Baki – 2020 Mövzu Yumurta


Elektroməişət malların qablaşdırılması və daşınması



Yüklə 0,9 Mb.
səhifə211/307
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57268
növüMühazirə
1   ...   207   208   209   210   211   212   213   214   ...   307
2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2

Elektroməişət malların qablaşdırılması və daşınması. Elektromallar fərdi qablaşdırılır və bu qablar adətən cihaz və maşınların (elektrik üzqırxan, tozsoran və s.) və onların ehtiyat hissələrinin saxlanma yeri kim iistifadə olunur. Fərdi qablaşdırmanın növü və materialı həmin məmulatın təyinatından, onun ölçüləri və çəkisindən asılıdır. Məmulatın böyük əksəriyyəti elə qablaşdırılır ki, onu atmosfer yağıntılarından, daşınma zamanı mexaniki zədələrdən qorusun.

Elektrik qurğu işıqlandırma texnikası hər biri üçün ayrıca bölməsi olan qutuya yerləşdirilir. Məmulatların paketlərə qablaşdırılmasına yol verilir. Beynəlxalq daşınmalarda kağız paketlərdəki məmulatlar taxta yeşiyə və ya qatlı kartona yerləşdirilir. Yeşiklərin çəkisi 50 kq-dan artıq olmamalıdır.

Elektrik lampaları çox vaxt qatlı kağızlardan hazırlanmış borulara və sonra qatlı kartona qablaşdırırlar. Hər bir işıqlandırıcını (çırağı) qablaşdırma kağızına bükülür və ya karton qutuya qoyulur. Bu vəziyyətdə işıqlandırıcılar taxta və ya faner yeşiklərə qoyulur. Həmin yeşiklər içəridən rütubət keçirməyən kağızla örtülür.

Orta ölçülü mallar (qızdırıcı, ventilyatorlar, tozsoranlar) fərdi karton qutulara qablaşdırılır. Həmin məmulatlara aid olan kiçik hissələr isə kağıza bükülərək qutuya qoyulur.

Konteynerlərdə daşımaq üçün qutuları bağlamalar şəklində vaqonda daşımaq üçün isə qabla çəkisi 50 kq-dan artıq olmamaq şərtilə yeşiklərə yığırlar. Iri həcmli məmulatlar (soyuducu, paltaryuyan maşınlar) kağıza bükülür, taxta parçaları ilə qablaşdırılır və məmulatın dayaq mərkəzinə uyğun gələn bolt kronşteyn bağlanan deşiklər açılır. Hər bir məmulatın dövlət və ya istehsal sahəsi daxilində standartların tələblərinə uyğunluğu, cihazın adı və növü barədə qeydləri, niminal gərginliyin voltla ifadə edilmiş diapazonu, cərəyan növü: istehsalçı-zavodun əmtəə nişanı; voltla və ya kilovoltla ifadə olunmuş nominal tələbat gücü, istehsal tarixi, qeyd olunmuş pasportu və istismar qaydaları təlimatı qaydaları təlimatı mütləq olmalıdır. Bu göstəricilər bütün məmulatlar üçün ümumidir.

İstismar qaydaları barədə təlimatda maşın və ya cihazın qurulması, istismarı və qulluq edilməsi barədə bütün məlumatlar verilməlidir.

Qablaşdırma qutularının və yeşiklərin üzərində standartlarla təsdiq olunmuş nişanlar və xəbərdarlıqedici yazılar qeyd olunur: “Yuxarı!”, “Ehtiyyatlı – çırpmamaq”, “Ehtiyyatlı – cihaz”, “Rütubətdən qorumaq”, “Şüşə”.

Bütün elektrik və məişət maşınları temperatur 5ºC-dən aşağı olmayan, nisbi rütubəti 80%-dən artıq olmayan quru, qapalı, qızdırılan yerlərdə saxlanılmalıdır.



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   207   208   209   210   211   212   213   214   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin