Baki universitetiNİn xəBƏRLƏRİ №1 Təbiət elmləri seriyası



Yüklə 59.73 Kb.
Pdf просмотр
tarix24.06.2017
ölçüsü59.73 Kb.

 

62 


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№1    

 

Təbiət elmləri seriyası 

 

 

2013 

 

 



 

 

UOT 581.9 

 

KSEROFİT SEYRƏKMEŞƏLİK BİTKİLİYİ 

 

M.T.CABBAROV

*

, E.M.QURBANOV

**

, V.V.

HƏTƏMOV

***

 

*,**

Bakı Dövlət Universiteti 

***

Rəcəb Tayyib Ərdoğan Universiteti, Rize, Türkiyə

 

elshad-g@rambler.ru 

 

Kserofit tipli arid 

meşələr respublikamızın dağətəyi zonasında vegetasiya dövrünün çox 

hissəsi  rütubəti  çatışmayan  quraq  iqlim  şəraitində  inkişaf  edib,  böyük  sutənzimləyici, 

torpaqqoruyucu 

əhəmiyyət  kəsb  edir.  Kserofit  arid  meşələr  dağətəyi  yamacların  landşaftını 

estetik 

cəhətdən  bəzəyir,  qədim  dövrün  yadigarı  sayılaraq  zəmanəmizin  keçmişindən  xəbər 

verir.  A.A.Qrossheym 

Cənubi  Qafqazın  seyrək  arid  meşələrini  bozqır  ot  örtüyü  fonunda 

kserofit 

ağac  cinslərindən  təşkil  olunub  çətiri  birləşməyən  «işıqlı  meşələr»dən  ibarət  olan 

xüsusi  bitki 

tipinə aid edir. L.P.Prilipko isə qeyd edir ki, arid seyrəkmeşəlik olmayıb, Cənubi 

Qafqazın  isti  quru  iqlimli  bəzi  rayonlarına  xas  olan  özünəməxsus  xüsusi  kserofit  bitkilərdir. 

Azərbaycan  Respublikası  ərazisində  yayılan  kserofit  arid  seyrəkmeşəliyin  taksonomiyası 

tərəfimizdən dəqiqləşdirilmişdir. 

 

Açar 

sözlər: kserofit, bozqır, arid, friqana, relikt, endemik 

 

Cənubi Qafqazın isti, quru iqlimə sahib olan cənub və şərq hissələrindəki 

bəzi  rayonlarda  arid  seyrəkmeşəlik  bitkiliyinə  rast  gəlinir.  Bu  bitkilik  meşəyə 

deyil,  kserofit 

odunlaşmış  və  kollaşmış  bitkilərdən  ibarət  olan  kserofit  bitkili-

yinin 


özünəməxsus bir tipidir. Bu bitkilik tipinə Orta Asiyanın dağlıq hissələrin-

də  (Kopetdağ,  Pamir-Altay,  Tyan-Şan),  Azərbaycanda  püstəli-ardıclıq  seyrək 

meşəliklərinə  Böyük  Qafqazın  cənub  yamacında  yerləşən  Bozdağ  silsiləsinin 

yaylasında ən geniş massivlərdə rast gəlinir. Bundan başqa ardıclı-seyrəkmeşəlik 

bitkiliklərinə ləkələr şəklində Qarabağın orta dağ kəsimlərində, Böyük Qafqazın 

şimal-şərqində (Şabran rayonu) və Azərbaycanın cənub rayonlarında rast gəlinir. 

Azərbaycanda seyrəkmeşəliyə aid olan ən xarakterik bitkilərdən biri kütyarpaq 

püstə  (Pistacia  mutica  Fisch.  et  M.),  ağır  iyli  ardıc  (Juniperus  foetidissima 



Willd.), 

çoxmeyvəli ardıc (J.polycarpos  C.Koch.), bir qədər  az da olsa  qırmızı 

ardıc (J.oxycedrus L.) və uzunsov ardıcı (J.oblonga Bieb.) misal göstərmək olar. 

Seyrəkmeşəliyin tərkibində bundan başqa gürcü palıdı (Quercus iberica Stev.), 

Gürcüstan 

ağcaqayını (Acer ibericum Bieb.), sarağan (Cotinus coggygria Scop.), 

adi nar (Punica granatum L.), 

xırdameyvə gilas (Cerasus microcarpa Boiss.), adi 

göyrüş (Fraxinus excelsior L.), adi qaratikan (Paliurus spina-christi Mill.), Pallas 


 

63 


murdarçası  (Rhamnus  pallasii  Fisch.),  söyüdyarpaq  armud  (Pyrus  salicifolia 

Pall.), gürcü doqquzdonu (Lonicera iberica Bieb.), adi zirinc (Berberis vulgaris 

L.), 

dişli topulqa (Spiraea crenata L.) və s. 

Ellər oyuğu silsiləsində yalnız bir yerdə endemik və relikt bir növ Eldar 

şamı (Pinus eldarica Medw.) tipik ardıclı-şamlıq seyrək meşəliyinə rast gəlinir. 

Bunlardan 

başqa, ölkəmizin ərazisində xarakterik seyrək meşəlik tipinə kserofit 

yarpaq 

tökən kol və ağaclardan: məsələn, dağdağan (Qafqaz dağdağanı-Celtis 



caucasica  Willd.,  Turnefor 

dağdağanı-C.tournefortii  Lam.,  hamar  dağdağan-



C.glabrata  Stev.), 

dağ badamı (Amygdalus fenzliana Lipsky.)  göstərmək olar. 

Seyrəkmeşəliyə aid olan bu varianta Cənubi Qarabağda, Naxçıvanda, xüsusilə 

də orta dağ qurşağında rast gəlinir. Qarabağın cənubunda, həmçinin Azərbay-

canın cənub rayonlarında çox da böyük olmayan ləkələr şəklində araz palıdının 

(Quercus  araxina  A.Grossh.

əmələ  gətirdiyi xüsusi seyrəkmeşəlik variantına 

rast 


gəlinir. 

Arid 


seyrəkmeşəlik formasiyaları: Püstəlik seyrəkmeşəliyi, püstəli-ardıc-

lıq seyrəkmeşəliyi, ardıclı seyrəkmeşəlik. Gürcü palıdının əmələ gətirdiyi arid 

seyrəkmeşəlik Eldar şamının dominantlığı ilə örtülən şamlı ardıclıq seyrəkme-

şəliyi, armudlu-yemişanlı seyrəkmeşəlik, dağdağanlı və ağcaqayınlı-dağdağanlı 

seyrəkmeşəliyi,  badamlı  seyrəkmeşəlik,  araz  palıdı  seyrəkmeşəliyi  və  s.  Ən 

böyük  arid 

seyrəkmeşə  massivlərinə  püstə  və  ardıcın  qarışığını  və  ardıclıq, 

Eldar 


şamı və ardıc, yalnız ardıc və püstədən əmələ gələn birliklər şəklində rast 

gəlinir.  Keçmişdə  Şərqi  Zaqafqaziyada  arid  seyrəkmeşəliyi  daha  geniş 

yayılmışdır. Bunu Binəqədidə (Abşeron yarımadasında) seyrəkmeşəliyin pleys-

tosenə aid olan qalıqları və ya çoxmeyvəli ardıcın Duvannı kəndi yaxınlığın-

dakı cəngəlliyini misal göstərə bilərik. 

Bozdağ silsiləsində (Şəki yaylası), Qobustanda və həmçinin Cənubi Qaf-

qazda 

ardıclıq  seyrəkmeşəliyinin  üçüncü  dövrdə  meydana  gəldiyi  göstərilir. 



Seyrəkmeşəlik  bitkiliyinin  güclü  bir  şəkildə  azalmasının  əsas  səbəbi  son 

kserotermik 

dövrdə daha kserofit şəraitin meydana gəlməsi ilə bərabər, insan 

fəaliyyəti və son dövrlərdə heyvan otarılmasıdır. 

Azərbaycanın bitki örtüyü xəritəsində ən geniş ardıclıq sahələrinə Kiçik 

Qaf


qazın cənub rayonlarında rast gəlinir. Bu birliklərə orta dağ qurşağının quru 

güclü 


daşlanmış yerlərində rast gəlinir. Adətən, seyrəkmeşəliyin odunlu bitkilər 

yarusu 


ağır iyli ardıcdan və çoxmeyvəli ardıcdan əmələ gəlir və bunlar seyrək 

yerləşirlər. Gövdələrinin orta hesabla sıxlıq dərəcəsi 0,3-0,4; nadir hallarda 0,2-

0,3 

və bəzən 0,5-0,7, bəzən də ardıcların gövdələri sıx bir örtük (0,9-1,0) əmələ 



gətirir. 

Ardıclıqda ot örtüyü dağ-kserofitlərinin qarışığından ibarət olur. Burada 

gəvən-Astragalus L., məryəmnoxudu-Teucrium L., kəklikotu-Thymus L., pişik-

nanəsi-Nepeta  L.,  çaşır-Prangos  Lindl.  cinslərinə  aid  olan  bitki  növləri  və  s. 

daha xarakterikdir. Bundan 

başqa, ot örtüyündən ibarət olan alt yarusda bozqır 

elementlərindən  Lessinq  şiyavı  -  Stipa  lessingiana  Trin.,  tükburun  ayrıq  - 

Elytrigia trichophora Nevski. daha xarakterikdir. 


 

64 


Kür-Araz 

ovalığının qərb hissəsində püstədən ibarət olan seyrək meşəlik 

daha  çox 

geniş yayılmışdır (Prilipko, 1970). Ardıcın iştirak etmədiyi püstəlik 

seyrəkmeşəliyinə düşən və aşağı dağ qurşağında rast gəlinir. Hazırda püstəlik 

seyrəkmeşəliyinin  ən  geniş  sahələrinə  Ağdam,  Bərdə  rayonları  ərazisindəki 

Sultanbud 

püstəlik seyrəkmeşəliyində rast gəlinir. Sultanbud püstəlik meşəliyi-

nin 

vəziyyəti,  sistematik  və  aşırı  şəkildə  heyvanların  otarılması,  yeni  çıxan 



cücərtilərin heyvanlar tərəfindən yeyilməsi nəticəsində təbii çoxalma imkanını 

azaldır və çox pis vəziyyətdədir. 

Püstəli-ardıclıq  arid  seyrəkmeşəliyinin  ən  böyük  massivinə  Bozqır 

yaylasında  (Türyançay  qoruğunda)  rast  gəlinir.  Bu  massivdəki  cənub  meylli 

qırılmış  yamaclarda  olan  seyrəkmeşəliklər  adətən,  bitki  örtüyündən  məhrum 

olmuş friqana və ya yarımsəhra tipli seyrəlmiş qruplaşmalarla örtülüdür. Yalnız 

tək-tək ardıc, püstə, itüzümü kollarına yarğanların içində rast gəlinir. Günəşli 

günlərdə açıq və ya sarı-boz fon əmələ gətirən bu massivin dağ yamaclarında 

ardıc,  püstə  və  itüzümü  kolları  yaşıl  ləkələr  şəklində  gözə  çarpır.  Şimal 

yamaclarda 

isə tam tərsinə bir mənzərə görünür. Tez-tez və sıx rast gəlinən bu 

bitkilər tam seyrək meşə örtüyü əmələ gətirir. Seyrəkmeşəlik ərazisi tamamilə 

susuzdur. 

Buradakı  bitki  örtüyü  yalnız  atmosfer  çöküntülərinin,  xüsusilə  də 

payız və yay aylarında yağan yağışların (400-450 mm) hesabına inkişaf edir. 

Yay 


aylarında  bəzən  yağan  leysan  yağışları  ani  bir  şəkildə  sel  əmələ  gətirir. 

Seldən  daha  az  zərər  görmüş  şimal  yamaclarında  və  bu  yamaclarda  seyrək-

meşəlik senozları daha az seyrəlmişdir. Bu yamaclarda ardıclıq senozları daha 

məhsuldardır. 

Massivin 

cənub yamaclarında seyrəkmeşəlik yarımsəhra və səhra bitkiliyi 

ilə  təmasdadır,  massivin  şimal  yamaclarında  isə  kserofit  şiyav  (Stipetum)  boz-

qırlarına rast gəlinir. Beləliklə, Bozdağın eroziyaya uğramış yamaclarında sey-

rəkmeşəliyə yarımsəhra ilə bozqırlar arasında böyük ləkələr şəklində rast gəlinir. 

Bozdağ massivindəki seyrəkmeşəliyi, əsasən, ardıclardan əmələ gəlmiş-

dir, ancaq 

bəzən çox və ya az dərəcədə püstəliklərə də rast gəlinir. Seyrəkmeşə-

liyin 

püstə iştirak etməyən təmiz ardıclıq variantına bu massivdə, demək olar 



ki, rast 

gəlinmir. Seyrəkmeşəliyin daha kserofit variantı olan gürcü palıdına şi-

mal 

yamacların dərələrində rast gəlinir. Bozdağ massivinin seyrəkmeşəliyinin 



öyrənilməsi nəticəsində aşağıdakı tiplər müəyyən edilmişdir: 

1. 


Yovşanlı yarımsəhra fonunda püstəli-ardıclıq seyrəkmeşəliyi; 

2. 


Ağotlu-yovşanlıq yarımsəhralığı fonunda püstəli-ardıclıq seyrəkmeşəliyi; 

3. 


Ağotluq yarımsəhralığı fonunda püstəli-ardıclıq seyrəkmeşəliyi; 

4. 


Bozqır tipli ot örtüyü fonunda püstəli-ardıclıq seyrəkmeşəliyi; 

5.  Alt  yarusu  friqana  tipli  otlar 

və  yarımkollardan  əmələ  gələn  püstəli-

ardıclıq seyrək-meşəliyi; 

6.  Alt  yarusu 

iriçiçək xostəyin (Caragana qrandiflora DC) üstünlüyü ilə 

əmələ gələn püstəli-ardıclıq. 

7.  Torpaqüstü 

mamır  və  şibyələr  olan,  ikinci  yarusu  kolvari  yasəmən 

(Jasminum fruticans L.) 

kollarının bolluğu ilə əmələ gələn püstəli-ardıclıq sey-


 

65 


rəkmeşəliyi,  J.fruticans  növündən  başqa  ikinci  yarusda  Qafqaz  alışanı  (Dic-

tamnus cuacasicus Grossh.) 

olduğu daha az kserofit variantına da rast gəlinir. 

8. Gürcü 

palıdının iştirakı ilə əmələ gəlmiş ardıclıq seyrəkmeşəliyi; 

9. 

Çəmənləşmiş bozqır tipli ot örtüyünə sahib püstəli-ardıclıq seyrəkme-



şəliyi. 

İlk üç tipə massivin kənar qurtaracaqlarında və alçaq təpəliklərin yamac-

la

rında geniş rast gəlinir. Digər ardıc növləri ilə müqayisədə seyrəkmeşəlikdə 



ya

yılan  çoxmeyvəli  ardıc  (Juniperus  policarpos  C.Koch.)  daha  yaxşı  çoxalır 

(

yəni cücərtilərin 60%-dən çoxu). 



Ardıcın zəif çoxalmasının əsas səbəbləri bunlardır:  

1. 


Yayın isti aylarında substratın quru olması;  

2. Ot 


və şibyə-mamır örtüyünün olması;  

3. 


Heyvanların bu ərazilərdə otarılması (xüsusilə yazda heyvanların yay 

otlaqlarına köçü zamanı). 

Seyrəkmeşəlikdə orta yaşlı fərdlər üstünlük təşkil edir (51,8 %), cavanlar 

isə az faiz (6,7%) təşkil edir. Bölgədə yaşı 200-250 il olan fərdlərə çox az rast 

gəlinir ki, bunu da sadəcə yaşlı ağacların kəsilməsi ilə izah etmək olmaz, eyni 

zamanda 


əlverişsiz hava şəraitinin təsiri ilə ağacların daha erkən qocalması ilə 

də bağlıdır. Bölgədə ardıcların orta yaşı 80-100 yaş arasındadır. 

Ardıcların  mövcud  əlverişsiz  şəraitdə  yavaş  böyüməsi  onların  rəqabət 

gücünü 


azaldır, onlar digər daha asan uyğunlaşan növlər tərəfindən sıxışdırılır. 

Bozdağ silsiləsində bariz bir şəkildə ardıcların püstələr tərəfindən sıxışdırıldığı 

müşahidə  olunur.  Beləliklə,  Bozdağın  püstəli-ardıclıq  seyrəkmeşəliyi  hal-

hazırda püstəlik seyrəkmeşəliyinə doğru suksesiyaya məruz qalır. 

Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası sərhədində, İori ça-

yının sağ sahilində, Ellər oyuğu silsiləsində, Eldar bozqırlığının arasında olan 

və Yer kürəsində sadəcə bu bölgədə təsadüf olunan Eldar şamı meşəsinin (Pi-

nus eldarica Medw.) ümumi 

sahəsi 268 hektar olan bu ərazinin 110 hektarında 

şam üstünlük təşkil edir, qalan sahəsi isə ardıclar və digər kollardan ibarətdir. 

Eldar 


şamının  bu  günə  qədər  qalan  bu  arealı  bir  çox  botaniklərin  də  qəbul 

etdiyi  kimi,  Sarmat 

hövzəsinin  sahil  kəsimlərindəki  şamlıqlardan  qalmışdır. 

Şübhəsiz,  keçmişdəki  şamlıq  və  şamlı-ardıclıq  seyrəkmeşəliyinin  Cənubi 

Qafqazda 

yayılması  Bozqır  yaylasından  başlayaraq  Qobustana  və  Abşeron 

yarımadasına qədər uzanmasıdır. Bu birliklərin azalmasının əsas səbəbi kəsmə 

və  otarmadır.  Hazırda  Eldar  şamı  Dövlət  Təbiət  qoruğu  yarandıqdan  sonra 

Eldar 

şamı  seyrəkmeşəliyinin  arealı  Ellər  oyuğu  silsiləsində  dəniz  səviyyə-



sindən 500 m yüksəkliklərə qədər genişlənmişdir. 

 

ƏDƏBİYYAT 

1.

 

Məmmədov Q.Ş., Xəlilov M.Y. Azərbaycanın meşələri. Bakı: Elm, 2002, 472 s. 



2.

 

Məmmədov  M.S.,  Əsədov  K.S.,  Məmmədov  F.M.  Dendrologiya,  «Azərbaycan 



Ensiklopediyası», NPB, Bakı, 2000, 388 s. 

3.

 



Məmmədov T.S. Azərbaycan dendroflorası, I cild. Bakı: Elm, 2011, 312 s.  

4.

 



Məmmədov T.S. Abşeronun ağac və kolları. Bakı: Elm və təhsil, 2010, 468 s. 

 

66 


5.

 

Özuslu E., İskender E. Menengiçin (Pistacia terebinthus L.) iki altürünün taksonomiyası, 



Mərkəzi Nəbatat Bağının əsərləri, VII cild. Bakı: Elm, 2007, s. 86-97. 

6.

 



Гроссгейм А.А. Растительный покров Кавказа. М.: МОИП, 1948, 267 с. 

7.

 



Флора Азербайджана. АН Азерб.ССР. Баку, 1950-1961, т. I-VIII. 

8.

 



Прилипко Л.И. Растительный покров Азербайджанской ССР. Баку: Элм, 1970, 167с.  

9.

 



Черепанов С.К. Сосудистые растения России и сопредельная государств (в пределах 

бывшего СССР). Русское издание. СПб.: Мир и семья, 1995, 992 с.  

 

РАСТИТЕЛЬНОСТЬ КСЕРОФИТНОГО РЕДКОЛЕСЬЯ 

 

М.Т.ДЖАББАРОВ, Э.М.ГУРБАНОВ, В.В.АТАМОВ  

 

РЕЗЮМЕ 

 

Развиваясь и большую часть своего вегетационного периода проводя в засушли-

вых  предгорных  зонах,  аридно-ксерофитный  тип  редколесья  нашей  республики  играет 

значительную почвозакрепляющую и водорегулирующую роль. Являясь древним типом 

растительности, аридно-ксерофитные леса украшают с эстетической точки зрения пред-

горный  ландшафт.  Аридно-ксерофитное  редколесье,  образованное  на  фоне  степного 

травянистого покрова и древесных ксерофитных родов, А.А.Гросcгейм относит к особо-

му типу растительности называемыми «светлые леса». Л.И.Прилипко относит аридное 

редколесье  не  к  лесам,  а  к  особо  ксерофитно-аридным  редколесьям  с  сухим  жарким 

климатом. Нами уточняется таксономическое определение ксерофитного аридного ред-

колесья Азербайджанской Республики. 

 

Ключевые слова: ксерофит, степь, арид, фригана, реликт, эндемик 

 

XEROPHYT

İC LIGHT FOREST VEGETATION 

 

M.T.JABBAROV, E.M.GURBANOV, V.V.ATAMOV  



 

SUMMARY 

 

Forests of arid-xerophytic type play significant water-regulating and soil-fixing role be-

ing developed in foothills zone of our republic in dry climate with deficiency of moisture dur-

ing the most part of vegetation period. Being considered as the memory of the ancient times 

forests of arid-xerophytic type aesthetically decorate the landscape of foothills and symbolize 

the past of our present times. 

A.A.Grossheim attributes the arid forests of Southern Caucasus to the special vegetation 

type consisted of “light forests”. 

L.I.Prilipko notes that arid sparse growth of trees are not forests but special xerophytic 

vegetation characteristic for some regions of Southern Caucasus with dry and warm climate.  

In this study we have specified the taxonomy of arid-xerophytic forests spread on the 

territory of Azerbaijan Republic. 



 

Keywords: xerophyte, steppe, arid, phrygana, relict, endemic 

 

 

Redaksiyaya

 daxil oldu: 16.01.2013-cü il 

Çapa

 

imzalandı: 06.03.2013-cü il 

 

: Xeberler%20Jurnali -> Tebiet%20%202013%20%201
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №1 Humanitar elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №1 Sosial-siyasi
Xeberler%20Jurnali -> Uot 663. 1 Muğan düZÜNÜn paxlali biTKİLƏRİNİn mikobiotasi
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Sosial-siyasi elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Sosial-siyasi elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Sosial-siyasi elmlər seriyası
Xeberler%20Jurnali -> Лцтдцкштвцт ишкшвшк. Ибдпцтшт шйдшь жцкфшеш игкфтэт рцдц фде зфдущдше вбмкът- вцт ьцылгтдфжьфыэтф жцкфше нфкфеьэжвэк
Tebiet%20%202013%20%201 -> Baki universitetiNİn xəBƏRLƏRİ №1 Təbiət elmləri seriyası


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə