yaratdıqda məhz bu göstəricilərdən istifadə olunur. Bunlar aşağıdakılardır:
1.
Piyada axınının sıxlığı.
Piyada axınının sıxlığı
п
г
dedikdə yolun
müəyyən sahəsinə
Ф
düşən piyadaların sayı
п
Н başa düşülür. Yəni:
Ф
Н
г
п
п
=
,
piyada/m
2
,
(24.1)
Sıxlıq hərəkətin rahatlıq dərəcəsini xarakterizə edir. Yəni sıxlıq artdıqca
piyada özünəməxsus hərəkət tempi ilə trayektoriya seçmək imkanına malik olmur
və digər piyadalar tərəfindən olan fiziki təsirlər güclənir.
Beləliklə, sıxlıq nəinki
texniki əhəmiyyətə malikdir, o, həmçinin ətraf mühitlə
əlaqədar insanda yaranan
psixofizioloжi vəziyyətləri müəyyən edib, komfort dərəcəsinin göstəricisidir. Bu
məqsədlə çox vaxt sıxlığın tərs qiymətindən istifadə olunur. Yəni:
п
п
Н
Ф
г
1
=
,
m
2
/ piyada
,
(24.2)
(24.1) və (24.2) ifadələrinin hər ikisinin ümumi çatışmazlıqları ondan
ibarətdir ki, onlar reallığı mücərrədləşdirərək ancaq ümumi olan “adamların sayı”
göstəricisini nəzərə alırlar. Bununla yanaşı eyni bir sahədə olan eyni saylı piyadalar
axını komfort dərəcəsi göstəricisinə görə fərqlənə bilərlər. Bu, onunla əlaqədardır
ki, bir adamın tutduğu sahə çox geniş hədlərdə dəyişir.
Ona görə təcrübədə
aşağıdakı düsturdan daha geniş surətdə istifadə olunur:
Ф
ф
г
п
i
=
,
(24.3)
burada
ф
i
- bir adamın üfiqi proeksiyasının sahəsidir,
m
2
.
Piyada hərəkətinin sıxlığının artması ilk növbədə piyadaların hərəkət sürətinə
təsir edir.
2. Piyada hərəkətinin sürəti. Piyadaların hərəkət sürətləri çox geniş hədlərdə
dəyişir. Adamın qaçışda maksimum sürəti 10
m/san
, yerişdə isə 3,7
m/san
ola bilər.
Adi hallarda isə hərəkət sürəti 1
m/san
-dan az olur.
Müxtəlif yaş qrupları üçün orta sürətin qiymətləri aşağıdakı kimi ola bilər:
- kiçik yaşlı uşaqla qadının sürəti – 0,64
m/san
;
- 6–10 yaşlı uşaqların sürəti – 1,1
m/san
;
- 50 yaşdan yuxarı qadınların sürəti –1,3
m/san
;
- 55 yaşdan yuxarı kişilərin sürəti –1,5
m/san
;
- 40–55 yaşlı kişilərin sürəti –1,6
m/san
;
- 40 yaşa qədər kişilərin sürəti –1,7
m/san
;
- gənclərin sürəti – 1,8
m/san.
Piyadaların hərəkət sürəti yolun uzunluq mailliyindən asılı olub, aşağıdakı
kimi dəyişir.
Maillik
,%
0-40 60 90 100 120 140 160 180
Sürət,
m/san
1,45 1,4 1,3 1,15 1,03 0.91 0,86 0,80
Digər bütün bərabər şəraitlərdə kişilərin hərəkət sürəti qadınların hərəkət
sürətindən 6,5% çox olur.
Hərəkət sürəti çox amillərdən asılı olur və onların hamısını qeyd etmək və
nəzərə almaq çox çətindir. Ona görə də hərəkət sürətini qiymətləndirdikdə, adətən,
statistik üsullara əsaslanan orta qiymətlərdən istifadə olunur.
Çoxlu sayda aparılmış tədqiqatlar göstərmişdir ki, ixtiyari şəraitlərdə sürətin
paylanması normal qanuna yaxınlaşır. Paylanma parametrlərindəki fərqlər müxtəlif
amillərin təsiri ilə izah olunur.
Piyada axınlarının müxtəlif şəraitləri arasındakı asılılıqlar
həm funksional,
həm də korrelyasiya asılılıqları ola bilər.
Dostları ilə paylaş: