111
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№2
Sosial-siyasi elmlər seriyası
2011
UOT 1 (09); (1 (091))
ELMİN TARİXİ YAŞI: MÖVCUD VERSİYALARA
FƏLSƏFİ BAXIŞ
A.Ə.ƏZİZOVA
Bakı Dövlət Universiteti
almas1959@yahoo.com
Məqalə epistemologiya və elmşünaslığın az tədqiq olunmuş bir probleminə – elmin tarixi
yaşının müəyyənləşdirilməsi məsələsinə həsr olunmuşdur. Qədim və zəngin tarixə malik olan elmin nə
zaman və harada yaranması məsələsi xüsusi maraq kəsb edən məsələlərdən olub, təqdim olunan
məqalənin məzmununu təşkil edir.
Məqalədə elmin tarixi yaşı haqqında elmi dairələrdə qərarlaşmış versiyaları araşdırmaq əsa-
sında müəllif ortaya belə bir həqiqət qoyur ki, elm biliklər sistemi və sosial institut kimi çox ehtimal ki,
XVII əsrdə Qaliley, Nyuton, Dekart və b. alimlərin fəaliyyəti sayəsində yaranmışdır.
Açar sözlər: təfəkkür, emprik bilik, dinamik sistem, sivilizasiya, elmi bilik
Dünyanın dərk olunması prosesi özünün ən yüksək və təmərküzləşmiş
ifadəsini elmdə tapır. Elm-insan fəaliyyətinin tarixən qərarlaşmış, dünyanın
dərk olunmasına və onun praktiki dəyişdirilməsinə yönəldilmiş formasıdır.
Təfəkkürdə biliyin müxtəlif formaları kimi məskunlaşan elmi müxtəlif
mənalarda: empirik və nəzəri biliklər sistemi, mənəvi istehsal sahəsi, praktiki
fəaliyyət forması, sosial institut və akademik sistem kimi başa düşmək olar.
Hazırda 15000-ə qədər elm və bu elmlərin ümumi qanunauyğunluq-
larını və inkişaf dinamikasını öyrənən ayrıca bir elm vardır. Bu elm -
mürəkkəb dinamik sistem kimi çıxış edən elmşünaslıqdır.
Müasir elmşünaslığın ən aktual problemlərindən biri elmin tarixi yaşı,
yəni onun nə zaman və harada meydana gəlməsi ilə bağlıdır. Bu məsələnin hər
birinin özünəməxsus güclü və zəif mövqeləri olan həlləri mövcuddur və bizim
aşağıda təklif etdiyimiz variantlar daxilində elmin tarixi yaşı konkret oriyen-
tasiyalara söykənən spesifik cəhətlər və xarakteristikalar kəsb edə bilər.
Birinci versiya. Bu halda söhbət qədim tarixə malik keçmiş Misir
sivilizasiyasından gedir. Eramızdan əvvəl dördüncü minillikdə qədim Misir
sivilizvsiyası riyaziyyat, təbabət, coğrafiya, kimya, astronomiya və digər
sahələrdə dərin biliklərə malik olmuşdur. Bütün irqlərin və xalqların, o cüm-
lədən qədim Hindistan və İran, Xaldey və Çin, Yaponiya və hətta qədim yunan
112
və Roma xalqlarının elmi biliklərinin formalaşmasının qədim Misir xalqlarının
mistik təsəvvürlərindən bəhrələnməsi fikri indi özünü tamamilə doğruldur.
Qədim Misir sivilizasiyasında insan bilik-lərinin demək olar ki, eyni zamanda
meydana gəlmiş rəngarəng sahələri: təbabət, kimya, astronomiya, musiqi,
akustika, ritorika, magiya, fəlsəfə, riyaziyyat, həndəsə, anatomiya, coğrafiya
və natiqlik sənəti- hazırda məlum və mövcud olan bütün sistemlər içərisində
ən qədim sahələr hesab olunur.
Eramızdan əvvəl dördüncü minillik qədim Misirin həyatında aktiv
inkişaf dövrü olmuşdur. Qədim Misir təsərrüfatının əsasını suvarma əkinçiliyi
təşkil edirdi. Ölkənin həyat fəaliyyətinin ritmi Nil çayından asılı idi. Təsadüfi
deyil ki, Heredot Misiri «Nilin hədiyyəsi» adlandıraraq çayın ölkə həyatında
əhəmiyyətini xüsusi vurğulayırdı [4, 5-12].
Qədim Misirdə əkinçiliyin inkişafı ölçmə haqqında elm kimi meydana
gəlmiş həndəsənin inkişafını şərtləndirirdi. Bu dövrdə əkinçiliyin tələblərinə
cavab verən, yerin xəritələrdə təsvirini yaradan coğrafiya elmi də meydana
gəlirdi. Misirşünaslıq elmində belə bir fikir hələ də yaşamaqdadır ki, misirlilər
dəqiq elmlərin əsaslarını daha qədim sivilizasiyalardan əxz etmişlər. Belə
hallarda Atlantida və antlantların adı daha çox xatırlanır.
Tarixi yaşı e.ə. 6-4-cü minilliklərə gedib çıxan qədim Misir sivilizasiyası
dünyanın dərki baxımından özünün həm maraqlı, həm də bir çox cəhətdən
qeyri-adi olması ilə seçilir. Bu sivilizasiyanın coğrafi cəhətdən təcrid olunması
onun orijinallığının və unikallığının başlıca səbəbi olmuşdur. K.Marks qədim
Yunanıstanı «bəşəriyyətin xoşbəxt uşaqlığı» ilə müqayisə etmişdir. Halbuki,
qədim Yunanıstandan fərqli olaraq, qədim Misiri «bəşəriyyətin uşaqlıq» dövrü
adlandırmaq olmaz. Əksinə, qədim Misir sivilizasiyasının qüdrəti onda özünə
məftunluq duyğusu yaradaraq bəşəriyyətin intellektual inkişafı qarşısında
varisliyin miqyası və məntiqi məsələsini qoymuşdu. Axı yunanlar «qədim
yunan möcüzəsinə» (yunan sivilizasiyası deməkdir) görə, hər şeydən əvvəl,
qədim Misir və şərqdən əxz etdikləri biliklərə minnətdar olsalar da, lakin bu
zaman nədənsə mənimsədikləri biliklərin mənbələrini və müəlliflərini xatırlat-
mağın qayğısına qalmağı unutmuşlar. Hətta məşhur Pifaqor belə müqəddəs
riyaziyyatı-ədədlər və ya ümumdünya prinsipləri haqqında elmi misir kahin-
lərindən öyrənmişdir. Buna görə də, orijinal yunan elmindən daha çox «Ella-
danı qızlığa götürmüş» qədim Misirin müqəddəs biliklərindən danışmaq daha
düzgün olardı.
Misirşünas alim İ.Şmelevin fikrincə «bu gün qəti demək olar ki, dünya
əlaqələrini öz üzərində saxlayan fundamental qanunların kəşfi heç də
yunanların adı ilə bağlı olmamışdır. Elladanın müdrik insanlarından hələ min
illərlə əvvəl qədim Misir kahinləri bizim coşğun əsrimizdə yenidən kəşf etdi-
yimiz sirləri öyrənmiş və onlara yiyələnmişlər» [12, 56-57]. Misir riyaziy-
yatçıları çevrə uzunluğunun onun diamterinə nisbətinin formalaşmasını müəy-
yən etmiş (
14
,
3
=
π
), kəsr ədədləri üzərində hesablama əməliyyatları aparmış,
113
iki məchullu tənliklərin həlli üsullarına yiyələnmişlər. Əgər «elm ölçmə
əməliyyatı aparılmağa başlandığı vaxtdan etibarən başlanmışdır» mühakiməsi
həqiqət kimi qəbul edilərsə, o halda bu meyarı qədim Misir sivilizasiyasına
tətbiq etmək daha ədalətli olardı.
Doğrudur, qədim misirlilərin riyaziyyata tələbatı elementar gündəlik hə-
yat fəaliyyətinin hüdudlarından kənara çıxmasa da, bu riyaziyyatın dünyanın
bilik xəzinəsinə bəxş etdiyi töhvə misilsiz olmuşdur. Misir riyaziyyatının
əsasını sürəti vahid olan adi kəsrlər təşkil etmiş və burada kəsrlərin torlanması
və vurulması əməliyyatlarına xüsusi diqqət yetirilmişdi. Tədqiqatçılar belə
qənaətə gəlmişlər ki, qədim Misir riyaziyyatında iki prinsipdən: ciddi
additivlik və adi kəsrlərdən geniş istifadə olunmuşdur.
Qədim Misir sivilizasiyasının idarə formasını fironun mütləq hakimiy-
yəti təşkil etmiş və bu hakimiyyətdə aparıcı rol kahinlərə məxsus olmuşdur.
Kahinlərin yuxarı və aşağı şuraları öz elmlərini qoruyaraq onu kütlə və
məlumtasız adamlar üçün əlçatmaz bir şeyə çevirmişdilər. Fironların dəfninin
xüsusi praktikası işlənib hazırlanmışdı. Günəşin «oğlu» sayılan firon axirət
dünyasına hiss olunmadan gedə bilməzdi. Buna görə də fironların dəfni üçün
nəhəng ehramlar tikilir, dəfn mərasimi əhəmiyyətli rituallarla müşayiət
olunurdu. Hazırda Qahirə yaxınlığını bəzəyən 80-ə qədər piramida qədim
Misirin müasirlərimizə qoyub getdiyi ən böyük tarixi irsdir.
Misir tarixi üzrə görkəmli mütəxəssis sayılan B.Turayev qeyd edir ki,
«cəsədlərin mumiyalanması praktikası ilə bağlı olaraq qədim çarlıqda (Misir
sivilizasiyasının tarixi inkişafının tarixi inkişaf dövrlərindən biri) anatomiya və
tababət sahəsində toplanan zəngin biliklər həkimliyin müxtəlif ixtisaslarının:
göz, diş həkimlərinin, cərrahların meydana gəlməsinin şərtləndirilməsidir» [7,
236]. Qədim Misir həkimləri anatomiyadan xəbərdar olub, qan dövranı siste-
minin mövcudluğunu və funksiyalaşmasını yaxşı bilir, insan bədəninin mər-
kəzi saydıqları beynin rolunu öyrənirdilər. Misir həkimləri bir çox xəstəlik-
lərin təsvirini verməkdə məftunedici idilər. Qədim misirlilərin astronomiya
sahəsindəki kəşfləri də diqqət çəkəndir. Onlar göyün xəritəsini tərtib etmiş,
bürcləri qruplaşdırmış, planetlər üzərində müşahidələr aparmışlar. Onların
təqvimi və astronomiya elementlərini kəşf etməsini dəyərləndirmək həqiqətən
çətindir. Qədim Misir sivilizasiyasının nailiyyətlərinin bəşər mədəniyyətinin
sonrakı inkişafı üçün əvəzsiz rolu olmuşdur.
İkinci versiya. Bir çox alimlər antik elmin fenomeninə istinad edərək
belə düşünürlər ki, nəzəri elmin ilk obrazları, o cümlədən evklid həndəsəsi
antik elmin hüdudlarında, qədim Yunanıstanda formalaşmışdır. Stirigitin
xarakteristikasına görə ilk naturfilosoflar filosof olmaqdan daha çox alim
olmuşlar. Belə güman edilir ki, antik dünya riyaziyyatda metodun tətbiqini
təmin etmiş və onu nəzəri səviyyəyə çıxara bilmişdir. Antik dövrdə həqiqətin
alınmasına və onun məzmununun açıqlanmasına da, b.s. məntiq və dialekti-
kaya da böyük diqqət verilmişdi. Həm də bu dövrdə aydın nəzərə çarpan bütün
114
irəliləyişlər təfəkkürün ən ümumi səviyyədə rasionallaşdırılması ilə bağlı
olmuşdur. Belə ki, metaforluqdan tədricən xilas olmaq və hissi obrazlarla
yüklənmiş təfəkkürdən anlayışlara söykənən intellektə keçid ənənəvi fəlsəfi
problemlərin yeni kontekstdə təqdim edilməsinə imkan vermişdir. Bütün
antropomorf qüvvələr fəlsəfədən kənarlaşdırılmış, mif poetikası öz yerini yeni
doğulmaqda olan loqosa, şeylərin təbiəti haqqında «ağıllı sözə» tərk etmişdi.
Naturfəlsəfə təfəkkürün bir tam halında götürülən təbiətin şərhinə doğru
yönələn ilkin forması olmuş və insanın mənəvi dünyasına özü ilə birlikdə
mifologiyada prioritetlik qazanmış «yaradılma» obrazı əvəzinə səbəbiyyət
ideyasını gətirmişdi. Naturfəlsəfə çərçivəsində elm tarixində əhəmiyyətli rol
oynamış bir sıra hipotezlər, o cümlədən atom fərziyyəsi, nizamın xaosdan
törəməsi ideyası irəli sürülmüşdür.
Qədim Yunan elmində pifaqorçular fəlsəfəni riyaziyyatla əlaqələndir-
məklə dünya binasının ədədi strukturu məsələsini ortaya atmışdılar.
Təsadüfi deyil ki, Krotonda «Pifaqor İttifaqı»nı yaratmış Pifaqoru
«elmin atası» adlandırırlar. Özünün ciddi ənənələri ilə fərqlənən və nümayən-
dələri asketik həyat tərzi keçirən «Pifaqor İttifaqının» başlıca nəticələri aşağı-
dakılar olmuşdur: «ən müdrik olan-ədədlərdir», «ədədlər şeylərə malikdir»,
«şeylər ədədlərin mahiyyətidir». Pifaqorun ədədlər təliminin səciyyəvi
xüsusiyyətlərindən biri bundan ibarətdir ki, burada riyaziyyatın öz başlanğıcını
ondan götürən teologiya ilə paradoksal birləşməsi baş verir. Buna baxma-
yaraq, P.P.Qaydenkonun qeyd etdiyi kimi, biz Qədim Yunanıstanda riyaziy-
yatın nəzəri sisteminin yaranmasının şahidi oluruq: məhz yunanlar ilk dəfə bir
riyazi müddəadan digər riyazi müddəanın çıxarılmasının yolunu öyrənmiş, b.s.
onlar elmə riyazi sübut üsulunu daxil etmişlər [21, 518].
Çox ehtimal ki, antik elmin ən böyük nailiyyəti görkəmli nümayəndələri
Levkipp, Demokrit, Epikur və Lukretsi Karla təmsil olunan atomistika təlimi
olmuşdur. Qeyri-varlığı inkar edən eleyçilərdən fərqli olaraq atomistlər
boşluğun mövcudluğunu qəbul etmişlər. Antik atomistlərin düşüncə dünya-
sında boşluq bütün proses və hərəkətlərin zəruri şərti olsa da, özü hərəkətsiz,
hüdudsuz və sıxlıqdan məhrumdur. Varlığın hər bir nümunəsi forma ilə
müəyyən olunur, o sıxdır və boşluğu ehtiva etmir. Atom bölünməz və nüfuz
edilməzdir. Atom özü özünün eyni olub, müxtəlif formalarda təzahür edir.
Atomlar bir-birindən ölçülərinə, forma və vəziyyətlərinə görə fərqlənirlər.
Atomlar birləşərək cisimləri yaradırlar. Demokratik təlimində hətta ruh
da atomlardan təşkil olunur. Bununla da, atomist mənzərəsində çoxluğun
problemlərinin özünəməxsus yeni izahı verilir. A.N.Çanişevin fikrincə ato-
mistlər real şeylər dünyasının axıcılığını və şeyləri təşkil edən elementlər
dünyasının dəyişməzliyini qəbul etməklə əslində hərəkət haqqında Heraklit və
Parmenid təlimlərini birləşdirməyə çalışmışlar [10, 185]. Atomistlər varlığın
və hərəkətin saxlanma qanunlarını müəyyənləşdirməkdən əlavə səbəbiyyət
qanunu da elan etmişlər. Heç bir şey heçdən yaranmır, onlar səbəbiyyət və
115
zərurət ucbatından yaranırlar. AtomistikAda təsadüf subyektivcəsinə, səbəbi
məlum olmayan hadisə kimi başa düşülmüşdür.
Elmi fikrin inkişafı baxımından sofistlərin fəaliyyəti də diqqətdən
kənarda saxlanıla bilməz. Lakin elmə sistemləşdirici münasibətin konturları ilk
dəfə Aristotelin əsərlərində görünməyə başlanmışdır. Aristotelin «fizika» əsəri
sadəcə fiziki bilikləri ehtiva etməyib, eyni zamanda fizikanın fəlsəfi
problemlərini də tədqiqatlar müstəvisinə çıxarır. F.Frankin təbirincə Aristotelə
görə elmi idrakın əsas cəhətlərindən birini bilavaistə mövcud olandan başa
düşülənə keçid təşkil edir. Hərəkət potensiyadan enerjiyə, imkandan gerçəkli-
yə keçiddir. O, «fizika» əsərində arasıkəsilməzlik ideyasına baxır və son-
suzluğun mənasını kosmosda Yer tutumlarının sonsuzluğunda görür. Peri-
patetik alim fizikada boşluğun mövcudluğunu «təbiət boşluqdan qorxur» tezisi
ilə əsaslandıraraq fizika və riyaziyyatın nisbətini birincinin xeyrinə həll edir.
Antik fəlsəfədə məkan və zamanın mahiyyətini ifadə edən iki konsep-
siya qərarlaşmışdı: substansial və relyasion konsepsiya-lar. Substansional
konsepsiyanın baniləri Demokrit (məkan prob-lemi üzrə) və Platon (zaman
problemi üzrə) məkan və zamanı materiya və hərəkətdən, həmçinin bir-
birindən asılı olmayan müs-təqil mahiyyətlər kimi şərh edirdilər. Demokrit
antik elmə atomların hərəkətinin yerləşdiricisi kimi boşluğun real mövcudluğu
haqqında təsəvvürləri daxil etmişdir. Boşluq atomlardan təşkil olunan
cisimlərin yerləşdiricisidir. Substansial təlimdə zaman keçmişdən gələcəyə
doğru axan xalis sürəklilik olub, əbədilik ilə eyniləşdirilir. Zaman hadisələrin
yerləşdiricisidir.
Məkanın başa düşülməsində Demokritin baxışlarına əks mövqe Aristotel
tərəfindən formulə edilmişdir. Məkan və zamana dair baxışları relyasion
konsepsiyanın mahiyyətini təşkil edən Aristotel məkanı qeyri-bircinsli, sonlu
qəbul edir və onu maddi cisimlərin tutduqları yerlərin sistemi hesab edirdi.
Aristotel «Zaman nədir?» sualını cavablandırarkən belə mülahizə yürü-
dürdü: hərəkətdə olduğu kimi zamanın da «əvvəlki» və ondan fərqlənən
«sonrakı» anları vardır. Biz məhz hərəkət vasitəsilə üst-üstə düşməyən «indi-
ləri» dərk edə bilirik. Zaman məhz bu «indilərin» ardıcıllığından, bir-birini
əvəzləməsindən ibarətdir.
Məkan və zamanın şərhi üzrə irəli sürülmüş bu tendensiyalar bəzi
modernizasiyalara və dəyişikliklərə uğradılmaqla fəlsəfi fikrinin təkamülünün
sonrakı dövrlərində də inkişaf etdirilmişdir: məkan və zamanın substansial
nəzəriyyəsinin müddəaları Yeni dövrdə Nyuton tərəfindən, məkan və zamanın
relyasion nəzəriyyəsinin təsəvvürləri isə Leybnits və Dekart tərəfindən inkişaf
etdirilmişdir.
Elmin tarixi yaşı haqqında nəzərdən keçirdiyimiz ikinci variantdan
çıxara biləcəyimiz nəticə bundan ibarətdir ki, klassik antik elmin çərçivəsində
fəlsəfədən özəl predmetə və tədqiqat metodlarına malik ayrı-ayrı elmlər
törəməyə başlamışdır.
116
Üçüncü versiya. Bu versiyaya görə elmin yaranması orta əsrlər Qərbi
Avropa mədəniyyətinin çiçəklənmə dövrü ilə bağlı olmuşdur. İngilis
yepiskopu Robert Qrossetest (1175-1253) və ingilis fransiskan monaxı Rocer
Bekonun (1214-1292) yaradıcılığında təcrübi elmin əhəmiyyətinin dərk
olunması elmin yaranmasına səbəb olmuşdur. Aristotelin «Birinci analitiklər»
və «fizika» əsərlərinin şərhçisi olmuş R.Qrossetes öz yaradıcılığında onun ka-
teqorial aparatından geniş istifadə etmişdir. «İşıq haqqında» məşhur trak-
tatında Aristoteldən və onun «Səma» haqqında traktatından çoxlu iqtibaslar
gətirən Qrossetisti Medievistlər orta əsr Avropa elminin Qrossetestin elmi
maraq dairəsini və erudisiya genişliyini əks etdirən pioneri hesab edirlər.
«Günəş istiliyi haqqında», «Göy qurşağı haqqında», «Bucağın və fiqurların
xəttləri haqqında», «Rəng haqqında», «Sfera haqqında», «Kometlər haqqında»
traktatları onun qələmindən çıxmış əsərlərin heç də tam siyahısı deyildir. Bu
əsərləri müşayət edən riyazi əsaslandırmalar isə ədədlərin simvolikası ilə bağlı
olub, A.Uaytxedin dilində belə səsləndirilir: «Ən sadə və heç bir şeyə müncər
edilə bilməyən mahiyyət olmaq etibarilə forma vahidə bərabər tutulur; forma
və materiyanın birləşməsindən yaranan işıq üçlükdür, dörd elementdən təşkil
tapan həp bir sfera isə dördlükdür. Qrossetest yazır ki, əgər bütün ədədləri
nəzərə alsaq on alınacaqdır. Buna görədə on universunun sferasını təşkil edən
rəqəmdir» [11,324-342]. Qrossetest elmi idrakda faktların müşahidə meto-
dunun təsvirini verərək, onu rezolyusiya adlandırır. Bu halda o, deduksiya
metodunu unutmur, onun da təsvirini verərək iki son nəticənin sintezini
kompozisiya adlandırır.
Mənbələr Rocer Bekonun da şəxsiyyəti və elmi dühası haqqında hey-
rətləndirici məlumatlar verirlər. Deyilənlərə görə o, laboratoriya şəraitində
göy qurşağını modelləşdirməyə təşəbbüs göstəmiş, öz təxəyyülünün gücü ilə
sualtı gəmi, avtomobil və uçan aparat haqqında ideyalarını bəşəriyyətin
sərəncamına vermişdir. Bekon ideyalarının əzəməti bundadır ki, onlar
insanları böyük bir inamla avtoritetlərdən şeylərə, fikirlərdən mənbələrə,
dialektik mülahizələrdən təcrübəyə, traktatlardan təbiətə keçməyə çağırırdı. O,
cəmiyyətdə elmi tədqiqatların və riyaziyyatın geniş yayılmasına çalışırdı.
Adətən, Orta əsrlər elmini Yeni dövr elmi ilə müqayisəli təhlil etdikdə
başlıca fərqi induksiya və deduksiyanın rolunun dəyişməsində görürlər.
Aristotel xəttini davam etdirən Orta əsrlər elmi əgər deduksiyanı əsas tutaraq,
ümumi prinsiplərdən ayrı-ayrı faktlara doğru gedən nəticələrlə iş görürdülərsə,
Yeni dövr elmi (1600-ci ildən sonra) ayrı-ayrı faktların müşahidəsindən
ümumi prinsiplərə gəlib çıxırdı.
Orta əsrlərin rəsmi doktrinası çərçivəsində allaha və vəyhlərə inam
üstünlük təşkil edirdi. Həqiqət məsələsində zəka özünün başlıca münsif olması
rolunu itirir, təbiətin müstəqilliyi ləğv edilir və belə düşünülürdü ki, Allah öz
qüdrət və əzəməti sayəsində təbiət qüvvələrinin əleyhinə hərəkət edə bilər.
Orta əsrlərin teleoloji orientasiyaları o dövrün mütəfəkkirlərinin ideyalarının
117
tekstual təhlilində aydın görünməkdədir [61, 42-54].
Orta əsrlərin dünyagörüşü özünün ən qabarıq ifadəsini xristian mədəniy-
yətinin görkəmli nümayəndəsi Foma Akvinlinin qələmində tapmışdı: «….. öz
biliklərini zəkadan hasil edən fəlsəfənin vəhylərə əsaslanan müqəddəs elmlərlə
tamamlanması zəruridir…. Müqəddəs təlim elə bir elmdir ki, o yüksək elm
olmaq etibarilə ilahiyə və yüksək səadətə nail olmuş insanlara məxsusdur.
….Bu elm - digər elmləri özünə tabe edərək kənizinə çevirən teologiyadır» [1,
46-48].
Beləliklə, Orta əsrlərdə həqiqətin spesifik və həlledici meyarı kimi
avtoritetə istinad edilir və orta əsrlər kontekstində ali avtoritet kimi Allah
götürülürdü.
Avropada İntibah dövrünün başlanması insanlarda riyaziyyata böyük
marağın yaranması ilə qeydə alınmışdır. P.P.Qaydenko orta əsrlər elmini belə
səciyyələndirir: «Orta əsrlər elminin özünə- məxsus səciyyəvi xüsusiyyəti
vardır. Bu elm, hər şeydən əvvəl, qayda kimi, şərh forması kim çıxış etmiş-
dir… Orta əsrlər elminin ikinci xüsusiyyəti onun sistemləşdirici və təsnif
etmək meyli ilə bağlıdır. Orta əsrlər elmi özünün məhz təsnifata olan meyli ilə
antik elmin və fəlsəfənin orta əsr qanunları tərəfindən qəbul edilən əsərlərinə
öz möhrünü vurmuşdur» [4, 429].
V.Sokolovun qeyd etdiyi kimi, o dövrün elmi bir-biri ilə, demək olar
ki, heç bir əlaqəsi olmayan iki təşkilatda mərkəzləşmişdi. Bu təşkilatlardan
birincisi artıq əsrlərdən bəri fəaliyyət gös-tərməkdə davam edən universitetlər
və məktəblər, ikincisi isə təbiətin, rəssamların, heykəltaraşların, memarların
mərkəzləşmiş təcrübi-eksperimental tədqiqi olmuşdur. İncəsənət əsərləri yara-
dılması praktikası onları eksperimentlər aparmağa sövq etmişdir. Bir sıra
hallarda bu praktika sənətkarlıq məntiqinin riyaziyyat ilə birləşdirilməsini də
tələb edirdi [8, 288]. Böyük İtalyan rəssamı Leonardo da Vinçini haqlı olaraq
müasir təbiətşünaslığın pioneri sayırlar. Onun tədqiqatları mexanika, fizika,
astronomiya, geolo-giya, botanika, anatomiya və insan fiziologiyasını əhatə
etmişdir. Leonardo təcrübənin səhvsiz ötüşdüyünü və buna görə də həqiqətə
nail olunmAsında onun rolunun əvəzsiz olduğunu göstərmişdir. O, göstərirdi
ki, təcrübə elə bir faktordur ki, tədqiqatçı yalnız onun vasitəsilə həqiqi idrakı
reallaşdıra bilər. Onun aforizmə çevrilmiş «Elm-sərkərdə, praktika isə
əsgərdir» frazası göstərir ki, elm yalnız təcrübəyə və eksperimentləşdirməyə
müncər edilməyib, daha yüksək tələblərlə çıxış edərək təcrübənin nəticələrinin
ümumiləşdirilməsinin əhəmiyyətinin də başa düşülməsini tələb edir. V Soko-
lovun belə bir fikrinə qoşulmaq olar ki, öz müasirləri arasında məhz Leonardo
da Vinçi insanların sonralar müasir təbiətşünaslıq adlandırdığı inteqrativ elmin
əsasını təşkil edəcək eksperimentin riyazi düşüncələrlə birləşdirilməsinin
zəruriliyi fikrinə yaxınlaşmışdı. Bu dövrdə təbii-elmi baxışların tədricən dün-
yaya nüfuz etməsi klassik elmin meydana gəlməsini hazırlamışdı.
Dördüncü versiya. Bu versiya daha ənənəvi olub, elmin XVI-XVII
118
əsrlərdə Avropada, Yeni dövrdə yaranması ilə bağlayır. Elmin sosial şərtlə-
rinin yarandığı bu dövrdə Kainatın heliosentrik sistemi haqqında Kopernik
təlimi və klassik mexanika qanunlarının açılmasında Qaliley və Nyutonun
nailiyyətlərinə əsaslanan dünyanın mexaniki mənzərəsi təbiətşünaslıqda böyük
bir elmi inqilaba başlanğıc vermişdi [5, 12-24]. Kopernikin iri miqyaslı elmi
fəaliyyəti sayəsində məlum oldu ki, Kainatın bu vaxtadək ictimai şüurda özünə
möhkəm yer almış geosentrik sistemi dünyanın həqiqi vəziyyətinə heç də
adekvat deyil, Yer planeti Kainatın üstünlük təşkil edən komponenti olmayıb,
«sıravi» bir planetdir.
Beləliklə, bu versiyaya görə elm hələ çox cavandır və onun tarixi yaşı
400 ili güclə aşır. A.Uaytxed «Elm və müasir dünya» əsərində bu münasibətlə
yazır: «Yeni eranın XVI əsrində Qərb xristianlığın süqutunun və müasir elmin
yaranmasının şahidi oldu. Elmin inkişafı insan şüuruna təkan verərək təfəkkür
üsullarının yeniliklərini yaratdı. Yeni təfəkkür hətta yeni elmdən də, yeni
texnikadan da əhəmiyyətli oldu» [11, 62].
Elmdə belə bir fikir formalaşmışdır ki, induktiv elmlərin tarixi kəşflərin,
həmin elmlərin fəlsəfəsi isə ideya və konsepsiyaların tarixidir. Empirizm və
riyazi ümumiləşdirmələr (rasionalizm) Yeni dövr elminin əsas metodoloji
proqramları, necə deyərlər, vizit vəsiqəsi olmuşdur. Emprizm adından F.Be-
kon, rasionalizm adından isə ryiaziyyatçı R.Dekartt çıxış etmişdir. Yeri gəl-
mişkən, Harvey Yeni dövrdə yeni metodoloji proqramlar irəli sürmüş F.Bekon
və R.Dekart haqqında belə söyləmişdir ki, Bekona görə təsadüfi qavrayışlara
inanmaq olmaz, metodiki müşahidələr aparmaq və onları düşünülmüş
təcrübələrlə tamamlamaq gərəkdir. Dekartda isə belə əminlik hasil olmuşdur
ki, həqiqətə ciddi tələbat sxolastik mülahizələr və metofizik nəzəriyyələrlə
deyil, yalnız riyaziyyat ilə təmin oluna bilər.
Adətən, 1662-ci ilin təbiətşünasların Kral xartiyası ilə təsdiqlənmiş Lon-
don Kral cəmiyyətinin yarandığı tarixi elmin yaranması tarixi adlandırırlar.
1666-cı ildə Parisdə Elmlər Akademiyası təsis olunur. İngiltərə Kral cəmiyyəti
təbii biliklərin eksperimentin köməyi ilə inkişaf etdirməyə və bu məqsədlə
bütün istedadın insanları təbiət kitabını öyrənməyə çağırırdı. XVII əsr
təbiətşünası Qalileyin belə bir tezisini özü üçün tədqiqat məqsədi seçmişdir ki,
«təbiət kitabı» riyaziyyatın dili ilə yazılmışdır.
Yeni dövrün ən böyük nailiyyəti təbiətin öyrənilməsi metodu olmaq
etibarilə eksperimentin riyazi metodla birləşməsi ilə səciyyələnən elmi
təfəkkür üslubunun qərarlaşması və nəzəri təbiətşünas formalaşması olmuşdur.
Qaliley də, Dekart da əmin idilər ki, hissi fenomenlərin arxasında riyazi qa-
nunlar yerləşir. Həlledici eksperimentə maraq sanki «orta əsrlər fikrinin don-
muş rasionallığına verilən əvəz idi». Belə bir faktı xatırlatmaq yerinə düşərdi
ki, Qalileyin ətalət prinsipi ideal eksperiment əsasında formulə edilmişdi. Bu
dövrdən etibarən nəzəri ideallaşdırmalar, nəzəri quraşdırmalar təbiətşunaslığın
daimi vasitələrinə çevrilirdi.
119
Yeni dövrdə elmin yaranması əlamətləri sırasına insanların həyat şəraiti-
nin yaxşılaşmasını və asudə vaxtın artmasını, unisersitetlər şəbəkəsinin ge-
nişlənməsini, kitab çapını, teleskopun ixtira olunmasını, Konstantinopolun iş-
ğalını, Kopernikin, Kolumbun, Vaska da Qamanın, Magellanın meydana
gəlməsini və s. hadisələri də əlavə etmək olar. Ümumiyyətlə, bu dahi dövrün
səlnaməsi çox maraqlıdır. Yeni Avropa elminin başında F.Bekonun, Harveyin,
İ.Keplerin, Q.Qalileyin, R.Dekartın, Paskalın, Hüygensin, P.Hükun, Boylun,
İ.Nyutonun, C.Lokkun, B.Spinozanın, Leybnitsin və b. adları durur. A.Uayt-
xed Yeni dövrdə texnologiyanın sürətli inkişafını belə xarakterizə edir:
«Müasir elm Avropada doğulmuş, lakin onun evi-bütün dünyadır».
Beşinci versiya. Bir sıra tədqiqatçılar elmin yaranması tarixini irəli
çəkərək onun XIX əsrin birinci rübündə meydana gəldiyini hökm edirlər. Bu
halda birincilik Almaniyaya, onun universitetlərinə verilir. Berlin universite-
tində aparılan islahatlardan sonra məşhur alman təbiətşünası V.Humboltdın
təhsilin inkişafı üçün təklif etdiyi yeni ideyalar məşhur kimyaçı Y.Libixin
labotoriyasında sınaqdan çıxarılır. Elmə Humboltdun yanaşmasındakı yenilik
bundan ibarət idi ki, bu halda elmə xüsusi peşə kimi baxılırdı. Buna görə də,
müasir elmin doğulması universitetlərdə tələbələrin cəlb olunduğu universitet
tədqiqat laboratoriyalarının və mühüm tətbiqi əhəmiyyət kəsb edən tədqiqat-
ların həyata keçirilməsi ilə əlaqələndirilir [9, 44-47]. Təhsilin yeni modeli ba-
zar iqtisadiyyatına da ciddi təsir göstərir belə ki, yeni model istehsal və işlən-
məsi elmi biliklərin istehsala tətbiqini tələb edən malların meydana gəlməsinə
səbəb oldu. Doğrudan da, XIX əsrin ortalarından etibarən dünya bazarlarında
gübrələr, zəhərli maddələr, partlayıcı maddələr elektrotexniki mallar görün-
məyə başladı. Elmin müstəqil peşə sahəsinə çevrilməsi onun müasir elm kimi
qərarlaşmasını başa çatdırırdı. Bu vaxtdan etibarən alimlərin elmi-tədqiqat
fəaliyyəti dərk olunmuş normalarla möhkəmləndirilən sosial-mədəni ənənəyə,
elm isə riyaziyyatı eksperimentlə birləşdirən metoda çevrildi.
ЯДЯБИЙЙАТ
1.
Аквинский Фома Теология и наука. Предложение // Бор-голи Ю., Ф.Аквинский, М.:
1975, 426 с.
2.
Гайденко П.П. Эволюция понятия науки. М.: Наука, 1980, 528. с.
3.
Боэ-Ций Д. О высшем благе или о жизни философа // Вопросы философии, 1994,
№5, с.10-17.
4.
История Древного Востока М.: Прогресс, 1988, 695 с.
5.
Польские мыслители эпохи Возрождения. М.: Мысль, 1960, 286 с.
6.
Тертуллиан Избранные сочинения М.: ЮНИТИ, 1994, 546 с.
7.
Тураев Б.А. Древний мир М.: 1917, 546 с.
8.
Соколов В.В. Европейская философия ХВ-ХВЫЫ веков. М.: Наука, 1984, 628 с.
9.
Философия и методология науки. М.: Аспект-Пресс, 1994, В 2-ч ч. ч.1, 423 с.
10.
Чанышев А.Н. Курс лекции по древней философии. М.: Наука, 1981, 396 с.
11.
Уайтхед А. Наука и современный мир // Избранные работы по философии. М.:
Наука, 1990, 632 с.
12.
Шмелев И.П. Феномен Древнего Египта. Минск: Наука, 1993, 604 с.
120
ИСТОРИЧЕСКИЙ ВОЗРАСТ НАУКИ:
ФИЛОСОФСКИЙ ВЗГЛЯД НА СУЩЕСТВУЮЩИЕ ВЕРСИИ
А.А.АЗИЗОВА
АННОТАЦИЯ
Статья посвящена малоисследованной в эпистемологии и науковедении проблеме – ус-
тановлению исторического возраста науки. Вопрос где и когда зародилась древняя и богатая
наука вызывает особый интерес, что и является темой представленной статьи.
Анализируя сложившиеся в научных кругах версии об историческом возрасте науки,
автор с большой вероятностью говорит о том, что наука как система знаний и социальный
институт зародилась в ХВЫЫ веке на основе деятельности Галилея, Ньютона, Декарта и других
ученых.
Ключевые слова: мышление, емприческое знание, динамическая система, циви-
лизация, научное знание.
THE HISTORICAL AGE OF SCIENCE:
THE PHILOSOPHICAL VIEW OF EXISTING VERSIONS
A.A.AZIZOVA
SUMMARY
This article is dedicated to one of the scantily investigated problems in epistemology and
science-study, i.e. the historical age of science. The question where and when ancient and rich science
came into being arouse special interest. Analyzing scientific versions on the historical age of science,
the author with great probability notes that science as a system of knowledge and social institution
came into being in the XVII century on the basis of the activity of Galileo, Newton, Decart and a
number of other scientists of.
Key words: conscious, empiric, knowledge, dynamic system, civilization, scientific
knowledge
Dostları ilə paylaş: |