Bakı Texniki Kollecinin müəllimi Hüseynli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/104
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179104
növüQaydalar
1   ...   31   32   33   34   35   36   37   38   ...   104
 
 
 
 


 
Nəqliyyat vasitələrinin tanınma nişanları
Nəqliyyat vasitələrində aşağıdakı tanınma nişanlarından istifadə olunur (7 saylı 
Əlavə): 
1) «Avtoqatar» - qoşqulu yük avtomobillərində və təkərli traktorlarda (1,4 ton və 
daha artıq yük götürən), habelə birləşdirilmiş avtobus və trolleybuslarda - 
kabinənin damında bir-birindən 150-300 mm aralı, üfiqi yerləşdirilmiş narıncı 
rəngli üç fənər şəklində; 
2) «Tikanlı şinlər» - tikanlı şinlər qoyulmuş mexaniki nəqliyyat vasitələrinin 
arxasında - bərabərtərəfli, ağ rəngli, təpəsi yuxarı yönəldilmiş və qırmızı haşiyəyə 
alınmış içərisində qara rənglə şin təsviri olan üçbucaq şəklində (üçbucağın tərəfləri 
azı 200 mm, haşiyənin eni üçbucağın tərəfinin onda biri qədər); 
3) «Uşaqların daşınması» - avtobusda dəstə ilə uşaq apararkən, bu nəqliyyat 
vasitələrinin qabağında və arxasında - qırmızı haşiyəyə alınmış və içərisində qara 
rənglə 1.21 yol nişanının simvolu təsvir edilmiş sarı rəngli kvadrat şəklində 
(kvadratın tərəfləri azı 250 mm, haşiyənin eni kvadratın tərəfinin onda biri qədər); 
4) «Kar sürücü» - lal-kar və ya kar sürücülərin idarə etdiyi mexaniki nəqliyyat 
vasitələrinin qabağında və arxasında-diametri 160 mm olan, içərisində təpəsi aşağı 
yönəldilmiş bərabərtərəfli xəyali üçbucağın künclərində 40 mm diametrli üç qara 
dairəcik çəkilmiş sarı rəngli dairə şəklində; 
5) «Əlil» - I və II qrup əlillər üçün xüsusi avadanlıqlar quraşdırılmış, onlar 
tərəfindən idarə olunan və qeydiyyat şəhadətnaməsində bu barədə müvafiq qeyd 
olan nəqliyyat vasitələrinin qabaq və arxasında - tərəfləri 150 mm ölçülü, daxilində 
7.17 simvolunun qara boya ilə təsviri olan sarı rəngli kvadrat şəklində; 
6) «Həkim» - sürücü-həkimlərin idarə etdiyi nəqliyyat vasitələrinin qabağında və 
arxasında - tərəflərinin ölçüsü 140 mm olan, içərisinə ağ dairədə (diametri 125 mm) 
qızıl xaç (ştrixin hündürlüyü 90 mm, eni 25 mm) təsviri vurulmuş, göy rəngli 
kvadrat şəklində; 


7) «Təlim nəqliyyat vasitəsi» - sürücülük öyrətmək üçün istifadə olunan mexaniki 
nəqliyyat vasitəsinin qabağında və arxasında - bərabərtərəfli, ağ rəngli, təpəsi 
yuxarı yönəldilmiş və qırmızı haşiyəyə alınmış (üçbucağın tərəfləri azı 200 mm, 
haşiyənin eni üçbucağın tərəfinin onda biri qədər) və içərisində qara rəngdə «təlim» 
sözü yazılmış üçbucaq şəklində (minik avtomobilinin damında ikitərəfli nişan 
qoyulmasına yol verilir); 
8) «Nəqliyyat vasitəsinin qabaritindən kənara çıxan yük» - 400x400 mm ölçüdə, 
diaqonal boyu 50 mm enində, növbə ilə qırmızı və ağ zolaqlar çəkilmiş, 
işıqqaytarıcı səthə malik lövhəcik şəklində; 
9) «Təhlükəli yük» - belə yüklər daşıyan nəqliyyat vasitələrinin qabağında və 
arxasında - 690x300 mm ölçüdə, onun 400x300 mm ölçüdə sağ hissəsi narıncı, sol 
hissəsi isə 15 mm enində qara haşiyəyə alınmış ağ rəngdə olan düzbucaq şəklində 
(nişanda yükün təhlükəli xassələrini xarakterizə edən işarələr çəkilir); 
10) «Uzunölçülü nəqliyyat vasitəsi» - yüklü və ya yüksüz iki və daha çox qoşqusu 
olan uzunluğu 24 metrdən artıq olan avtoqatarların arxasında - 40 mm enində 
qırmızı haşiyəsi olan sarı rəngli, azı 1200x200 mm ölçülü, işıqqaytarıcı səthə malik 
düzbucaq şəklində (göstərilən ölçüdə nişanı yerləşdirmək mümkün olmadıqda, azı 
600x200 mm ölçüdə iki eyni nişanı nəqliyyat vasitəsinin oxuna simmetrik 
yerləşdirməyə 
yol 
verilir) 
tanınma 
nişanları 
quraşdırılır; 
11) “Qəza dayanma nişanı” - yolun hərəkət hissəsində nəqliyyat vasitəsi məcburi 
dayandığı hallarda quraşdırılır; 
12) «AZ» fərqlənmə nişanı - beynəlxalq yol hərəkətlərində iştirak edən nəqliyyat 
vasitələrinin Azərbaycan Respublikasına mənsubiyyətini bildirmək məqsədilə 
quraşdırılır; 
13) «Təcrübəsiz sürücü» - nəqliyyat vasitəsini idarə edən şəxsin sürücülük 
vərdişlərinə mükəmməl malik olmadığı barədə yol hərəkətinin başqa iştirakçılarını 
xəbərdar etmək məqsədilə quraşdırılır

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin