Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar elml



Yüklə 40.41 Kb.
Pdf просмотр
tarix01.06.2017
ölçüsü40.41 Kb.

93 

BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4    

 

Humanitar elml

ər seriyası   

 

2012 

 

 



 

 

UOT 94 “04\15” 

 

MÜSTƏMLƏKƏ DÖVRÜNDƏ İNDONEZİYADA İSLAM 



 

K.M.SOF

İYEVA  

Bakı Dövlət Universiteti 

sofiyeva@rambler.ru 

 

M

əqalə İndoneziyanın Portuqaliya və Hollandiya tərəfindən işğal olunması, müstəmlə-

k

əçilərin Macapaxit dövlətinin süqutundan sonra burada möhkəmlənmiş islam sultanlıqları ilə 

münasib

ətlərinə həsr olunmuşdur. Burada həmçinin avropalıların İndoneziya adalarında xris-

tian

lığı  yaymaq  cəhdlərini nəzərdən keçirilmişdir.  Məqalədə  bu cəhdlərin heç bir nəticə 

verm

ədiyi ön plana cəkilmişdir.  

 

Açar sözl

ər: İndoneziya, Portuqaliya, Hollandiya, islam, Yava 

 

H

ələ  böyük  coğrafi  kəşflər dövründən Cənub-Şərqi  Asiyanın  adalar 



al

əminin müstəmləkəyə çevrilməsi avropalıların əsas məqsədi olmuşdur. Belə 

ki, m

əhz burada cənub dənizləri ölkələrində  ekzotik məhsullar, ilk növbədə 



ədviyyatlar  yetişdirirdi.  Bu  məhsullara sahib olmaq istəyi müstəmləkəçilər 

üçün stimul idi. XVI –  XVII 

əsrlərin qovşağında Cənub – Şərqi Asiya dünya 

ticar


ət sistemində mühüm yer tuturdu.  

İndoneziyanı  Cənub-Şərqi  Asiyanın  müstəmləkəçilərin möhkəmləndiyi 

ilk rayonlar

ından hesab etmək olar. İndoneziya  adalarında  müstəmləkə  eks-

pan

siyası  XVI  əsrdən  portuqaliyalılar  tərəfindən  başlanmışdır.  Müsəlman 



hakim t

ərəfindən idarə  olunan  Malakka  İndoneziyada  islamın  yayılmasının 

əsas mərkəzi idi. Buna görə də, 1511-ci ildə Malakkanın tutulması çox böyük 

əhəmiyyət kəsb edirdi. Ilk dövrlərdə portuqaliyalılar burada müdafiə mövqeyi 

tuturdular. Qonşu ölkələr tabe edilməmişdi, İndoneziyanın müsəlman hakim-

l

əri onlara düşmən münasibət bəsləyirdilər. Qeyd etmək lazımdır ki, İndonezi-



ya  adalarında  islam  dini  XIII  əsrdən  yayılmağa  başlamışdır.  1526-cı  ildə 

port


uqaliyalılar  Malakkanın  ələ  keçirilməsindən  sonra  onlara  qarşı  mübarizə 

aparan Malakka hakimi sultan Mahmudu m

əğlub  etdilər. Müsəlman tacirləri 

is

ə  Malakkaya girməmək üçün öz dayaq məntəqələrini  Kalimantanın  şimal-



şərq sahilində  yerləşən Bruneyə  köçürdülər.  Bruney  islamın  yeni  yayılma 

m

ərkəzi oldu.  



94 

Bundan sonra, 1526-

cı  ildən  portuqaliyalılara  qarşı  mübarizəyə  Açe 

(Sumatara adasında) başçılıq etməyə başladı. 1529-1587-ci illərdə Açe sultan 

d

əfələrlə Malakkanı ələ keçirməyə cəhd etmişdir (1, 172-175). 



1512-ci ild

ə portuqaliyalılar Molukk adalarında göründülər. Şərqi İndo-

ne

ziya  sultanlıqları  Ternate  və  Tidore  arasındakı  ziddiyyətlərdən və  hərbi 



qüvv

ədən məharətlə  istifadə  edərək mixək və  qoz  istehsalı  rayonu  olan 

Molukk adalarında ədviyyat satın almaq inhisarı əldə etdilər. Portuqaliyalıların 

müdaxil


əsi  ənənəvi ticarət  əlaqələrini pozdu, yerli iqtisadiyyata ciddi zərər 

vurdu.  Konkistadorların  pirat  hərəkətləri,  ədviyyatlara  aşağı  qiymətlərin 

qoyulması,  zorla  katolikliyin  yayılması  cəhdləri  –  bütün bunlar böyük kənd 

t

əsərrüfatı rayonlarının müflisləşməsinə  və boşalmasına gətirib çıxarırdı. XVI 



əsrdə  siyasi-ideoloji sahədə  əsas dəyişikliklər isə  yeni dövlət  qurumlarının 

yaranmasında  və  islam dininin mövqelərinin möhkəmlənməsində  öz  əksini 

tapdı. Bir sıra İndoneziya dövlətləri, xüsusilə XVI əsrin II yarısında portuqa-

liyalılarla mübarizəyə başladılar.  

1293-1520-ci ill

ərdə  mövcud  olmuş  Macapaxit dövlətinin süqutu onun 

ərazisində islam knyazlıqlarının və sultanlıqlarının yaranması ilə bağlı idi (2, 

15). 1519-cu ild

ə bu sultanlıqlardan ibarət koalisiya Macapaxit dövlətinin pay-

tax


tını darmadağın etdi. Bunların bəziləri (XIV əsrin əvvəllərində Pasey, XV-

XIX 


əsrlərdə Açe, XVI-XVII əsrlərdə Bantam və Demak və b.) həm kifayət 

q

ədər inkişaf etmiş feodal dini ierarxiyaya, həm də məhşurluq qazanmış dini 



m

əktəblərə malik idilər. Müsəlman aləmində Bantam (Qərbi Yava) dövlətinin 

əhəmiyyətinin təsdiqlənməsinin sübutu onun hakiminə  1638-ci ildə  Məhəm-

m

əd peyğəmbərin nəsli hesab edilən Məkkə hakimləri tərəfindən təsdiq edil-



miş sultan titulunun verilməsi oldu. 1641-ci ildə bu titul Mataram (Şərqi Yava) 

hakimi Aqunqa da (1613-1645) verildi (3,  53). Müst

əmləkə  ekspansiyasının 

genişlənməsi ilə  bütün bu dövlətlərdə  islamın  əsarətçi  -  xristianlarla “mü-

q

əddəs müharibənin” ideya bayrağı kimi əhəmiyyəti artırdı (4, 17). 



Islamın  sürətlə  yayılması  portuqaliyalıların  planlarına  ciddi  zərər 

vururdu. Banda v

ə Ambion adalarının hakimləri Yavanın müsəlman hakimləri 

il

ə sıx əlaqə saxlayırdılar. 1535-ci ildə Yavanın bütün şimal sahili islamı qəbul 



etdi. Bel

ə  şəraitdə  islamın  yayılmasının  qarşısını  almaq  üçün  müsəlman 

xalqları  katolikliyə  gətirmək qərara  alındı.  İslamın  qələbə  çaldığı  yerlərdə 

katolik missiyalarının qələbəyə heç bir ümid yox idi.  

Missioner f

əaliyyəti ilk növbədə Yavanın islamın daxil olmadığı rayon-

lar

ını əhatə edirdi. Lakin missionerlər çox gec gəlmişdilər. Şərqi Yavanın çox 



ucqarları  istisna  olmaqla,  burada  islam  dini  möhkəmlənmişdi.  Indoneziyada 

xristian kils

əsi ən çox uğuru Molukk və Kiçik Zond adalarında qazana bildi. 

Mo

lukk adalarında ilk katolik missiyaları hələ 1518-ci ildə meydana çıxmışdı-



lar. Artıq XVI əsrin sonlarında portuqaliyalıların gəlişinədək islamı qəbul et-

miş cənubi Molukk adalarında kifayət qədər böyük katolik icması yaranmışdı. 

Bu rayonlarda xristianlığın yayılma mərkəzləri, bir qayda olaraq, burada 

portuqaliyalılar  tərəfindən tikilən qalalar idi. Hər  bir  rayonda  xristianlığın 



95 

möhk


əmliyi adətən portuqal dayaq məntəqələrinin hərbi imkanları ilə müəy-

y

ən olunurdu. Portuqal hərbi  bazalarının  ləğv  olunduğu  ərazilərdə, yerli 



xristian 

əhali dərhal ya əvvəlki etiqatlarına qayıdır, ya da islamı qəbul edirdilər 

(5, 

12). Çünki Molukk adalarında portuqaliyalılar olduqça pis ad qazanmışdı-



lar. Missionerl

ərin çoxu müstəmləkə  soyğununda  çox  aktiv  iştirak  edirdilər. 

H

ətta o dövrün kilsə sənədlərində xristian təbliğatçılarının açgözlüyünə və aşa-



ğı əxlaq səviyyəsinə dair şikayətlərlə doludur. Burada portuqaliyalıların vəziy-

y

ətini Filippin adalarında müstəmləkə rejimi yaratmış İspaniya ilə toqquşma-



lar, h

əmçinin ingilislərin bu sulara daxil olmaq cəhdləri daima kəskinləşdirirdi. 

1596-

cı ildə İndoneziyaya ilk holland ticarət ekspedisiyası gəldi. Ticarət 



partn

yoru  kimi  onları  mehribanlıqla  qarşıladılar.  Bantamlıların  xeyirxah 

münasib

əti ən əvvəl onunla izah olunurdu ki, onlar hollandları portuqallarla və 



Mataramla mübariz

ədə öz müttəfiqləri kimi görürdülər. Holland müstəmləkə-

çil

əri isə İndoneziya əhalisinin portuqal işğalçılarına olan nifrətindən öz məq-



s

ədləri üçün istifadə edirdilər. Özünü Indoneziya knyazlıqları feodal hakimlə-

rinin mütt

əfiqi kimi qələmə  verən holland Ost –  Hind  kompaniyası  yavaş  – 

yavaş, lakin durmadan, qəti sürətdə ölkədə öz mövqelərini möhkəmləndirirdi. 

Bel


əliklə,  İndoneziyada  portuqal  ağalığı  uzun  sürmədi. XVI-XVII  əsrin 

qovşağında burada hollandlar möhkəmləndilər. 

Indoneziya 

əhalisi tezliklə əmin oldu ki, holland işğalçıları acgözlükdə 

heç d

ə portuqallardan geri qalmırlar. Hollandlara Yava adasında öz mövqeləri-



ni saxlamağa Bantam və Mataram arasında düşmənçilik kömək etdi.  

1620-ci ild

ə  Yavada möhkəmlənən  hollandlar  bütün  portuqaliyalı  mis-

sionerl


əri adadan qovdular. XVII əsrin II yarısında Hollandiyanın hakimiyyəti 

altına  keçən  İndoneziya  katoliklərinin bir hissəsi  protestantlığı  qəbul etdi. 

Hollandlar onlardan öz müst

əmləkə ordularında əsgər kimi istifadə edirdilər. 

Bir hiss

əsi isə  tamamilə  xristianlıqdan  imtina  edərək, müsəlmanlığı  qəbul 

etdil

ər. Katolik kilsəsi yalnız Kiçik Zond adalarının şərqində qala bildi. Lakin 



XX 

əsrədək burada da katoliklər heç vaxt əhalinin  əsas hissəsini  təşkil 

etmirdil

ər. Ümumiyyətlə,  İndoneziyada  xristian  dini  yayılmadı,  baxmayaraq 

ki, holland ağalığı burada İkinci dünya müharibəsinə kimi davam etdi (6, 5). 

XVI 


əsrdən  başlayaraq  xaricilərin ölkəyə  soxulması  və  bitməyən ara 

müharib


ələri nəticəsində, həmçinin islam və islamaqədərki adət-ənənələr ara-

sındakı  mübarizə  səbəbi ilə  İndoneziya  mədəniyyəti dərin və  uzunsürən 

böhran yaşayırdı.  

 

ƏDƏBİYYAT 

1.

 



Холл Д.Дж.Е. Юго–Восточная Азия. М., Иностранная литература, 1958, 598 с. 

2.

 



Симония Н.А. Индонезия. М.: Мысль, 1978, 168 с. 

3.

 



Индонезия. М.: Наука, 1983, 398 с. 

4.

 



Ионова А.И. Ислам в Юго-Восточной Азии: проблемы современной идейной эволю-

ции. М.: Наука, 1981, 264 с. 

5.

 

Берзин Э.О. Католическая церковь в Юго-Восточной Азии. М.: Наука, 1966 320 т. 



6.

 

Бычков С.В. Изумрудное оперение Гаруды. М.: Мысль, 1987, 188 с. 



96 

ИСЛАМ В ИНДОНЕЗИИ В КОЛОНИАЛЬНЫЙ ПЕРИОД 

 

К.М.СОФИЕВА 

 

РЕЗЮМЕ 

 

Статья  посвящена  захвату  Индонезии  Португалией  и  Голландией,  отношениям 



колонизаторов с исламскими султанатами,  укрепившихся здесь после распада Маджа-

пахитского  государства.  Автор  также  рассматривает  попытки  европейцев  распростра-

нить христианство в Индонезийских островах. В статье на передний план выдвигается 

безрезультатность этих попыток. 



 

Ключевые слова: Индонезия, Португалия, Голландия, ислам, Ява 

 

ISLAM IN INDONESIA DURING THE COLONIAL PERIOD 

 

K.M.SOFIYEVA 

 

SUMMARY 

 

The article deals with Indonesia’s occupation by Portugal and Holland, relations of co-



lonialists with Islam sultanates which became stronger after the decline of the Majapakhit state 

of the colonizers. The author illustrates Europeans attempts to spread Christianity in Indone-

sian islands as well. The failure of these efforts are underlined in the article. 

 

Key words: Indonesia, Portugal, Holland, Islam, Java 



 

 

 



Каталог: Xeberler%20Jurnali -> Humanitar%20%202012%20%204
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №1 Humanitar elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №1 Sosial-siyasi
Xeberler%20Jurnali -> Uot 663. 1 Muğan düZÜNÜn paxlali biTKİLƏRİNİn mikobiotasi
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Sosial-siyasi elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Sosial-siyasi elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Sosial-siyasi elmlər seriyası
Xeberler%20Jurnali -> Лцтдцкштвцт ишкшвшк. Ибдпцтшт шйдшь жцкфшеш игкфтэт рцдц фде зфдущдше вбмкът- вцт ьцылгтдфжьфыэтф жцкфше нфкфеьэжвэк
Humanitar%20%202012%20%204 -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar elml
Humanitar%20%202012%20%204 -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar elml


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə