Nizamlanan yolayrıcıları
I. Relssiz nəqliyyat vasitəsinin sürücüsü svetoforun yaşıl işığında
sola və ya
geriyə dönərkən, qarşıdan düzünə və ya sağa gedən nəqliyyat vasitələrinə yol
verməlidir. Tramvay sürücüləri də öz aralarında bu qaydanı əsas tutmalıdırlar.
II. Svetoforun sarı və ya qırmızı siqnalı ilə eyni
vaxtda əlavə bölməsində
yandırılmış ox işarəsi istiqamətində hərəkət edən sürücü başqa istiqamətlərdən
gələn nəqliyyat vasitələrinə yol verməlidir.
III. Svetoforun və ya nizamlayıcının siqnalları eyni vaxtda həm tramvayın, həm
də relssiz nəqliyyat vasitələrinin hərəkətinə icazə verirsə, tramvay,
hərəkət
istiqamətindən asılı
olmayaraq, üstünlüyə malikdir. Lakin svetoforun qırmızı və ya
sarı siqnalı ilə eyni vaxtda olan əlavə bölməsində yandırılmış ox işarəsi
istiqamətində hərəkət edən tramvay başqa istiqamətlərdən gələn nəqliyyat
vasitələrinə yol verməlidir.
IV. Svetoforun icazə siqnalı yanarkən yolayrıcına girmiş sürücü yolayrıcının
çıxışında qoyulmuş svetoforun siqnalından asılı olmayaraq, nəzərdə tutulan
istiqamətdə dayanmadan hərəkət etməlidir, bu zaman qalan nəqliyyat vasitələri ona
maneə törətməməlidirlər. Lakin, əgər yolayrıcında sürücünün hərəkət etdiyi yolda
qoyulmuş svetoforların qabağında stop-xətlər (5.33 nişanı) vardırsa, sürücü hər bir
svetoforun siqnalını əsas tutmalıdır.
V. Svetoforun icazə siqnalı yanarkən sürücü yolayrıcında
hərəkəti başa
çatdırmaqda olan nəqliyyat vasitələrinə və həmin istiqamətin hərəkət hissəsində
keçidi başa çatdırmamış piyadalara yol verməlidir.
Dostları ilə paylaş: