|
Baki döVLƏt universiteti
|
tarix | 23.12.2022 | ölçüsü | 54,5 Kb. | | #77629 |
| Suallar-dokt 1
BAKI DÖVLƏT UNİVERSİTETİ
Geologiya fakültəsi
“Hidrogeologiya və mühəndis geologiyası” kafedrası
2518.01- Hidrogeologiya ixtisası
2018-ci il üçün təhsilin doktorantura pilləsinə qəbul üçün
fəlsəfə doktoru proqramı üzrə
İMTAHAN SUALLARI
Hidrogeologiyanın bir elm kimi məqsəd və məsələləri, müasir problemləri, bölmələri və digər elmlərlə əlaqəsi.
Süxurlarda yeraltı suların hərəkətinin növləri və süzülmənin əsas qanunları.
Aerasiya zonasında suyun hərəkət növləri. Doyma zonasında yeraltı suların hərəkəti.
Süzülmə qanunları. Axının laminar rejimində süzülmə. Axının turbulent rejimində süzülmə. Qarışıq laminar-turbulent axında süzülmə.
Yeraltı suların qərarlaşmış və qərarlaşmamış hərəkəti.
Süzülmənin sərt və elastik rejimləri.
Yeraltı su axınının əsas hidrodinamik elementləri. Yeraltı su axınının əsas hidrodinamik xüsusiyyətləri.
Süxurların sulanma dərəcəsi.
Axının yatım şəraiti və hidravlik xarakteri.
Yeraltı suların qi-dalanma və boşalma şəraiti.
Süxurların süzülmə keyfiyyəti.
Sərhəd-lərin forma və xarakteri.
Yeraltı suların qərarlaşmış hərəkəti.
Yeraltı suların eynicinsli süxurlarda qərarlaşmış hərəkəti.
Horizontal əsaslı qrunt suyu axını.
Maili əsaslı qrunt suyu axını (düz maillik, əks maillik).
Ra-dial qrunt suyu axını.
Sabit və dəyişən qalınlıqlı horizontda təzyiqli su axını.
Yeraltı suların təzyiqli-təzyiqsiz şəraitdə hərəkəti.
Yeraltı suların qərarlaşmamış hərəkəti. Kənar hədlər fərqi üsulu.
Yeraltı suların qeyri-bircinsli süxurlarda hərəkəti.
Qeyri-bir-cinsli sulu komplekslərin əsas növləri.
Qeyri-bircinsli horizontlarda suyun süzülmə qanu-nauyğunluqları.
Qrunt suyu səthinin qalxması.
Qərarlaşmış süzülmə şərai-tində qrunt suyu səthinin qalxması.
Radial axında qrunt suyu səthinin stasionar qalxması.
Qərarlaşmamış süzülmə şəraitində qrunt suyu səthinin qalxması.
Hidrotexniki qurğular və su anbarları tikilən sahələrdə yeraltı suların hərəkəti.
Bəndin bünövrəsindən süzülmə. Bəndin çiyinlə-rindən süzülmə.
Su anbarından süzülmə itkisi.
Yeraltı suların sugötürücü qurğulara hərəkəti.
Sugötürücü qur-ğuların tipləri.
Tam quyulara yeraltı suların qərarlaşmış hərəkəti.
Artezian quyusuna su axınının hesablanması.
Qrunt suyu quyusuna su axınının hesablanması. Düpi düsturu.
F.Forxheymer düsturu. Qida mənbəyinə yaxın yerləşən quyulara yeraltı suların hərəkəti: «Güzgüdə əksetdirmə üsulu».
Natamam quyulara yeraltı sula-rın qərarlaşmış hərəkəti.
Mürəkkəb şəraitdə işləyən quyulara yeraltı suların qə-rarlaşmış hərəkəti.
Qarşılıqlı təsirdə olan quyulara yeraltı suların qərarlaşmış hərəkəti: «Böyük quyu düsturu».
Qrunt suyu- və artezian quyularına yeraltı suların qərarlaşmamış hərəkəti.
Yeraltı suların kimyəvi tərkibinin xüsusiyyətləri.
Yer qabığı sularının kimyəvi tərkibi.
Hidrogeokimyəvi zonallıq.
Geosfera və onun əmələ gəlməsi.
Litosfer.
Aerokimya.
Hidrosferin tərkibi.
Təzyiqli su sistemlərinin hidrogeokimyəvi zonallığı.
Geokimyəvi səddlər.
Hipergenez zonasının hidrogeokimyası.
Ayrı-ayrı faydalı qazıntı yataqlarının hidrogeokimyəvi səciy-yəsi.
Yeraltı su yataqları və onların tipləri.
Yeraltı su yataqlarının öyrənilməsinin əsas prinsipləri.
Hidrogeoloji tədqiqatların əsas növləri.
Hidrogeoloji tədqiqatların aparılma mərhələləri.
Hidrogeoloji planalma və hidrogeoloji xəritələr.
Çöl təcrübə-süzülmə işlərinin əsas növləri, məsələləri və tətbiq şəraiti.
Suçəkmələrin növləri və təyinatı.
Yeraltı suların rejimi və balansı.
Su təchizatı məqsədləri üçün şirin yeraltı suların təsnifatı.
Yeraltı suların ehtiyatı və onun kateqoriyaları.
Yeraltı suların istismar ehtiyatının hesablanması üsulları.
Yeraltı suların mühafizəsi.
Yeraltı suların çirklənmədən mühafizəsi.
Yeraltı suların sugötürücülərinin sanitar-mühafizə zonası.
Yeraltı suların tükənmədən mühafizəsi.
Bərk faydalı qazıntı yataqlarının hidrogeologiyası.
Neft və qaz yataqlarının hidrogeologiyası.
İçməli yeraltı su yataqlarının və onların sugötürücü sahələrinin monitorinqi.
Laborator hidrogeoloji tədqiqatlar.
Süxurların sululuq-, fiziki- və süzülmə xassələrinin öyrənilməsinin laborator üsulları.
Süxur-ların fiziki xassələrinin, ion-duz, qaz və bakterioloji tərkibinin laborator təyini.
Yeraltı suların keyfiyyətinin öyrənilməsi.
Mineral, termal, sənaye suları, onların tətbiq xarakteri, xalq təsərrüfatında əhəmiyyəti.
Mineral suların fiziki xassələri, kimyəvi və qaz tərkibi.
Mineral suların əsas balneoloji qrupları.
Karbon qazlı mineral sular.
Kükürd qazlı mineral sular.
Azot qazlı mineral sular.
Metan qazlı mineral sular.
Radon qazlı mineral sular.
Spesifik komponentli mineral sular.
Mineral göllər və palçıqlar.
Mineral suların kriteriyaları və onların qiymətləndirilməsi prinsipləri.
Termal su yataqları və onların tipləri.
Mineral və termal suların rejimi və kaptajı.
Sənaye suları və onların təsnifatı.
Sənaye su yataqları və onların istismarı.
Meliorativ hidrogeologiyanın məzmunu, məqsədi və məsələləri.
Meliorativ sistemlər.
Suvarma sisteminin elementləri.
Suvarma sistemlərində baş verən infiltrasiya prosesi.
Kanallardan su itkisinə qarşı mübarizə tədbirləri.
Kənd təsərrüfatı əkinlərinin suvarma rejimi. Suvarma normaları.
Suvarma sularının keyfiyyətinə qarşı olan təlabatlar.
Suvarılan sahələrdə süni drenaj.
Drenaj sistemləri: sistematik drenaj, baş drenaj (suyu tam tutan), sahil drenajı, dairəvi və ya halqavarı drenaj.
Hidrogeoloji-meliorativ rayonlaşdırma.
Qrunt suyu rejiminin genetik tipləri.
100..Aerasiya zonası süxurlarında şoranlaşma və şorakətləşmə və onlara qarşı mübarizə tədbirləri.
Hidrogeologiya və mühəndis geologiyası
kafedrasının müdiri: prof. B.H.Qələndərov
Dostları ilə paylaş: |
|
|