Baki universitetiNİn xəBƏRLƏRİ №3 Humanitar elmlər seriyası



Yüklə 47.14 Kb.
PDF просмотр
tarix07.07.2017
ölçüsü47.14 Kb.

 BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№3 

 

 

         Humanitar elmlər seriyası 

 

         2009 

 

 



 

 

MİRZƏ ƏLİ MÖCÜZÜN HƏYATININ ŞAHRUD MƏRHƏLƏSİ 



 

F.Y.XƏLİLOV 

AMEA Naxçıvan Bölməsi, İncəsənət, dil və ədəbiyyat institutu 

ferman xalilov@yahoo.com 

 

Məqalədə tanınmış  şair Mirzə  Əli Möcüzün həyatının bir illik Şahrud mərhələsində 



keçirdiyi mənəvi sansırtılarda yaradıcılığının duyğunluq dövrünə  qədəm qoymasından bəhs 

edilir.  

 

M.Ə.Möcüz 61 illik ömrünün son bir ilini anadan olduğu  Şəbüstər qəsəbə-



sindən xeyli uzaqda – İranın  şimal-şərqində yerləşən  Şahrud  şəhərində yaşamışdır. 

Onun həyatının  Şahrud mərhələsinə dair Şimali Azərbaycan möcüzşünaslarının 

mülahizələrini bircə cümlə ilə ifadə etmək olar: Möcüz 1933-cü ildə Şahruda köçmüş 

və 1934-cü ildə orada vəfat etmişdir. Bu məsələ haqqında ilk dəfə nisbətən geniş 

məlumat bizim tərəfimizdən verilmişdir (2, 66-67). Cənubi Azərbaycan möcüzşü-

naslarından Y.Şeyda (10,s.«S»), M.Niqabi (9, 3), M.T.Zehtabi (13, 50) və H.S.Qur-

raie (3, 47-59) də həmin məsələnin bəzi detalları haqqında söz açmışlar. Bu günədək 

mütəxəssislərin müəyyən elmi qənaətləri və əldə etdiyimiz bir sıra mötəbər mənbələr 

və faktlar şairin həyatının  Şahrud mərhələsi haqqında daha təfsilatlı, ümumiləş-

dirilmiş və yeni mülahizələr irəli sürməyə imkan verir. 

M.Ə.Möcüzün  Şahruda köçməsinin səbəbini başqa mənbələrə  əl atmadan elə 

şairin öz şeirlərinə istinad etməklə müəyyənləşdirmək mümkündür. O, dostu 

M.Məmmədəliyə ünvanladığı bir şeirində mürtəce qüvvələrin təzyiqi ilə  Şəbüstəri 

tərk etməsinin əsl səbəbinə işarə edərək yazır: «Dedilər bu dinsizi o yana göndərsək, 

buğda ucuzlaşacaq, ancaq əksinə oldu ... Əgər bahalıq mənim dinsiz və imansızlığıma 

görə idisə, mən gedəndən sonra niyə ucuzluq olmadı? Niyə  zəlzələ o yerləri viran 

etdi? Niyə Şəbüstərdə qənnadı dükanı yandı? İndi mən orada yoxam. İstədikləri qədər 

təpələrinə saman səpsinlər, başlarını rahatca yarsınlar» (5, 205). Göründüyü kimi 

Möcüzün  Şəbüstəri tərk etməsinin səbəbi mürtəce qüvvələr tərəfindən «dinsiz və 

imansız» elan olunması  və bütün fəlakətlərin baiskarı hesab edilməsi olmuşdur. 

Araşdırmalar göstərir ki, Möcüz həqiqətən də İstanbuldan Şəbüstərə qayıdan gündən 

«buğdaya sarı, qıra qara, şirə (südə – F.X.) sefid» dediyi üçün həmişə «kəlləsi küt», 

«fikri darısqal», «şəbüstərli dadaşlar və irticaçılar»ın söyüş, qarğış və hədə-qorxulara 

məruz qalmışdır: «O, bir zənburi-muzidir ki, münqarində  həlva var» (6, 34), 

«Möcüzün nəbzin alıb söylədi doktor: Ey vay, etiqadın pozulub, tərk edib iman səni» 

(6, 81), «Möcüz özü başdan-ayağa eyibdir» (6, 109), «Möcüz, demədim mən sənə 

bihudə danışma?» (6, 114), «Öldürə Möcüzü allah, özü divana çəkə» (6, 218),  

«Midadi xəncəri-bürrandı Möcüzün, özü Şimr» (6, 265).  

1921-ci ildə  Nəcəfdə 18 illik dini təhsilini bitirib Şəbüstərə qayıdan (1, 77) 

 

53



müctəhid Hacı Mirzə Kazım ağa Şəbüstərinin fitvası ilə isə Möcüz daha çox təqib və 

təhqirlərə  məruz qalmış, yaradıcılığı lağa qoyulmuş,  şərəf və  ləyaqətinin alçal-

dılmasına cəhd edilmişdir. 1925-ci ildə «Molla Nəsrəddin» jurnalının verdiyi məlu-

mata görə  iş  hətta o yerə  gəlib çatıbmış ki, Hacı Mirzə Kazım ağa Möcüzün təkcə 

Şəbüstərdən yox, ümumiyyətlə,  İrandan qovulmasını  tələb edirmiş: «Hacı Mirzə 

Kazım ağa bu dəfə ... İrandan tələb edir ... Şəbüstərdə çoxdan bəri davam edən Əli 

Müxbir (Möcüz olmalıdır – F.X.) şair tərəfindən ağaya həkki-etiram olunmasına görə 

İrandan təbid olunsun» (11, 2).  

1930-1933-cü illərdə irticaçıların Möcüzə hücumları daha da güclənir və 

sərtləşir. Bu o vaxt idi ki, artıq şairin səhhətində də müəyyən problemlər yaranmışdı. 

1931-ci ildə dostlarından birinə ünvanladığı və ilk dəfə bizim tərəfimizdən tədqiqata 

cəlb olunan bir məktubundan nümunə gətirdiyimiz aşağıdakı sətirlər fikrimizi təsdiq 

edir: «Mənim bəşəxsi-halımı  xəbər alsan, neçə  dəfələr bu il əzrail  əleyhissəlamla 

əlbəyaxa oldum. Qışda dondum-açıldım ... görəcək günüm varmış ki, ölmədim 

qaldım» (7, İş  №19). Hacı Mirzə Kazım ağa müctəhidin  təzyiqlərinin son həddə 

çatması  nəticəsində fiziki cəhətdən zəifləyən  şair mənəvi cəhətdən də sarsılmış, 

Şəbüstərdə qalıb yaşamaqdan bezərək bu «dar qəfəs»dən yaxa qurtarmağın yolları 

haqqında düşünməyə başlamışdır. Prof. M.T.Zehtabinin aşkara çıxardığı bir məlumat 

sarsıntılar içərisində yaşayan şairin çıxış yolunu Şahruda köçməkdə gördüyünü sübut 

edir. «1933-cü ildə Möcüzün bacanağı Xətibzadənin oğlu Şəfi xan xalasını (Möcüzün 

həyat yoldaşı  Səriyyə xanımı – F.X.) görmək üçün Şəbüstərə  gəlmiş  və buranın 

ümumi vəziyyətini və Möcüzün həyatını görüb qayıdarkən atasına hekayət edir. 

Ağayi-Xətibzadə Möcüzə məktub yazaraq onu Şahrud şəhərinə dəvət edir» (13, 50). 

Möcüzün bacanağı Möhdəvi Nadir həqiqətən  Şahrud  şəhərində yaşamış  və vaxtilə 

Qacarlar sarayında təsərrüfat işlərinə rəhbərlik etdiyi üçün «müdiril-nəzarə» ləqəbilə 

məşhur olmuşdur (7, İş № 29). Onun Möcüzə yazdığı məktub əlimizə gəlib çatmasa 

da,  şairin öz dəsti-xətti ilə farsca yazdığı kiçik bir şeiri bu dəvət və onun şairdə 

doğurduğu təəssüratı dolğunluğu ilə  əks etdirir: «Şahrud  şəhərindən dostlardan bir 

sifariş  gəldi ... Məktubu yüz dəfə  təkrar-təkrar öpdüm və gözlərimə sürtdüm ... 

Axşamdan səhərədək gözümə yuxu getmədi ... Mən ölü idim, sənin məktubunu 

alanda sanki İsa peyğəmbər bədənimə ruh verdi, dirildim» (7, İş № 76). 

Şairin Şahruda getməsinin təfsilatını əks etdirən üç əsəri əlimizə gəlib çatmışdır 

... Məktub formasında yazılan bu əsərlərin heç birində  şairin  Şəbüstərdən Təbrizə 

gedişi, Təbrizdə kimlər tərəfindən qarşılanması və  Şahruda yola salınması haqqında 

məlumat yoxdur. Ancaq bu şeirlərin birindən təkcə onu öyrənə bilirik ki, Möcüz 

Şəbüstəri avqust ayında (1933) tərk etmişdir: «Səriyyə xanımla verib qol-qola, Yayın 

axır ayında düşdük yola» (8, 346). 

Tədqiqatçıların müəyyənləşdirdiyinə görə Möcüz Şəbüstərdən çıxanda pərəstiş-

karlarından 20 nəfər onu müşayiət etmiş (13, 50), Təbrizə çatan şair bir neçə gün 

dostu H.M.Naxçıvaninin evində qonaq qalmış, orada qısa tərcümeyi-halını yazmış, 

Ə.Naxçıvani isə onun bizə məlum olan son foto şəklini çəkmişdir (12, 106). 

Möcüzün  Şahruda köçməsinin təsvirini verən üç əsərin içərisində ilk dəfə 

tədqiqata cəlb etdiyimiz «Etdim vida cənabuvi çün leyli-taridə» misrası ilə başlayan 

məktubda isə şairin Təbrizdən yola salınmasından başlayaraq Şahrudda qarşılanması, 

müşahidələri, düşüncələri, keçirdiyi hislər, Şahrudun təbiəti, əhalisi və adət-ənənələri 

haqqında daha dolğun və  ətraflı  məlumat verir. Məktubdan birinci növbədə o aydın 

olur ki, Möcüz Şahruda qonaq kimi yox, güzəranını təmin etmək üçün haqqı ödənilən 

 

54



hər hansı bir işlə  məşğul olub heç kimə möhtac olmadan həmişəlik orada yaşamaq 

fikri ilə getmişdir. Məktubda indiyədək tədqiqatçıların diqqətindən yayınan Möcüzün 

həyat yoldaşı  Səriyyə xanımla dialoqunu əks etdirən aşağıdakı söhbət fikrimizi 

əsaslandırmaq üçün kifayətdir: «Dünən xanımla danışdım. O deyirdi ki, sən gəlmişdin 

burada işləməyə, bəs nə oldu? Dedim ki, bəli, niyyətim o idi, lakin görürəm ki, burada 

hər kəs müftə yeyib pul da vermir, mən də yeyirəm. Məndən-səndən xərc alan da 

yoxdur. Yaxşı, mən nə iş görüm?» (7, İş № 29). Əslində Möcüzün bacanağı Möhdəvi 

Nadir onun hər hansı bir fiziki işlə məşğul olmasına razı olmamış, öz evində yaşamaq 

üçün ona hər cür şərait yaratmışdır. «Ağayi-Müdir çox tərbiyəli və nəcibdir ... Mənim 

üçün, Tükəzban üçün (Səriyyə xanım nəzərdə tutulur – F.X.) ayrı otaq veriblər» (7, İş 

№ 29). «Etdim vida cənabuvi çün leyli-taridə»  şeiri yazılan vərəqin haşiyəsində 

Möhdəvi Nadirin öz xətti ilə farsca yazdığı  aşağıdakı sözlər isə sübut edir ki, o, 

Möcüzə  təkcə bacanağı olduğuna görə yox, həm də yüksək insani keyfiyyətlərinə 

görə xüsusi qayğı göstərmişdir. «Sənintək həzrətin bəyənilmiş və vəsf olunmuş əxlaqı 

alçaq könlümə qul olma inamımı o qədər artırmışdır ki, daha əlası xəyala gələ bilməz 

... Xəlil Möhdəvi Nadir» (7, iş № 29). 

Şairin Şahruddan yazdığı məktublarından məlum olur ki, Möhdəvi Nadir onun 

qarşılanmasını da çox yüksək səviyyədə  təşkil etmişdir. Təbrizdən yola salınan 

Möcüz 2 gün Tehranda Möhdəvi Nadirin yeznəsi Həmiddövlənin evində qonaq 

qalmış, ev sahibi onu paytaxtın bəzi yerləri ilə tanış etmişdir.  Şahrudda  şəxsən 

Mövdəvi Nadir tərəfindən böyük ehtiramla qarşılanan şair, 10 gündən sonra Səriyyə 

xanımla birlikdə Şəfi xanın müşayiəti ilə Möminəbad kəndinə – öz püstə bağlarında 

məhsul yığımı ilə məşğul olan baldızı Lətifə xanımın görüşünə getmişdir. Sonra şairi 

Möhdəvi Nadirin yaxın qohumları  və dostları, fars ziyalılarından Sadıq xan Mömi-

nəbadda, İntisari-Səltənə, Əbülfət xan, Etizad Əbdülabadda, Heşmət Salehabadda öz 

evlərinə qonaq dəvət etmişlər.  Şairin verdiyi məlumata görə evində qonaq qaldığı 

dünyagörmüş «ixtiyar» Həmiddövlə  Təbrizdə «vəliəhd yanında», «özü xoş, sözü-

söhbəti abidar» olan İntisari-Səltənə «Müzəffərəddin şahın sarayında» xidmət etmiş, 

«gözəl kitabxanası» olan Heşmət isə «Firəngə gedib həm bə şahi-Qacar» (7, İş № 29). 

Möcüzün Azərbaycan dilinə bələd olan həmin fars ziyalıları ilə söhbətləri şübhəsiz ki, 

onun məlumat dairəsinin genişlənməsinə  təsirsiz qalmamış, yazacağı  şeirlərə yeni 

motivlər  əlavə etmək üçün isə ona müəyyən ideyalar vermişdir.  Şair bu görüşlərdə 

həm də «bişümar» «qəzəli-abidar»ını «bülbül kimi» oxumaqla fars ziyalılarını öz 

düşüncələri və ideyaları ilə tanış etmişdir. 

Möcüzün dostlarına yazdığı məktublarında Şahrud mühiti haqqında da dolğun 

məlumatlara rast gəlirik. Şair ilk növbədə Şahrudun füsunkar təbiəti və gözəlliyi ilə 

əhalisi arasında çox kəskin bir təzad olduğunu vurğulayır: «Çoxlu bağları var. Hamısı 

ərik və üzüm bağıdır ... Xiyabanın sağ və solundan su keçir. Axan su çox güclü, saf 

və parlaqdır. İki tərəfində söyüd, çinar və qələmə ağacları göylərə ucalıbdır ... Havası 

çox safdır ... Dağlar şəhərə yapışıbdır (7, İş № 29) ... Vəli, xəlqi kəmxəndəvü tündbar, 

Soyuqqanlıdır ingilislər kimi» (8, 341). 

Möcüz  Şahrudun farsdilli əhalisinin bu cür xasiyyətindən narazı qalsa da, 

onların şəbüstərlilərə nisbətən sərbəstliyi, xurafat və cəhalətdən azad olması, qadınları 

cəmiyyətdən təcrid etməmələrini bəyənmiş və alqışlamışdır. 

Möcüzün ahıl çağında ev-eşiyini ataraq birdən-birə adət-ənənələrinə  vərdiş 

etmədiyi yad bir mühitə – özü də doğma ana dilinin işlənmədiyi bir mühitə düşməsi 

və uzun illər boyu qazandığı  sədaqətli dostlarının  əvəzini «kəmxəndəvü tündbar» 

 

55



(qaşqabaqlı), «ingilislər kimi soyuqqanlı»  şahrudluların içərisində tapa bilmədiyi 

üçün tənhalaşması  əhval-ruhiyyəsinə çox güclü mənfi təsir göstərərək onu mənəvi 

böhrana salmaqla yanaşı, yaradıcılığında da bir durğunluğa gətirib çıxarmışdır. Şairin 

Şahrudda yaşayarkən ictimai eybəcərliklərin ifşasına həsr etdiyi bircə şeiri də əlimizə 

çatmamışdır.  Şübhə etmirik ki, orada yazdığı  və itib-batması güman edilən  şeirləri 

içərisində  də  kəskin məzmunlu satiraları olmamışdır. Bizcə, bunun bir neçə  səbəbi 

vardır: 1. Şahrudun yeni mühitində  hələ yaxşı tanımadığı farsların  əhatəsində yaşa-

ması və ehtiyatlanması. 2. Hədsiz hörmət və ehtiramını gördüyü və yaşadığı bölgədə 

böyük nüfuz sahibi olan bacanağı Möhdəvi Nadiri hələlik narazı salmamaq niyyəti. 3. 

Doğma Şəbüstəri tərk etdiyi üçün psixoloji gərginliyi, mənəvi sarsıntıları və şiddət-

lənən xəstəliyi. Lakin bütün bunlara baxmayaraq, şairin Şahrud şeirlərində bəzi icti-

mai yaramazlıqlara münasibəti və etirazı da diqqəti cəlb edir. Məsələn, «Şahruddan 

məktub» şeirində yerli əhalinin «yüzdə onunun tiryəki, yüzdə beşinin şürbi» olmasın-

dan kədərlənərək yazır: «Edər axir İranı bu hal tarü mar» (6, 292). İnsanların laqeyd-

liyi, bahalıq, gəlin-qayınana münasibətlərini tənqid edən misraları da bu qəbildəndir. 

Möcüzün Şahrudda yazdığı həm mətbu, həm də qeyri-mətbu şeirlərinin hamı-

sına («Etdim vida cənabuvi çün leyli-taridə», «Şahruddan məktub» (2 şeir), «Əli 

can», «Fəraqi-dustan», «Məmmədəliyə məktub») daha çox lirik ovqat hakimdir. Biz 

bu  şeirlərdə  ənənəvi olaraq tez-tez rast gəldiyimiz eybəcər satirik obrazlarla yox, 

yurdundan didərgin düşən, dostlarının ayrılığına dözə bilməyən, təbiətin füsunkar 

gözəlliklərindən belə  qəlbi  şadlanmayan, dünyanın vəfasızlığından  şikayətlənən və 

«ciyəri parə-parə» olan lirik bir qəhrəmanla rastlaşırıq. Bu qəhrəmanın prototipi 

dramatik ömür yolu keçərək həyatı 3 sentyabr 1934-cü ildə Şahrudda, demək olar ki, 

faciəvi sonluqla bitən M.Ə.Möcüzün özü idi. 

Beləliklə, deyilənlərdən aydın olur ki, Möcüzün həyatının bir illik Şahrud 

mərhələsi onun mənəvi sarsıntıları, yaradıcılığının durğunluq dövrünə  qədəm 

qoyması və ömrünün sona çatması ilə səciyyələnir. 

 

ƏDƏBİYYAT 

1.

 



Fərğani M.C. Müxtəsəri-əz tarixe-Şəbüstər (məhdi-fərhəng və  əbrare-an). Tehran: 

Enteşarate-asare-moaser. 1381 ş. 175 s. 

2.

 

Xəlilov F. M.Ə.Möcüzün avtoqrafları// «Azərbaycan SSR EA-nın Xəbərləri (ədəbiyyat, 



dil, incəsənət seriyası)». Bakı: 1980, №2, s. 65-70. 

3.

 



Qurraie H.S. Modernity and Identity in Azeri Poetry: Mo`juz of Shabustar and the İranian 

Constitutional Era. Doktorluq dissertasiyası. Vaşinqton Universiteti. 1997, 268. 

4.

 

Məmmədli Q. Mirzə Əli Möcüz (müqəddimə)/ M.Ə.Möcüz. Əsərləri. Bakı: Yazıçı, 1982, 



s. 5-18. 

5.

 



Möcüz M.Ə. Divanı / Redaktor Hüseyn Əlizadə. 2 cilddə. Bakı: Günəş, 2006, I c., 400 s; 

II c., 400 s.  

6.

 

Möcüz M.Ə.  Əsərləri / Toplayanı, tərtib edəni, izahların müəllif Q.Məmmədli. Bakı: 



Yazıçı, 1982, 350 s. 

7.

 



Möcüz M.Ə. Müxtəlif avtoqrafları. S.Mümtaz adına Azərbaycan Respublikası Dövlət 

Ədəbiyyat və İncəsənət Arxivi. M.Ə.Möcüzün fondu № 454, siy. 1, İş № 1-121. 

8.

 

Möcüz M.Ə. Seçilmiş əsərləri / Toplayan və tərtib edən Q.Məmmədli. Bakı: Azərbaycan 



Dövlət Nəşriyyatı, 1954, 358 s. 

9.

 



Niqabi M. Şəbüstərli Mirzə Əli Möcüz. «Ərk» qəz., Təbriz: 1992, 15 iyun.  

10.


 

Şeyda Y. Şəbüstərli Möcüz haqqında qısa məlumat/ Şəbüstərli Mirzə Əli Möcüz. Tazə və 

çap olunmamış əsərləri. Toplayanı Y.Şeyda. III c. Təbriz: Azərbaydaqan, ilsiz. 

 

56



11.

 

Şəbüstər radiosu. İmzasız / Molla Nəsrəddin jur., Bakı: 7 fevral 1925, № 6, s. 2-10. 



12.

 

Zehtabi M.T. Mirzə Əli Möcüzün Bakı çapı // Vaqlıq jur., Tehran: 1990, № 4, s. 93-106. 



13.

 

Zehtabi M.T, Şəbüstərli Mirzə Əli Möcüzün həyatı// Əhrar jur., Təbriz: fevral 2002, s. 49-51. 



 

 

ШАХРУДСКИЙ ПЕРИОД ЖИЗНИ МИРЗА АЛИ МОДЖУЗА  



 

Ф.Ю.ХАЛИЛОВ 

 

РЕЗЮМЕ  

 

В  статье  впервые  описывается  Шахрудский  период  жизни (1933-1934 гг.) 

М.А.Моджуза. 

Автор, основываясь на новые факты и источники, приходит к такому выводу, что 

однолетний  Шахрудский  период  жизни  М.А.Моджуза  характеризуется  душевной 

растерянностью, застоем в творчестве и вступлением в последние годы жизни. 



 

 

SHAHRUD PERIOD IN MIRZA ALI MODJUZ’S LIFE  

 

F.Y.KHALILOV 

 

SUMMARY 

 

Comprehensive information regarding the Shahrud period in M.A.Modjuz’s life (1933-

1934) is presented in the article for the first time. 

Basing upon new sources and facts, the author draws such a conclusion that a year long 

Shahrud period in Modjuz’s life is characterized with moral shocks, stagnation in literary 

activity and the last years of his life. 



 

 

57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə