Baki döVLƏt universiteti Fakültə


Mülki müdafiə üzrə dərəcələr verilən təsərrüfat obyektləri



Yüklə 250,86 Kb.
səhifə2/2
tarix09.05.2022
ölçüsü250,86 Kb.
#56952
1   2
Mülki müdafiə - Sərbəst iş

Mülki müdafiə üzrə dərəcələr verilən təsərrüfat obyektləri.

«Mülki Müdafiə haqqında» Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 aprel tarixli 700 saylı fərmanına müvafiq olaraq mülki müdafiə tədbirlərinin planlaşdırılmasının siyasi, iqtisadi, müdafiə əhəmiyyətini və digər amilləri nəzərə alaraq Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli 193 saylı qərarına əsasən respublikanın ərazisi zonalara, şəhərlər mülki müdafiə üzrə qruplara aid edilir, təsərrüfat obyektləri isə mülki müdafiə üzrə dərəcələrə bölünür.

AR İqtisadi İnkişaf Nazirliyi və FH Nazirliyinin təqdimatı əsasında zonalar, şəhərlərin qrupları və obyektlərin dərəcələri AR Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

Mülki Müdafiə üzrə zonalar bu qaydalara 1 nömrəli əlavəyə uyğun olaraq müəyyən edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 25 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən 1 nömrəli əlavə:

ZONALAR

Bakı zonası - Bakı şəhərinin 11 rayonu

Gəncə zonası - Gəncə və Naftalan şəhərləri, Ağstafa, Qazax, Tovuz, Daşkəsən, Gədəbəy, Şəmkir, Göygöl, Goranboy, Samux rayonları.

Sumqayıt zonası - Sumqayıt şəhəri, Abşeron, Xızı rayonları

Xaçmaz zonası - Xaçmaz, Dəvəçi, Quba, Qusar, Siyəzən rayonları.

Mingəçevir zonası - Mingəçevir şəhəri, Ağdaş, Yevlax, Ucar, Qax, Oğuz, Zaqatala, Balakən, Şəki rayonları.

Şirvan zonası - Şirvan şəhəri, Hacıqabul, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Salyan, Neftçala rayonları.

Naxçıvan zonası - Naxçıvan MR-ın bütün rayonları.

Ağdam zonası - Xankəndi şəhəri, Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Zərdab, Xocavənd, Xocalı, Şuşa rayonları.

Cəbrayıl zonası - Cəbrayıl, Zəngilan, Qubadlı, Laçin, Fizuli, Kəlbəcər, rayonları.

Şamaxı zonası - Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Göyçay, Kürdəmir, Qobustan rayonları.

Lənkəran zonası - Lənkəran, Astara, Lerik, Yardımlı, Biləsuvar, Cəlilabad, Masallı rayonları.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-cı il 25 sentyabr tarixli 193 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən 2 nömrəli əlavə:

ŞƏHƏRLƏRİN QRUPLARI

1 qrup - Bakı şəhəri

2 qrup - Sumqayıt şəhəri

3 qrup - Gəncə şəhəri, Mingəçevir şəhəri, Şirvan şəhəri, Naxçıvan şəhəri

Mülki müdafiə tədbirlərini planlaşdırmaq, həmin plandan irəli gələn vəzifələrin yerinə yetirilməsini təşkil etmək və onların icrasında üçün yerlərdə mülki müdafiə qərargahları yaradılır . Mülki müdafiə sistemində təsərrüfat obyektləri (müəssisələr) mühüm yer tutur. Təsərrüfat obyektləri (müəssisələr) mülki müdafiənin təşkilində vacib rola malikdir və əsas mərhələdir.

Obyektdə (məktəblərdə, institutlarda) mülki müdafiənin təşkil edilməsi və vəziyyəti üçün bu obyektin rəhbəri (direktor, rektor) məsuliyyət daşıyır. Mülki müdafiə tədbirlərinin əmr və sərənjamlarını obyektin bütün vəzifəli şəxsləri hökmən ijra etməlidir.
Yüklə 250,86 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin