Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar elmlər seriyası



Yüklə 58.92 Kb.

tarix23.12.2016
ölçüsü58.92 Kb.

BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4 

 

                     Humanitar elmlər seriyası 

  2009 

 

 



 

 

“PROMETEY” JURNALINDA AZƏRBAYCANLI  



MÜHACİRLƏRİN FƏALİYYƏTİ 

 

N.YAQUBLU 

Bakı Dövlət Universiteti 

 

1996-cı ildə Türkiyədə Semih Vannerin nəşrə hazırladığı “Unutqan tarix” 



kitabında prometeyçilik hərəkatı belə təqdim edilirdi: “Prometeyçilik, öncəliklə, Rus 

imperatorluğunda 1917-ci il dövrümü sırasında ortaya çıxan müstəqil cumhuriy-

yətlərin başarıqsizlığından doğan, bu başarıqsızlıqdan sonra SSRİ-dən ayrılan rus 

olmayan mühacirlərin qurduqları bir hərəkat olaraq tanınmalıdır. Bu hərəkatın 

rəhbərləri Şərqi Avropanın paytaxtlarında yerləşdilər. Qızıl Orduya qarşı müxalifətə 

qalxan bu kadrlar içəridə  uğursuzluqla qarşılaşınca sürgündə bolşevizmə qarşı bir 

cəbhə yaratmağa çalışdılar” (1, 17). 

Həqiqətən də özünə mifoloji bir ad seçən bu hərəkat uzun ömürlü olmuş, 

müxtəlif ölkələrdə yaşayan böyük nüfuz sahibi insanları bir araya gətirmişdir. 

“Prometeyçi” adı ilə Varşavada, Berlində, Parisdə, İstanbulda, Şanxayda, Münhendə, 

Helsinkidə, Tokioda, SSRİ ətrafında böyük bir şəbəkə qurulmuşdu. Bu hərəkatın çox 

əhəmiyyətli fəaliyyətini  əks etdirən “Prometey” jurnalı 1926-1938-ci illər arasında 

Parisdə fasiləsiz olaraq nəşr edilmişdir. 

“Prometey” haqqında daha ətraflı  məlumatı fransız tarixçisi Etyen Koponun 

1993-cü ildə Parisdə çap edilmiş “Prometey hərəkatı” məqaləsindən öyrənmək müm-

kündür. Həmin məqaləni tanınmış ziyalı Ramiz Abutalıbov 2006-cı ildə Moskvada 

nəşr edilmiş “Parisdəki görüşlər və illər” kitabında oxuculara təqdim etmişdir. 

“Prometey hərəkatı” haqqında kitabda aşağıdakı maraqlı  məqamlar vardır: “Həmin 

illərdə siyasi mühacirlərin  əsas məskunlaşdığı yer Paris idi. Burada A. F. Kerenski 

əksbolşevik təşkilatı yaratmışdı və “Gün” adlı mətbuat orqanı yayınlayırdı. Ancaq rus 

əsilli olmayan əksər mühacirlər onu rus koloniya siyasətini müdafiə etməkdə, Qafqaz 

və Türküstan respublikalarına müstəqillik verməməkdə günahlandırırdılar. Türkiyədə 

və başqa Avropa şəhərlərində müəyyən cəhdlərdən sonra, məhz Fransada bu siyasi 

mühacirlər marşal Pilsudskinin dəstəyi ilə aylıq “Prometey” jurnalını fransız dilində 

nəşr etməyə başladılar. Bütün mühacirəti özünün uzunömürlülüyü ilə təəccübləndirən 

bu jurnal 1926-1938-ci illərdə fasiləsiz nəşr edildi. Bütün bu dövrdə jurnalın 

redaktoru gürcü Georgi Qvazava idi. 1938-ci ildə jurnalın formatı  dəyişdi və o 

“Revyu de Prometey” adı ilə  nəşr edilməyə başladı. Həmin vaxtdan jurnalın 

bağlanmasına – 1940-cı ilə  qədər jurnalın baş redaktoru Ukraynanın keçmiş Xarici 

İşlər Naziri (1918-ci ildə) Aleksandr Şulqin olmuşdu. 

“Prometey” hərəkatı yaradılmasının ilk təəssübkeşlərindən biri Başqırdıstan 

Respublikasının ilk rəhbəri olmuş (1917, noyabr) Əhməd Zəki Validov-Toğan idi. 

1923-cü ildə o, Parisə  gəldikdə Mustafa Çokayoğlu,  Əlimərdan bəy Topçubaşov və 

 

198



Səbri Maqsudi ilə tanış olur. 1924-cü ilin iyununda o, Polşa hökumətinin rəsmi 

nümayəndəsi olan cənab Stempovski ilə görüşür. Bu görüşdə Fransada “Prometey” 

jurnalının yaradılması  qərara alınır. Jurnalın redaksiya heyəti və daimi müəllifləri 

tərkibinə Qafqazın, Türküstanın və Ukraynanın aşağıdakı görkəmli xadimləri daxil 

oldular: Məhəmməd Əmin Rəsulzadə, Noy Jordaniya, Aleksandr Şulqin, Ayaz İshaqi, 

Mustafa Çokayoğlu, Miryaqub Mehdiyev və başqaları” (2, 66). 

Polşada Prometeyin təşəkkül tapması ilə bağlı “Polskaya Mısl” (Polşa düşün-

cəsi”) qəzetinin redaktoru V.Bonçkovskinin “Vosxod” (“Şərq”) jurnalında çap olunan 

“Prometey problemi” məqaləsi də maraqlıdır. Müəllif yazırdı: “Rusiya Lehistana 

(Polşaya) çöllüklərin və Şimalın ac bir övladı kimi baxır: o öz qərb “ölkələri”ni qeyb 

etdikcə, xarici Monqolustanı felən işğal edir və Çində bir Kommunist Cumhuriyyəti 

vücuda gətirir. 1926-da V. İvanov: “Rus dövlətinin qüvvəti özünü işğalda göstərir” 

deyə yazmışdı. Məhrəm sovet xarici siyasətinin şüarı da belə deyir: “Şərqdə Yapon 

faşizmini enmək üçün onun qərbdəki arxasını  məhv etmək lazımdır”. Sovetlər 

İspaniyada milliyyətçi Avropa ilə  hərb edir və  Şanxay cəbhəsində terror hərəkatını 

himayə edir. Sovetlər Avropada “xalq cəbhələri” təşkil edir və Çini Nippon ilə 

çarpışmaq üçün ayaqlandırır” (3, 4). 

Sonra müəllif Sovet təhlükəsindən uzaqlaşmağın yolunu məhz “Prometey” 

millətçilərinin apardığı mübarizədə görür: “Bu vəziyyətin doğurduğu bir zərurətdir ki, 

qısa olaraq Ukrayna, Qafqaz, Türküstan və s. ölkələr başda olmaqla Rusiyanı ayrı-

ayrı milli dövlətlərə parçalamaq şüarında ifadəsini tapan Prometey məsələsi, Lehistan 

üçün əlverişli olmayan qonşu dövlətlərin inkişaf edən təzyiqlərinin indiki vəziyyətdə, 

bu təzyiqin daha artıq hiss edildiyi bir məntəqədə, yəni rus-leh məntəqəsində önünə 

işinə yarıyacaq ən müsbət və yeganə bir çarədir. Mübaliğə etmədən deyə bilərik ki, 

qüvvətli bir dövlət və öz bütövlüyü yolunda çarpışa biləcək vəziyyətdə olmaq 

mənasında, Lehistanın istiqbalı Prometey məsələsinin gerçəkləşməsi, yaxud, daimi 

olaraq Rusiyanı zəif düşürməyə yarıyacaq aktual bir şəkil alacağından asılıdır. 

“Prometey” həqiqəti ilə Leh həqiqəti arasındakı bağ olduqca qüvvətlidir və 

bilirik ki, beynəlmiləl münasibətlər tarixində məhkum və dövlət həyatından məhrum 

millətlərlə, dövlət və istiqlala sahib bir millət arasında bu dərəcə mənfəət yaxınlığını 

göstərən çox az misal vardır. Lehistanın bir dövlət halında müstəqil olması  və 

Prometey millətlərinin  əsarətdə qalması bu işə ancaq taktika və  vəziyyətə aid bir 

təzad və uyğunsuzluq qatmışdır” (3, 4). 

Qeyd edək ki, “Prometey” ideyası getdikcə daha çox ölkədə özünə dayaq 

tapırdı. Belə ölkələrdən biri də İtaliya idi. İtaliyada yaşayan gənc alim, Yaxın Şərq və 

Uzaq  Şərq problemlərinin tanınmış bilicisi Lauro Maynardi əsasən “Prometey” 

xalqlarının problemlərindən bəhs edən “Notiziario Orientale” adlı mətbuat orqanı nəşr 

etməyə başlamışdı (3, 43). Jurnalın fəaliyyət istiqamətləri haqqında redaktorun yazdı-

ğı baş məqalədən öyrənmək mümkündür: “Şərq problemlərinin diqqətli müşahidəçisi 

Uzaq Şərqdəki vəziyyətə diqqət yetirməyə bilməz. Biz hər şeydən əvvəl Yaponiya ilə 

Rusiya arasındakı mümkün konflikti nəzərdə tutmuruq. Məhz bu konflikt mərkəzi 

bolşevik hakimiyyətini yıxıb, Rusiya imperiyasının çoxmillətli dövlətlərə 

parçalanmasına səbəb ola bilər. Rusiyanın parçalanmaq formasını başa düşmək üçün 

mütəxəssis olmaq da lazım deyildir. Bu, belə olacaqdır: Ukrayna, Kazaklar ölkəsi, 

Qafqaz (4 xalqla: Azərbaycan, Gürcüstan, Ermənistan, Şimali Qafqaz və ya Çərkəzis-

tan), Türküstan, Sibir və s. Və bunun əsasında müstəqil dövlətlər yaranır. Bütün 

bunlar Şərqi Avropada, Qara dənizdə, Yaxın və Uzaq Şərqdə yeni situasiya yaradır. 

 

199



O ki qaldı İtaliya imperiyasına, biz təsdiq edirik ki, o, bu ölkələrin hər birində 

“status-kvo”nun dəyişdirilməsində tamamilə maraqlıdır. Onu məcbur edirik ki, bizdə 

Ukraynanın, Kazak torpaqlarının və Qafqazın tarixi, coğrafiyası, iqtisadiyyatı ilə 

məşğul olsunlar. Və həm də bu ölkələrin milli hüquqlarını, tələblərini, gələcəkdə azad 

xalqlar sırasındakı əhəmiyyətini aydınlaşdırsınlar” (3, 43). 

Göründüyü kimi, İtaliyada da artıq Rusiya əsarəti altında qalan xalqların 

problemlərinə diqqət yetirilirdi.  

 “Prometey”  jurnalına siyasi və  mənəvi dəstəyi verənlər arasında aşağıdakılar 

vardı: Bu dəstəyi ilk verən Varşavadakı  Şərqşünaslıq  İnstitutu idi. İnstitutun 

“Vosxod-Orient” adlı mətbu orqanı da çap olunurdu. İsveçrədəki dəstəyi isə “Jurnal 

de Jenev” qəzetinin baş redaktoru Jan Marten idi. Lakin “Prometey”in ən nüfuzlu 

lobbisti, 20 ilə  qədər  İsveçrənin Xarici İşlər Naziri və Millətlər Liqasında  əsas 

məruzəçisi olmuş Cüzeppe Motta idi. Məhz onun fəallığı ilə 1922-ci ildə Gürcüstanın 

Millətlər Liqasına daxil olması haqqında qərar qəbul edilmişdi. Cüzeppe Motta SSRİ-

nin 1934-cü ildə Millətlər Liqasına daxil edilməsinin qəti əleyhdarı idi. 

Fransada isə “Prometey”i Senatın prezidenti Pol Dummerin başçılıq etdiyi 

“Frans-Orian” Komitəsi, eləcə  də  Əlimərdan bəy Topçubaşov, Ceyhun Hacıbəyli, 

Türkiyənin Parisdəki səfiri Fəthi bəy, Mustafa Çokayoğlu, türkoloq Jozef Kastanye 

və başqaları müdafiə edirdilər... 

Qeyd olunmalıdır ki, “Prometey” redaksiyası SSRİ ilə bağlı  əksər məlumatı 

Türkiyədən alırdı. Jurnalın bu bölməsinin əsas müəllifləri M.Ə.Rəsulzadə, Miryaqub 

Mehdiyev, Mustafa Çokayoğlu, S.Menaqari və A.Asatiani idilər. “Prometey”də  ən 

çox “İstiqlal”dan (Berlin, redaktor M.Ə.Rəsulzadə - red.), “Azərbaycan Yurd Bilgisi”, 

“Yeni Qafqasiya”, “Yeni Türküstan” və “Odlu Yurd”dan (İstanbul) yazılar çap 

edilirdi. “Prometey”in xidməti sayəsində Avropa ictimaiyyəti Zaqafqaziyadakı 

sürgünlər, həbslər haqqında məlumat əldə edirdilər... 

Qeyd etdiyimiz kimi, 1938-ci ildən başlayaraq “Prometey” jurnalı adında və 

formatında dəyişiklik etdi. Həmin ildən jurnal bu adla nəşr edilməyə başladı: “La 

Revyu de Prometey”. 

Yeni adla nəşr edilən jurnal daha çox Prometey hərəkatının ensiklopediyası 

tendensiyasına üstünlük verirdi. Jurnalın yeni nəşrinin ilk sayında Varşava Universi-

tetinin professoru A.Lotoçskinin 1905-ci ildə Rusiya Müsəlmanlarının keçirdiyi ilk 

toplantıya həsr edilən məqaləsi çap olunmuşdur. Müəllif bu ideyanın inkişaf etdirilə-

rək 1917-1918-ci illərdə bəhrə verdiyini yazırdı. Məhz bu ideya rus olmayan xalqların 

Rusiyadan tamamilə ayrılmasına və milli dövlətlərini qurmasına  şərait yaradırdı. 

Müəllif yazırdı: “Muxtariyyatçı-federalistlərin Birliyi və  əzilən xalqların müasir 

təşkilatların yalnız bir şüarı vardır... Millətçiliyimiz uğrunda, hamı birimiz üçün, 

birimiz hamı üçün!” (4).  

Həmin sayda “Jurnal de Geneve” jurnalının şef-redaktoru, qafqazlı mühacirlə-

rin yaxın dostu J.Marşenin də maraqlı məqaləsi çap olunmuşdur. Müəllif təəssüf edir 

ki,  İspaniya və Çində olan müharibələr və digər Avropa problemləri Qafqaz 

məsələsini arxa plana atmışdır. Lakin o, göstərir ki, Qafqaza diqqət yenidən 

artacaqdır: “Qafqaz yenidən dirçələcəkdir. Mən buna tam şəkildə inanıram. İnanıram 

ki, ayrı-ayrı Qafqaz dövlətlərinin patriotları həmrəy olub, birlikdə işləyəcəklər” (4).  

Jurnalın  ədəbiyyat bölməsində isə azərbaycanlı mühacir doktor Miryaqubun 

Füzuli və Şah İsmayıl Xətainin yaradıcılığının dərin təhlili verilmişdir.  

 

200


1939-cu ildə Polşanın nasist Almaniyası  tərəfindən işğalı ilə bağlı “Revyu de 

Prometey” jurnalının nəşri üçün də problemlər yarandı. Mustafa Çokay, A.Şulqin, 

Miryaqub Mehdiyev, Noy Jordaniya bütün həmyerlilərinə müraciət edib, onları 

alman-sovet koalisiyasına qarşı müqavimətə çağırırdılar. Sonuncu sayın redaksiya 

məqaləsində (8-9 aprel, 1940-cı il) oxuculara təklif edilirdi ki, cuma və xolera 

xəstəlikləri arasında seçim etmək lazım deyil, sadəcə Finlandiyanın qəhrəmanlıq 

mübarizəsindən nümunə götürmək lazımdır” (2, 66-67-68). 

“Prometey”in yaradılmasında ilk təşəbbüsçülər sırasında M.Ə.Rəsulzadənin də 

adı  çəkilir. Tədqiqatçı X.İbrahimlinin “Azərbaycan siyasi mühacirəti” kitabında 

yazılır: “Hələ 1923-cü ilin iyunun 26-da çıxan “Yeni Qafqasiya” məcmuəsinin birinci 

nömrəsində M.Ə.Rəsulzadə Zevsin Prometeyi Qafqaz dağlarına zəncirlənməsini və 

qartalın onun ciyərlərini hər gün didməsini, Azərbaycanın, eyni zamanda Qafqazın 

mövcud siyasi durumu ilə əlaqələndirərək yazırdı: “Qafqasiyanın tarixini, son əsrdəki 

güzəran edən  əhalini və bir xassə indiki vəziyyətini ifadə etmək üçün bu əsatirdən 

daha gözəl bir rəmz tanımaq mümkün deyil” (5, 150). Azərbaycanı  və Qafqazı 

Prometey adlandıran müəllif onu parçalayıb, qanına qəltan edənin gerbində ikibaşlı 

qartal həkk edilən Rusiya imperiyası olduğunu göstərirdi. Bu yazının analoji variantı 

Birliyin 1926-cı il yanvarın 10-dan çıxmağa başlayan eyni adlı jurnalının birinci 

sayında da dərc edilmişdi” (5, 150). 

“Prometey”in yaranma tarixi və  fəaliyyəti ilə bağlı alman tədqiqatçısı 

Muhlenin və Polşa tarixçisi Mikuliçin də araşdırmaları maraqlıdır. 

Tanınmış  tədqiqatçı Mirzə Bala Məmmədzadə isə “Prometey”in ayrıca bir 

gənclər  şöbəsi olması haqqında məlumatlar bildirir: “Kommunist firqələri və 

Komintern yeni kadrosunu gənc kommunistlər birliyindən alır. Buna qarşı  məhkum 

millətlərin gəncləri “Pometey” Gənclər Təşkilatı yaratmalı  və yaşlı  nəslin açdıqları 

istiqlal davasını davam etdirəcək kadro və nəsil yetişdirməlidirlər” (6, 7). 

Qeyd edək ki, “Prometey” təşkilatı özünün əsas orqanı olan “Prometey”i nəşr 

etməklə yanaşı, ayrı-ayrı xalqların mühacirət mətbuatı orqanlarına da maddi dəstək 

göstərirdi. Mühacirlərin aşağıdakı yayım orqanlarını bu sıraya daxil etmək mümkündür: 

1) Parisdə gürcülərin çap etdiyi “Sakartvelo”; 2) Rumıniyada Krım tatarlarının nəşr etdiyi 

“Əməl”; 3) Varşavada nəşr olunan “Kavkaz”, (Şimali Kavkas); 4) İdil-Ural türklərinin 

yayım orqanı olan “Yana Milli Yol” (“Yeni Milli Yol”); 5) Türküstanlıların nəşri olan 

“Yaş Türküstan” (“Gənc Türküstan”); 6) Azərbaycanlıların nəşr etdiyi “Kurtuluş”. 

Qeyd edək ki, 20-30-cu illərdə azərbaycanlı mühacirlərin də fəallığı ilə Qafqaz 

Birliyi ideyası reallaşıb ciddi təşkilata çevrildi. Azərbaycandan, Gürcüstandan, Şimali 

Qafqazdan olan təmsilçilər bu ad altında  əslində çoxdan fəaliyyət göstərirdilər. Qeyd 

olunmalıdır ki, hələ 1915-ci ildə Səlim bəy Behbudovun fəallığı ilə ayrıca Qafqaz Ko-

mitəsi yaradılmış, sonradan bu məsələ 1918-ci ildə Trabzon konfransında, 1919-cu ildə 

Müsavat Partiyasının qurultayında  əsaslandırılmışdı. Qeyd olunmalıdır ki, Qafqaz 

birliyi ideyası ilə bağlı məlumatlara da “Prometey” jurnalında rast gəlmək mümkündür.  

Qeyd edək ki, Azərbaycanda həmin illərdə yaşayan polyaklar həmişə bu 

ideyanın tərəfdarı olmuşlar. Belə ki, 1920-ci ilin aprelin 7-də Qafqaz Respublikaları-

nın Tiflis konfransında Azərbaycan nümayəndə heyətindən olan H. Ağayev (heyətin 

rəisi), F.Xoyski, M.Vəkilovla yanaşı polyak-tatar O.H.Mirzə Kriçinski də  təşəbbüs 

göstərib Qafqaz Cumhuriyyətləri  Şurası yaratmaq barədə razılaşma  əldə etmişdilər. 

Şuranın yaradılması ilə bağlı 24 maddədən ibarət layihəsini isə O. Nayman Mirzə 

 

201


Kriçinski hazırlamışdı. Lakin 1920-ci ilin aprelin 27-də bolşeviklərin Azərbaycanı 

işğal etməsi səbəbindən bu layihə həyata keçirilmədi (7). 

Lakin bu istiqamətdə çalışmalar davam edirdi. 1921-ci ildə  Şimali Qafqaz, 

Azərbaycan, Gürcüstan, Ermənistan hümayəndə heyətləri arasında Parisdə müraciət 

imzalandı (5, 159). 1924-cü ilin oktyabr-noyabr aylarında Azərbaycan, Gürcüstan və 

Şimali Qafqasiya təmsilçiləri yenidən Parisdə toplaşır və “Qafqasiya Sovet Rus 

qüvvətlərindən qurtular-qurtulmaz, yüksək dövlət strukturlarının birləşməsi yolu ilə 

bir federalist qurum yaratmaq” planlaşdırılır. Məlum olduğu kimi, hələ 1924-cü ilin 

iyunun 11-də Azərbaycan, Gürcüstan və Şimali Qafqaz nümayəndələrinin imzaladığı 

protokol  əsasında formalaşan Daimi Şura öz qarşısına üç respublika adından 

diplomatik işlər aparmağı  və bu xalqların bir konfederativ dövlətdə birləşdirilməsi 

üçün bütün tədbirləri görməyi qarşısına məqsəd qoyurdu. Göründüyü kimi, Qafqaz 

Konfederasiyasının formalaşması üçün ciddi addımlar atılırdı.  

Bununla bağlı  təmsilçilər 1924-cü ilin sonlarında qurtuluş mücadiləsini 

dəstəkləməklə səlahiyyətli bir Qafqasiya Komitəsi qurur (1, 37).  

1927-ci ildə Varşavada müstəqillik elanının 10 illiyi ilə bağlı keçirilən tədbirlərdə 

qafqazlı  təmsilçilərdən ibarət bir konfederasiya yaratmaq ilkin olaraq səslənir. Bir il 

sonra isə bu qurumun adından Millətlər Cəmiyyətinə önəmli bir nota verilir (8, 1-3). 

Qafqaz Birliyi ilə bağlı formalaşan bu qurumun fəaliyyətinə Polşa dövləti 

böyük köməklik edirdi. Eyni zamanda Polşa bu təşkilatın fəaliyyətini də əlaqələndirir, 

maliyyə işində dəstək göstərirdi. 

Qafqaz Konfederasiya görüşünü vacib bilən Azərbaycan, Gürcüstan və Şimali 

Qafqazın mühacirətdəki milli təmsilçiləri 1934-cü ilin 14 iyulunda Belçikanın mərkəz 

şəhəri Brüsseldə toplaşaraq “Qafqaz Konfederasiya sazişi”ni imzaladılar. Ermənistan 

təmsilçiləri isə sazişi imzalamaqdan imtina etdilər. 

Qafqaz Konfederasiya sazişini (misaqini) Azərbaycan, Gürcüstan və  Şimali 

Qafqaz təmsilçiləri olaraq aşağıdakı liderlər imzalamışdılar: 1) Azərbaycan adına: 

Məhəmməd  Əmin Rəsulzadə - Azərbaycan Milli Şurasının keçmiş  rəisi, Müsavat 

Partiyası və Azərbaycan Milli Mərkəzi lideri; Əlimərdan bəy Topçubaşov – Azərbay-

can parlamentinin keçmiş  sədri və Azərbaycan Cumhuriyyəti Nümayəndə Heyəti 

sədri. 2) Gürcüstan adına: Neo Jordaniya – Gürcüstan Cumhuriyyətinin keçmiş Cum-

hurbaşqanı və Gürcüstan Milli Mərkəzinin rəisi; Ə.Çxenkeli – Gürcüstan Cumhuriy-

yətinin Parisdəki keçmiş nümayəndəsi; 3) Şimali Qafqaz adına: Şimali Qafqaz Cum-

huriyyətinin keçmiş dövlət adamları – Məhəmməd Girey Sunc, İbrahim Çulik, 

Tausultan Şakman. 

Sazişin ümumi müddəalarından göründüyü kimi, bu milli mübarizə liderləri bir 

həqiqəti yəqinləşdirmişdilər ki, yalnız ölkələrinin azadlıq və tam istiqlala qovuşacağı 

təqdirdə millətlərin xoşbəxt həyatı mümkündür. Aydın olurdu ki, bu xalqların bir-

birinə inam birliyindən siyasi və iqtisadi vəhdətin olacağı mümkündür. 

Konfederasiyaya daxil olan hər bir cumhuriyyətin dövlət hüdudularının qorunması da 

önəmli bir hadisə idi. 

Bu tarixi hadisədən məmnun qalan M.Ə.Rəsulzadə həmin ilin noyabrında dünya-

sını dəyişən  Ə.M.Topçubaşovun dəfn mərasimində demişdi: “Xəstəliyin, qocalığın və 

mühacirətdəki yoxsulluğun zəif saldığı  həyatının son günlərində imzaladığı Qafqasya 

Konfederasyonu Musaqinin elanından Əlimərdan bəy son dərəcə məmnun idi” (7).  

“Prometey” jurnalında mühacirlərin Qafqaz birliyi istiqamətində çalışmaları öz 

geniş əksini tapmışdır. 

 

202



ƏDƏBİYYAT 

1.

 



Unutkan tarih (Sovyet Sonrası Türkdilli xalqlar. Hazırlayan: Semih Vaner). İstanbul: 

1996, s. 397.  

2.

 

Абуталыбов Р. Годы и встречи в Париже. М.: 2006, с. 222. 



3.

 

Şimali Kafkasya / Severnıy Kavkaz, Varşava, 1938, №47-48.  



4.

 

Promethee, Paris, 1926, №1. 



5.

 

İbrahimli X. Azərbaycan siyasi mühacirəti. Bakı: Elm, 1996, s. 308. 



6.

 

Mirza Bala. Kafkasyada Milli Hareket. “Kurtuluş”, №36, 1937.  



7.

 

Kurtuluş, Berlin, 1935, №5. 



8.

 

Promethee, Paris, 1928, №23. 



9.

 

Kurtuluş, Berlin, 1934, №2. 



 

 

ДЕЯТЕЛЬНОСТЬ АЗЕРБАЙДЖАНСКИХ ЭМИГРАНТОВ  



В ЖУРНАЛЕ «ПРОМЕТЕЙ» 

 

Н.ЯГУБЛУ 

 

РЕЗЮМЕ 

 

В  статье  проанализированы  формирование  организации  «Прометей»  и  деятель-

ность азербайджанских эмигрантов в её одноимённом журнале. Отмечу, что прометей-

ство было движением организованным не русскими эмигрантами. Журнал «Прометей» 

начал  своё  издание  в  Париже  на  французском  языке  в 1926-ом  году.  Главным 

редактором  журнала  был  Георгий  Гвазава – грузин  по  национальности.  В  редакцион-

ный  состав  журнала  входили  Магамед  Амин  Расулзаде,  Ной  Джордани,  Александр 

Шулгин,  Аяз  Исшаги,  Мустафа  Чокайоглы,  Мирьягуб  Мехтиев  и  др.  Большинство 

опубликованных  материалов  о  СССР  в  журнале  «Прометей»  получали  из  Турции. 

Европейская  общественность  получала  информацию  о  процессах  происходящие  на 

Кавказе  и  в  Азербайджане  на  основе  этих  материалов.  Основную  поддержку  журналу 

«Прометей» оказывало Польское государство.  



   

 

 

 

 

 

 

 

THE ACTIVITY OF AZERBAIJAN EMIGRANTS  

IN THE MAGAZINE “PROMITE” 

 

N.YAQUBLU 

 

SUMMARY 

 

The formation of the organization “Promite” and the activity of Azerbaijan emigrants 



are analysed in the article of its magazine of the same name. I will note that “The Promite” 

was a mowement organised not by Russian emigrants. The magazine “Promite” began its 

edition in Paris in French Language in 1926. Gearge Gvazava, a Gergian man, was the head 

editor-in-chief of the magazine. Mahammad Amin Rasulzadeh, Noy Gordani, Alexander 

Shulqin, Ayaz Iskhagy, Mustafa Chokhayoqly, Miryagub Mehdiyev and others were the cast 

of editorial of the magazine. The majority of the published materials about the USSR in the 

magazine “Promite” were provided from Turkey. The European public received information 

about processes occurinq in caucasus and in Azerbaijan on the basis of these materials. The 

main support to the magazine “Promite” was rentered by Polish state.  

 

 



203

: Xeberler%20Jurnali -> Humanitar%202009%204
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №1 Sosial-siyasi
Xeberler%20Jurnali -> Uot 663. 1 Muğan düZÜNÜn paxlali biTKİLƏRİNİn mikobiotasi
Humanitar%202009%204 -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Sosial-siyasi elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Sosial-siyasi elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Sosial-siyasi elmlər seriyası
Xeberler%20Jurnali -> Лцтдцкштвцт ишкшвшк. Ибдпцтшт шйдшь жцкфшеш игкфтэт рцдц фде зфдущдше вбмкът- вцт ьцылгтдфжьфыэтф жцкфше нфкфеьэжвэк
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №2 Humanitar elml
Humanitar%202009%204 -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar elmlər seriyası




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə