Baki universitetiNİn xəBƏRLƏRİ №3 Humanitar elmlər seriyası



Yüklə 51.33 Kb.
PDF просмотр
tarix22.05.2017
ölçüsü51.33 Kb.

 BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№3 

 

 

         Humanitar elmlər seriyası 

 

         2009 

 

 



 

 

ƏDƏBİYYATŞÜNASLIQ 

 

 

 



 

ZƏLİMXAN YAQUB YARADICILIĞINDA QARABAĞ MÖVZUSU 

 

İ.S.ƏLİYEVA 

Baki Dövlət Universiteti 

ifrateliyev@box.az 

 

Zəngin və  əhatəli yaradıcılıq yolu keçən Zəlimxan Yaqubu vətən, xalq, soykökünə 

qayıdış, torpaq həsrəti narahat edən mövzulardandır.  

Zəlimxan Yaqub B.Vahabzadə, N.Xəzri, X.Rza, F.Sadıq, F.Mehdi kimi söz ustaları tək 

Qarabağ hadisələrinə laqeyd qalmamış, yaradıcılığında bu mövzuya geniş yer ayırmışdır. 

Məqalə məhz Z.Yaqubun yaradıcılığındakı bu motivlərə toxunulur.  

 

Azərbaycan şeirinin müasir dövrdəki ən parlaq simalarından olan Z.Yaqub xal-

qımızın mənəvi dünyasının poetik təzahürüdür. Zəngin və möhtəşəm tarixi olan xalq 

poeziyasının bağrından qopub gələn Z.Yaqub bu gün ən gözəl, çağdaş nümayəndə-

sidir. 

Zəngin və  əhatəli yaradıcılıq yolu keçən Zəlimxan Yaqubu daim düşündürən 



mövzular içərisində  vətən, xalq mövzusu olmuşdur. Akademik B.Budaqovun dediyi 

kimi “Azərbaycan torpağını  bərəkətli bir torpaq kimi qələmə vermək üçün torpağa 

Zəlimxan məhəbbəti lazımdır” (2). Zəlimxanın nəfəsi dəyən yerdə xeyir-bərəkət gö-

yərməlidir. Çünki bütün vətənpərvər  şairlər kimi o da qanı özünə hopdurulmuş ana 

torpağının yetirdiyi oğullardan biridir (3). Daim axtarışda olan Z.Yaqubun yaradı-

cılığında milli ruh, vətəndaşlıq motivləri, tarixə, kökə qayıdış, yurd, torpaq həsrəti 

mühüm yer tutur. Heç təsadüfi deyil ki, onun “Dərdimizin bayatı düzümü” silsilə-

sindən olan kitabında olan bu mövzuya dair xeyli bayatılar toplanmışdır. Bu baya-

tılarda da Vətən, xalq dərdi önə  çəkilib. Xalqın min illər boyu yaratdığı  və doğma 

anasının qoşduğu bayatılar şairin ilham mənbəyinə çevrilmişdir. Lirik şeirlərində ol-

duğu kimi, bayatılarında da o, Qarabağ harayından, Laçın fəryadından, Şuşa naləsin-

dən, Aşıq Ələsgər, Aşıq Alı, Dədə Şəmşirin tənha qalmış qəbirlərinin göynərtisindən 

ürək ağrısı ilə yazmışdır. Əldən getmiş doğma yurd yerlərindən, bir sözlə, paralanmış 

Azərbaycandan qəmli duyğuları həsrətlə qələmə alan şair laylanın, bayatının dili ilə 

oxumağa başlayır: 

Dərd bizi dara bağlar, 

Yol kəsər, ara bağlar. 

Qarabağa gedənlər 

Meylini hara bağlar? 

 

43



Şuşadan Laçına bax 

Qarabağdan Xaçına bax. 

Yazıq anam saç yolur, 

Əlində saçına bax. 

Ağdamın keşik dağı, 

Görünmür Beşikdağı. 

Yüz il getməz ürəkdən 

Ev dağı, eşik dağı (8, 34). 

 

Ən yüksək, ideal mətləbləri bayatı kimi lakonik ədəbi formada sənətkarlıqla 



ifadə etmək bizim folklorumuzun səciyyəvi xüsusiyyətidir. Az sözlə böyük məna 

aşılamaq Z.Yaqub şeirlərinin də ümdə cəhətidir” (4, 74). Onu folklor ədəbiyyatımıza 

yaxınlaşdıran da elə budur. Şairin çoxsaylı bayatılarını nəzərdən keçirəndə bu nəticə-

yə gəlmək olur. Bunların altında konkret imzasını görməsək, oxucuya elə gələr ki, bu 

bayatıların hamısı xalqın uzun əsrlərin süzgəcindən axıb gələn şeir nümunələridir.  

Bayatılarında sadəcə  şeir düzümü, misraların büllur saflığı, ürəyə yatımlığı 

deyil, daha çox dərin məna, mətnaltı fikir diqqəti cəlb edir. Lirik “Mən” yalnız Şuşa 

ilə, Ağdamla deyil, həm də digər başıbəlalı yurd yerlərimizlə ağlayıb göz yaşı tökür. 

Bu misralarda Daşaltı da, Laçın, Qubadlı da, Zəngəzur, Kəlbəcər, Zəngilan da, 

Bərgüşad, Həkəri də “hönkürtü” ilə çırpınır.  

Bu dövrlərdə poeziya həmişə xalqla, cəmiyyətin ağrılı problemləri ilə birgə 

olmuşdur. Onun sevincini də, qəmini, dərdini də özündə yaşatmışdır. Ilk reaksiya 

bildirməyi, ilk səlahiyyətli sözü deməyi, əsrin faciəsini dərhal xalqa çatdırmağı başqa 

yanlardan əvvəl məhz poeziya öz üzərinə götürmüşdür. Bu da təbiidir. Çünki şeirin 

yolu qısa və kəsədir. Operativlik, çeviklik onun mahiyyət və xarakterindən irəli gəlir. 

Bəlkə buna görədir ki, indiki problemlərimiz, o cümlədən zorun, gücün sayəsində 

xalqımıza ağır yük olan, minbir fırıldaq, çirkin siyasətlə boynumuza sırınan Qarabağ 

məsələsində daha aktiv rolunu poeziyamız öz üzərinə götürmüşdür.  Şübhəsiz ki, 

ədəbiyyatımızın bütün sahələri – hekayə, povest, dram, roman, publisistika bu məsələ 

ilə bağlı öz prinsipial, səlahiyyətli sözünü layiqincə demiş  və deməkdə davam edir. 

Bizim məqsədimiz yığcam bir şəkildə bu sahədə şeirimizin tutduğu mövqe və rolunu 

oxucularımıza çatdırmaqdır. Ədəbiyyatımızın elə bir nəslinin nümayəndəsi yoxdur ki, 

bu yaralı  məsələmizə öz münasibətini bildirməsin. Anar, Bəxtiyar Vahabzadə, Nəbi 

Xəzri, Fikrət Qoca, Məmməd Araz, Xəlil Rza Ulutürk, Ramiz Rövşən, Famil Mehdi, 

Qabil, Nəriman Həsənzadə kimi yaşlı və orta nəslə mənsub sənətkarlarımız, o cüm-

lədən gənc ədəbi nəsil çox fəal çalışmış, qiymətli sənət nümunələri yaratmışlar.  

Görkəmli şairlərimizin - B.Vahabzadə, N.Xəzri, X.Rza, N.Həsənzadə, F.Qoca, 

F.Sadıq kimi sənətkarların Vətən, Qarabağ harayına hay verən, səsini ucaldanlardan 

biri də xalq şairi Zəlimxan Yaqubdur. O, vətəndaş-şair cəsarətilə başımıza gətirilən 

müsibətlərə qarşı çıxmaqla kifayətlənmir, xalqı ayıq-sayıq olmağa, düşmən həmləsinə 

yol verməməyə çağırır. Azərbaycanın qədim, comərd kişilərini haraylayır, gənclə-

rimizi babalarına layiq görmək istəyir: 

İsti yurdum, yuvam hanı, 

Ağır elim, obam hanı. 

Qan yatırdan babam hanı, 

Hara baxsan qan görünür. 

 

 

44



Pələng ürəkli kişilər, 

Qaya ürəkli kişilər, 

Duzlu-çörəkli kişilər, 

Yeriniz yaman görünür (6, 34) 

 

Bu sətirlərdə xalqın dərdi, qayğı  və düşüncələri çox lakonik bir tərzdə ifadə 



olunmuşdur. “Din, imanın tükəndiyini” görən  şair,  əlillərin də, qaçqınların da “yar-

dımına” göz dikənləri, “başı qarnında” olanları, Vətəni unudanları kəskin qələmi ilə 

damğalayır, onların “canavar” sifətini qəzəblə aşkarlayır. 

“Zəlilin yardımı zəlilin deyil, Diplomlu, savadlı zəlillərindi”-deyən şair böyük 

ürək ağrısı ilə bundan çıxış yolu arayır, üzünü yenə  də millətin sağlam təbəqəsinə 

tutur (5, 13): 

Dəli dalğalara, sərt tufanlara

Çıxın, sinəsini gərən tapıla. 

“Yağı yağ üstünə çıxa” millətin, 

Ayranı biryolluq ayranlıq ola. 

 

Ya aydınlıq gələ qaranlıqlara, 



Ya da birdəfəlik qaranlıq ola!... 

“İndinin harınları, qalanları başqadı,  

Səhra həmin səhradı, ilanları başqadı”  (7) 

 

deyən müəllif, pula, rüşvətə susayanları ittiham edir, onları mənəvi saflığa, “bir az da 



Vətəni, xalqı düşünməyə” səsləyir. Imkanı olan məmurlardan, var-dövləti başından 

aşanlardan” imdad istəyir, onlara Vətənindən didərgin düşənlərə kömək əllərini uzat-

malarını  məsləhət bilir. “Torpağı yad əlində, özü çadırda əsir” olanlara yardım əlini 

uzada bilməyən  şair mənəvi  əzablar içində yanıb qovrulur. “Günü ah-vayla keçən-

lərə” həqiqi qayğıdan, səmimiyyət və  məhəbbətdən məhrum olanlara kömək etmək 

iqtidarında olmayan şair öz düşüncələrini belə ifadə edir: 

Allahı çağırırsan, eşqin Allaha çatmır, 

Eşitmir vəzir, vəkil, əllərin şaha çatmır, 

Mənim gücüm çəkdiyin aha, ağrıya çatmır, 

Səni necə qurtarım ağrıların əlindən? 

 

Nə şaham, nə Allaham, nə peyğəmbərəm, nə sultan, 



Qəlbindən keçənləri yaratmağa yox imkan. 

Təbiətdə qasırğa, cəmiyyətdə sərt tufan

Səni necə qurtarım ağrıların əlindən? 

 

 Sən millətin övladı, mən millətin vəkili, 



Ürəyim cadar-cadar, yuxum ərşə çəkili. 

Əlim göyə uzalı, gözüm göyə dikili, 

Səni necə qurtarım ağrıların əlindən? (8) 

 

Elə buna görədir ki, şair bir vətəndaş kimi əzab şəkir, “Kimsəsizlər kimsəsini” 



köməyə çağırır, “dərd olub neyə  çəkilməyi, nur olub göyə  çəkilməyi” arzulayır. 

Mənəvi iztirablar içərisində qalan lirik “mən” dərdinə “məlhəm” tapa bilmir. “Dərd 

 

45


ucuz, dərman baha” bir dünyada “ümidsiz sabahlara” bel bağlamır.  

“Həqiqi şair dərd çəkən, dərd yaşayandır. Çəkili, siqlətli poeziya da elə dərddən 

yaranır. Məhz bu nöqtədə Z.Yaqub öz sələfləri kimi “dərd oylağımdır mənim” 

qənaətini təsdiqləyir”. “Kənd alışır,  şəhər yanır içimdə, Qəm qovrulur, kədər yanır 

içimdə”, “Qarışqanın qarşısında diz çökür, Fil dərdini gəlib mənə danışır”, “Mən bu 

yurdun ozanıyam, sazıyam”, “Bir razı qalana rast gəlmədim mən, dağılmış dünyadan 

hamı narazı”, “Ahım Ağrı dağın başına çatır, Gücüm gözlərimin yaşına çatır”-söy-

ləyəndə biz şairin səmimiliyinə inanır, dərdinə şərik oluruq. Müdrik ozanların, klassik 

yazarların “qəm karvanı” onu da haraylayır, “batman gələn dərddən” “diz bükülür, 

baş titrəyir, əl əsir”: (2, 32) 

Seçmək olmur nə gecəni, səhəri, 

Yaman günə kimlər saldı bəşəri?! 

 

Insan başqa, dövran başqa təbdədi, 



Ümidimiz dərmandadı, həbdədi. 

Aman Allah, qul bazarı dəbdədi, 

Qul dərdini gəlib mənə danışır. (7) 

 

Bütün bunlar şairi bəzən ümidsizliyə salır, özünü tənha və gücsüz hesab edir, 



“öz işindən, öz əməlindən əl çəkməyən şeytanın” nəinki təkcə Qarabağı, hətta bütöv 

bir ölkəni özünə ram etmək iştahası onu qəzəbləndirir, dünyanı, Allahı köməyə 

çağırır: 

Zəlimxan, mən kiməm, hökm Allahındı, 

Dəli olmağıma bir addım qalıb.  

 

Belə ağır anlarda şair yalnız böyük Allaha bel bağlayır, dünyanın ədalət səsinə 



inam bəsləyir. 

“Z.Yaqub siyasətin deyə bilmədiklərini  şeirin dili ilə deyir. Onun nəzərində 

Şuşa yalnız Qarabağın bir hissəsi deyil, Azərbaycanın ayrılmaz bir parçasıdır. Şairlər, 

sənətçilər, ziyalılar, dahilər yurdudur. Təbiətin, gözəlliyin tacıdır. Bu cür gözəllikdən, 

şeir-sənət Olimpindən  əl üzmək cinayət deyilmi? (4, 74-83) Belə müqəddəsliyin, 

təbiətin nadir, cilvəli möcüzəsinin düşmən tapdağı altında iniltisinə dözmək olarmı? 

Çırpınan yaralı quşu, qanadı qırılan qartalı, ismətinə, bakirəliyinə xələl gəlmiş dağlar 

gözəlini öz əvvəlki taxt-tacına qaytarmağın vaxtı deyilmi? Bütün bu məsum suallara 

cavab axtaran, lakin cavab tapa bilməyən şair Şuşanı yalnız yuxularda görməyindən 

həyəcanlanır, təlaş keçirir: 

Bu gecə yuxuma gəlmişdi Şuşa

Cabbar ağlayırdı, Xan ağlayırdı. 

Dönmüşdü qanadı qırılmış quşa, 

Qarabağ başabaş qan ağlayırdı... 

 

Bu gecə yuxuma girmişdir Şuşa, 



Pənah xan qəbirdə tir-tir əsirdi. 

Şuşanı satanlar verib baş-başa 

Şəhərin üstündə qiymət kəsirdi (8, 131) 

 

Şair göstərirdi ki, Qarabağın başı üstündə qara buludlar dolaşmaqdadır. Pro-



 

46


moteyi çarmıxa çəkənlər, Nəsiminin dərisini soyanlar XX əsrdə də peyda oldu. Yaxın 

qonşu olan riyakarlar iblis donunda xalqımızın cəlladına çevirildilər. Neçə-neçə  şə-

hərlər, kəndlər yerlə yeksan olundu. Abidələr, heykəllər, məscidlər dağıdıldı, uşaqlar, 

kişilər, qadınlar təhqir olundu. Indi də qəbirlər sökülür, müxtəlif tarixi qazıntılar apa-

rılır, iblisanə siyasətlər yürüdülür, xalqımıza məxsus nə varsa-hamısı saxtalaşdırılır, 

özününküləşdirir. Tarixi yerlərimizə sahib olmaq üçün “faktlar”, “dəlillər” uydurulur, 

ərazilərimiz erməniləşdirilir. Bunlar, əlbəttə, son illərin dəhşətli hadisələridir. Qara-

bağı qurbanlıq qoç, “quzu” kimi yeyib-talayan düşməndən azad etməyin müşgüllü-

yünü dərk edən şair xalqımızın bu tilsimdən çıxmasını möcüzə kimi təsvir və təsəvvür 

edir: 


Tutaq ki, qaytardıq Şuşanı, qardaş, 

Talanan namusu, tökülən gözü, 

Tapdanan isməti kim qaytaracaq?! 

Anadan, bacıdan, qızdan, gəlindən 

Alınan qisməti kim qaytaracaq? 

Doğranan qolları, donan qıçları, 

Kəsilən başları kim qaytaracaq?! (7) 

 

Mənəvi vicdanın, şeirin-sənətin divanı ilə şair əsl məhkəmə qurur, düşmənə ən 



ağır cəza kəsir. Bildirir ki, rəsmi, inzibati yollarla torpaqlarımızı geri qaytarmaq çə-

tinləşsə də, poeziyanın dili ilə onları tərki-silah etmək, bütün dünya qarşısında rüsvay 

etmək daha böyük cəzadır.  Şair həm də öz daxili düşmənlərimizi, diriykən ölü 

olanları, “canlı meyitləri”, “barsız söyüdləri”, “gizli maskaları”, xalqa açıb göstərir, 

onların puç mənəviyyatını qəzəblə ifşa edir: 

Xalqın taleyini hərraca qoymaq 

Ən böyük siyasi fahişəlikdi... 

Evinin içində didərgin olan 

Yeganə millətik bu yer üzündə... 

Qaçqınlıq peşəyə çevrilir indi, 

Olmuşuq hamımız peşə qaçqını... (7) 

 

Müəllif inamla bildirir ki, bu şər-şeytanlıq, milləti “keçi qiymətinə” satan 



manqurtlar gec-tez cəzalarına çatacaqlar: 

Zaman söküb – tökəcək maskaları, donları, 

Sabunlu kəndir tapıb xalq asacaq onları!.. 

 

Qarabağ mövzusu, şübhəsiz ki, geniş, dərin və məsuliyyətli bir mövzudur. Bu 



barədə nə qədər kitablar, elmi işlər, məqalələr yazılsa yenə də azdır. Bu zəruri, aktual 

mövzu,  əlbəttə, həmişə davam etdiriləcəkdir. Xalqımız, bizim hər birimiz Qarabağ 

məsələsindən hələ çox danışacaq, çox yazacaqdır.  Şairin özü etiraf etdiyi kimi, biz 

nəinki Qarabağ dərdinə, Şuşa, Laçın ağrısına, Xocalı “göynərtisinə” son qoymalıyıq, 

eyni zamanda, tarixi torpaqlarımıza, halal ərazilərimizə yiyə durmalıyıq. “Zəngə-

zurda, Göyçədə, Təbrizdə, Dərbənddə, Borçalıda başımıza gələnlər bizə böyük dərd 

olmaqla yanaşı, həm də ciddi ibrət dərsi olmalıdır...” 

Z.Yaqub bu gün də Azərbaycan  şeirinin önündə gedən  şairlərdən biri kimi 

məhz bu amalla yaşayıb-yaradır.  

 

 



47

ƏDƏBİYYAT 

1.

 



Budaqov B. “Nə yerdə, nə göydə”. Bakı: Şərq qəz., 2001, 2 fevral. 

2.

 



Xəlilov Ə. Olimpə gedən yolda. Bakı: Azəbaycan Universiteti,  2005, 173 s. 

3.

 



Maqsudov Q., Xəndan R.Z. “Təbiət şairi, torpaq şairi”. Bakı: Ədəbiyyat və incəsənət qəz., 

1983, 19 avqust. 

4.

 

Nəbiyev B. Ələsgər ətirli sətirlər / Azərbaycan jurn. Bakı: 1990, №6, s. 74-83. 



5.

 

Hüseynova Ə. Z.Yaqubun yaradıcılığı. Bakı: ADPU, 2006, 139 s. 



6.

 

Yaqub Z. Yolum evdən başlanıb. Bakı: Yazıçı, 1981, 63 s. 



7.

 

Yaqub Z. Şair harayı. Bakı: Gənclik, 1995, 220 s. 



8.

 

Yaqub Z. Bir əli torpaqda, bir əli haqda. Bakı: Azərbaycan, 1997, 487 s. 



 

 

КАРАБАХСКАЯ ТЕМАТИКА В ТВОРЧЕСТВЕ ЗЕЛИМХАНА ЯГУБА 

 

И.С.АЛИЕВА 

 

РЕЗЮМЕ 

 

Среди  тем,  постоянно  волнующих  Зелимхана  Ягуба,  прошедшего  богатый  и 

творческий путь, важное место занимают такие мотивы, как национальный дух, граж-

данство,  возвращение  к  исконным  корням,  отечество,  тоска  по  земле.  Народный  поэт 

Зелимхан  Ягуб  наряду  с  такими  видными  мастерами  слова,  как  Б.Вахабзаде,  Н.Хазри, 

Х.Рза,  Н.Гасанзаде,  Ф.Садыг,  Ф.Мехти,  в 1990-е  годы  отозвался  на  карабахские 

события, поднял свой голос. 

В  статье  использованы  произведения  поэта,  посвященные  данной  теме,  в 

которых он призывает наших сограждан, потерявших земли и живущих в палатках, не 

падать духом, высоко держать голову. 



  

 

GARABAGH THEME IN ZELIMKHAN YAQUB'S CREATIVITY  

 

I.S.ALIYEVA 

 

SUMMARY 

 

Among the themes, constantly exciting Zelimkhan Yaqub, hawing passed rich literary 

activity such motives as national spirit, citizenship, return to native roots, motherland, 

homesickness bulk large. 

People's poet Zelimkhan Yaqub side by side with the prominent writers, as B.Va-

habzade, N.Khazri, Kh.Rza, N.Hasanzadeh, F.Sadiq, F.Mehti responded to Garabagh events in 

1990 and raised his voice. 

The article presents the works of the poet, dedicated to the given subject in which he 

calls up our fellow citizens, who lost their lands and live in tents, to present a bold front and, 

to hold their heads high. 



 

 

 



48


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə