Auksion Müəllim öyrənilən məsələni müəyyən edərək şagirdləri auksionun keçirilmə qaydaları haqqında təlimatlandırır. Öyrənilən əşya və ya hadısənin xüsusiyyətləri ardıcıl şəkildə adlandırılır.
Hamı növbə ilə əşya və ya hadisə haqqında fikir söyləyir: hər bir fikirdən sonra müəllim sayır. "Bir, iki”. Bu zaman başqa iştirakçı tez təklif verə bilər. Sonuncu təklif verən qalib sayılır .Fikirlər bir-birini təkrarlamamalıdır. Bunun üçün hamı bir-birini dinləyir.
Nümunə:
Riyaziyyat dərsində müəllim 7 ədədinin tərkibini keçərkən sinfə "7 ədədini necə aldınız? " sualını verməklə auksion keçirir.
Mümkün olan cavablar:
1) 6+1=7 4) 5+2=7
2) 4+3=7 5) 3+4=7
3) 2+5=7 6) 1+6=7
4) 1+1+1+1+1+1+1=7
Oyunda axırıncı mümkün cavabı verən şagird "Auksion”u qazanır.