ON İKİ YAŞINDAYDI
Küçələr vətəniydi,
Ucalan binaların soyuq divarları evi...
Dilənməyi bacarmırdı
balaca yaşına sığmayan
böyük qüruru...
Bahalı maşınların şüşələri,
Varlı ayaqqabılarının parıltısı
balaca əllərinə borcluydu.
On iki yaşındaydı...
Oyuncağı yoxuydu deyə
ölümlə oynayırdı gündə neçə dəfə...
Dünyaya savaş açmamışdı,
Dünya onunla savaşdaydı.
Zamana təslim olmamışdı,
Zaman ona hücumdaydı.
Balaca əllərini dayamışdı
dünyanın sinəsinə...
O, yaşamaq arzusuyla
Bu dünyanı sevirdi.
Və həyata sevgisiylə
Çətinlikləri yendi.
İçində mələk gəzdirən
bu uşağın
əynindən cin hürkərdi.
On iki yaşındaydı...
İlk oyuncağını özü düzəltmişdi.
Tikinti meydançalarında
əzilmiş kardon parçasına
qara kömürlə
Ata şəkli çəkmişdi.
121
Hər axşam üşüyəndə
danışardı oyuncağıyla.
Arzularını deyərdi,
Sığallardı, sevərdi.
Və bir gün,
Külək apardı oyuncağını,
Atdı küçəyə...
Arxasınca getdi
Atasını tutsun deyə.
Qapısız, pəncərəsiz
Göydələn evinin
Dördüncü mərtəbəsindən
küləyin dalınca qaçdı...
Havadaca atasını qucdu...
Və uçdu, uçdu, uçdu...
122
SAHİL KÜÇƏSİ
Alar məni qoynuna
mavi Bakı gecəsi.
Sahildə məni gözlər
tənha Sahil küçəsi.
Bu küçədə nə qədər
xatirələr dolaşar.
Bu küçədə insantək
boz küləklər dolaşar.
Yağan yağışlar yuyar
cığırımı, izimi.
Bu küçədə gəzirəm
indi özüm özümü.
123
Şəfəq Sahibli
TƏNHALIQ
Qağayılar
qırçın-qırçın dalğalar kimi
səpələnir dənizə.
Bir qız dayanıb sahildə
qayalarla göz-gözə.
Bir gəmi ayrılır
uzaq limandan.
Bir ürək qopmaq istəyir
küləkdən, yağışdan, tufandan.
Bu mənəm, sahildə tək.
Gələcək o gəmi,
o yağış, o külək,
bir də sən...
124
İLAHİ, SƏN BİZİ SÖZƏ BAĞIŞLA
Mələklər tanrıdan yetirər ruzi,
Bəndələr şairin üzünə baxmaz.
Dönəndə əlləri ətəkdən uzun,
Evdə qadını da sözünə baxmaz.
Haqq nahaq önündə durub müntəzir,
Bu yalan dünyada düz axtarırıq.
İndi hamı düşüb var-dövlət gəzir,
Bizsə gecə-gündüz söz axtarırıq.
İlahi, sən bizi sözə bağışla,
Sözlə yediririk balamızı da.
İlahi, sən bizi bizə bağışla,
Onsuz da çəkirik bəlamızı da.
125
Ədalət Salman
126
MƏNİM
Haqq sözün üstə əsirəm,
Əyrini düzlə kəsirəm.
Əl tutmağa tələsirəm,
Yamanlar haqlayır məni.
İçimi sökdükcə səbrim,
Əlimlə qazılır qəbrim.
İstəyirəm dinəm, abrım,
Dilimi bağlayır mənim.
Zaman ömrü yuntək didir,
Dövran belə hara gedir?
Pislər tərki-dünya edir,
Yaxşılar saxlayır məni!
NƏ XOŞDUR
Şeytanla bardaş qurub,
üzünə üz çəkənlərdən,
üzülə-üzülə
üz vurub
üzümün abrını
tökənlərdən
biryolluq əlimi üzdüm,
üzü sənə gəldim.
Göy üzünə,
üzü qəlbiyə yüksəldim.
Üzünün nuruna
üz tutduğum insan,
nə xoşdur,
nurlu adamlarla
üz-üzə,
çiyin-çiyinə olasan!
ÌßÍ ÞËÑßÌ, ÑßÍ ÚÀÂÀÁÄÅÙÑßÍ
(Çàðàôàòéàíà)
Áàõûá ìÿíÿ àëòäàí-àëòäàí
Äÿðäÿ ñàëäûí ýöëÿ-ýöëÿ.
Ýþçëÿðèíäÿí ÷ûõàí îääàí
Éàíäû áàüðûì äþíäö êöëÿ.
Àìàí, âóðóëìóøàì ñÿíÿ,
Éàìàí âóðóëìóøàì ñÿíÿ.
Ñóéó øèðèí, ýþçÿë ãûçñàí,
Ñÿí íÿüìÿñÿí, õîø àâàçñàí,
Ñåâäà äîëó áàùàð, éàçñàí,
Ýöëöì, âóðóëìóøàì ñÿíÿ,
Êþíëöì, âóðóëìóøàì ñÿíÿ.
Éàé àõøàìû ÿñÿí ìåùñÿí,
Éàç ñÿùÿðè ýöëäÿ øåùñÿí,
Ìÿí þëñÿì, ñÿí úàâàáäåùñÿí,
Ýþçöíäÿí îä äöøöá ìÿíÿ,
Çàëûì, âóðóëìóøàì ñÿíÿ,
Çàëûì, âóðóëìóøàì ñÿíÿ.
127
ÌßÍÈÌ ÙßÉÀÒ ÉÎËÓÌ
Éàìàí äÿéèøèáñÿí, äåéèðëÿð ìÿíÿ,
Äöçäö, äÿéèøìèøÿì éåðëÿ ýþé ãÿäÿð.
Áó ãîúà äöíéàíûí ñÿðò ýÿðäèøèíÿ
Åäÿðÿì úàíûìû, ñèíÿìè ñèïÿð.
Ùÿð êÿëìÿ áàøûíäà «áÿëè», «úàí» äåéèá,
Úàíûìû áÿñëÿìÿê èñòÿìèðÿì ìÿí.
Éàëòàã ýöëöøëÿðëÿ õîø ýöëöìñÿéèá,
Þçöìö ýèçëÿìÿê èñòÿìèðÿì ìÿí.
Ùàãã ñþçö äåéèðÿì — ãîðõó-höðêöñöç,
Åøèäÿí äÿ îëóð, åøèòìÿéÿí äÿ.
Àììà éàøàìàðàì áàðñûç, áÿùðÿñèç,
Àìàëûì Göíÿøòÿê éàíûð ñèíÿìäÿ.
Áåëÿ õàñèééÿòëÿ íÿ äàíûì, ùÿðäÿí,
Êþòÿê äÿ éåìèøÿì "øèðèíäèë"ëÿðäÿí,
Íèôðÿò, êèí ñåçñÿì äÿ õÿáèñ ýþçëÿðäÿí,
Ùå÷ âàõò äþíìÿìèøÿì äöç ÿìÿëèìäÿí.
Áÿçÿí äÿ íÿñèùÿò âåðèáëÿð ìÿíÿ:
Åë ö÷öí àüëàéàí êîð ãàëàð, áàëà,
Äöíéàíûí äÿðä-ãÿìè ãàëìàéûá ñÿíÿ,
Íèéÿ ÷îõëàðûéíàí ýåòìèðñÿí éîëà.
Áèëèðèê, ñÿíèí äÿ åùòèéàúûí âàð,
Ùàðäà èìêàí äöøñÿ, ÿëäÿí áóðàõìà.
Áó éîëëà èðÿëè ýÿëèð àäàìëàð,
Ùå÷ íÿéèí àüûíà, áîçóíà áàõìà.
Øÿðÿôñèç óúàëìàã ãÿëáèìÿ éàääûð,
Øþùðÿòÿ ãóë îëìóø þìöð-ýöí íÿäèð?!
Õàëã ö÷öí éàøàíàí þìöð—ùÿéàòäû,
Ìÿíèì ùÿéàò éîëóì ìöáàðèçÿäèð.
128
QOCA PALID
...sən kötük doğulmamışdın.
Əvvəllər
uzun-uzun budaqların,
yaşıl-yaşıl yarpaqların
vardı.
Geniş dünya sənə dardı.
Sənin sevdiklərin vardı.
Sənə sevənlərin yardı,
qoca palıd.
Hər baharda
sevinərdin, şadlanardın,
əl-qol açıb oynayardın.
Buludlardan su istərdin.
Su verərdi göylər sənə.
Yuyunardın şeh içində.
Qızmar yayda
qanad açıb
qoruyardın insanları
günəşin qəzəbli baxışlarından.
129
Həsrət ətirli payızda
kövrələrdin ayrılıqlara.
...aylar keçdi, illər ötdü.
Ömrünə dəli qış gəldi.
Dondu ayaqların,
buz bağladı əllərin.
Baxıb donan bədəninə
köks ötürdün dərin-dərin,
qoca palıd.
İllər çox yormuşdu səni.
Ayrılıqlar vurmuşdu səni.
Sarı yarpaqların
qırmızı xəyanəti
yandırmışdı ürəyini.
Yerindəcə quruyub qalmışdın,
qoca palıd.
O zaman kötüyə çevrilmişdin.
Ayrılıqlara alışanda,
hər payız taleyinlə barışanda.
Sən kötük doğulmamışdın.
Mən bilirəm,
qoca palıd.
8 MARTDA YAZILAN ŞEİR
Xanımlar!
Bayram etməyin 8 martı,
Beynəlxalq qadınlar gününü!
... hələ də
Qəzzada ölən anaların
səsləri ölməyib.
Deməyin ki,
bütün bunları
dünya ictimaiyyəti bilməyib.
130
...hələ də
Xocalıda şəhid olan
körpələrin gözləri
hər yerdə izləyir bizləri...
Xanımlar!
Bayram etməyin 8 martı!
Hər gələn bayram
itirilmiş torpaqlarımızı
gətirmir geriyə.
Biz də gözləyirik,
”bəlkə də, qaytardılar”
deyə-deyə.
...hələ də
Xarı bülbül
öz yurdunda “məcburi köçkün”dürsə,
hər bahar çiçəklər
güllə səsindən diksinib açılırsa,
ayağımızın altından
Ana Torpaq qaçırsa,
... hələ də
analarımız, bacılarımız
düşmən əlində əsirdisə,
...hələ də oturduğumuz ağacları
sapı bizdən olan baltalar
kəsirsə...
Xanımlar!
Bayram etməyin 8 martı!
Mən də bayram istəyirəm,
ancaq Zəfər bayramı!
Elə bir zəfər ki,
Şəhidlərin ruhu bayram etsin!
Elə bir zəfər ki,
131
132
əlləri havada qalan
əsgərin sümüyü oynasın...
Elə bir zəfər ki,
çırpınsın Qara dəniz,
çırpınsın Xəzər dənizi
baxıb Türkün bayrağına.
Mənə qələbədən xəbər gətirən
Ağ atlı oğlan!
Sənə ərməğan edəcəyəm,
mürəkkəbi qurumayan şeirimi
o an!
QAYITDIM
Gəldim bu dünyadan bir sirr aparım,
Yolun ortasından geri qayıtdım.
Qəlbimin yağını kədər-qəm yedi,
Oldum bir sümük, bir dəri qayıtdım.
Kənarda oturub bəxtim dincəlir,
Talelər kədərdən-qəmdən incəlir,
Hamı yer üzünə ölməyə gəlir,
Mən isə unudub diri qayıtdım.
Bir nöqtədən keçib izimə gəldim,
Dərdimi deməyə dözümə gəldim,
Özümdən getmişdim, özümə gəldim,
Yetər ağladığın, kiri, qayıtdım.
PİS İLİ KEÇİRTDİK, BAŞA DÜŞÜRƏM
Baxırsan küçəyə, baxırsan mənə
baxıram təqvimə, fikirləşirəm.
Pis ili keçirtdik başa düşürsən,
pis ili keçirtdik, başa düşürəm.
Tarixdən böyükdür tənhalıqların,
kədərin xalqından daha dərindi.
Ən doğru həqiqət, unudulmağın,
ən yaxşı dostların düşmənlərindi!
Payıza baş əyib çıxıb getməmək...
özünə darıxıb ağlamaqların...
Şəhərdə yer tapıb ölə bilməmək,
özgəyə satılmış Qarabağların!
Ümid bir qadının yataq yoldaşı,
payız bir kişinin uduzmuşudur.
Dünənki qəzetlər bizdən yazıblar,
sabah öləcəyik, proqnoz budur!
133
Baxırsan küçəyə, baxıram sənə,
uzaqda bir şəhər bizi gözləyir.
Mənasız bir gecə keçirtdik, gülüm,
mənasız bir səhər bizi gözləyir...
İKİYƏ BÖLMƏYİN YOLUN BİLMİRƏM
Ölmək istəyirəm sənin yolunda,
bağışla, ölməyin yolun bilmirəm.
Bu qara həyatın, bu qara bəxtin
ikiyə bölməyin yolun bilmirəm.
Bağışla, bağışla, məni bağışla,
bizi öyrədiblər vidalaşmağa.
Tənha yataqlarda qoşa düşünmək
millətin içində tənhalaşmağa!
Gülləyə, qandala vurulan adam
insanın özünə vurula bilmir.
Ürəyim arxadan çox vurulubdur,
Bağışla, gözünə vurula bilmir!
Ölürəm, ölürəm, ölə bilmirəm,
yadıma düşürsən, niyə? Bilmirəm!
Qəlbimin sevgisi çox siyasidir,
danışa bilmirəm, deyə bilmirəm!
Bağışla, amma ki kölə insana
sevgidən danışmaq ayıbdır, ayıb.
Hələlik azadlıq vaxtımı alır
bağışla, sevməyə vaxtım qalmayıb.
134
YANAŞI OLSAYDI BAHARLA PAYIZ...
Açılır pəncərəm, söz onda deyil
söz onun içinin boşluğundadır.
Gələn olmasa da, açıqdır qapım,
yelə çırpınaraq özün oynadır!
Ürəyim üsyandır, dodağım sükut.
Əlim bir büzülmüş şəkili açır...
Şəhərə vururam tənhalığımı,
şəhər iki ayaq olur və qaçır.
Təqvimlər dəyişir, adamlar amma...
Yenə də xəyanət ölüm doğacaq...
Mən bu dumanlardan, çənlərdən bildim,
bu il də maraqsız bir il olacaq!
Ağacam, ağrıdan qələm olmuşam,
şeir yazmadım ki, dərddən deyindim.
Budaqdan ayrılmış kömürlər kimi,
üzü ağ olsam da, qara geyindim!
Məni kabus görür sevdiyim qadın
bir gün diksinəcək, mən də öləcəm.
Diri ölülərlə bölüşənmədim
ölü dirilərlə bölüşüləcəm!
Dırnağım çəkilib inamım kimi,
sənə çatanmıram, ay baharlı qız!
Mən də təqvimləri sevə bilərdim,
yanaşı olsaydı baharla payız...
135
BİRCƏ GÜN...
Dərd çoxdu, daşımaq olmur,
(rəng deyil, qaşımaq olmur).
Atasız yaşamaq olmur,
Sən mənim atam ol, Allah!
Qoyma dərd önündə çöküm,
Güc ver dərdi gözəl çəkim.
Dünyamızda axı heç kim,
Ona əvəz deyil, Allah!
Gündüzüm var, yoxdu günüm,
Yol dumanlı, itib yönüm.
Bircə gün atam ol mənim,
Qulun olum min il, Allah!
136
AYRILIQ
İki dost – bir ürək, qanı sevgidi,
Gözəllik doqquzdu, onu sevgidi.
Bütün dostluqların sonu sevgidi,
Bütün sevgilərin sonu ayrılıq.
Sevgi nə peşədi, nə də sənətdi,
Duyub daşıyana o ləyaqətdi.
Çəkilməz bir yük var – adı həsrətdi,
Həsrət cəhənnəmdi, donu ayrılıq.
Doğulmaq – göylərin yerə hiddəti,
Yaşamsa, yerlərin göyə heyrəti.
Ömür – ruhumuzun sürgün müddəti,
Bəs nədən soldurar canı ayrılıq?!
HƏLƏ Kİ NİDAYAM
Dan yeri ağarır, oyağam hələ,
Nə gözlər yumulur, nə qəlb dincəlir.
Açılmaz səhərim ta innən belə,
Baxma üfüqlərdə Günəş yüksəlir...
Dostları min olsun, nə faydası var,
Əgər tənhadırsa ruhu insanın.
Duyulmaz oldusa bir qaydası var,
Yüksələr göylərə ahı insanın.
Din gəzdim, ruhuma dinclik aradım,
Sonunda gördüm ki, özüm dinmişəm.
Yerlərdə, Göylərdə min sirr aradım,
Dünyanın ən böyük sirri mənmişəm.
137
138
İnsan sirr, ömür sirr, bu Yer, bu Göy sirr,
Beşikdən qəbrəcən sirri açılmaz.
Sabah nə olacaq, bir kimsə bilmir,
Yazısı dəyişməz, qədər – qaçılmaz.
Nə olsun milyondu hər yerdə sayı,
Milyonlar içində təkdi hər adam.
Bu göylər altında, bu yer üzündə,
Bəxtəvər olmadı hələ bir adam...
Nə arzu tükəndi, nə də ki dərdim,
Yaxşı ki, dərd boyda min xəyalım var.
Ömrü palaz kimi yollara sərdim,
Göylərə verəcək çox sualım var.
Hələ ki nidayam bu yer üzündə,
Heyrətlər içində çoxmu qalacam?!
Ömrümə qoyulan işarə kimi,
Ömrümün sonunda sual olacam...
BİLMİRSƏN Kİ, BİLMİRSƏN
Gözüm əlin uzadıb qara torpağa sarı
Ömrümüz dərman adı öyrənməyə çatar ta.
Unutmuşam gülməyi, hərdən dodağım qaçır.
Dərdlərim dilənçidi, sevinclərə əl açır.
Sən də o qızsan elə, dəyişən paltarındı.
Mənim səndən yoxumdu, sənin məndən varındı.
Mən yenə həminkiyəm, sən birazca başqasan.
Səni dərd eləməkdən içimdə qocalmısan.
Getməyə tələsmə sən, yollar onsuz zindandı.
Səni doğa bilməyən gözlərim ikicandı.
Yenə yola düşürsən, yenə başa düşmürsən.
Bilmirsən ki, bilmirsən,
Mənim səndən yoxumdu, sənin məndən varındı.
139
AND OLSUN
And olsun gecənin bu vaxtına ki,
əsgər yarasında qurşun kimiyəm.
Sizə öz dərdimi deyə bilmirəm,
Quruyam, yoxsulam, qəribəm daha,
səbatsız yoxluqlar alıb canımı.
And olsun o günlərə ki,
mən öz dizimə baş qoyub yatmışam,
İndi quru çay misalı
yağışlar doldurar boşluqlarımı.
Ağrıdan eləcə daşlaşıb canım,
Elə bil şair yox, şair arxasınca atılmış daşam.
And olsun məni içimdə MƏN edən PADŞAHA
O padşaha ki, göz yaşlarım da onun əsgərləridi.
Mən indi nə deyim, nə deyim ONA,
deyimmi bu gecə, elə bu axşam,
o qədər dərdliyəm,
ONA deyiləsi “şükür” kəlməsindən özgə
heç nəyim yoxdu?
140
SƏN AXTARDIĞIN…
Belədən-beləyə yürüyən adam
Dənizsiz sahillər daşdı, qum deyil.
Gündə min havaya bürünən adam
Sonunda yenə də yorğun görünür.
Yeməyə çörəyin, geyməyə paltarın
Axı nə imiş ki sən axtardığın.
Yamacı daş-kəsək, zirvəsi qarlı
Uzaqdan yamyaşıl görünən dağın.
Açsan öz sirrini özgəyə, adam
Demə çöllərində bulud yerini.
Hüznlü nəğməni oxu küləklərə
Birini yaşat ki, unut birini..
141
* * *
Bu gün də aldatdım
hislərimi,
əyilib
pıçıldadım qulaqlarına
sabah qapımı açacam ona deyə.
İnandı
uşaq hislərim yalançı mənə.
* * *
Bulud kimi dolanda
yağmağa yerin ola,
yağasan,yağasan
boşalanacan.
Sonra da uçmağa göylərin ola
uçasan,uçasan,
quş olanacan.
Nəfəs dərməyə otağın ola,
Şeir yazmağa hücrən.
Çiçək açmağa budağın ola,
Xoşbəxt olmağa gecən...
142
ÖZGƏYƏ YAXINAM, ÖZÜMƏ YADAM...
...Suallar quşların qanadlarında,
Cavablar quşların dimdiyindədi.
Günahlar buğdanın dənələrində,
Savablar quşların dimdiyindədi.
Özgəyə yaxınam, özümə yadam
Haçansa başıma uçacaq bu dam.
Cəsədi qurd-quşa yem olan adam,
Əzablar quşların dimdiyindədi.
Girsin öz içinə azmaq istəyən,
Gördüyü yuxunu yozmaq istəyən,
Min ildi o şair yazmaq istəyən,
Kitablar quşların dimdiyindədi...
143
SONSUZ QOŞMA
...O dünya anadı, bu dünya bala
Min ildi ağlayır göz balasını.
Təqvası olanlar basar bağrına
Səbir balasını, döz balasını.
Dinməyən bəs niyə dinmək istəyir?
Gedənlər qayıdıb dönmək istəyir.
Görürsən, o ocaq sönmək istəyir,
Kül etmək istəmir köz balasını.
Baş əyib Allaha salam deyənlər,
Sonsuzam əliylə lalam deyənlər,
Özgə balasına balam deyənlər
Alsın qucağına öz balasını...
144
145
* * *
Baş alıb gedirəm özümdən çıxıb,
Haqqa yol axtaran qoca dərvişəm.
Dan üzü görməyən bu məmləkətdə,
Azıb öz yolumu hara gəlmişəm?
Mən tanrı övladı, göy adamıyam,
Yoxdu yer üzündə sahibim, yiyəm!
Tərk edib ömürlük bu cəhənnəmi:
“Cənnətə gedirəm” – gəlmişəm deyəm.
Növbədə gözləyir sərnişinləri,
Dərib nəfəsini vaxt dayanacaq!
İndi bu dünyadan o biri dünyaya,
Yeganə marşrut tabutdu ancaq!
Özünə yuva qur təklər içində,
Sənintək qəriblər burda nə çoxdu...
Darıxsan, gələrsən, bu marşrutun,
Ancaq gedişi var, gəlişi yoxdu!
Yu ki, günahımı göz yaşlarınla,
Məni aydınlığa aparsın bu yol.
Cismimi əmanət tapşırıb sənə,
Ruhumu götürüb gedirəm, sağ ol!
* * *
Minarəsi qəmdən olan,
Məsciddə azan veririk.
Mürəkkəbi silinməyən,
Qələmə pozan veririk.
Gəl, ay dünyagörmüş qarı,
Gedək axar suya sarı.
Gördüyümüz yuxuları,
Aparsın yozan veririk.
Bələnib əcəl tərinə,
Düşdük dayazdan dərinə.
Öləndə rüşvət yerinə
Biz torpağa can veririk.
146
VƏTƏN DADI
Bir ayrılıq çeşməsidir
Gözümdəki su qürbətdə.
Əcəb vətən dadı verir
Gördüyüm yuxu qürbətdə.
Dalğaları saya-saya
Əksim düşdü axan çaya.
Yüz belə ömür yaşaya,
Oxumaz ki Qu qürbətdə.
Saçlarımda dən seçmişəm,
Bir ruhsuz bədən seçmişəm.
Gəl,sənə vətən seçmişəm
Ürəyimi bu qürbətdə.
147
ZALIM GÖZƏL ŞAİRİ DƏ QINAYAR
İstəmirəm qarşılaşaq yalandan,
İstəmirəm yolun məndən yan düşə.
Ömürboyu üzü gülməz bu eşqin,
Yar könlünə şöhrət düşə, şan düşə.
Saz sinəmdə pərdə-pərdə oynadı,
Gözüm tutan bəxtəvər də oynadı.
Qol götürüb hamı dərdə oynadı,
Az qaldı ki, aralığa qan düşə.
Kirpik çaldın könlüm batdı qana, yar,
Ayna tutsam, baxışların qanayar.
Zalım gözəl şairi də qınayar,
Vay halına belə vaxtda can düşə.
QAPIMIZA ELÇİ DÜŞÜB EHTİYAC
Haradandır bu hıçqırıq neydəki?
Şirinləşdi dilim bu gileydə ki.
Tənha quşdan qatar olmaz göydə ki,
Durnaları sevdim dəstə şəklində.
Xatirənlə oynayıram “gizlənqaç”,
Gəl saçına düyün vurum, sən də aç.
Qapımıza elçi düşüb ehtiyac,
Bir alagöz, boyubəstə şəklində.
Gördüm yolum dirənibdir yoxuşa,
Pöhrə oldum sığındığım koğuşa.
Hər gün səni nəzmə çəkdim, ay Şuşa,
İtkin düşmüş bir “Şikəstə” şəklində.
148
ÚÀÍÀÂÀÐËÀÐ
Àäëàéûá äÿíèçè, ÷àéû áèëèíìèð,
Þìðöíöí ùå÷ ãûøû, éàéû áèëèíìèð.
Î ãÿäÿð àðòûáäûð ñàéû áèëèíìèð,
Ýþòöðöá àëÿìè àú úàíàâàðëàð.
Ñÿñèíäÿ åëÿ áèë çöëìÿò óëàéûð,
Äàèì ãàðàíëûüà ãóéðóã áóëàéûð.
×ÿêèíìèð, ùÿð éåðäÿ ìåéäàí ñóëàéûð,
Èñòÿéèð äöíéàäàí áàú úàíàâàðëàð.
Èñòÿð êè, éöéöðöá ÷àòñûí ùå÷ÿäÿê,
Ùÿð éîëäàí, úûüûðäàí þçö êå÷ÿ òÿê.
Èñòÿð êè, áó ùÿéàò ñþíñöí ýåúÿòÿê
Ãîéñóí áàøëàðûíà òàú úàíàâàðëàð.
Äèíú äóðìàç ìÿíçèëÿ ýÿëèá éåòñÿ äÿ,
Àðõàäà ýåòñÿ äÿ, öçäÿ ýåòñÿ äÿ,
Äÿéèøìÿç õèñëÿòè, òþâáÿ åòñÿ äÿ,
Ùÿð àí ÷åâèðñÿ äÿ õà÷ úàíàâàðëàð.
149
ÎÕØÀÉÛÐ
Íåúÿ íèçàì-þë÷öäöð,
Ñöáù ýåúÿéÿ îõøàéûð.
Øöáùÿëÿð ùÿãèãÿòÿ,
Øÿð ýåð÷ÿéÿ îõøàéûð…
Ìåøÿ ãàëûá ÷àããàëñûç,
Äöêàí, áàçàð áàããàëñûç…
Çÿìàíÿ àüñàããàëñûç
Àüáèð÷ÿéÿ îõøàéûð…
Çàìàí ÷àøûð ñþçöíäÿ,
Éîë ñÿùâ ýþðìöð þçöíäÿ.
Éàëàíëàðûí ýþçöíäÿ
Ôèë ìèë÷ÿéÿ îõøàéûð.
Äþíöá áàõäûì àðõàìà,
Ùÿñðÿò äöøöáäöð õàìà.
Äÿðä ñàíúûëûá éàõàìà —
Ýöë-÷è÷ÿéÿ îõøàéûð.
Âÿä óñàíìûð òÿëèíäÿí
Ñþç éîõ èøèí ùÿëëèíäÿí
Ýÿëèá-ýåäÿí ÿëèíäÿí
Ãÿëá êö÷ÿéÿ îõøàéûð…
150
151
TƏZADDIR ÖLÜMLƏ AYRILIQ
Kim deyir ki, eynidir?
– Təzaddır ölümlə ayrılıq.
Bənzər bircə cəhəti var:
Azaddır ölümlə ayrılıq.
Ölüm vicdanın var olduğunu bilmək,
Ruhunu Allaha verməkdir.
Ayrılıq vicdansızın var olduğun görmək.
Ömrünü həyatın önünə sərməkdir.
Təzaddır ölümlə ayrılıq.
İnandırır
Biri ədalətin varlığına, biri darlığına.
Hər gün birinə yarsansa...
Fəlsəfəsini anlamazsan sözümün.
Dua et bəxtiyarlığına.
Təzaddır ölümlə ayrılıq.
Ölümdə əbədilik var,
Ayrılıqda əzəlilik.
Biri son müdriklikdir,
Biri ilk dəlilik.
ÜŞÜDÜM
Bu gecə yaman üşüdüm,
Ruhum, demə, nazik imiş.
Qızınım deyə üstümə çəkdim həsrəti,
Artmadı bədənin hərarəti.
Baxdım ömür pəncərəsinə.
Şüşələri çilik-çilik imiş.
Düşünüb durdum
Bu eşqin qol–budağını qırdım.
Altına bir büküm xatirə qoydum,
Od vurdum.
Qəlbimi alışdırdım.
Amma qızınmadım bu eşqin istisinə,
Bu dəfə qurunun oduna yaş da yanmadı.
Son közərtiləri söndürmək üçün
Yağdı bütün gecəni
Gözümdən yaş dayanmadı.
152
ON İL SONRA
Dünənə yer tapa bilmirəm,
Biletimi kəs bu günə.
Bu günə də yer yoxdu?
– bəs sabaha?
Bir sabaha çatammıram,
Bir Allaha.
Yalanların çöpü qalıb burnumda,
Pülə düşsün, külək.
Görəsən, heç qorxmurmu,
Küləyə düşər külək?
Mən hələ də bilmirəm,
Yaşadıqlarımızmı daha gözəl,
Yaşadıqlarımızı xatırlamaqmı?
Hansı daha yaraşır insana,
Arıq olub kökəlməkmi,
Kökəlib arıqlamaqmı?
İnsanın arsızından,
Gecənin Aysızından qorxuram.
153
154
Küçədə səkkiz yazan kişi kimi,
Bir oğrunun utandığı keçmişi kimi,
Günahsızdı boş pivə butulkaları.
Bəlkə də, hisləridi,
Ateistlərin Allahları...
Kim bilir, mən kiməm, sən kim.
Mənə nə o kimdi, hər kim...
Həkim kəsilib başımıza zaman,
Sən də yetimsən Allah,
Çoxdan ölüb anan.
Heç olmuyub atan.
Bu həyatda hər şey normaldı,
Amma yoxdu heç nə ağlabatan.
Bir az qarışıb başım,
22-yə qarışıb yaşım.
Təqvimlər illəri dəyişir,
Allahın pülədiyi küləklə,
Mənə doğuşdan verdiyi bu xəstə ürəklə,
On il sonraya söz verə bilmirəm...
|