§ 3. Əməliyyat-axtarış hüququnun anlayışı, predmeti və metodları
Əməliyyat-axtarış hüququnun hüququn müstəqil bir sahəsi kimi formalaşması ilə bağlı qeyd
etdiklərimiz bizə imkan verir ki, onun anlayışını aşağıdakı kimi müəyyən edək.
Əməliyyat-axtarış hüququ insan və cəmiyyəti cinayətkar qəsdlərdən müdafiə etmək məqsədi
ilə əməliyyat-axtarış və əks-kəşfiyyat fəaliyyətinin əsas hissəsini, həmçinin cinayət-prosessual və
cəza-icra fəaliyyətinin xüsusi güc və vasitələr tətbiq etmək (bir qayda olaraq, gizli), əməliyyat-
axtarış hərəkətləri həyata keçirmək və uyğun qərarlar qəbul etməklə bağlı olan tərəflərini və
həmin növ hüquq fəaliyyətlərində cinayət törədilməsi ilə bağlı meydana gələn ictimai
münasibətləri tənzimləyən normalar sistemidir.
Verilən tərifdən göründüyü kimi, əməliyyat-axtarış hüququnun tənzimlədiyi ictimai
münasibətlər eynicinsli olub, məhz cinayət axtarışını həyata keçirən fəaliyyətlə bağlı meydana
gəlir. Dövlətin cinayətkar qəsdlərə qarşı qeyri-leqal üsullarla mübarizə fəaliyyəti uzun tarixi
keçmişə malik olduğundan, onu təşkil edən ictimai münasibətlərin xüsusiləşərək eyni bir qrup
halını alması təbiidir. Bu ictimai münasibətlərin uzun müddət qanuni tənzimləmə sahəsindən
kənarda qalması, yuxarıda qeyd etdiyimiz kimi, ideoloji və siyasi səbəblərdən irəli gəmişdir və bu
onun müstəqil hüquq sahəsi kimi inkar edilməsi üçün heç də əsas ola bilməz.
Hüquq nəzəriyyəsində bəzi hallarda oxşar hüquq sahələrinin predmetlərinin
fərqləndirilməsində çətinliklər meydana çıxır ki, bu da əsasən hüquqi tənzimləməyə məruz qalan
ictimai münasibətlərin dinamikliyi ilə əlaqədardır.
Əməliyyat-axtarış hüququ dövlətlə vətəndaş arasında sonuncunun cinayət törətməsi, yaxud
da buna kifayət qədər əsas olması ilə əlaqədar olaraq kompleks tədbirlərin həyata keçirilməsi
zərurətilə bağlı meydana gələn ictimai münasibətləri tənzimləyir.
Əməliyyat-axtarış hüququnun predmetinin spesifik xüsusiyyətlərinin müəyyən edilməsi
həm də ona görə zəruridir ki, cinayətin törədilməsi ilə bağlı meydana gələn münasibətlər həm də
cinayət, cinayət-icra və s. hüquq sahələrinin predmetinə daxildir.
«Əməliyyat-axtarış fəaliyyəti haqqında» Qanunun 1-ci maddəsinin hissəsində göstərilir ki,
əməliyyat-axtarış fəaliyyəti müvafiq dövlət orqanları tərəfindən aşkar və qeyri-aşkar üsullarla
qanunla müəyyən edilmiş tədbirlər vasitəsi ilə həyata keçirilir. Deməli, əməliyyat-axtarış hüququ
ilə tənzimlənən münasibətlərin digər xüsusiyyəti onların qanunda öz əksini tapması və
cinayətlərin aşkar edilməsi, qarşısının alınması üçün istifadə edilən xüsusi üsul və vasitələrlə
(aşkar və qeyri-aşkar) qırılmaz bağlılığıdır.
Buradan da belə qənaətə gəlmək olar ki, əməliyyat-axtarış hüququnun predmeti ən azı iki
mühüm elementdən ibarətdir. Birinci element şəxsin cinayət törətdiyi ana qədər və ondan sonrakı
davranışı, ikinci element isə əməliyyat-axtarış fəaliyyəti subyektlərinin əməliyyat-axtarış prosesi
qarşısında dayanan vəzifələrin yerinə yetirilməsinə istiqamətlənən fəaliyyətidir.
Deyilənləri nəzərə alaraq əməliyyat-axtarış hüququnun predmetini əməliyyat-axtarış
fəaliyyəti sahəsində meydana gələn maddi hüquq münasibətləri, həmçinin həmin fəaliyyətin
9
səlahiyyətli subyektlərinin əməliyyat-axtarış hüquq normaları ilə tənzimlənən prosessual
fəaliyyəti kimi müəyyən etmək olar.
Əməliyyat-axtarış hüququ digər hüquq sahələri kimi, əməliyyat-axtarış fəaliyyəti sahəsində
meydana gələn münasibətlərə səmərəli təsir etmək, tənzimləmək üçün hüquqi üsul və vasitələr
sistemi tətbiq edir. Başqa sözlə desək, o, hüquqi tənzimləmə metodundan istifadə edir. Məlumdur
ki, hüquq ədəbiyyatında hüquqi tənzimləmə metodu ilə bağlı prinsipcə bir-birindən fərqlənən iki
yanaşma mövcuddur. Birinci yanaşma ondan ibarətdir ki, hər bir hüquq sahəsi tənzimləmə
predmeti ilə yanaşı, xüsusi hüquqi tənzimləmə metoduna malikdir. İkinci yanaşmaya görə isə
bütün hüquq sahələri eyni metoda malikdir və bu hüququn təbiətindən irəli gəlir
1
.
Əməliyyat-axtarış hüququ Azərbaycan hüquq sisteminin tərkib hissəsi kimi universal
hüquqi tənzimləmə metodlarından – sərəncam, icazə və qadağa – istifadə edir. Lakin bu o demək
deyildir ki, əməliyyat-axtarış hüququnun yuxarıda qeyd etdiyimiz spesifik xüsusiyyətləri inkar
edilir. Əksinə, bu zaman bir tərəfdən müxtəlif hüquq münasibətlərinin tənzimlənməsi üçün
istifadə edilən metodların prinsipcə eyni olması, digər tərəfdən isə tənzimlənən münasibətlərin
spesifik xüsusiyyətləri nəzərə alınmalıdır. Məhz belə olan halda əməliyyat-axtarış hüququnun
hüquqi tənzimləmə metodunun özünəməxsus xüsusiyyətlərini müəyyən etməyə imkan yaranır.
Məsələn, əməliyyat-axtarış hüququnda eyni bir metodun digərinə münasibətdə (qadağanın
icazəyə nisbətdə) tətbiq edilməsi və həmin metodların mənzil hüququnda tətbiqi ilə müqayiəsəsi
göstərir ki, əməliyyat-axtarış hüququnda qadağa, mənzil hüququnda isə icazə metodu üstünlük
təşkil edir. Təbii ki, bu, göstərilən hüquq sahələrinin tənzimləmə predmetlərinin spesifik
xüsusiyyətlərindən irəli gəlir.
Hüquq ədəbiyyatında icazə, sərəncam və qadağa metodlarının bir-birinə nisbətən asılı olaraq
mülki-hüquqi, inzibati-hüquqi və cinayət-hüquqi tənzimləmə metodları fərqləndirilir
2
. Əməliyyat-
axtarış hüququ cəmiyyəti cinayətkar qəsdlərdən müdafiə edən hüquq sahələrinə aid olduğundan,
hesab edirik ki, əməliyyat-axtarış hüququnda cinayət-hüquqi tənzimləmə metodu üstünlük təşkil
edir. Bununla yanaşı onu da qeyd etmək lazımdır ki, hüquq ədəbiyyatında cinayət qadağasının
yalnız cinayət-prosessual fəaliyyəti formasında həyata keçirilməsi ilə bağlı mövcud olan fikirlə
artıq razılaşmaq mümkün deyildir. Çünki 28 oktyabr 1999-cu ildə qəbul olunmuş «Əməlyiyyat-
axtarış fəaliyyəti haqqında» Qanun cinayət qadağasının həm də əməliyyat-axtarış fəaliyyəti ilə də
reallaşdırılmasına imkan yaradır.
Beləliklə, ümumi cinayət-hüquqi metod əməliyyat-axtarış hüququna münasibətdə spesifik
xüsusiyyətlər əldə etmiş olur. Həmin xüsusiyyətlər əməliyyat-axtarış fəaliyyətinin, onun
tənzimləmə predmetinin xüsusiyyətlərindən irəli gəlir və aşağıdakı formalarda təzahür edir:
1. Qadağa metodunun hüquqi tənzimləmə mexanizminin digər elementlərinə sərəncam və
icazəyə münasibətdə üstünlük təşkil etməsi;
2. Əməliyyat-axtarış münasibətlərinin xüsusiyyətləri və onların meydana gəlməsini,
dəyişməsini, xitam edilməsini şərtləndirən faktların spesifikliyi;
3. Qanunla və idarə aktları ilə müəyyən edilmiş və dövlət hüquq fəaliyyətinin yalnız bu
növünə məxsus olan prosedur formaya malik olması;
4. Qanunla vətəndaşların konstitusion hüquq və azadlıqlarının məhdudlaşdırılmasının
nəzərdə tutulması.
Bundan
başqa,
əməliyyat-axtarış
hüququnun
tənzimləmə
metodunun
digər
özünəməxsusluğu ondan ibarətdir ki, əməliyyat-axtarış fəaliyyəti sahəsində qanunçuluq rejiminə
riayət edilməsi üçün xüsusi prosedur forma nəzərdə tutulmuşdur. Qanunçuluq rejiminin mühüm
aspektlərindən biri ondan ibarətdir ki, o, əməliyyat-axtarış hüquq normalarının ən düzgün və
səmərəli formada həyata keçirilməsini və hüquq-mühafizə və xüsusi xidmət orqanlarının qeyri-
aşkar fəaliyyəti zamanı insanın – vətəndaşın hüquq və azadlıqlarının qorunmasını təmin etsin.
Beləliklə, əməliyyat-axtarış hüququnun hüquqi tənzimetmə metodunu əməliyyat-axtarış
hüquq münasibətlərinin spesifikliyi, əməliyyat-axtarış prosesinin məqsəd və vəzifələri ilə
10
müəyyənləşən, bir-biri ilə qarşılıqlı, asılı əlaqədə olan elementlərin toplusu kimi xarakterizə
etmək olar.
Dostları ilə paylaş: |