Baki avrasiya universiteti Elmi-nəzəri jurnal



Yüklə 3.98 Kb.
Pdf просмотр
səhifə1/30
tarix29.05.2017
ölçüsü3.98 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   30

 
BAKI AVRASİYA UNİVERSİTETİ 
 
 
Elmi-nəzəri 
jurnal 
 
 
SİVİLİZASİYA  
 
ЦИВИЛИЗАЦИЯ 
CIVILIZATION 
 
“Sivilizasiya”  jurnalı  Azərbaycan  Respublikasının  Prezidenti 
yanında  Ali  Attestasiya  Komissiyasının  Rəyasət  Heyətinin  06  iyul 
2012-ci il (Protokol № 10-R) tarixli qərarı ilə aşağıda göstərilən elm 
sahələri üzrə dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə 
edilən elmi nəşrlərin siyahısına daxil edilmişdir: Tarix, Antropologiya 
və  Siyasi  elmlər;  Fəlsəfə  və  Sosiologiya  elmləri;  Filologiya  elmləri; 
Sənətşünaslıq Sahəsi. 
 
 
 
 
 
 
1.2016 

Təsisçi 
Bakı Avrasiya Universiteti 
 
Baş redaktor 
Nazim Hüseynli-Prof. Dr. 
 
Baş redaktorun 1 müavini 
İzzət Rüstəmov-Prof. Dr. 
 
Baş redaktorun müavinləri 
Nazim Cəfərli-Prof. Dr. 
Mütəllim Rəhimov-Doç. Dr. 
 
Məsul katib 
İslam Sadıq-Doç. Dr 
 
REDAKSİYA HEYYƏTİ 
 
Tari x,  Ant rop ol ogi ya  v ə si yasi  el m l ər ü zr ə :  
Teymur Bünyadov-AMEA-nın həqiqi 
üzvü, Prof. Dr 
Əsədulla Cəfərov-Prof. Dr 
Kərim Şükürov-Prof. Dr. 
Aqşin Mehdiyev-Prof. Dr 
Aygün Attar-Prof. Dr. (Türkiyə)  
Siyavuş Qasımov-(redaktor) 
F əl səf ə və sosi ol ogi ya el m l əri  üzr ə:  
Bəxtiyar Əliyev-AMEA-nın müxbir 
üzvü, Prof. Dr 
Kurmanbek Abdıldayev-Doç. Dr. 
(Qırğızıstan) 
Əziz Məmmədov-Prof. Dr.  
Nizami Məmmədov-Prof. Dr.(Moskva) 
Rəfael Həsənov-Prof. Dr 
Suat Günsel-Prof. Dr. (KKTC) 
Zahid Orucov-Prof. Dr. (Moskva)  
İlham Rəhimov-Prof. Dr.  
Hüseyn Məmmədov-Doç. Dr.  
Siyavuş Talışlı-Prof. Dr. (redaktor) 
F i l ol ogi ya el m l ə ri  üzr ə:  
Nizami Cəfərov-AMEA-nın müxbir 
üzvü, Prof. Dr.  
Cəlal Qasımov-Prof. Dr. 
İkram Qasımov-Prof. Dr. 
Fəxrəddin Veysəlli-Prof. Dr. 
İsmayıl Bozkurt-Prof. Dr. (Türkiyə) 
Novruz Məmmədov-Doç. Dr. 
Seyfəddin Rzayev-Doç. Dr.  
Əsgər Quliyev-Doç. Dr. 
Ədalət Tahirzadə-Doç. Dr.  
Səriyyə Gündoğdu-Doç. Dr. 
Sənət şünasl ı q  sah əsi   üzr ə:  
İlham Rəhimov-Prof. Dr.  
Vidadi Muradov-Prof. Dr. 
Ziyadxan Əliyev-Doç. Dr 
Məleykə Alı qızı-Doç. Dr.  
Yasin Qaraməmmədli-Doç. Dr. (redaktor) 
 
 
 
© “Bakı Avrasiya Universitetinin” nəşri, 2016
 


 
FƏLSƏFƏ VƏ SOSİOLOGİYA ELMLƏRİ 
---------------------------------- 
BAKI AVRASİYA UNİVERSİTETİ  
“Sivilizasiya” jurnalı 2016.№1 
---------------------------------- 
 
Müslüm NƏZƏROV 
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun 
“İncəsınət, texnologiya, mülki müdafiə və 
fiziki tərbiyə” kafedrasının müdiri,  
pedaqogika üzrə fəlsəfə doktoru, dosent 
 
ALİ MƏKTƏBLƏRDƏ HUMANİTAR FƏNLƏRİN TƏDRİSİNƏ 
DAİR 
 
Açar  sözlər: təhsil, dəyərlər, informasiya cəmiyyəti, mədəniyyət, sivilizasiya, hu-
manitarlaşdırma. 
Ключевые слова: образование, ценности, информационное общество, куль-
тура, цивилизация, гуманитаризация. 
Keywords: education, values, information society, culture, civilization, humaniza-
tion. 
 
Ölkəmizin ali məktəblərində humanitar fənlərin tədrisi ilə bağlı problemlərə müra-
ciət etməyimiz ali təhsilin təkmilləşdirilməsi, onun zamanın tələblərinə uyğunlaşdırıl-
ması zərurətindən irəli gəlir. Əslində əsas məsələ humanitar blokdan olan fənlərin re-
surslarından  humanitar  təhsildə  nə  dərəcədə  səmərəli  istifadə  olunmasındadır. 
Azərbaycan Respublikasının "Təhsil haqqında"  Qanunu  yaradıcı şəxsiyyət  və  vətən-
daşın formalaşdırılması problemlərini müəyyən edir.Qanunda deyilir ki, təhsilin əsas 
məqsədi Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ən-
ənələrə və demokratiya prinsiplərinə, insasn hüquqlarına və azadlıqlarına hörmət ed-
ən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı dü-
şünən vətəndaş və şəxsiyyət yetişdirməkdən ibarətdir (1s.12). Bu əsas məqsədin hə-
yаtа  kеçirilməsindən  gözlənən  nəticə  fəаl  Аzərbаycаn  vətəndаşlаrının  yеtişdiril-
məsidir 
Təhsilin “yaradıcı şəxsiyyət formalaşdırmaq” missiyası onun humanist, humanitar 
xarakterini  meydana  çıxarır,  hələ  XX  əsr  Qərb  filosoflarının  və  kulturoloqlarının 
(A.Peççei,  P.Hiqqins,  A.Mol,  A.Şeler,  A.Maslou,  A.Şveytser,  Teyar  de  Şarden, 
E.Fromm, E.B.Taylor və b.) müasir mədəniyyətin aksioloji problemlərinə həsr olunan 
əsərlərində qaldırılan, Rusiya filosof və tarixşünaslarının (N.N.Berdyayev, İ.A.İlyin, 
P.N.Milyukov, V.O.Klüçevski, M.F.Kopterev, P.F.Lesqaft, L.İ.Petrajitski və b.) əsər-
lərində  araşdırılan  humanitar  təhsil  problemini  daha  da  aktuallaşdırır.  Qeyd  edilən 
mütəfəkkirlər  bəşəriyyətin  sırf  iqtisadi  artımı  rəhbər  tutmasının  təhlükəli  olduğunu, 


 
gələcək  inkişafın  daha  çox  insanın  mədəniyyət  və  müdriklik  səviyyəsi  ilə  müəyyən 
olunacağını əsaslandırırdılar. Erix Frommun deyirdi ki, inkişaf insanın malik olduğu 
şeylərlə yox, onun özünün mövcud olması ilə, kimliyi ilə, həmçinin onun malik oldu-
ğu şeylərlə nə edə biləcəyi ilə müəyyən olunur. 
Müasir  dövrdə  bu  problemin  təhlili  ilə  məşğul  olan  mütəfəkkirlər  R.Mehdiyev, 
A.A.Hüseynov, P.Q.Şedrovitski, N.S.Rozov, B.S.Qerşunski, V.M.Rozin, V.Sadovni-
çiy,  A.Y.Fliyer,  V.M.Şepel,  V.T.Lisovski  və  b.  ali  təhsili  humanitar  biliklərə  malik 
olmayan,  dardüşüncəli  mütəxəssislər  yetişdirdiyinə  görə  tənqid  atəşinə  tutur  və  yeni 
təhsil  konsepsiyasının  əsasına  qoyulmuş  fəlsəfi-metodoloji  ideyaları  işləyib  hazırla-
yır, təhsil sistemlərinin formalaşdırılması prinsipləri və dəyərlərini təhlil edir, huma-
nizmin mahiyyəti, onun ali məktəbdə tədris olunan humanitar elmlərin məzmununda 
əks etdirilməsinə dair fikirlər irəli sürürlər. Belə ki, akademik R.Mehdiyevin "İctimai 
və  humanitar  elmlər:  zaman  kontekstində  baxış"  məqaləsində  humanitar  və  ictimai 
elmlərin  qarşısında  duran  başlıca  vəzifələr,  bu  sahədə  mövcud  olan  problemlər 
göstəril-mişdir. Lakin problemlər qalmaqdadır. 
Bu gün ali təhsilin humanitar problemlərini araşdıran alimlər “təhsil”, “şəxsiyyət”, 
“dünyagörüş”, “mentalitet”, “sosiallaşma”, “özünüaktuallaşdırma” anlayışlarının, ha-
belə kütləvi mədəniyyətin məna və əhəmiyyətini açıqlayan anlayışların definisiyasını 
işləyib  hazırlayır,  müasir  sosiomədəni  situasiyanın  xüsusiyyətlərini  təhlil  edirlər 
(3s.6). Onlar kütləvi mədəniyyətin pоstsənаyе cəmiyyətin mədəniyyət sistеminin аpа-
rıcı еlеmеntinə çеvrildiyini, mədəniyyətin stаtusunu аşаğı sаldığını vurğulayırlar. Mə-
dəniyyət  bu  gün  hеç  də  I.Kаnt,  M.Vеbеr,  Q.Zimmеl,  N.А.Bеrdyаyеv,  S.L.Frаnk  və 
bаşqаlаrının dеdiyi kimi, bəşər övladının sоn məqsədi yох, həyаtdа müvəffəqiyyət və 
mаddi  rifаhа  nаil  оlmа  vаsitəsi  kimi  qаvrаnılır.  Kütləvi  mədəniyyətin  mаhiyyəti  və 
müаsir cəmiyyətdə yеri və rоlu ilə bаğlı аlimlər ümumi fikrə gəliblər. Аrtıq hеç kim 
şübhə  еtmir  ki,  kütləvi  mədəniyyət,  birincisi,  pоstsənаyе  cəmiyyətdə  mədəniyyətin 
vеktоru və inkişаf tеmplərini təyin еdir; ikincisi, о qlоbаllаşmа dövründə gеniş miq-
yаs аlır və öz növbəsində qlоbаllаşmа prоsеslərinin dərinləşməsi və gеnişlənməsinin 
çох güclü vаsitəsinə çеvrilir; üçüncüsü, kütləvi mədəniyyət məhsullаrının istеhsаlı iq-
tisаdiyyаtın  ən  gəlirli  sаhələrindən  biridir;  dördüncüsü,  kütləvi  mədəniyyət  əsərləri 
аuditоriyаnın təhsil səviyyəsi və hаzırlığındаn аsılı оlmаyаrаq işləyən univеrsаl psi-
xoloji qаvrаyış mехаnizmlərinə əsаslаnır. Təhsilin kommersiya yönümlü olması fun-
damental təhsilin səviyyənin aşağı düşməsinə səbəb olmuşdur. Etik problemlərə, so-
sial ədalətə, tənqidi analizə az yer ayrılır. Bundan başqa, əldə edilmiş biliklərin fraq-
mentləşməsi problemi də yaranır ki, bu da sosial elmlər üçün daha çox səciyyəvidir. 
Müasir  informatizasiya  prosesləri  dünyanı  daha  çox  əyləncə  yönümlü  kütləvi  mədə-
niyyət vasitəsilə bir araya gətirir. 
Bütün bunlar onu deməyə əsas verir ki, insanın sürətlə dəyişən dünyaya adaptasiya 
etməsi üçün möhkəm təməli məhz humanitar elmlər qoymalıdır (4.s.109). 
Fikirlərimizi konkretləşdirərək, problemin aktuallığının aşağıdakılarla şərtləndiyini 
qeyd edə bilərik: 
-elmi-texniki  nailiyyətlər,  sosiomədəni  situasiyada  baş  verən  dəyişikliklər  dünya-
nın yeni mənzərəsinin formalaşması, yüksək texnologiyaların inkişafı, onların sürətlə 


 
bir-birini əvəz etməsi təlim keçənlərin yaradıcı və proyektiv qabiliyyətlərinin inkişaf 
etdirilməsini tələb edir; 
-ekoloji böhran təhsilin, xüsusən də mühəndis təhsilinin qarşısında ekoloji şüurun 
kökündən dəyişdirilməsi, peçə əxlaqının tərbiyələndirilməsi vəzifəsini qoyur
-informasiya  inqilabı  və  cəmiyyətin  informasiya  cəmiyyətinə  transformasiya  et-
məsi təlim keçənlərin informasiya mədəniyyətinin formalaşdırılması zərurətini ortaya 
qoyur,  eytni  zamanda  təhsilin  məzmununda  informasiya  komponentinin  gücləndiril-
məsini tələb edir. 
Yaxın keçmişimizi yada salsaq, onda humanitar fənlərin tədrisi metodları haqqında 
məsələnin nə dərəcədə vacib olduğunu dərk etmiş olarıq. Axı yaxın keçmişdə huma-
nitar elmlərin tədrisi kommunist ideologiyasının təsiri altında idi. XX əsrin 20-ci illə-
rində  Azərbaycanda  təhsil  dünya  və  milli  mədəniyyət  kontekstindən  kənarda  qaldı. 
Təhsilin  əsas  parametrlərini  hakim  ideologiya  diktə  edirdi.  80-cı  illərin  ortalarından 
başlayaraq  humanitar  təhsilin  məzmununun  ölkənin  ictimai-siyasi  həyatındakı  dəyi-
şikliklərə  uyğun  gəlmədiyi  üzə  çıxdı.  Azərbaycanın  Qərb  elmi  fikrin  inkişafından 
üzün  müddət  təcrid  olmasının  və  ölkəmizdə  marksizm-leninizm  ideologiyasının  ste-
reotiplərinin hakim olmasının nəticələrəni aradan qaldırarkən humanitar fənlərin məz-
mununa və onların tədrisi metodikasına yenidən baxmaq lazım gəldi. Ali məktəb-lə-
rin tədris planlarına çoxlu sayda yeni kurslar daxil edildi. 
İndi dəyərlərə yenidən baxılır. Buna görə də tamamilə yeni humanitar təhsil para-
diqması işlənməlidir. Bu paradiqmada humanitar fənlərin spesifikası nəzərə alın-malı-
dır. Yəni, humanitar sferada hansısa bir, “yeganə düzgün” olan təlim yoxdur. Burada 
heç kim mütləq həqiqəti bilmir. Buna görə də müəllim tələbələrdə humanitar konsep-
siyaların  çoxölçülüyü  və  zənginliyi,  mədəniyyətlərin  rəngarəngliyi,  bəşər  tari-xinin 
mürəkkəbliyi  və  çoxmənalılığı  haqqında  təsəvvürləri  formalaşdırmağa  çalış-malıdır. 
Müəllim müzakirə olunan problemlə bağlı öz xüsusi konsepsiyasını  yox (bunu o, öz 
elmi  nəşrlərində  də  edə  bilər),  ictimai  fikirdə  mövcud  olan  konsepsiya  və  bilikləri 
tranlyasiya etməlidir. Əlbəttə, bu cür tranlyasiya sadəcə bu konsepsiyaların mətninin 
çatdırılmasından  ibarət  olmamalıdır.  Əsas  məsələ  müхtəlif  nöqtеyi-nəzərlər,  yаnаş-
mаlаr, mövqеlər və fikirlər əsаsındа sоsiаl  hаdisə və prоsеslərin  inkişаf  qаnunа-uy-
ğunluqlаrını  və  оnlаrın  dахili  mаhiyyətini  üzə  çıхаrmаqdır.  Eyni  zamanda  müəllim 
tələbəni mürəkkəb mədəniyyət aləminə inteqrasiya etdirə biləcək interpretasiya usta-
lığına malik olmalıdır. Müəllim sadəcə ictimai fikir ilə yetişməkdə olan nəsil arasında 
vasitəçidir. Onun mədəni rolu və yüksək mənəvi məsuliyyəti də bundan irəli gəlir. 
Keyfiyyətli  ixtisaslaşma olmadan öz işində  peşəkar olan mütəxəssisi  formalaşdır-
maq mümkün deyil.Bu tezis heç kimdə şübhə doğurmur. Lakin humanitarlaşdırma ol-
madan mükəmməl şəxsiyyəti yetişdirmək mümkün deyil. Peşə insana funksional ba-
xımdan, yəni bacarıq və vərdişləri tərəfdən cəmiyyətə inteqrasiya etməkdə köməklik 
göstərir. Lakin cəmiyyətə funksional adaptasiyadan başqa, insan mədəniyyət məkanı-
na da inteqrasiya etməli, onun məna və dəyərlərini mənimsəməlidir. İnsanın mənəviy-
yatı, dünyagörüşü məhz bu prosesdə formalaşır.Bu mənəviyyatdan kənarda biz bu ic-
timai əmək bölgüsü sistemində fəaliyyət gösətərən “mexaniki” insanı formalaşdırmış 
olacağıq.Bu  orta  insan  müasir  sivilizasiyadan  geri  qalır.O,  peşəkar  olsa  da,  savadlı 
olsa da, “mədəniyyətsizdir” (2). U.Еkо bunu mədəniyyətlərin аyrılmаsı kimi səciyyə-


 
ləndirir (6.s.120). 
Аntik  dövrdən  bаşlаyаrаq  fəlsəfədə  mədəniyyətin  üçlüyü-Həqiqət,  Хеyir  və  Gö-
zəllik hаqqındа dəqiq təsəvvürlər fоrmаlаşmışdır. Bеlə ki, əsl həqiqət еstеtik fоrmа-
lаrа bürünür və Хеyirə хidmət еtməlidir. Mədəniyyətin bu tərəfləri insаn fəаliyyətinin 
müхtəlif sfеrаlаrındа-еlm, fəlsəfə, incəsənətdə təcəssüm tаpmışdır. Lаkin zаmаn keç-
dikcə, оnlаr qаrşı-qarşıya qоyulmağa başladı. Bəzi tаriхi şərаitdə isə iş həttа оnlа-rın 
fаtаl şəkildə bir-birindən аyrılmаsınа gəlib çаtmışdır ki, bunu da О.Şpеnqlеr və оnun 
аrdıcıllаrı mədəniyyət və sivilizаsiyа аrаsındа kəsilmə kimi səciyyələndirmişdir. Sоn-
rаlаr bu kəsilməni Çаrlz P. Snоu mədəniyyətin vаhid оrqаnizmini ənənəvi humа-nitаr 
(şərti dеsək, Gözəllik+Хеyir) və XX əsrin еlmi-tехniki tərəqqisindən irəli gələn yеni, 
еlmi mədəniyyətə аyrılmаsı kimi qiymətləndirmişdi (5). Yаrımədəni, ən yахşı hаldа 
еlmi-idrаki,  dаriхtisаslı  tехniki  fəаliyyətinə  qаpаnmış,  lаkin  mədəniyyətin  zən-gin 
mənəvi  və  bədii  еstеtik  ənənələrini  mənimsəməmiş  kütlə  dаhа  təhlükəlidir. 
А.Tvаrdоvski bir dəfə çох gözəl dеmişdi ki, ömrü bоyu cəmi bir kitаb охumuş аdаm 
hеç bir kitаb охumаyаn аdаmdаn dаhа qоrхuludur. 
Bu  gün  biz  tədris  proqramında  humanitar  və  peşə  fənləri  bloklarının  həcmlərinin 
nisbəti  məsələsində  korporativ  mənafelərin  təzahürləri  ilə  üzləşirik.  Elmi  informasi-
yanın  həcminin  artdığını  bəyan  edən  peşəkarlar  humanitar  fənlər  blokunu  minimal 
hədlərə endirməyə çalışırlar. Öz növbəsində humanitar mədəniyyətin tükənməz xəzi-
nəsini özündə daşıyan humanitar elm nümayəndələri yeni-yeni kursların tətbiqini tə-
ləb edirlər.  Bu iki  yanaşma arasında  gedən mübahisə təhsil prosesində bu gün möv-
cud olan ziddiyyətləri, o cümlədən təhsilə utilitar texnokratik baxışla, yəni bazar şə-
raitində  yaşamalı  olan  mütəxəssis  hazırlığı  ilə  demokratik  cəmiyyətdə  fərdi  inkişaf 
üçün imkanların  təmin  edilməsi;  formal təhsilin  sərt çərçivələri  ilə insan qabiliyyət-
lərinin tükənməz kombinasiyaları arasındakı ziddiyyətləri əks etdirir. 
Zənnimizcə,  bu  məsələ  ətrafında  mübahisə  aparmaq  mənasızdır.  Kompromiss 
mövqe  daha  konstruktiv  ola  bilər.  Fundamental,  humanitar  və  peşə  blokundan  olan 
fənləri optimal şəkildə uzlaşdırmaq lazımdır. Nəzərə alsaq ki, humanitarlaşdırma bi-
rinci növbədə elmi-texniki və humanitar mədəniyyət arasında uçurumun aradan qaldı-
rılması  deməkdir,  onda  onun  istiqamətləri  aşağıdakılardan  ibarət  ola  bilər:  tədris 
prose-sinin təşkilində sistemliliyin gözlənilməsi, mədəniyyətin tarixi və nəzəriyyəsin-
dən xüsusi kursların təşkili, tədris proqramlarına texniki və humanitar elmlər arasında 
aralıq  mövqe  tutan  yeni  fənlərin  (erqonomika,  sistemli  modelləşdirmə,  sinergetika, 
proqnostika, qlobalistika, texniki estetika, mühəndis psixologiyası, etika, peşə etikası 
və b) daxil etdirilməsi, ümumelmi fənlərin dünyagörüşün formalaşdırlması baxımın-
dan potensialına üstünlüyün verilməsi, elmin, texnikanın tarixinə diqqətin artırılması, 
təhsilin fundamentallaşdırılması, ekolojiləşdirlməsi və s. 
Təhsilin humanistləşdirilməsinin və humanitarlaşdırılmasının meyarlarına gəlincə, 
hesab edirik ki, onların meyarları aşağıdakılar olmalıdır: 
1. tələbələr humanitar biliyin və mədəniyyətin ümumbəşəri dəyərlərinə və fəaliy-
yət üsullarına yiyələnməsi; 
2. fəlsəfənin humanitar matrisanın nüvəsi olması; 
5. fənlərarası həm üfüqi, həm də şaquli əlaqələrin gözlənilməsi. 


 
Beləliklə,  müasir  dövrdə  təhsil  mədəniyyətin  üçlüyünün  vahid  universal  fasiləsiz 
təhsil prosesində tarazlaşdırılmasını nəzərdə tutur. Ümid edirik ki, məqalədə verdiyi-
miz tövsiyələr gələcək diskussiyalar üçün material olacaq və bu və  ya digər şəkildə 
humanitar fənlərin tədrisindəki mövcud vəziyyətə təsir göstərəcəkdir. 
 
 
QAYNAQLAR 
 
1.
 
Azərbaycan Respublikasının “Tənsil haqqında” qanunu. “Baki Çap evi” 2012. 
2.
 
Зыкова А.Б. Учение о человеке в философии X. Ортеги-и-Гассета: крити-
ческие очерки /А.Б. Зыкова.-М.: Наука, 1978.-160 с. 
3.
 
Метаобразование  как  философская  и  педагогическая  проблема.-
Ставрополь, 2001. 
4.
 
Назаров  М.Г.Проблемы  века  гуманизации  образования  //Актуалъные 
про-блемы  философии  и  социлогии.  Научно-практический  журнал.  Выпуск  6. 
Одесса, 2015.С.109-111. 
5.
 
Сноу Ч. Две культуры.-М., 1973. 
6.
 
ЭкоУ.Отсутствующая  структура.Введение  в  семиологию.М,  1988.c.119-
144. 
7.
 
Шешукова  Г.В.  Проблемы  преподавания  гуманитарных  дисциплин  в 
неп-рофильных  вузах//  Контекст  и  рефлексия:  философия  о  мире  и  человеке.-
2014.-No4.-С. 19-34. 
 


 
Müslüm NƏZƏROV 
 
Ali məktəblərdə humanitar fənlərin tədrisinə dair 
 
Xülasə 
 
Məqalədə təhsilin inkişaf perspektivlərinə və təkmilləşdirilməsi problemlərinə cə-
miyyətdə  baş  verən  köklü  dəyişikliklər  bucağında  baxmağa  cəhd  edilir,  ali  məktəb-
lərdə humanitar fənlərin tədrisi problemləri təhlil olunur, təhsil sisteminin təkmilləş-
dirilməsinin  şərti  kimi  mədəniyyətin  varisliyinin  qorunub  saxlanılması  əsasında  hu-
manitar və texniki fənlərin sintezinin təmin edilməsi zərurəti əsaslandırılır. 
 
Mуслим НАЗАРОВ 
 
К преподаванию гуманитарных дисциплин в вузе 
 
Резюме 
 
В  статье  предпринята  попытка  рассмотреть  перспективы  развития  и  совер-
шенствования образования сквозь призму коренных преобразований в общест-
ве, анализируются проблемы в сфере преподавания гуманитарных дисциплин в 
вузе,  и  обосновывается  необходимость  обеспечения  синтеза  гуманитарных  и 
технических наук на основе сохранения преемственности культуры как условия 
совершенствования системы образования. 
 
Muslim NAZAROV 
 
Of teaching humanitarian disciplines in the University 
 
Summary 
 
In  article  attempt  to  consider  the  prospects  of  development  and  improvement  of 
education  through  the  prism  of  fundamental  changes  in  society,  analyzes  the  prob-
lems in the field of teaching of humanitarian disciplines in the University, and the ne-
cessity of ensuring the synthesis of humanitarian and technical Sciences on the basis 
of the continuity of culture as the conditions of improving the system of education. 
 


 
BAKI AVRASİYA UNİVERSİTETİ  
“Sivilizasiya” jurnalı 2016.№1 
---------------------------------- 
 
Piri AXUNDOV 
AMEA Fəlsəfə və Hüquq İnstitutunun dissertantı 
 
İSLAMDA YENİLƏNMƏ MEYLLƏRİNİN NƏZƏRİ ƏSASLARI 
 
Açar sözlər: İslam, Xristianlıq, din, islahatçılıq, yenilənmə 
Ключевые слова: ислам, христианство, религия, реформирование, обновление. 
Keywords: İslam, Christianity, religion, reformation, updating
 
Malik olduğu həqiqət və qurtuluş ünsürləri ilə insanlara təsir etmə və istiqamətlən-
dirmə məqsədləri daşıyan din üçün cəmiyyətin və fərdlərin dəyişən xarakteri həmişə 
problem təşkil etmişdir. Dinin təməl mənbələrinin sabit olması və əsasən dəyişməzli-
yi  qarşısında insana təsir edən şəraitin  zaman və  məkana  görə dəyişməsi  həmişə bu 
dəyişiklik  qarşısında  dinin  necə  mövqe  tutmalı  olduğu  problemini  müzakirə  mövzu-
suna  çevirmişdir.  Bu  istiqamətdə  dinin  başa  düşülməsi  və  idrak  edilməsi  ilə  bağlı 
problem bir çox dini ənənədə inanan fərdlərin gündəmində yer almışdır: dəyişən mü-
hit qarşısında dinin əsas əmrlərini və bu əmrlərə istinad təşkil edən mənbələrimi əsas 
almaq  lazımdır,  yoxsa  dinin  əsas  əmrləri  istiqamətində  zaman  və  məkana  bağlı  qal-
madan insanımı? Problemi aşağıdakı kimi qoymaq da mümkündür: din və insan mü-
nasibətlərində dinin başlıca əmrlərimi əsasdır, yoxsa insanın, zamanın və məkanın də-
yişkənliyinə bağlı tarixsəl varlığımi? 
Tarixin axışı ilə dəyişən sosial-mədəni şərtlərə və insanın dəyişən və inkişaf edən 
hisslərinə dinin baxışının necə olacağı ilə əlaqəli bu problem monoteist dinlərdən po-
liteist ənənələrə, həmçinin İslam, Xristianlıq və İudaizmdən Şərq dinlərinə qədər de-
mək olar ki, bütün etiqad sistemlərinin müntəzəm olaraq məşğul olduğu önəmli prob-
lemlərdən  birini  təşkil  etmişdir.  Zaman  keçdikcə  cəmiyyətdə  baş  verən  dəyişikliklər 
qarşısında dinin əsas hökmlərinin,  yoxsa zaman və məkan daxilində dəyişən şəraitin 
əsas alınması problemi dini ənənənin başa düşülməsi ilə bağlı konkret mövqeyi olan 
“yenilənmə”,  “təcdid”,  “islahat”  kimi  anlayışlarla  ifadə  edilən  müəyyən  yanaşma 
tərzlərini  ortaya çıxarmışdır. Bu cərəyanlarla bağlı qiymətləndirmədə  əsas  olaraq iki 
fərqli perspektiv mənimsənmişdir. Bunlardan birincisi, dini yenilənməni dinin ortaya 
çıxdığı ilk dövrlərə qayıdış kimi görən baxış tərzidir. İkincisi isə, yenilənmə prosesini 
zamanın tələblərinə uyğun olaraq dini dəyərlərin yeni ictimai şəraitin tələblərinə uy-
ğun  şəkildə  yenidən şərh etmənin  vacib  olduğunu irəli sürən baxış tərzidir. Xristian 
ənənəsində  fundamentalist  cərəyanlarla  İslamdakı  sələfi  cərəyan  bu  yanaşma  tərzlə-
rindən birincisinə misal olaraq göstərilə bilər.[10, səh.6] 
Dində  yenilənməni,  dövrün  şərtlərinə  adaptasiya  olmaq,  sosio-mədəni  dəyişməyə 
paralel olaraq dini yenidən təfsir etmək kimi başa düşən yanaşmalarda isə əsas alınan 
cəhət, yaşanılan dövr və onun şərtləridir. Bu yanaşmaya görə dinin əsas istinad nöqtə-

10 
 
si olan müqəddəs kitab da daxil olmaqla, bütün dini mənbələr, təsəvvürlər və prinsip-
lər dövrün şərtləri və baxış tərzinə uyğun olaraq yenidən şərh edilməlidir. İctimai in-
kişafın tələblərinə cavab vermək məcburiyətində olan fərd üçün din maneə yox, onun 
istifadə etdiyi vasitələrdən biri olmalıdır. Bu baxış tərzində bütün dini yanaşmalardakı 
ümumbəşəri mesaj ortaya qoyulmağa və bu çərçivədə dini düşüncələrin dövrün şərt-
lərinə uyğun şərhi verilməyə çalışılır. Dinin zamanın və məkanın şərtlərinə bağlı ola-
raq yenidən inşa edilməsinə dayanan fikirlər, dinin tarix içində təzahür edən təşkilati 
strukturu ilə bağlı lokal və milli səviyyəli baxışları da bərabərində gətirmişdir. Xüsu-
silə,  Xristian  dini  və  Buddizm  kimi  dini  sistemlərin  tarixi  inkişafına  baxdığımızda 
fərqli coğrafiyalarda və müxtəlif etnik kimliklər arasında dinin yenidən şərh edilib in-
şa edildiyinə şahit olunur. Başlıca dini mənbələrdən hərəkətlə dini idrak yerinə milli 
kimlik və bununla yaxından əlaqəli ənənəyə dayanaraq, dinin yenidən şərh edilib ins-
titutlaşması,  qarşımıza,  məsələn,  Xristian  ənənəsində  yüzlərlə  milli  kilsə  təşkilatlan-
masını çıxarır. Buna bənzər vəziyyəti Buddizmin tarixi inkişaf prosesində də görmək 
mümkündür.  Eyni  zamanda,  İslam  ənənəsində  də-hər  nə  qədər  Xristianlıq  və  Bud-
dizm  kimi dinlərlə müqayisə  edilməyəcək səviyyədə  olsa da-vaxt  keçdikcə  yerli ün-
sürlərin təsiri ilə bəzi milli din anlayışına söykənən məzhəb hərəkatlarının ortaya çıx-
dığına da şahid olunmuşdur. 
Xristian islahatçılıq təcrübəsini İslamda islahatçığın tərəfdarı olan fikirlərlə iki cə-
hətdən əlaqələndirmək mümkündür. Bunlardan biri, dini ənənə, yerləşmiş dini forma-
lar və dinin təşkilati strukturuna qarşı ifadə  edilən tənqidi yanaşma baxımından “ne-
qativ”  istinad  təşkil  etməsidir.  Bu  neqativlik,  ən  ümumi  şəkildə  dinin  dəyişdirilməsi 
və əslindən uzaqlaşdırılması şübhəsini əhatə etməkdədir. İkincisi isə, Protestant isla-
hatçılığının  “veberçi”  yanaşma  tərzi  ilə  Qərb  intibahının  önünü  açan  və  insan  ağlını 
Roma  Katolikliyinin  mənəvi  işğalından  təmizləyən  mənada  Qərbə  xas  “pozitiv”  ya-
naşma tərzinin ön plana çıxmasıdır. Bu müsbət istinad nöqtəsi, müsəlmanların müasir 
Qərb cəmiyyətləri qarşısında dünya həyatının bir sıra sahəsindəki geri qalmasının ara-
dan qaldırılmasında dində islahat prosesinə olan ehtiyaca diqqət yetirir, Xristianlıq ta-
rixindəki təcrübənin bu ehtiyaca təkan verəcək uyğun model olaraq ələ alınabiləcəyini 
ortaya qoymaqdadır. 
İslahatçılıq nöqteyi-nəzərdən İslam dininin Protestant Xristianlık ilə ilk dəfə müqa-
yisə  edilməsi  1882-ci  ildə  U.  S.  Blant  tərəfindən  aparılmışdır.[4,  səh.46]  Xristianlıq 
tarixi ilə müqayisə edildikdə qeyri-ənənvi İslam cərəyanlarından bəzilərinin, dini ənə-
nələri,  simvolik  dini  manifestləri  və  kultları,  göstərişli  məscidləri  və  türbələri  hədəf 
alan tənqidi baxışları ilə Protestantlığa bənzədiyini ifadə etmişdir. Blantın bu müqayi-
səsini  müsəlmanlar  arasında  ilk  dəfə  diqqətə  alanlar  İslamı  Qərbin  dəyərləri  və  qu-
rumları ilə çulğaşdırma axtarışında olan yenilik tərəfdarı ziyalılar olmuşdur.[11] Xü-
susilə İslam elmlərini öyrənməklə yanaşı, dünyəvi elmləri də öyrənən yeni müsəlman 
intellektuallarının  ortaya  çıxması  və  bu  müsəlman  fikir  adamlarının  dinlər  arasında 
daha elmi müqayisələr apararaq İslamda  yenilənmənin vacibliyini ortaya qoymuşlar. 
Blantın 130 il bundan əvvəl təsbit etdiyi bu bənzərlik daha çox şəkli xarakter daşıyır. 
Bu bənzətmə və müqayisənin bir layihə olaraq özünü ortaya qoyması üçün həm Xris-
tian  dini,  həm  də  İslam  düşüncəsində  XX  əsrə  məxsus  yeni  baxış  tərzlərinin  ortaya 
çıxması lazım gəlmişdir. Əvvəlcə Xristian islahatçılığının bir model kimi müsbət cə-

11 
 
hətlərinin təsbit edilməsi üçün  yenilənmə  və  Protestantlıq arasında pozitiv  əlaqə  qu-
rulması  baxımından  sonrakı  dövrlərdə  “Veberçi”  baxışdan  daha  ciddi  mövqe  ortaya 
çıxmışdır.  İslam  düşüncəsində  isə  xüsusilə  genişlənmə  mərhələsindən  sonra  özünü-
tənqid meylləri dinin “yenidən mənalandırılması” baxımından bir dönüş nöqtəsini di-
lə gətirmişlər. Bu səbəblə İslam düşüncəsində ortaya çıxan islahatçı meyllər ilə Xris-
tian islahatçılığı arasındakı qartılaşdırma kriteriyaları getdikcə artmışdır. Əsas xətləri 
ilə bu müqayisələr üç cərəyanda birləşdirilə bilər: 1) sosioloji və bənzəşdirici yanaş-
ma; 2) hermenevtik yanaşma və 3) bənzərliyi qəbul etməyən yanaşma tərzləri. 
Dinlər  arasında  müqayisə  üsulu  ilə  aparılan  sosioloji  və  benzəşdirici  yanaşmada 
Xristianlıq və  İslam dinləri, teoloji tərkibindən çox tarixi inkişaf prosesləri baxımın-
dan  tədqiq  edilməkdədir.  Burada  dinlərdə  aparılan  yenilənmə  və  islahat  prosesləri 
arasında  pozitivist  perspektivi  əks  etdirən  və  olduqca  sekulyar  əsaslara  dayanan  bir 
bənzəşdirmə mövcuddur. İslahatlar arasındakı bənzərliyi ortaya qoyan yanaşma, Pro-
testant islahatçı M. Luterin Katolikliyə qarşı 1521-ci ildə Vorms Meclisindəki məru-
zəsini  çıxış  nöqtəsi  olaraq  qəbul  etməkdədir.  Vormsdakı  İmperiya  Məclisində  kilsə 
nümayəndələrinin qarşısında mühakimə edilən və islahatçı fikirləri tərk etməyə dəvət 
edilən  Luter,  müqəddəs  mətin  və  ağıl  ilə  təkzib  edilmədiyi  halda  bu  fikirlərindən  əl 
çəkməyəcəyini bəyan etmişdir. İslahatçı, ağlının Roma papasına və ya keşişlərə deyil, 
ancaq Tanrıya bağlı olduğunu ifadə etmişdir.[7, səh.112] Luterin Vorms Məclisindəki 
islahatçı fikirləri hər nə qədər müqəddəs kitabın əmrlərini əsas alsa da, əsas etibarilə 
Katolik Kilsəsi, Papalıq qurumu və keşişlərin şəxsində mövcud olan dini hakimiyyətə 
qarşı  qiyam  xarakteri  daşıyırdı.  Belə  ki,  müqəddəs  kitabın  hökmranlığı,  ən  azından 
dini ənənənin tərkib hissəsi olan Katolik Kilsəsi üçün də eyni dəyərə malikdir. Lute-
rin  müqəddəs  kitabın  hökmranlığı  əsasında  həqiqətdə  var  olan  mövcud  dini  nizama 
qarşı çıxması, islahat istəklərinin dində yeniliyi arzulayanlardan başqa digər insanlar-
dan da dəstək görməsinə səbəb olmuşdur. Bu prosesdə, Qərbin orta əsrlərə aid bütün 
ənənələri, islahatçıların Katolik Kilsəsinə qarşı tənqidlərindən əlavə intibah və hüma-
nizm düşüncələrinin də təndiq hədəfinə çevrilmişdir. Bu dövrdə coğrafi səyahətlər nə-
ticəsində yeni qitələrin kəşfedilməsi, yeni fikir və həyat tərzinin formalaşmasına gəti-
rib  çıxarmışdır.  Guttenbergin  icad  etdiyi  mətbəə  isə  xəbərləşmə  vasitələrində  köklü 
dəyişikliklərə səbəb olmuşdur. Böyük ailə ticarət şirkətləri yaranmış və Avropada ka-
pitalist iqtisadi sistem yavaş-yavaş öz sosial, siyasi və hüquq sistemlərini formalaşdır-
mışdır. Xüsusilə, kilsənin iqtisadi istismarına məruz qalan siyasi elitalar, hətta Katolik 
olanlar da islahatçılığa dəstək vermişlər. Bundan sonra siyasi sistemlərin imperiyadan 
milli dövlətlərə çevrilməsi və mətbəə sayəsində müqəddəs kitabın Latın dilindən baş-
qa dillərdə nəşr edilməsi ilə Katolik kilsəsinin dini hökmranlığını və “universallığını” 
sarsıdan, beləliklə lokal dini baxış tərzlərinin formalaşmasına səbəb olan islahatçı ba-
xışlar sürətlə bütün Avropaya yayılmışdır. Bu tendensiya siyasi, iqtisadi və intellektu-
al inkişafdan bəhrələnən və Katolikliyin hökmranlığını tənqid edən Luterin dini isla-
hatçılıq düşüncəsinin yolunu aydınlatmışdır. 
Tarixi  nöqteyi-nəzərdən  baxıldıqda  Xristian  dinində  islahat  prosesi,  müasir  dövr-
dəki İslamda islahat axtarışlarına tətbiq edildikdə, həm sosioloji şərtlərin, həm də ye-
nilikçi İslam düşüncəsi və hərəkatlarının Xristianlıqdakı islahatçılıq təcrübəsi ilə bən-
zəşdirilməsi asanlaşır. Luter kimi, son dövrlərdə bəzi müsəlman mütəfəkkirlərin yal-

12 
 
nız Allahın kəlamının hökmünü qəbul etməyə və ictimai səviyyədə Allan ilə insanla-
rın münasibətlərinə qarışanların buna haqlarının olmadığından söz etmələri, bu yanaş-
ma  tərzinin  baxışlarının  əsasını  təşkil  etməkdədir.  Xristian  islahatının  dini  struktura 
yönələn  tənqidi  mövqeyi  və  bu  möveyi  möhkəmləndirən  din  xaricindəki  ünsürlərin 
təsiri, İslamda islahat istəyində önəmli bir modeli ifadə edəcək şəkildə dəyərləndiril-
məkdədir. Bu baxış tərzi, son dövrlərdə İslam ənənələrinin mübahisə mövzusu olduğu 
və bu istiqamətdə İslam ehkamlarının müasir dövrdə necə tətbiq ediləcəyi ilə imanın 
prinsiplərinin  nələr  olduğuna  dair  sualların  inananların  şüurunda  yer  aldığı  fikrinə 
əsaslanmaqdadır. Bu prosesdə diqqəti cəlb edən və bəlkə də ən ümid verici görünən 
təsbit isə  İslami dini fikir və şərhlərdəki demokratikləşmə olduğudur. Bundan əlavə, 
ali təhsilin kütləviləşməsi, kütləvi informasiya vasitələrinin təsiri, qloballaşma və qlo-
bal miqrasiya prosesləri ilə standart bir tənqidi dilin formalaşdırılması kimi din xarici 
faktorların da əhəmiyyəti diqqəti cəlb etmişdir. Elə görünür ki, sosioloji və bənzəşdi-
rici  yanaşma, müasirləşmənin məhdudlaşdırıcı ünsür kimi dinin inhisarçı hökmranlı-
ğını işarət etməkdədir. İslamda islahatçılıq prosesində bu inhisarçı hökmranlığın haki-
miyyət dairəsinin daraldılması məqsədilə müasirləşmənin yaratdığı ünsürlərdən istifa-
də edilməsinin vacibliyi qeyd edilməkdədir. Buna bağlı olaraq, dini hökmranlığın yı-
xılması,  yeni  fikirlərin daha çox və daha  geniş  coğrafiyada  yayılması  imkanı, fərqli 
və alternativ düşüncələrin özünü ifadə etmək üçün imkan tapması və bu fikirlərin qlo-
ballaşması,  İslamda  yenilənmə  meyllərinin  önünü  açan  faktorlar  olaraq  qəbul  edil-
məkdədir.  İslam  ölkələrindəki  oxuma-yazma  səviyyəsinin  artması,  dünyəvi  təhsilin 
yayılması  və  Qərbdə  ali  təhsil  alan  müsəlman  tələbələrin  tənqidi  mövqeləri,  müsəl-
man  xalq  kütlələrinin  yenilənmə  istəklərini  artıran  ünsürlər  arasında  mühüm  yer  tu-
turlar.[8, səh.332-333] 
Keçmişdə dini və ideoloji yanaşmalar əsasən dini hakimiyyət tərəfindən “yuxarı-
dan” diktə edilirdi. Dini və siyasi liderlərin müəyyənləşdirib xalqın riayət etməsi istə-
nən düzənləmələrə nəzərən müasir dövrdə dini və siyasi dəyərlərlə bağlı dəyişiklik is-
təkləri əsasən intellektual səviyyəsi yüksələn müsəlman xalqın özündən, yəni “aşağı-
dan” gəldiyi müəyyən edilməkdədir.[5,  səh.19] Müsəlman cəmiyyətlərdəki bu dəyi-
şikliklərin  təkcə  siyasi  sferaya  və  ideologiyalarla  əlaqədar  olmadığı,  eyni  zamanda 
keçmişdə  formalaşdırılan  inam  və  praktik  təcrübələrə  qarşı  da  tənqidi  yanaşmanı 
özündə əhatə etdiyi vurğulanmaqdadır. 
Sosioloji bənzəşdirici  yanaşmanın  İslamda islahatçık tərəfdarlarının  hədəf mərkə-
zinə yerləşdirdikləri dini bilgi və hökm səlahiyyətini əlində cəmləşdirən “dini qurum” 
ilə birlikdə Quranın təfsirinin yenilənmənin hədəfi olaraq qəbul edildiyi teoloji İslam-
da islahat fikri də mövcuddur. İslam ənənəsinin yenidən gözdək keçirilməsi və Qura-
nın  başa düşülməsi  üçün  yeni  metodoloji  yanaşmalar bu istiqamətin içində ələ alın-
maqdadır.  Burada  çağdaş  İslam  düşüncəsindəki  “islahat”  təkcə  İslamın  ilk  yayıldığı 
dövrə  qayıdışı  deyil,  eyni  zamanda  bu  dinin  sosial  mühiti  ilə  birlikdə  yenidən  şərh 
edilməsi prosesi olaraq qəbul edilməkdədir. Bu səbəblə İslam düşüncə tərzində mey-
dana gələn tənqidi fikirlər və Quranın yenidən təfsir edilməsi istəklərinin İslamda ye-
nilənmənin  işarətləri  olduğu  qəbul  edilməkdədir.[13,  səh.64-75]  Xüsusilə,  Quranın 
“sosial təsirlərinin”nin müasir dövrün şərtləri ilə əlaqələndirilməsi, Qərbdə, Protestant 
islahatçıların Katolik Kilsəsi ənənələrini rədd edərək, müqəddəs kitabı hər bir fərdin 

13 
 
istədiyi kim şərh etmək hüququ əldə  etməsi mənasında hermenevtik  yanaşma olaraq 
dəyərləndirildiyi diqqəti çəkməkdədir. 
İslamda  yenilənmə meyilləri baxımından Quranın statusu və anlaşılması  nöqteyi-
nəzərindən müxtəlif yanaşma tərzlərini ifadə  etmək üçün 2003-cü ildə Amerika Bir-
ləşmiş Ştatlarında nəşr edilən RAND raportunda çox müxtəlif məlumatlara yer veril-
mişdir. RAND raportunda, 11 Sentyabr hadisələri ilə dünyanın gündəminə oturan İs-
lamda fundamentalist meyillərə baxmayaraq, Qərbin strateji maraqlarına və demokra-
tik dəyərlərinə uzun müddətli və daha dağıdıcı təhlükənin “ənənəvi İslam”dan gəldiyi 
qeyd edilir. Raport,  ənənəvi  müsəlmanları,  Quranın  Allahın kəlamı  olduğu qəbul  et-
məklə  yanaşı,  “məqsədlərinin  ortodoksal  dəyərləri,  qaydaları  və  davranış  tərzlərini 
qorumaq” üçün mübarizə aparan insanlar kimi təsvir edir. Bu müsəlmanlar ibadət və 
islamın  əmrlərini  yerinə  gətirməkdə,  həmçinin  gündəlik  davranışlarında  qəti  mövqe 
sərgiləyərək Qurana, Sünnəyə və fiqh hökümlərinə müntəzəm olaraq müraciət etdik-
ləri üçün tənqid edilirlər.[2, səh.4] RAND raportu müsəlman dünyasında “demokrati-
yanı  inkişaf  etdirməyə  kömək  etmələri  üçün”  ənənəvi  mövqeyə  malik  olan  müsəl-
manlarla əməkdaşlıq etməyin mümlün olmadığını qeyd edir. Ənənəvi İslamın müsəl-
man ölkələrin iqtisadi sərvətləri üzərində hakim olan Qərbə qarşı çox neqatif mövqe-
yə malik olduğu və belə müsəlmanların həyat tərzləri qədər Quranda yazılanların da, 
Qərbin intibah dəyərləri ilə qeyri harmonik olması, bu əməkdaşlığın mümkün olmadı-
ğının digər səbəbi olaraq göstərilir.[2, səh.33] 
RAND raportuna görə Quran, əmr etdiyi davranış tərzləri və əhatə etdiyi çox sayı-
dakı əmr və dəyərlərlə müasir cəmiyyət daxilində tam mənası ilə tətbiq edilə bilməz 
ki, bu cəhəti ilə digər müqəddəs kitablardan fərqli deyil Bibliya kimi Quranın da, mü-
asir həyatın problemlərinə işıq tutan bir mənbə kimi fəaliyyət göstərməkdən çox, eyni 
Protestant  anlayışda  olduğu  kimi,  estetik  və  şairanə  bir  ifadə  və  mənəvi  dəyər  kimi 
diqqətə alınması təklif edilməkdədir.[2, səh.37] 
İslam düşüncəsi içində inkişaf edən hermenevtik metodun İslamda islahatçılıq tari-
xi baxımından yeni bir istiqaməti ifadə etmənin yanında islahatın mövzusunu da fərq-
liləşdirdiyinə də diqqət çəkilməkdədir. Məsələn, XIX əsrdə yaşayan İslam islahatçıla-
rının əksəriyyəti dinin əsas mərhələləri olan ilk əsrlərə və orta əsrlərə aid fiqhi prin-
sipləri yenidən nəzərdən keçirmə tərəfdarı olduğu halda, dini liberalların ənənəvi fiqh 
cərəyanları tərəfindən yazılan prinsipləri bir kənara ataraq tamamilə yeni hermenevtik 
yanaşma  tərzini  müdafiə  edirlər.  Bu  yanaşmanın  əsası  isə,  İslamda  islahat  prosesin-
dən  gözlənilən  nəticəni  ifadə  edəcək  şəkildə,  üləma  və  fiqhçilərin  müqəddəs  kitabı 
qrammatik  qaydalar və  kəlimələr cəhətdən tədqiq edərək vəhyin  həqiqətini  öz nəza-
rətləri altına aldığı fikrinə dayandırılmaqdadır.[3, səh.161] 
İslamda  yenilənmə meyillərini müasir Qərb normaları daxilində formalaşdırmağa 
cəhd edən An-Naimə görə, İslam hüququnun siyasi olaraq dəyişdirilməsini çətinləşdi-
rən  xüsus,  şəriətin  tətbiq  edilməsinin  müasir  beynəlxalq  hüquq  və  insan  hüquqları 
mətinləri  qarşısında  “tarixi”  məsuliyyət  daşımasıdır.  An-Naimin  beynəlxalq  hüquq 
nəzdində şəriəti tənqid etməsinin bir çox elm sahəsində yenidən nəzərdən keçirilməsi-
nin  lazım  gəldiyini  qeyd  edən  çoxlu  hermenevtik  yanaşmanın  tərəfdarlarından  olan 
Əbu Zeyd, bu prosesdə əvvəla, Qurana hermenevtik cəhətdən yanaşılmasının vacibli-
yini  vurğulayır.  Ebu  Zeydə  görə  bir  kəlam  olaraq  Quranın  xüsusi  tarixi  şəraitlərdən 

14 
 
asılı olan bir dil və mətin, eyni zamanda mifik və simvolik ifadə formaları içində işlə-
dildiyi  üçün,  bütün  təfsir  ənənələri müsəlman toplum  içindəki  fərqli  cərəyanlar tərə-
findən bu “həqiqətin” təsis edilməsi və məhdudlaşdırılması prosesini ifadə etməkdə-
dir. [1, səh.85] Bu çərçivədə Quranın mətin olaraq bağlayıcılığı ilə nəzərdə tutulanın 
müqəddəs kitabın literallığına və bu kitabın dəyişməz mənası olduğuna dair qəti gö-
rüş formalaşdırdığı və sadəcə özlərini İslamın qoruyucusu kimi təqdim edən dini ha-
kimiyyətin bu fikrə gəlməsinin mümkün olduğu qeyd edilməkdədir. Əbu Zeydə görə, 
Quran endirilməyə başlandığı vaxtdan günümüzə qədər müsəlman alimlər tərəfindən 
həmişə bir “kitab” olaraq başa düşülmüşdür. Məsələn, hər bir teoloji baxışın təşbehli 
ayələrə  öz  dini  mövqelərinə  uyğun  olaraq  müxtəlif  mənalar  yüklədiklərinə  şahid 
olunmuşdur.[1, səh.93] Halbuki, Quranın çoxlu hermenevtik metodla ələ alınması ha-
lında müasir dövrün şərtlərinə təzad təşkil edən xüsusi tarixi tətbiqatlara qarşı Qura-
nın bir məsnət olaraq istifadə edilməsinin qarşısının alınacağı; beləliklə, literalizm və 
fundamentalizmə  qarşı  mübarizənin  asanlaşacağı  qeyd  edilməkdədir.  Lakin  bunun 
üçün əvvəla İslamın siyasi, sosial və dini ənənələr baxımından bütün mənafe qrupları-
nın nəzarətindən azad edilməsi, ardından bütün müsəlmanlara “məna”nı formalaşdır-
maq üçün səlahiyyət verilməsi yolu ilə demokratik və açıq hermenevtikə imkan tanın-
ması lazımdır.[9, səh.76] 
İslam və demokratiyanın harmoniyası haqqında davam edən mübahisələr bir tərə-
fə, Protestant təcrübə kontekstində hazırlanan İslamda reform layihələrini “səmərəsiz 
islahat”  olaraq  görən  A.  Əl-Əffəndi,  “İslamda  islahat”ın  müsəlmanların  davamlı  və 
konsensusa əsaslanan siyasi təşkilatlar təsis etmələrində nə məcbur, nə də  yetərli ol-
duğunu dilə gətirməkdədir. Bu baxışa görə islahatçılıq, ilk növbədə arzu edilən olma-
lıdır və bu müsəlmanların qərar verəcəyi bir məqamdır. Siyasi mütənasiblik adına qı-
sa müddət ərzində baxış tərzini dəyişdirmək, əvvəllər Xristian islahatçılığında olduğu 
kimi,  şiddətli  qütbləşmələrə  gətirib  çıxaracaq,  daha  qəti  ifadə  ilə  uğursuzluğa  məh-
kumdur.[6, səh.38] 
Nəticə  etibarilə,  Qərb  baxış  tərzi  daxilində  yer  alan  və  əsasən  müsəlman  mənşəli 
alimlərin  fikirləri  əsasında  tərif  etməyə  çalışılan  İslamda  islahatçılıq  meyillərinə  aid 
paradiqmaları artırmaq mümkündür. Burada ələ alınma şəkli ilə sosioloji bənzəşdirici 
yanaşmaya  görə,  xristianlıq  tarixinin  insanlığın  müştərək  tarixi  kimi  qəbul  edilərək 
bütün dini ənənələrin eyni dini tarixi inkişaf prosesindən keçəcəyi proqnozlaşdırıb, İs-
lamın da Protestantlıq təcrübəsində olduğu kimi müasirliyə qarşı tab gətirə bilməyə-
rək,  adətan  “Protestantlaşacağı”  təxmin  edilməkdədir.  Sosioloji  və  tarixi  baxımdan 
bənzəşdirici  yanaşma  İslamda  yeniləşmənin  qaçınılmaz  olduğunu  ifadə  etməklə  bir-
likdə, qloballaşma, miqrasiya və inteqrasiya prosesləri kontekstində siyasi səbəblərlə 
mənalandırıldığı görünməkdədir. 


Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   30


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə