artıq 

idman tədbirinə ev sahibliyi edib. Avropa Oyunları başlamazdan öncə arenada əsaslı təmir 

işləri aparılacaq və arenada güləş və cüdo idman yarışlarını 7800 tamaşaçı izləyə biləcək.  

 

 

Karate - Bakı Kristal Zalı 



96 idmançı 

2 yarış günü 

12 medal dəsti uğrunda gedən oyunlar 

Yarış başlayır: 13 iyun 

Karate idman növü üzrə yarışlar 13-14 iyun tarıxlərində baş tutacaq və 10-u fərdi kumite və 

2-si fərdi kata olmaqla 12 medal dəsti uğrunda oynanılacaq. Avropanın ən yaxşı 48 kişi və 48 

qadın idmançısı Bakı Kristal Zalının möhtəşəm tatamisində öz bacarıqlarını nümayiş 

etdirəcəklər. Karate yarışları Avroviziya-2012 mahnı müsabiqəsi üçün tikilmiş və Bayraq 

Meydanı zonasında yerləşən Bakı Kristal Zalında baş tutacaq.  

  

 



 

Sambo - Heydər Əliyev adına İdman-Konsert Kompleksi 

77 idmançı 

7 yarəş günü 

8 medal dəsti uğrunda mübarizə 

Yarış başlayır: 22 iyun 

Bakı-2015 Avropa Oyunları zamanı sambo üzrə yarışlar Heydər Əliyev adına İdman 

Kompleksində keçiriləcək. Yarış 8 medal dəsti uğrunda mübarizədən ibarətdir. 41-i kişi, 36-sı 

qadın olmaqla 77 idmançı sambo yarışlarında iştirak edəcək.  

Heydər Əliyev adına İdman Kompleksində sambo yarışları üçün nəzərdə tutulmuş meydança 

0.8 m hündürlüyü olan platformadan və xüsusi hazırlanmış hamar sambo döşəməsindən 

ibarətdir. 

 

 



 

Atıcılıq - Bakı Atıcılıq Mərkəzi 

330 idmançı 

7 yarış günü 

19 medal dəsti uğrunda mübarizə 

Yarış başlayır: 16 iyun 

330 nəfər kişi və qadın idmançı 7 yarış günü ərzində mübarizə aparacaq. Onlar tüfəng

tapança və güllə atıclığı üzrə 19 fərdi və komanda oyunlarında medal uğrunda yarışacaqlar.  

Bakı Atıcılıq Mərkəzi Bakı-2015 Avropa Oyunları üçün yenidən inşa edilmiş atıcılıq arenasıdır 

və Bakı-2015-in qoyacağı irsin bir hissəsini təşkil edəcək. Bu yeni arenanın tikinti işləri 2014-

cü ilin dekabr ayında başa çatıb.  

  


 

 

 



 

Baku2015.com 

 

Stolüstü tennis - Bakı İdman Zalı 

128 idmançı 

7 yarış günü 

4 medal dəsti uğrunda mübarizə 

Yarış başlayır: 13 iyun 

7 yarış günü ərzində 128 idmnçı mübarizəyə qoşulacaq. Kişilərin və qadınların tək və 

komanda oyunları 4 medal dəsti uğrunda gedən maraqlı yarışlarla müşaiyət olunacaq. Fərdi 

yarışların qızıl medal sahibləri birbaşa Rio-2016 Yay Olimpiya Oyunlarında iştirak etmək 

hüququ qazanacaqlar, bu səbəbdən birinci yer uğrunda necə kəskin mübarizə gedəcəyini 

təsəvvür etmək çətin deyil. 

Bakı İdman Zalı yeni tikilməyib, sadəcə Bakı-2015 Avropa Oyunlarına görə əsaslı şəkildə 

təmir olunub. Dənizkənarı Milli Parka yaxın olan və şəhər qrupunda yer alan bu arena 

Oyunlar zamanı stolüstü tennis və badminton yarışlarından zövq almaq istəyən 1700 

tamaşaçını qəbul etmək imkanına malikdir.  

 

 

Taekvondo - Bakı Kristal Zalı 

128 idmançı 

4 yarış günü  

8 medal dəsti uğrunda mübarizə 

Yarış başlayır: 16 iyun 

Yarış 4 gün ərzində Bakı Kristal Zalında keçiriləcək və həm kişilər, həm də qadınlar 8 medal 

dəsti uğrunda 4 çəki kateqoriyası üzrə mübarizə aparacaqlar. Rio-2016 Yay Olimpiya 

Oyunlarına təsnifat xarakteri daşıyan bu yarışa təxminən 128 idmançı qoşulacaq. 

Taekvondo yarışları 2012-ci ildə Avroviziya mahnı müsabiqəsi üçün tikilmiş Bakı Kristal 

Zalında Avropa Oyunları zamanı keçiriləcək 5 idman növündən biridir. 

 

 



Triatlon - Bilgəh çimərliyi 

130 idmançı 

2 yarış günü 

2 medal dəsti uğrunda gedən mübarizə 

Yarış başlayır: 13 iyun 

Bakı qətiyyət və istəyin sınağı olan triatlon mübarizəsinə qoşulan idmançıların dənizdə 

üzərək, velosiped sürərək və qaçaraq qələbəyə doğru irəlilədiklərinin şahidi olacaq. 130 kişi 

və qadın idmançının qatıldığı yarışın çox şiddətli keçəcəyi gözlənilir. Belə ki, qızıl medal 

sahibləri birbaşa Rio-2016 Yay Olimpiya Oyunlarında iştirak etmək üçün vəsiqə qazanacaqlar.  

2 günlük yarış Bakının mərkəzindən şimalda yerləşən Bilgəh çimərliyində baş tutacaq. Bilgh 

çimərliyi yerli əhali və xarici qonaqlar arasında məşhur olan Bakının ən gözəl və 

özünəməxsus dənizkənarı istirahət mərkəzlərindən biridir. 

 

 

Voleybol - Bakı Kristal Zalı 



480 idmançı 

16 yarış günü 

2 medal dəsti 


 

 

 



 

Baku2015.com 

Yarış başlayır: 13 iyun 

Bu idman növü üzrə kişilərin və qadınların turnirində 12 komanda 2 medal dəsti uğrunda 

mübarizə aparacaq və yarış Bakı Kristal Zalında baş tutacaq. Eyni zmanada, yarış Rio-2016 

Yay Olimpiya Oyunları üçün önəmli reytinq xalları qazanmaq şansı da yaradacaq. 

 

 

 



Güləş - Heydər Əliyev adına İdman-Konsert Kompleksi 

480 idmançı 

6 yarış günü 

24 medal dəsti 

Yarış başlayır: 13 iyun 

Azərbaycanda ən məşhur idman növlərindən olan güləş Avropa Oyunları zamanı xüsusi 

diqqət mərkəzində olacaq və yarışlar Heydər Əliyev adına İdman Kompleksində 7800 

tamaşaçının gözü önündə baş tutacaq. İdmançılar ümumilikdə 18 çəki kateqoriyasında 

mübarizə aparacaqlar, bu da gərgin yarış günlərinin göstəricisidir. Bəzi çəki kateqoriyaları 

üzrə yarışlar 6 yarış gününün hər birində aparılacaq.  Sərbəst və yunan-Roma güləşi üzrə 

yarışlar 400-dən çox idmançıya coşğulu azarkeş kütləsinin önündə həm də, Avropa 

çempionu adını qazanmaq şansı yaradacaq. 

 

 

 



 

 

İdmançılar kəndi 



 

 



1,042 mənzil 

 



7,351 çarpayı 

 



80,000 kq qida məhsulu 

 



Avropanın ən geniş mətbəxlərindən biri 

Nəqliyyat 

 

500-dən çox taksi və minik avtomobili 



 

330 avtobus 



 

1,970 sürücü, 12 milyon kilometrdən çox qət ediləcək yol 



 

47 km sahəni əhatə edən Oyunların əsas marşrut şəbəkəsi 



 

20-dən çox iri nəqliyyat infrastruktur layihəsi 



İnsan 

resurslar

ı

 



 

1,600 nəfərədək işçi qüvvəsi 

 

BAOƏK-in 1,356 nəfərlik cari işçi heyəti (o cümlədən 443 xarici) 



 

Çoxmillətli işçi heyəti. Hazırda 5 qitədən 43 ölkəni təmsil edən heyət 



 

 

 



 

Baku2015.com 

 



20,000 nəfər podratçı Bakının Oyunları layiqincə keçirməsi üzərində çalışır. 

 



Olimpiya, Qış Olimpiya və irimiqyaslı idman yarışlarının keçirilməsində yüksək 

səviyyəli beynəlxalq təcrübədən istifadə. 

 

Hazırda 800-dən çox azərbaycanlı BAOƏK-in əməkdaşıdır. 



 

Bilik proqramı çərçivəsində beynəlxalq təcrübənin yerli heyətə öyrədilməsi. 



 

Gələcəkdə keçiriləcək tədbirlər üçün yerli ənənələr məktəbinin formalaşdırılması 



məqsədilə Oyunlar Akademiyası proqramı. 

 



162-si azərbaycanlı, 26-sı avropalı olmaqla, 188 Oyunlar Akademiyası məzunu.

 

Mərasimlər 



 

Açılış mərasimi Azərbaycan mədəniyyətini və Bakının ev sahibi şəhər kimi müasir 



Avropada rolunu əks etdirəcək. 

 



Açılış mərasiminin bədii direktoru Dimitris Papaioannu, Afina-2004 Olimpiya 

Oyunlarının mərasimlərinin təşkilatçısı olub. 

 

Açılış və bağlanış mərasimlərinə 6000 nəfər cəlb olunub. 



 

Dünyanın aparıcı  Five Currents şirkəti açılış və bağlanış mərasimlərinin yaradıcı 



işlərinin təşkilatçısı olacaq. 

Sponsorlar 

 

7 rəsmi tərəfdaş elan edilib: AzAL, BP, Coca-Cola, Nar Mobile, P&G, SOCAR, Tissot  



 

10 rəsmi dəstəkçi elan edilib: Azərsun Holdinq, Bazastore, McDonald’s, Tickethour, 



Sitecore, Milla, Motorola Solutions, NAZ, Nestle və Red Bull. 

 

Teleyayım 



 

Beynəlxalq İdmanYayım şirkəti (ISB – «International Sports Broadcasting») Avropa 



Oyunlarının teleyayım hüququna malikdir. 

 



Bu günədək müxtəlif ölkələrdən 57 televiziya kanalı ilə müqavilə bağlanılıb. 

 



830 saat planlaşdırılmış televiziya yayımı. 

 



Təxminən 750 media nümayəndəsi Oyunları işıqlandıracaq. 

 

 

 



 

Baku2015.com 

 

Oyunların statistikası 

 

 



Oyunların keçirilmə tarixi 

12–28 iyun 2015-ci il 

Avropa milli olimpiya komitələrinin 

sayı 


50 

Yarışlar 

İdman növlərinin sayı 

20  

Rio-2016 Yay Olimpiya Oyunlarına 



təsnifat xarakterli idman yarışları 

12 (kamandan oxatma, atletika, boks, velosiped 

idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, cudo, 

taekvondo, triatlon, voleybol, güləş) 

Medalların sayı 

253 


Yarış günlərinin sayı 

17 


Təxmini idmançı sayı 

6,076  


Təxmini rəsmi nümayəndə sayı 

3,038 


Beynəlxalq texniki heyət üzvlərinin 

təxmini sayı 

1,000 

Milli texniki heyət üzvlərinin 



təxmini sayı 

650 


Obyektlər 

Obyektlər qrupu 

4 (Bayraq Meydanı, Şəhər, Kənd və Qərb qrupları) 

Yarış obyektləri 

18 

Daimi yarış obyektləri 



12 (5 yeni tikili – Milli Gimnastika Arenası, BMX 

Veloparkı, Bakı Su İdmanı Mərkəzi, Bakı Atıcılıq 

Mərkəzi, Bakı Olimpiya Stadionu) 

Müvəqqəti yarış obyektləri 

6 (Su polosu Arenası, Çimərlik Arenası, Basketbol 

Arenası, Dağ Velosipedi Parkı, Triatlon ərazisi, 

velosiped şosse yolları və velosiped təqibetmə 

yarışları) 

Qeyri-yarış obyektləri 

32 


Təlim-məşq obyektləri 

10 


Kommunikasiya 

 

 

 



 

Baku2015.com 

Baş teleyayımçı 

Beynəlxalq İdman Yayım Şirkəti (ISB) 

Nəzərdə tutulan teleyayım müddəti 

(saat) 

830 


Yarışları tribunada izləyəcək təxmini 

tamaşaçı sayı 

600, 000 

Mətbuat nümayəndələrinin təxmini 

sayı 

750 


 

 

 



 

Gecələmə/ Gəliş və gediş 

Mehmanxanada gündəlik sifariş 

yerlərinin sayı 

110,000 


Planlaşdırılan təyyarə uçuşları 

şəbəkəsi (Oyunlar vaxtı) 

54 hava limanı, 54 şəhər və 22 ölkə 

Nəqliyyat 

Oyunların nəqliyyat təchizatı 

871 avtomobil və avtobus, təxmini 1970 sürücü 

İdmançılar kəndi 

3 otaqlı mənzilin orta ölçüsü 

190 m

2

 



Yataq otağının orta ölçüsü 

22 m


2

 

Yaşayış məhəllələrinin sayı 



13 blok 

Yataq otaqlarının sayı 

3,755 

Media kəndi 

Yaşayış məhəllələrinin sayı 

4 blok 

Yataq otaqlarının sayı 



1,464 

 

 




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə