İstismar tələbləri qrupunu etibarlılıq və erqonomik tələblər hissələrinə bölmək olar.
Məişət elektrik cihazlarından və maşınlarından yüksək etibarlılıq və layihələşdirilmiş istismar müddətində işləmək qabiliyyəti tələb olunur. Etibarlılıq özündə müntəzəmlik, uzunömürlülük , təmirə yararlılıq və salamat qalmağı birləşdirir.
Erqonomik tələblər cihazların və maşınların məişətdə istismarı zamanı insanın fəaliyyəti üçün optimal şəraitin yaradılmasını nəzərdə tutur. Erqonomik tələblər öz növbəsində gigiyenik, antropometrik, fizioloji, psixofizioloji və psixoloji tələblərə bölünür. Erqonomik baxımdan cihazlar və maşınlar istismarda rahat olmalı və artıq fiziki güc tələb etməməlidirlər.
Dostları ilə paylaş: |