YOL-NƏQLIYYAT HADİSƏLƏRINİN TƏSNİFATI
YNH hadisəsi dedikdə mexaniki nəqliyyat vasitələrinin hərəkətində baş
vermiş elə pozulma halları başa düşülür ki, onların nəticəsində insanlar ölür,
müxtəlif dərəcəli bədən xəsarətləri alır və ya külli miqdarda maddi itgilər yaranır.
YNH-nin qeydiyyatını aparmaq və analiz etmək üçün onların vahid təsnifatını
vermək vacibdir. Təsnifatı müxtəlif əlamətlərə görə aparırlar. Bunlar
aşağıdakılardır:
-nəticənin ağırlığına görə;
-növünə və ya baş vermə mexanizminə görə;
-baş vermə yerinə görə və s.
Nəticənin ağırlığına görə
YNH-ni üç qrupa bölürlər:
-ölümlə nəticələnən;
-insanların yaralanması ilə nəticələnən;
-ancaq maddi ziyanla nəticələnən.
Keçmiş SSRI-də qəbul edilmiş
məhkəmə-tibbi təsnifata
görə insanların
xəsarətləri üç qrupa bölünür: ağır, nisbətən yüngül və yüngül xəsarətlər.
YNH
baş vermə mexanizminə görə
aşağıdakı kimi təsnif olunurlar:
1. Nəqliyyat vasitələrinin toqquşması.
2. Nəqliyyat vasitələrinin (NV) aşması.
3. Maneənin vurulması;
4. Piyadaların vurulması;
5. Velosipedçinin vurulması;
6. Dayanmış NV-nin vurulması;
7. Canlı nəqliyyat vasitələrinin vurulması;
8. Mal-qaranın vurulması;
9. Sərnişinin yıxılması;
10.Digər hadisələr.
Digər ölkələrdə mövcud olan təsnifatların buna anoloжi olmasına
baxmayaraq, bir sıra fərqləri aydın görmək olar. Başqa təsnifatlar üçün xarakterik
olan növə misal olaraq NV-nin yolun hərəkət hissəsindən çıxmasıdır. Belə növ
YNH-yə elə hadisələr aid edilir ki, NV-nin hərəkət trayektoriyası qəfildən pozulur
və o, yolun hüdudundan kənara çıxır. Ölkəmizdə belə YNH NV-nin aşmasına aid
edilir.
Baş vermə yerinə görə hadisələr aşağıdakı kimi təsnif olu-nurlar:
-respublika, diyar və vilayət mərkəzlərində baş vermiş YNH;
-digər şəhərlərdə baş vermiş YNH;
-ümumdövlət əhəmiyyətli yollarda baş vermiş YNH;
-respublika əhəmiyyətli yollarda baş vermiş YNH;
-vilayət əhəmiyyətli yollarda baş vermiş YNH;
-rayon, inzibati, təsərrüfatdaxili əhəmiyyətli yollarda baş vermiş YNH;
-digər yerlərdə baş vermiş YNH.
|