Bakı 2015 KİÇİk sahibkarlar üÇÜn bəLƏDÇİ Şirniyyat məhsullarının istehsalı: kiçik sahibkarlar üçün



Yüklə 369.58 Kb.
PDF просмотр
səhifə1/3
tarix04.07.2017
ölçüsü369.58 Kb.
  1   2   3

ŞİRNİYYAT 

MƏHSULLARININ 

İSTEHSALI

Bakı - 2015

KİÇİK SAHİBKARLAR ÜÇÜN BƏLƏDÇİ



Şirniyyat məhsullarının istehsalı: kiçik sahibkarlar üçün

bələdçi. 

Bakı 2015, 60 səh



Müəlliflər: 

Rövşən AĞAYEV

Samir ƏLİYEV

Bu nəşr Amerika xalqının USAİD vasitəsilə göstərdiyi səxa vətli

dəstəyi nəticəsində ərsəyə gəlmişdir. Bu nəşrin məzmununa görə İqti-

sadi Təşəbbüslərə Yardım İctimai Birliyi məsuliyyət daşıyır. Burada

ifadə olunan fikirlər USAİD-in və ya Amerika Birləşmiş Ştatları

Hökumətinin mövqeyini əks etdirməyə bilər 

ISBN  978-995281-321-0

© İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

MÜNDƏRİCAT

Ön söz ......................................................................................4

Giriş ........................................................................................5

Kiçik sahibkarların fəaliyyətini tənzimləyən hüquqi

prosedurlar ......................................................................7

1. Biznes fəaliyyətin dövlət qeydiyyatına alınması ..................7

2. Əmlak üzərində mülkiyyət və ya icarə hüququnun

rəsmiləşdirilməsi  ......................................................................8

3. Vergi və sosial sığorta öhdəliklərinin icrası ........................10

4. İşçi qüvvəsindən istifadənin rəsmiləşdirilməsi ..................12



Şirniyyat məhsullarının istehsalı ilə bağlı dövlət

standartlarının  tətbiqi ..................................................13

Şirniyyat məhsullarının istehsalı və satışı üçün tələblər ........14



Qənnadı məmulatlarının qablaşdırılması və

etiketləşdirilməsi............................................................27

Qənnadı məmulatlarının satışı ............................................29

Yeyinti məhsulları haqqında qanunvericiliyin

pozulmasına görə məsuliyyət ........................................32

Əlavə 1.  Gigiyenik sertifikatın forması ................................34

Əlavə 2.  Gigiyenik sertifikat ................................................36

Əlavə 3. 

Uyğunluq sertifikatının forması ................................37

Əlavə 4. Uyğunluq sertifikatı ................................................39

Əlavə 5. “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC

tərəfindən göstərilən laboratoriya, məsləhət və

ekspertiza xidmətlərinin tarifləri ..................................41

Əlavə 6. Keyfiyyət sertifikatının nümunəsi ..........................45

Əlavə 7. Yeyinti məhsulları üzərində “müalicəvi”, “pəhriz”

və onlara bərabər tutulan adların verilməsi və reklam

xarakterli digər məlumatların etiketdə

yerləşdirilməsinə icazə məktubunun verilməsi ............47

Əlavə 8. Qida məhsullarının daşınmasına icazə

verən sanitariya pasportunun verilməsi üçün

müraciətin və sənədlərin qəbulu....................................54

K

İç



İK

 S

a



h

İb

K



a

r

l



a

r

 Ü



ç

Ü

n



 b

ə

l



ə

d

ç



İ

3


Ön söz

Bu  bələdçi  Amerika  Birləşmiş  Ştatları  Beynəlxalq  İnkişaf

Agentliyinin  (USAİD)  maliyyələşdirdiyi  “Azər baycanda  Kiçik

Sahibkarlığın İnkişafına Dəstək” layihəsi çərçivəsində hazırlanıb. 

Layihənin məqsədi Azərbaycanda kiçik sahibkarlıq mühitinin

daha da yaxşılaşdırılmasıdır. Bu məqsədlə layihə çərçivəsində kiçik

sahibkarlığın  vəziyyəti  və  prob lemləri  araşdırılır,  qanunvericiliyin

təkmilləşdiril məsinə, dövlət idarəetmə institutlarının gücləndiril mə -

si nə dair təkliflər hazırlanır, konkret kiçik sahibkarlıq sa hələrindəki

maneə və çətinliklər təhlil edilir, qadın-ailə biznesinin inkişafına dair

tədqiqatlar aparılır və töv siyələr hazırlanır və bir sıra digər vacib is -

tiqamətlərdə işlər görülür. 

Layihənin icraçıları bunlardır: Sahibkarlığın və Bazar İqtisa -

diyyatının İnkişafına Yardım Fondu (aparıcı təşkilat), İqtisadi Təşəb -

büslərə Yardım İctimai Birliyi, İqtisadi Tədqiqatlar Mərkəzi, Kiçik

və Orta Müəssi sələrin İnkişafına Yardım Mərkəzi, Gələcəyə Körpü

Gəncə gənclər ictimai birliyi və Quba Xalça Dünyası Assosiasiyası. 

Bu kitabça şirniyyat sənayesi sahəsində sahibkarlıq fəaliyyəti

qurmaq istəyən fiziki və hüquqi şəxslərin hansı prosedurları keçməli

olduğu göstərir. 

Kitabçada şirniyyat sferasında biznes qurmaq istəyən kiçik və

orta  sahibkarlıq  subyektlərinin  dövlət  qeydiyyatı,  vergi  rejimi,

şirniyyat istehsalı üçün vacibolan dövlət standartları, tələb olunan

sertifikatların növləri və onların alınması formaları və s. əks olunub.

Bələdçi  kiçik  sahibkarlıqla  məşğul  olan  subyektlər  üçün

nəzərdə tutulub. 

İqtisadi Təşəbbüslərə Yardım İctimai birliyi

K

İç



İK

 S

a



h

İb

K



a

r

l



a

r

 Ü



ç

Ü

n



 b

ə

l



ə

d

ç



İ

4


Giriş

Şirniyyat  biznesi  Azərbaycanda  kiçik  və  orta  sahibkarlığın

geniş  yayıldığı  sektorlardan  biridir.  Rəsmi  statistik  məlumatlar

göstərir ki, şirniyyat məhsullarının da aid edildiyi qida sənayesində

fəaliyyət göstərən sahibkarlıq subyektlərinin təxminən 80 faizi kiçik

biznesə aiddir. Dövlət Statistika Komitsinin 2015-ci ilin əvvəlinə

olan məlumatına görə, qida sənayesində 389 təsərrüfat subyektinin

fəaliyyəti qeydə alınıb ki, onların da 294 vahidini kiçik biznes təşkil

edib.  Rəsmi  informasiyalar  həmçinin  təsdiq  edir  ki,  şirniyyat

məmulatlarının  istehsalının  coğrafiyası  geniş  deyil  və  əsasən  iri

şəhərlərdə  təmərküzləşib.  Belə  ki,  2014-cü  ilin  yekunlarına  olan

məlumata görə, ölkə üzrə 452.6 min ton şirniyyat məmulatı və piro-

jnalar istehsal edilib. Həmin istehsalın 360 min tonu və ya 79.6 faizi

Bakı şəhəri, 75.3 min tonu (16.7 faiz) Naxçıvan, 17.2 min tonu (3.7

faiz) Sumqayıt şəhəri ərazisində reallaşdırılıb.   

Şirniyyat  biznesinə  məşğul  olmağa  qərar  verən  biznes

subyektləri bir sıra mühüm məqamları öncədən nəzərə almalıdırlar.

Əvvəla

, şirniyyat istehsalı üçün əlverşli istehsal məkanı olmalıdır.

Burada əlverişlilik dedikdə, istehsal meydançasının optimal ölçüyə

malik olması, binanın havalanma sistemi ilə təmin edilməsi imkanı

və işıqlandırma səviyyəsinin optimallığı nəzərə tutulur.  İkincisi,

biznes subyekti yalnız istehsal fəaliyyəti ilə məhdudlaşacaq, yoxsa

paralel olaraq çay-kofe salonları vasitəsilə istehsalı edilmiş şirniyyat

məmulatlarının satışını da həyata keçirəcək. Əgər hər iki fəaliyyətə

üstünlük  veriləcəksə,  vergi  qeydiyyatında  bu  məqamlar  nəzərə

alınmalıdır.  Çünki birinci hal sırf istehsal fəaliyyətini, ikinci hal isə

ictimai iaşə xidmətini nəzərdə tutur. Qüvvədə olan vergi qanun -

vericiliyində isə bu sahələr üçün fərqli vergi rejimi müəyyən edilib. 

Bazarın bu seqmentində daxili istehsalla yanaşı anoloji idxal

məhsulları da mühüm paya malikdir. Ərzaq təhlükəsizliyi ilə bağlı

rəsmi  statistik  məlumatlardan  aydın  olur  ki,  ölkənin  şirniyyat

məmulatlarına olan tələbatının təxminən yarısı xaricdən gətirilir. Bu

fakt bir tərəfdən daxili istehsal üçün böyük potensialın mövcud -

Şirniyyat məhsullarının istehsalı: kiçik sahibkarlar üçün bələdçi

K

İç

İK



 S

a

h



İb

K

a



r

l

a



r

 Ü

ç



Ü

n

 b



ə

l

ə



d

ç

İ



5

luğunu göstərir. Başqa tərəfədən isə bu sahədə biznesə başlamaq

niyyətində olan sahibkarlar üçün bazarın öncədən dəqiq öyrənil -

məsinin vacibliyi ilə bağlı siqnal rolunu oynayır. Başqa sözlə, mövcud

bazarda şirniyyat məmulatlarının həddən artıq böyük çeşidi var və

rəqabətə  davam  gətirmək  üçün  bazara  fərqli  keyfiyyət  və  fərqli

çeşidlərlə daxil olmaq vacib şərtdir. 

Heç şübhəsiz, şirniyyat məmulatlarının istehsalını təşkil etmək

üçün özünəməxsus texniki-texniloji şərtlərin təmin olunması, zəruri

avadanlıqların  alınması,  şirniyyat  istehsalı  sahəsində  peşəkar  və

təcrübəli kulinar heyətin formalaşdırılması da bu biznesin uğuru

üçün zəruri şərtlər sırasındadı. 

İstənilən biznes sahəsinin inkişafı üçün bu sektorda çalışanların

maraqlarını müdafiə etmək üçün yetərli hüquqi əsasların, onların

mümkün qədər inzibati manelərdən yan keçməsinə təminat verən

mexanizmlərin  mövcudluğuna  ehtiyac  var.  Heç  şübhəsiz,  kiçik

biznes  təmsilçilərinin  də  öz  növbəsində  qanunverciliyin  onlara

verdiyi hüquqlarla bağlı müfəssəl məlumatlı olması vacib şərt lər -

dəndi. Bu buraxılış məhz həmin hüquqların öyrənilməsində gözəllik

salonu və bərbərxana xidməti göstərən kiçik sahibkarlara bələdçilik

etmək məqsədilə hazırlanıb.  

İqtisadi Təşəbbüslərə Yardım İctimai birliyi

K

İç



İK

 S

a



h

İb

K



a

r

l



a

r

 Ü



ç

Ü

n



 b

ə

l



ə

d

ç



İ

6


Kiçik sahibkarların fəaliyyətini tənzimləyən

hüquqi prosedurlar

1. Biznes fəaliyyətin dövlət qeydiyyatına alınması

Azərbaycanda şirniyyat biznesi ilə məşğul olmaq üçün vergi

orqanlarında  qeydiyyatdan  keçmək  lazımdır.  Kiçik  sahibkarlıq

subyektləri bir qayda olaraq  fərdi sahibkar kimi dövlət qeydiy yatına

düşməyə üstünlük verir. Fərdi sahibkarın dövlət qeydiyyatı üçün

aşağıdadakı formalardan birini seçmək mümkündür:



(i) Əyani qeydiyyat forması

Əyani formada müraciət etmək istəyən şəxs rəsmi qeydiyyatda

olduğu yerin aidiyyatı üzrə vergi orqanına müraciət edir. Bunun

üçün qeydiyyat orqanına aşağıdakı sənəd və məlumatlar təqdim

edilir:

· ərizə;



· şəxsiyyəti təsdiq edən sənədin surəti;

· fiziki şəxsin yaşadığı yer haqqında məlumat.

Əyani müraciət edildiyi gündən 2 gün ərzində şəxs qeydiyyat

şəhadətnaməsini sənəd şəklində əldə edir.



(ii) Elektron qeydiyyat forması

Elektron formada qeydiyyat müraciətin edildiyi gün aparılır və

şəxs qeydiyyat şəhadətnaməsini (VÖEN) elektron formada həmin

gün əldə edir. Lakin elektron qeydiyyat üçün elektron imza alın ma -

lıdır. Elektron imza almaq üçün Rabitə və İnformasiya Texnolo -

giyaları nazirliyinə müraciət edilir və elektron imza sertifikatı alınır.

Elektron imza sertifikatı zəruri sənədlər təqdim edildikdən sonra 2

gün ərzində verilir. 

Şirniyyat məhsullarının istehsalı: kiçik sahibkarlar üçün bələdçi

K

İç



İK

 S

a



h

İb

K



a

r

l



a

r

 Ü



ç

Ü

n



 b

ə

l



ə

d

ç



İ

7


İqtisadi Təşəbbüslərə Yardım İctimai birliyi

K

İç



İK

 S

a



h

İb

K



a

r

l



a

r

 Ü



ç

Ü

n



 b

ə

l



ə

d

ç



İ

8

2. Əmlak üzərində mülkiyyət və ya icarə hüququnun



rəsmiləşdirilməsi 

Şirniyyat biznesin təşkil edən şəxslər ilk növbədə uyğun tikiliyə

malik olmalıdır. Fəaliyyət üçün bina qeyri-yaşayış xarakterli tikili

olmalıdır. Kiçik və orta sahibkarlar  uyğun tələblərə cavab verən şəxsi

tikiliyə malik olmadıqda onu ya icarəyə götürə, ya da torpaq sahəsi

almaqla tikə bilər.

Hər 2 formanın özünəməxsus əldə etmə prosedurları və rəs -

mi ləşdirmə qaydaları var.



(i) Binanın icarəyə götürülməsi. 

Şirniyyat biznesini təşkil edən

şəxslər uyğun tikili icarəyə götürülə bilər. Xüsusi mülkiyyətdən bina

icarə götürülməsinin nümunəsində bu prosedur  aşağıdakı kimidir: 

·

Qüvvədə  olan  mülki  qanunvericiliyə  əsasən  icarəyə

götürənlə (sahibkar) icarəyəverən (mülk sahibi) arasın -

da rəsmi müqavilə bağlanmalıdır. Tərəflərdən ən azı biri

hüquqi şəxs olduqda, icarə müqaviləsinin notarial qay-

dada təsdiqinə ehtiyac yoxdur. Lakin tərəflərdən hər

ikisi fiziki şəxs olduqda, həmin müqavilə mütləq notar-

ial qaydada təsdiqlənməlidi. 

· Müqavilənin notarial qaydada bağlanması üçün 70.15



AZN  (61 AZN dövlət rüsumu + 9.15 AZN notarial hərə -

kət lərin aparılması üçün xidmət haqqı) ödənilir. 

· İcarənin məbləği və şərtləri qarşılıqlı razılıq əsasında



müqavilədə əks olunur. 

· İcarəyə götürülən binanın rəsmi dövlət qeydiyyatı (mül -



kiyyət üzərində hüquqları təsdiqləyən reyestr dən çı xa -

rış) olmalı, mülk qeyri-yaşayış sahəsi kimi istifadəyə

ve rilməlidir. 

(ii)  Binanın  tikilməsi.   

Şirniyyat  biznesi    ilə  məşğul  olan

sahibkarlar fəaliyyətlərinin təşkili məqsədilə bina tikmək istədikdə,

ilkin  olaraq  torpağa  sahib  olmalıdırlar.  Sahibkarlıq  məqsədilə

özəlləşdirilmiş torpaq sahəsi olduğu tədqirdə tikinti işləri aparmaq


mümkündür və bunun üçün ilk növbədə tikinti icazəsi alınmalıdır.

Bu proses icazə xarakterli sənəd olan inşaat pasportu alınması ilə

başlayır. İnşaat pasportu müəyyən olunmuş torpaq sahəsində tikinti

işlərini  aparmaq  üçün  müxtəlif  orqanlardan  alınan  rəylərdən,

icazələrdən ibarət sənədlər toplusudur. İnşaat pasportu şəhər (rayon)

icra  hakimiyyətlərinin  memarlıq  və  tikinti  şöbələri  (idarələri)

tərəfindən verilir. Bu pasportu torpaq sahəsinin mülkiyyətçisi mü-

vafiq şəhər (rayon) icra hakimiyyətindən əldə edir.  

İnşaat  pasportu  və  tikinti  üçün  icazə  haqqında  qərar  əldə

edildikdən sonra tikiləcək binanın layihəsi hazırlanmalıdır. Layihə -

ləndirmə işi yalnız bu sahədə fəaliyyətə dair alınmış xüsusi razılığı

(lisenziyası) olan hüquqi və ya fiziki şəxslər (layihəçi) tərəfindən aparıla

bilər. Layihə hazır olduqdan sonra layihə sənədləri müəyyən edilmiş

qaydada dövlət ekspertizasından keçməli və təsdiq olunmalıdır. 

Müəssisənin tikintisinə başlamazdan əvvəl tikinti üçün müvafiq

texniki şərtlər alınmalıdır. Qanunvericilik texniki şərtlərin konkret

hansı mərhələdə alınmalı olduğunu müəyyən etmir. Ümumiyyətlə isə

texniki şərtlər tikinti işləri başlamamışdan əvvəl alınmalıdır. Texniki

şərtlər tikiləcək olan müəssisəyə elektrik, qaz və su xətlərinin birləş di -

rilməsi  üçün  səlahiyyətli  orqanlardan  (Azərsu,  Azəriqaz,  Azərişıq

alınır. Tikinti işləri başa çatdıqdan və tikili istifadəyə tam hazır olduq-

dan sonra binanın istifadəyə qəbulu həyata keçirilir. Qəbul tikintini

sifariş edənin müəyyən etdiyi qəbul komissiyası tərəfindın aparılır və

istifadəyə qəbul aktı tərtib olunur. 

Tikinti  prosesi  tikilmiş  bina  üzərində  hüquqların  dövlət

qeydiyyatı il tam başa çatdırılır. Dövlət qeydiyyatı üçün DƏDRX-in

tikilinin yerləşdiyi ərazi üzrə yerli idarəsinə tikilinin mülkiy yətçisi

tərəfindən müraciət olunur və aşağıdakı sənədlər təqdim edilməlidir:

· ərizə;

· yerli icra hakimiyyəti orqanının tikinti işlərinin apa rıl -



ma sına icazə verən qərarı (bina tikilərkən təqdim edilir);

· binanın istifadəyə qəbul aktı (bina tikilərkən təqdim



edilir);

Şirniyyat məhsullarının istehsalı: kiçik sahibkarlar üçün bələdçi

K

İç

İK



 S

a

h



İb

K

a



r

l

a



r

 Ü

ç



Ü

n

 b



ə

l

ə



d

ç

İ



9

· binanın və onun tərkib hissələrinin texniki sənədləri,

plan-cizgisi;

· dövlət rüsumunun ödənilməsi barədə qəbz.

Tikiliyə  mülkiyyət  hüquqlarının  qeydiyyata  alınması  üçün

mülkiyyətçi dövlət reyestrindən çıxarışın verilməsi üçün binaya dair

texniki sənədlərin verilməsi üçün 50 AZN dövlət rüsumu ödənməsi

tələb olunur. Bununla yanaşı, tikilinin (müəssisənin) inventarlaşdırıl -

ma sı  üçün  xidmət  haqqı  ödənir.  Xidmət  haqqının  məbləği  Tarif

(qiymət) Şurasının qərarı ilə müəyyən olunur. Bütün sənədlər təq -

dim edildikdən sonra müəssisəyə mülkiyyət və ya icarə hüququnu

təsdiq edən dövlət reyestrində çıxarış və texniki sənədlər 20 gün

ərzində verilir.

3. Vergi və sosial sığorta öhdəliklərinin icrası

Gözəllik salonu və bərbərxana biznesi ilə məşğul olanlar ya

sadələşdirilmiş vergi ödəyicisi, ya da ƏDV məqsədləri üçün qeydiyy-

ata alına bilərlər. Vergi qanunvericiliyinə görə:

· Ardıcıl  12  aylıq  dövrdə  vergi  tutulan  əməliyyatların

həcmi 200 min manatadək olan şəxslər sadələşdiril miş

vergi ödəyicisi olmaq hüququndan istifadə edən sahib -

karlar mənfəət vergisi və ƏDV ödəməkdən azad olur,

yalnız  sadələşdirilmiş  vergi  ödəyir.  Sadələşdiril miş

verginin dərəcəsi satış dövriyyəsinin Bakı şəhəri üzrə

4%-i şəhər və rayonlarda 2%-i səviyyəsindədir.

· Ardıcıl  12  aylıq  dövrdə  vergi  tutulan  əməliyyatların



həcmi 200 min manatadan çox olan və şirniyyatın isteh -

salı ilə yanaşı bilavasitə istehsal ərazisində istehlakçılara

müxtəlif  xarakterli  xidmətlər  təklif  etməklə  şirniyyat

məhsullarının satışını da həyata keçirən şəxslər sadələş -

dirilmiş vergi ödəyicisi ola bilər. Lakin bu halda hansı re-

gionda fəaliyyət göstərməsindən asılı olmayaraq daha

yüksək dərəcə ilə vergi ödəməli olacaqlar. Belə ki, əgər

İqtisadi Təşəbbüslərə Yardım İctimai birliyi

K

İç

İK



 S

a

h



İb

K

a



r

l

a



r

 Ü

ç



Ü

n

 b



ə

l

ə



d

ç

İ



10

həmin fəaliyyət ictimai iaşə fəaliyyəti kimi qeydiyyata

alınarsa,  xidmət  dövriyyəsinin  8%-i,  ticarət  fəaliyyəti

kimi qeydiyyata alınarsa, satış dövriyyəsinin 6%-i səviy -

yəsində sadələşdirilmiş vergi ödəməlidir. 

· Ardıcıl  12  aylıq  dövrdə  vergi  tutulan  əməliyyatların



həcmi 200 min manat manatdan çox olan sahibkarlar

ƏDV məqsədləri üçün qeydiyyatı alınır. Bu halda xid -

mət  dövriyyəsinin  18%-i  həcmində  ƏDV,  mənfəətlə -

rinin 20%-i həcmində isə mənfəət vergisi ödəyirlər.

Əgər fəaliyyət fiziki şəxs kimi qeydiyyat əsasında həyata keçi -

rilərsə, o zaman Dövlət Sosial Müdafiə Fonduna fərdi sahib kar kimi

icbari sosial ödəniş edilməlidir. Ödənişin məbləği qüvvə də olan min-

imum  əmək  haqqına  faiz  nisbətilə  müəyyən  olunur  və  hazırda

aşağıdakı kimidir:

· Bakı şəhərində - 21 manat;

· Sumqayıt və Gəncə şəhərlərində - 18.9 manat;

· Respublika tabeli digər şəhərlərdə - 16.8 manat;

· Rayon mərkəzlərində, digər şəhər və qəsəbələrdə - 12.6



manat;

· Kənd yerlərində - 10.5 manat.

Fərdi sahibkarlar məcburi sosial sığorta ayırmalarını sahibkar

kimi uçota alındığı deyil, faktiki fəaliyyət göstərdiyi ərazilər üzrə

müəyyən  olunmuş  məbləğ  əsasında  aylıq  ödəməlidir.  Məsələn,

şirniyyat biznesi ilə məşğul olan fərdi sahibkar Biləsuvar rayonunun

ixtiyari bir kəndinin sakini kimi vergi uçotuna alınıb həmin xidməti

Bakıda təşkil edirsə, bu halda hər ay 10,5 manat deyil, 21 manat

icbari sosial ayırma ödəməlidir. 

Şirniyyat  biznesi  ilə  məşğul  sahibkar  (fərdi  sahibkar  və  ya

hüquqi  şəxs  kimi  qeydiyyata  alınmasından  asılı  olmayaraq)  bu

xidməti göstərmək üçün özündən savayı işçilər cəlb edibsə, həmin

işçilər muzdlu işçi kimi rəsmiləşdirilməli, onlarla əmək müqaviləsi

bağlamalı, maaş cədvəlinə uğun olaraq həmin işçilərin hesablanmış

Şirniyyat məhsullarının istehsalı: kiçik sahibkarlar üçün bələdçi

K

İç



İK

 S

a



h

İb

K



a

r

l



a

r

 Ü



ç

Ü

n



 b

ə

l



ə

d

ç



İ

11


aylıq  əmək  haqqı  məbləğinin  22%-i  həcmində  ayırmanı  Dövlət

Sosial Müdafiə Fonduna ödəməlidirlər.  

Əgər şirniyyat biznesi ilə məşğul sahibkarın isitifadəsində olan

əmlak (tikili) icarəyə götürülübsə və icarəyə verən subyekt hüquqi

şəxs statusuna malik deyilsə, bu halda icarəyə götürən sahibkar icarə

haqqından ödəmə mənbəyindən vergi tutaraq büdcəyə ödəyir.  Bu

vergi “ödəmə mənbəyində vergi” adlanır və aylıq icarə haqqından

14 faiz dərəcə ilə tutulur. Binanın icarəyə götürülməsi müddətləri,

şərtləri, habelə onların təmiri üzrə xərclər qanunvericilikdə nəzərdə

tutulmuş  qaydada  icarəyə  verənlə  icarəçi  arasında  bağlanılan

müqavilədə razılaşdırılır.

4. İşçi qüvvəsindən istifadənin rəsmiləşdirilməsi

Ölkə qanunvericiliyinə əsasən, şirniyyat biznesi ilə məşğul sa -

hibkarlar hər hansı şəxsi iş və ya xidmət üçün cəlb edə bilər. İşə götü -

rülən fiziki şəxslərin rəsmiləşdirməsi iki formada həyata keçirilə bilər: 

· əmək müqaviləsi və

· xidmət müqaviləsi bağlanmaqla.  

Əmək müqaviləsi əsasında işə cəlb edilən hər bir işçi işəgötürən

(həm fərdi sahibkar, həm də hüquqi şəxs) tərəfindən məcburi dövlət

sosial sığortası üzrə sığortalanmalıdır. Yeni işçi qəbul edilərsə hər

qəbul edilmiş yeni işçi üçün DSMF-in yerli qurumlarına işəgötürən

tərəfindən ərizə ilə müraciət edilir. 

Müraciət  edildikdən  1  ay  sonra  DSMF-in  yerli  qurumları

tərəfindən işçilərin sosial sığorta şəhadətnamələri (SSŞ) işəgötürənə

təqdim edilir. 

Məcburi dövlət sosial sığortası ilə yanaşı işəgötürən işçiləri özəl

sığorta  təşkilatlarında  istehsalatda  bədbəxt  hadisələr  və  peşə

xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi halların -

dan icbari sığorta etdirməlidir. Bunun üçün işəgötürən həyat sığor -

tası ilə məşğul olan sığorta şirkətinə müraciət edib həmin şirkət ilə

sığorta müqaviləsini bağlayır. 

İqtisadi Təşəbbüslərə Yardım İctimai birliyi

K

İç



İK

 S

a



h

İb

K



a

r

l



a

r

 Ü



ç

Ü

n



 b

ə

l



ə

d

ç



İ

12

  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə