Baki universitetiNİn xəBƏRLƏRİ №1 Humanitar elmlər seriyası



Yüklə 64.28 Kb.
PDF просмотр
tarix16.06.2017
ölçüsü64.28 Kb.

BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№1    

 

Humanitar elmlər seriyası   

 

2014 

 

 

 

UOT 94(429:24) 

 

AZƏRBAYCAN DİASPORUNUN FORMALAŞMASININ  

TAR

İXİ MƏRHƏLƏLƏRİ 

 

Z.M.

ƏSGƏROVA 

AMEA-

nın A.A.Bakıxanov adına Tarix İnstitutu 

diaspor2012@mail.ru 

 

Azərbaycan  diasporunun  formalaşması  prosesinin  tarixi  kifayət  qədər  dərin  köklərə 

malikdir.  Azərbaycanlıların dünya  ölkələrinə  miqrasiyasının  müxtəlif  dövrləri  mövcuddur  və 

bu 

dövrlərdə baş vermiş mühacirət dalğaları öz tərkibi, səbəbi və vaxtı baxımından fərqlidir. 

Müxtəlif  dövrlərdə  xarici  ölkələrdə  Azərbaycan  icmalarının  yaranması  Azərbaycan 

diasporunun formalaşması və yaranmasına gətirib çıxarmışdır.  

 

Açar sözlər: vətən tarixi, diaspor, mühacirət, Azərbaycan diasporu 

 

Məqalədə  Azərbaycan diasporunun  yaranma tarixinin  müxtəlif dövrləri, 



səbəbləri araşdırılmışdır.  

Az

ərbaycan  diasporunun  təşəkkül  və  formalaşması  tarixini  aşağıdakı 



şəkildə qruplaşdırmaq olar. 

1. 


VII  əsrin  sonu  və  VIII  əsrin  əvvəllərində  İslam  dininin  qəbulu  ilə 

əlaqədar Azərbaycanda ərəbdilli elm və mədəniyyətin inkişafı və bununla bağlı 

olaraq onlarla 

azərbaycanlı  şair, alim  və  mütəfəkkirin İslam dini dövlətlərinə 

və digər ərazilərə mühacirəti. 

2. 


X əsrdən XIX əsrədək Yaxın Şərqin elm və mədəniyyət mərkəzlərində 

əslən  Azərbaycandan  olan  yüzlərlə  tələbə  və  alimin  çalışması,  Azərbaycan 

milli 

təfəkkürünün region xalqların intibahında rolu. 



3. 

XIX əsrin əvvəllərində Rusiya-İran müharibəsi və 1813-cü il Gülüstan

1828-

ci il Türkmənçay müqavilələrindən sonra yüzlərlə azərbaycanlının xarici 



ölkələrə miqrasiyası. 

4. 


XX əsrin əvvəlləri - 1905-1906-cı illərdə, habelə 1918-ci ildə erməni-

lərin törətdiyi məqsədli soyqırım, etnik təmizləmə siyasəti nəticəsində minlərlə 

soydaşımızın qətlə yetirilməsi, tarixi torpaqlarımızı tərk etməsi. 

5. 


Azərbaycan  Demokratik  Respublikasının  süqutundan  (1918-1920) 

sonra Sovetlərin  hakimiyyətə gəlməsi  ilə  Azərbaycandan çoxsaylı  ziyalılar, o 

cümlədən  siyasi  xadimlər  və  hərbçilərin  sovet  repressiya  rejimindən  xilas 

olmaq  məqsədilə  ailələri  ilə  birlikdə  vətəni  tərk  edərək  mühacirət  həyatını 

 

139 


qəbul etməsi. 

6. 


XX əsrin 30-cu illərində baş vermiş repressiyalar və 1941-1945-ci illər 

rus-


alman  müharibəsi  zamanı  əsir  düşən  və  bir  daha  vətənə  dönməyən 

azərbaycanlılardan ibarət icmaların yaranması. 

7. 

XX əsrin 50-60-cı illərində Azərbaycandan yüzlərlə gənc Bratsk SES-



in tikintisində, Donbas şaxtalarının işə salınmasında, Qazaxıstanda dəmir yolu 

xətlərinin  çəkilməsində,  xam  torpaqların  münbitləşdirilməsində  işləmək  üçün 

göndərilmiş və onların çoxu daimi yaşamaq üçün oralarda qalmışlar. 

8. 


Cənubi  Azərbaycanda  baş  verən  ictimai-siyasi  hadisələrlə:  Səttərxan 

milli-


azadlıq  hərəkatı  (1905-1911),  Şeyx  Məhəmməd  Xiyabani  (1917-1920), 

S.Pişəvərinin  rəhbərliyi  ilə  azadlıq  hərəkatı  (1945),  1979-cu  ildə  İran  İslam 

İnqilabı  nəticəsində  on  minlərlə  azərbaycanlının  Qərb  ölkələrinə  axışması  və 

məskunlaşması. 

9. 

Erməni  təcavüzünün  (1988-1994)  başlanması,  Ermənistanda  yaşayan 



azərbaycanlıların kütləvi deportasiyası, SSRİ-nin süqutu, Dağlıq Qarabağın və 

ətraf rayonların ermənilər tərəfindən işğalı. 

XIX  əsr  Azərbaycan  diasporunun  formalaşması  tarixində  xüsusi  bir 

mərhələ təşkil edir. 

Rusiya  və  İran  arasında  imzalanan  Gülüstan  (1813)  və  Türkmənçay 

(1828) müqavilələri Azərbaycan ərazisini iki yerə parçaladı. Ölkənin şimalı ilə 

cənubu arasında kəskin bir uçurum formalaşdı, vahid bir xalqın milli mədəniy-

yəti ikiqat diskriminasiya  siyasətinə  məruz  qaldı,  illər  keçdikcə  milli 

mədəniyyətin inkişafında fars və rus təsiri hakim olmağa başladı. Bu müqavilə-

lərin  imzalanmasından  sonra  Azərbaycanın  Çar  Rusiyasının  tərkib  hissəsinə 

keç

məsi ilə razılaşmayan yüzlərlə Şimali azərbaycanlı xarici ölkələrə miqrasiya 



et

mişdir.  

Soydaşlarımızın  dünya  ölkələrinə  miqrasiyasının  növbəti  mərhələlərin-

dən biri XX əsrin əvvəlləri 1905-1906-cı illərdə, 1918-ci ildə ermənilərin törət-

diyi  məqsədli  soyqırım,  etnik  təmizləmə  siyasəti  nəticəsində  minlərlə  soyda-

şımızın qətlə yetirilməsi, tarixi torpaqlarını tərk etməsi olmuşdur. Azərbaycan 

ərazisində  xalqımıza  qarşı  ermənilərin  həyata  keçirdiyi  soyqırımı  siyasəti 

nəticəsində azərbaycanlıların müəyyən qismi Türkiyə, İran və İraqa, sonra isə 

oradan 

bütün dünya ölkələrinə səpələnmişlər. 



 

Rusiyanın kiçik  xalqları əsarət altında saxlamaq siyasəti  Azərbaycanda 

daha dözülməz idi. Rusiya bir tərəfdən ağır vergilərlə xalqı soyub talayır, digər 

tərəfdən  müstəmləkəçiliyin  ömrünü  uzatmaq  üçün  xalqın  ziyalı  və  mütəfək-

kirlərini Sibir sürgünlərində məhv edirdi. Belə səbəblərdən xalqın igid oğulları 

qonşu ölkəyə Türkiyəyə köçməli olmuşlar. 

XX əsrin əvvəllərində ermənilərin Azərbaycana qarşı törətdikləri vəhşi-

lik


lərlə ilk üzləşən Zəngəzur əhalisi olmuşdur. Zəngəzurun təkcə adamlarının 

deyil,  torpağının,  daşının  da  yaddaşında  xalqımızın  qəhrəman  və  müdrik 

keçmişinə dair sirri açılmamış çox böyük hadisələr yaşanmaqdadır. Zəngəzur-

da  çox  təhlükəli  bir  vəziyyət  yaranmışdı.  Daha  doğrusu,  A.Mikoyanın, 

 

140 


S.

Şaumyanın  Zəngəzur  siyasətinin  həyata  keçirilməsinə  başlandı.  Mikoyanın 

Zəngəzur siyasəti Zəngəzurda azərbaycanlıları «əritməkdən» ibarət idi. Bu vaxt 

minlərlə  adamları  yenidən  Gorusun  türməsinə  doldurdular.  Onlara  ağır  işgən-

cələr verdikdən sonra «inqilab», «yeni cəmiyyət» düşmənləri «varlılar», «mülkə-

darlar»  «qolçomaqlar»  və  s.  adlar  qoyaraq,  güllələyib,  cinayətin  izini  itirdilər. 

Belə  bir  vəziyyətdə  əhalinin  müəyyən  hissəsi  Türkiyəyə  qaçmağa  məcbur 

oldular (5, 25). 

1918-

ci ildə erməni silahlı qüvvələri tərəfindən Bakı quberniyasında 229 



yaşayış məntəqəsi (Şamaxı qəzasında 58, Quba qəzasında 122), Gəncə quber-

ni

yasında  272  yaşayış  məntəqəsi  (Zəngəzurda  115,  Qarabağda  157),  İrəvan 



Quberniyasında 211 (İrəvan qəzasında 32, Yeni  Bəyaziddə 7, Sürməlidə 75), 

Qars vila

yətində 82 yaşayış məntəqəsi yerlə-yeksan edilmiş, yüz minlərlə əhali 

qırılmış və öz etnik ərazilərindən qaçqın düşmüşdü (3, 94). 

Azərbaycan diasporunun formalaşmasında ciddi dönüş cəmi 23 ay ömür 

sürən və Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Demokratik Respubli-

kasının  süqutundan sonra  baş  verdi.  Minlərlə  azərbaycanlı  vətəni tərk edərək 

Asiya, Avropa və Amerika ölkələrinə səpələndilər. 

1920-ci il aprelin 27-

də  Azərbaycan  ərazisi  bolşeviklər tərəfindən  işğal 

edilmiş,  ölkədə  sərt  sovet  rejimi  qurulmuşdur.  Bu  rejimə  qarşı  çıxan,  milli 

müstəqilliyimizi  müdafiə  edən  minlərlə  həmvətənimiz  məhv  edilmiş,  Uzaq 

Sibir və Qazaxıstana sürgün olunmuş, bir qismi isə canlarını xilas etmək üçün 

digər ölkələrə mühacirət etmişlər. Bu mühacirlərin əsasını sabiq mülkədarlar, 

sənaye və ticarət burjuaziyası, milli ordunun əsgər və zabitləri, yüksək dövlət 

məmurları, siyasi partiya üzvləri, müstəqil əqidəyə malik ziyalılar təşkil edirdi. 

ADR-

nin  süqutundan  sonra  xaricə  gedən  Azərbaycan  mühacirləri  Teh-



ran, Gilan, Trabzon 

və  İstanbul  şəhərlərində  müxtəlif  mühacir  cəmiyyətləri 

qurmuş, lakin bu cəmiyyətlər uzun müddət fəaliyyət göstərməmiş və tezliklə öz 

fəaliyyətlərini dayandırmışlar. 

Xaricdəki milli mühacirət iki əsas qrupa bölünürdü: Siyasi və qeyri-siyasi 

mühacirlər.  Bu  mühacirlərin  heç  olmazsa  siyasi  hissəsini  mütəşəkkil  hala 

gətirib müəyyən bir təşkilat ətrafında birləşdirmək vacib bir vəzifə kimi qarşıda 

dururdu (8.163).  

1922-

ci ildə M.Ə.Rəsulzadə İstanbula gələndən sonra ilk növbədə «Mü-



sa

vat» partiyasının  xarici ölkələr  bürosunu  yaratdı, 1923-cü  ilin  sentyabrında 

isə Azərbaycan mühacirlərini bir yerə toplaya biləcək «Yeni Qafqasya» məc-

muəsini təsis etdi və çox keçmədi ki, o, Azərbaycan Milli Mərkəzi funksiyala-

rını daşımağa başladı. 1924-cü ildə İstanbulda Azərbaycan Milli Mərkəzi yara-

dıldı. Mərkəzin təşkilat komitəsinə M.Ə.Rəsulzadə, X.Xasməmmədov, M.Və-

kilov, Ə.Əmircanov, Ə.Şeyxülislamov, M.V.Məmmədzadə, Şəfi Rüstəmbəyli, 

Məmməd  Sadıq  Axundzadə,  A.Kazımzadə,  Həsən  Fəttahov,  Əmirxan  Xan 

Xoyski,  Həmdi  Qara  Ağazadə,  Əhməd  Ağazadə  və  başqaları  daxil  idilər  (8, 

68). 


Beləliklə,  bütün  bunlar  təbiidir  ki,  Türkiyədə  Azərbaycan  diasporunun 

 

141 



geniş əhatə dairəsinin yaranmasına səbəb oldu. 

Azərbaycanlıların  dünya  ölkələrinə  miqrasiyasının  baş  verdiyi  növbəti 

mərhələ  keçmiş  SSRİ-də  30-cu  illərdə  aparılmış  repressiyalar  və  s.  Ikinci 

dünya  müharibəsinin  (1941-1945)  nəticəsi  olmuşdur.  Həmin  illərdə  də  yeni 

repressiyalar

dan  xilas  olmaq  məqsədilə  xeyli  azərbaycanlı  xarici  ölkələrə 

getmiş və mühacirətdən sonra vətənə qayıda bilməmişdir 1948-1953-cü illərdə 

ermənilər SSRİ rəhbərliyinin qərarı ilə dövlət səviyyəsində azərbaycanlılar öz 

tarixi torpaqları olan Qərbi Azərbaycandan kütləvi şəkildə deportasiyasına nail 

oldular (7, 2). 

1937 il iyulun 30-

da  SSRİ  Xalq  Daxili  İşlər  Komissarlığının  «Keçmiş 

qolçomaqların,  cinayətkarların  və  başqa  antisovet  elementlərin»  repressiya 

olunması üzrə əməliyyat haqqında» 00447 № li operativ əmri Siyasi Büronun 

müzakirəsinə  təqdim  edildi.  Bunun  ardınca  isə  1937-ci il avqustun 15-də 

«Vətən  xainlərinin  arvadlarının  və  uşaqlarının  repressiya  olunması  üzrə 

əməliyyatlar haqqında» 00486 №-li operativ əmri verildi (7.9). 

Bu sənədlər 1937-1938-ci illər kütləvi repressiyaların nüvəsini təşkil edir-

di. 1937-

ci  ilin  mayın  10-da  600  ailə  yük  vaqonlarında  əsgərlərin  müşayiəti  ilə 

ömürlük yaşamaq üçün Orta Asiya və Sibirə yola salınmasına başlandı (7, 10). 

SSRİ Daxili İşlər Nazirliyinin 19 yanvar 1955-ci il tarixli 0026 saylı əm-

ri

nə əsasən repressiya olunmuşların 26 min işinin yandırılması bu əməliyyatın 



dəqiq  miqyasını göstərməkdə çətinliklər  yaradır.  Lakin  bəzi  sənədlərə əsasən 

aydınlaşdırmaq  olur  ki,  1937-ci  ildən  sonra  Naxçıvan MR-dən  957,  Biləsu-

vardan -290, Astraxan  bazardan - 

205, Əli Bayramlıdan - 145, Karyagindən - 

155, Cəbrayıldan - 205, Ağcabədidən - 196, İmişlidən -348, Masallıdan - 208, 

Noraşendən - 417, Naxçıvan şəhərindən - 185  və Bakı şəhərindən - 218 ailə 

(deportasiya) sürgün olunub (7, 10).  

Beləliklə, 30-cu illərdə xalqımızın ən qeyrətli oğul və qızları repressiya-

la

ra,  təqiblərə  məruz  qalmış,  ailələri  isə  Orta  Asiya  və  Qazaxıstan  çöllərinə, 



Uzaq Şərqə, Sibirə, Şimal adalarına sürgün edilmişlər. 

İkinci  dünya  müharibəsi  (1941-1945)  illərində  Azərbaycandan  Sovet 

Ordusu sıralarına 700 minə qədər adam səfərbər olunmuşdur ki, onların da 11 

mindən çoxu qadın idi (2, 17). Azərbaycan xalqı istər sovet-alman cəbhəsində, 

istərsə  də  arxa  cəbhədə,  bütün  Avropa  ölkəsində  faşizmə  qarşı  başlanmış 

müqavimət və partizan hərəkatlarında fəal iştirak etmiş, böyük qəhrəmanlıqlar 

göstərmişdir.  Təəssüflə  qeyd  etmək  lazımdır  ki,  bu  müharibədə  minlərlə 

soydaşlarımız hərbi əsir düşərgələrində məhv edilmiş, sağ qalan minlərlə azər-

bay

canlı vətənə dönə bilməmiş, xarici ölkələrdə yaşamağa məcbur olmuşdur. 



XX əsrin 50-60-cı illərində Azərbaycandan yüzlərlə gənc Bratsk SES-in 

tikilməsində,  Donbas  şaxtalarının  işə  salınmasında,  Qazaxıstanda  dəmir  yolu 

xətlərinin çəkilməsində, xam torpaqlarının münbitləşdirilməsində işləmək üçün 

göndərilmiş və onların çoxu daimi yaşamaq üçün orada qalmışdır. 

Cənubi  Azərbaycanda  baş  verən  ictimai-siyasi  hadisələrlə:  Səttərxan 

milli-


azadlıq  hərəkatı  (1905-1911),  Şeyx  Məhəmməd  Xiyabani  (1917-1920), 

 

142 



S.Pişəvərinin  rəhbərliyi  ilə  azadlıq  hərəkatı  (1945),  1979-cu  ildə  İran  İslam 

İnqilabı nəticəsində on minlərlə azərbaycanlı Qərb ölkələrinə axışmış və orada 

məskunlaşmışdır. 

Erməni  təcavüzünün  (1988-1994)  başlanması,  Ermənistanda  yaşayan 

azərbaycanlıların kütləvi deportasiyası, SSRİ-nin süqutu, Dağlıq Qarabağın və 

ətraf rayonların ermənilər tərəfindən işğalı nəticəsində azərbaycanlıların xarici 

ölkələrə axınının növbəti mərhələsini təşkil edir. 

1988-


ci  ildən  ortaya  atılan  Dağlıq  Qarabağ  konfliktinin  ilkin  mərhələ-

sində yüz minlərlə azərbaycanlı öz tarixi torpaqlarından qovuldu. 

1992-

ci  ildən  etibarən  Dağlıq  Qarabağ  üstündə  Ermənistanla  başlanan 



münaqişə beynəlxalq xarakter aldı. Uzun müddət davam edən hərbi hücumlar 

qaçqınların sayının artmasına səbəb oldu. Bu münaqişə nəticəsində Azərbaycan 

tərəfindən 30 min nəfər həlak olmuş, 200 min nəfərdən artıq yaralanmış, əlil 

olmuş,  minlərlə  adam  əsir,  itkin  düşmüş  və  girov  götürülmüşdür.  Dağlıq 

Qarabağ Muxtar Vilayətindən savayı onunla həmsərhəd olan digər yeddi rayon 

(Laçın, Kəlbəcər, Ağdam, Fizuli, Cəbrayıl, Zəngilan, Qubadlı) yəni Azərbay-

can ərazisinin 20%-ə qədər hissəsi Ermənistan hərbi qüvvələri tərəfindən işğal 

edilmişdir (6, 50). 

Beləliklə, ölkədə Ermənistandan və digər yerlərdən köçüb gələn qaçqınla-

rın və daxildəki məcburi köçkünlərin sayı birlikdə bir milyona yaxın olmuşdur. 

Münaqişə Azərbaycanda demoqrafik vəziyyətin xeyli dəyişməsinə səbəb 

olmuşdur. Həmin dövrdə Azərbaycanı xeyli azərbaycanlı tərk etmişdir. 

Əgər 1991-1994-cü illərdə miqrasiyaya mövcud siyasi qeyri-sabit vəziy-

yət,  uzun  müddət  davam  edən  Dağlıq  Qarabağ  münaqişəsi,  iqtisadi  vəziyyət 

təsir  göstərirdisə,  sonrakı  illərdə  əsas  etibarilə  iqtisadi  çətinliklər  ucbatından 

əhalinin bir qismi xarici ölkələrə miqrasiya edirdi. 

Azərbaycan vətəndaşlarının ən çox miqrasiya olunduğu ölkələr – Rusiya 

Federasiyası, Türkiyə, Ukrayna, Qazaxıstan və s. olmuşdur. 

1997-1999-

cu  illərdə  Azərbaycandan  Rusiyaya  gedən  miqrantların 

arasında sayca çoxluq təşkil edən 7575 nəfər azərbaycanlı olmuşdur (6, 52). 

Həm rəsmi, həm də müstəqil mənbələrə görə son illərdə Azərbaycandan 

əhalinin iqtisadi miqrasiyası digər növbəti illə müqayisədə xeyli çox olmuşdur. 

Əmək  miqrasiyasının  geniş  yayılmasına  əsas  səbəb  əhalinin  bir  qisminin  öz 

ölkəsində  iş  tapmamasıdır.  Hazırda  xeyli  sayda  yüksəkixtisaslı  mütəxəssislər 

xarici ölkələrə üz tutaraq əvvəl Türkiyə və Rusiyaya, sonra da onların vasitəsilə 

Qərbi Avropaya və Şimali Amerikaya köçüb gedirlər. Göründüyü kimi, Azər-

baycanın müxtəlif dövrlərdə baş vermiş mühacirət dalğaları öz tərkibi, səbəbi və 

vaxtı  baxımından  fərqlidirlər.  Diasporumuzun  tərkibindən  danışarkən  müxtəlif 

dövrlərdə  xarici  ölkələrdə  Azərbaycan  icmalarının  yaranması,  Azərbaycan 

diasporunun formalaşması və yaranmasına gətirib çıxarmışdır.  

Yuxarıda göstərilən araşdırmalara əsasən Azərbaycan diasporunun qədim 

dövrünə,  bütün  dövrlərdə  keçdiyi  mərhələlərə  nəzər  saldıq.  Millətimizin 

nümayəndələrinin  tək-tək,  kiçik  qruplarla,  bəzən  də  kütləvi  hallarda  yaşadığı 

 

143 


xarici ölkələrdə, onların əmək fəaliyyəti, yaradıcılıqları yerli xalqın həyatının, 

tarixinin,  mədəniyyətinin,  incəsənətinin  ayrılmaz  hissəsinə  çevrilmiş,  həmin 

ölkələrdə Azərbaycanın adına, şöhrətinə səbəb olmuşdur. 

 

ƏDƏBİYYAT 

1.

 



Azərbaycan diasporuna dövlət qayğısı. Bakı: Çaşıoğlu, 2003, 299 s. 

2.

 



Azərbaycan tarixi: 7 cilddə, IV c., Bakı: Elm, 2000, 456 s. 

3.

 



Arzumanlı V., Nazim Mustafa. Tarixin qara səhifələri. Deportasiya, soyqırım, qaçqınlıq. 

Bakı: Qartal, 1998, 280 s. 

4.

 

Nazim Rizvan. Azərbaycan diasporu tarixindən. Bakı: Borçalı NPM, 2002, 206 s. 



5.

 

Səbahəddin Eloğlu. Zəngəzur hadisələri. Bakı: Azərnəşr, 1993,150 s. 



6.

 

Sərdarov M. Azərbaycanda miqrasiya prosesləri.Bakı: Adiloğlu, 2004, 149 s. 



7.

 

Sabiroğlu F. İki ölüm arasında (Soyqırım - represiya). “Füyuzat” jurnalı, Bakı, 2010, №2, 



səh. 6-13. 

8.

 



Həşimova A. XX əsrin I yarısında Azərbaycan mühacirəti. Bakı: Bilik, 1992, 167 s.  

 

ИСТОРИЧЕСКИЕ ЭТАПЫ ФОРМИРОВАНИЯ  

АЗЕРБАЙДЖАНСКОЙ ДИАСПОРЫ 

 

З.М.АСКЕРОВА 

 

РЕЗЮМЕ 

 

Процесс  формирования  азербайджанской  диаспоры  имеет  достаточно  глубокие 



исторические корни. Существуют разные природы миграции азербайджанцев в разные 

страны мира. Эмиграционные волны, возникающие в разные периоды, имеют различия 

по своей причине, по своему составу и времени. Возникновение общины азербайджан-

цев в разные времена, в разных странах, привело к образованию и формированию азер-

байджанской диаспоры.  

В  этой  статье  проанализированы  разные  периоды  и  причины  образования  азер-

байджанской диаспоры.  

 

Ключевые слова: история страны, диаспора, миграция, азербайджанская диаспора 

 

HISTORICAL STAGES OF THE FORMATION OF THE AZERBAIJANI DIASPORA 

 

Z.M.ASGAROVA 

 

SUMMARY 

 

The formation process of Azerbaijani Diaspora has deep historical roots. There are dif-

ferent stages of the migration of Azerbaijanis in the world. Waves of Azerbaijanis’ migration 

that have occurred at different times differ in terms of their content, causes and period. The 

creation of the Azerbaijani communities in foreign countries at different times led to the for-

mation and establishment of Azerbaijani Diaspora. 

The article analyzes different periods and the reasons for the history of creation of the 

Azerbaijani Diaspora. 

 

Key words: native history, diaspore, migration, Azerbaijani Diaspora 

 

 



 

144 


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə