BAKI
UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№4
Humanitar
elmlər seriyası
2014
UOT 94(479.24)
XX
ƏSRİN 80-90-cı İLLƏRİNDƏ
QAZAXISTANDA
MİLLİ-AZADLIQ MÜBARİZƏSİ
X.İ.İLYASOVA
Gəncə Dövlət Universiteti
xatire_ilyasova@mail.ru
SSRİ-nin dağılması ərəfəsində Qazaxıstanda ictimai-siyasi gərginliyin artması kütləvi
etiraz
dalğasının genişlənməsinə və milli-azadlıq hərəkatının geniş vüsət almasına gətirib
çıxartdı. Tələbə hərəkatı və ictimai birliklərin meydana gəlməsi ilə müstəqillik uğrunda
mü
barizə daha kəskin xarakter aldı və16 dekabr 1991-ci ildə Qazaxıstan dövlət müstəqilliyini
elan etdi.
Açar
sözlər: müstəqillik, sosial-ekoloji problemlər, milli-azadlıq hərəkatı, ictimai bir-
liklər
SSRİ-də və dünya sosializm sistemində iqtisadi, siyasi və sosial sahədə
uzun
müddət formalaşan böhran 1980-ci illərin sonlarında daha da kəskin xa-
rakter
aldı. Sovet imperiyasının çökməsi ərəfəsində Qazaxıstanda da yaran-
maqda olan ümumxalq
narazılığı özünü açıq formada büruzə verməsə də,
müstəmləkəçilik və sistemli assimliyasiya siyasətinə etiraz hərəkatının başlan-
ması üçün fürsət 1986-cı ilin sonlarında yarandı. Uzun illər Qazaxıstan Kom-
munist
Partiyasına rəhbərlik etmiş Dinməhəmməd Kunayev vəzifədən azad
edildi.
Qazaxıstanın müasir tarixinin tanınmış simalarından olan D.Kunayevi
“idarəetmədə rüşvətxorluq və bürokratiyaya yol verməkdə günahlandıraraq”
işdən azad etmişdilər.
D.Kunayev
Qazaxıstanda 30 ildən artıq rəhbər vəzifədə çalışmışdı və
partiya idar
əçiliyində onun L.İ.Brejnev dövründə formalaşmış köhnə metodlara
üstünlük verm
əsi hələ Sov.İKP rəhbərliyində olarkən Andropovun diqqətini
ç
əkmişdi. O, mövcud reallıqlara uyğun fəaliyyətini qura bilmirdi. Bu sırada
Sov.İKP MK-nın Baş katibi postuna K.Çernenkonun seçilməsi prosesi tormoz-
lamış oldu. Kunayevin işdən çıxarılma ərəfəsində yaşı yetmişi keçmişdi, psi-
xoloji v
ə fiziki cəhətdən yorulmuşdu. Bu baxımdan Kunayevin rəhbər vəzi-
f
ədən uzaqlaşdırılması Qazaxıstanda sakit qarşılandı, ancaq birinci katib və-
102
zif
əsinə rus millətindən olan Gennadi Kolbinin gətirilməsi vətəndaşların, xüsu-
s
ən də gənclərin etirazına səbəb oldu. Qazax cəmiyyətində mərkəzin kadr dəyi-
şikliyinə həyəcanlı reaksiya verilməsi, eyni zamanda, Özbəkistandakı proses-
l
ərlə bağlıdır. Məlumdur ki, Özbəkistanda da yerli partiya rəhbərliyinin dəyiş-
dirilm
əsindən sonra qondarma faktlar əsasında kütləvi represiyalarla müşahidə
olunan istintaq
işi başlanmışdı. Belə bir aqibət 1986-cı ildə G.Kolbinin
hakimiyy
ətə gəlişi ilə Qazaxıstanda da gözlənilirdi. O zaman İttifaqda narazı-
lıqların əsil səbəblərini gizlədərək bunu vəzifə dəyişikliyi ilə əlaqələndirməyə
çalışırdılar. 1986-cı ilin 17-19 dekabrında Kunayevin yerinə Kolbinin təyin
edilm
əsinə etiraz əlaməti olaraq minlərlə qazax tələbəsi Alma-Atada mitinq
keçirdi.
Qarmaqarışıq şəraitdə iki rus növbətçisinin öldüyü, minlərlə insanın
x
əsarət aldığı bildirilirdi. Dinc nümayiş iştirakçılarına cəza tədbirləri tətbiq
edildi. G
ənc demokrat Kayrat Rıskulbekov mübarizə rəmzi kimi tanındı.
K.R
ıskulbekova dekabr hadisələrinə görə hakim partiya tərəfindən ölüm hök-
mü verildi. Kayrat mü
əmmalı şəraitdə həbsxanada öldü (1, 84-85).
Nizam-
intizamı bərpa etmək üçün ilk dəfə olaraq ordudan istifadə edildi.
Ümumiyy
ətlə, 1986-cı il Sovet tarixinə millətlərarası toqquşma ili kimi daxil
oldu. H
ələ Qazaxıstan hadisələrindən bir neçə ay əvvəl mart-aprel aylarında
Yakutiyada yakut t
ələbələri ilə rus gəncləri arasında qarşıdurma olmuşdu.1986-
cı ilin dekabr olayları zamanı küçələrə çıxan minlərlə insanın səsləndirdiyi
“Kolbin, Rusiyaya geri dön”,
”İstiqlal istəyirik!”, “Qazaxıstan qazaxlarındır!”,
“Qazaxıstan BMT-də təmsil olunmalıdır” kimi şüarlar da səslənmişdi (2,42-
43). Bu da öz növb
əsində sovet partiya rəhbərliyinin ciddi narahatlığına səbəb
olmuşdu, ancaq həmin vaxt dərhal yeni təyinat dəyişmək siyasi gərginliyi daha
da d
ərinləşdirə bilərdi. Etiraz dalğasının daha da qüvvətlənməsindən ehtiyat
ed
ən sovet rəhbərliyi 10 yanvar 1987-ci ildə Qazaxıstan KP MK-nın ikinci
katibi v
əzifəsinə milliyətcə qazax olan S.Kubasovu gətirmək məcburiyyətində
qaldı (6, 87). Hadisələrin bir daha təkrarlanmaması üçün DTK vasitəsilə işti-
rakçılar təqib olunmağa, həbs edilməyə başlandı. Alma-Ata olayları Orta Asi-
yada milli m
əsələnin ciddi olduğunu, rusların və onların timsalında imperiyaya
nifr
ətin getdikcə dərinləşdiyini göstərdi. Tələbələrin etiraz hərəkatı respubli-
kanın ictimai-siyasi həyatı üçün xarakterik olmayan dinamiklik yaratdı. Artıq
ill
ərdən bəri yığılıb qalan problemlərin həll edilməsi yönümündə ictimaiyyətin
t
ələblərindən doğan və ziyalıların rəhbərlik etdiyi çoxlu ictimai birliklər, qeyri-
hökum
ət təşkilatları meydana çıxdı (2, 43).
1987-ci ild
ə Qazaxıstanda müstəqil təşkilatlar yarandı. Bu təşkilatlar içə-
risind
ə cəmiyyətin həyatında tez bir müddətdə aparıcı rol oynamağa başlayan
“T
əşəbbüs” Sosial-Ekoloji Birliyini, Balxaş və Aral problemləri üzrə İctimai
Komit
əni misal göstərmək olar (4, 87). Bütövlükdə cəmiyyətin getdikcə de-
mokratikl
əşməsi və inzibati-amirlik sisteminin laxlaması yeni ictimai-siyasi
h
ərəkatların formalaşması və inkişafını stimullaşdırırdı. Siyasi arenaya atom
əleyhinə hərəkat “Neveda-Semipalatinski”nin qədəm qoyması qazax cəmiyyə-
tinin
inkişafının yeni mərhələsi demək idi. Hərəkata görkəmli yazıçı və ictimai
103
xadim Oljas Süleymenov r
əhbərlik edirdi. SSRİ-nin dağılması ərəfəsində ya-
ranmış ictimai təşkilatların məhz sosial-ekoloji problemlərin həlli tələbi ilə
çıxış etməsi təbii idi. Hələ Sovet İttifaqının tərkibində olduğu dövrdə Mərkəzi
Asiyanın ekoloji durumunun getdikcə ağırlaşması müşahidə olunurdu. Bunun
başlıca səbəbi isə yerli şəraitin imkanlarını nəzərə almadan kütləvi şəkildə
k
ənd təsərrüfatı bitkilərinin əkilməsi, əkin sahələrinin süni surətdə genişlən-
dirilm
əsi, istər SSRİ, istərsə də Çin tərəfindən yeraltı, yerüstü və səmada
yüzl
ərlə nüvə silahının sınaqdan çıxarılması və s. olmuşdur.
Ekoloji
tarazlığın pozulmasının nəticəsidir ki, Orta Asiya respublikaları
keçmiş İttifaq miqyasında həmişə uşaq ölümünə görə ilkin yerləri tuturdu,
n
əsillərin cırlaşma prosesi intensiv xarakter alır, onkoloji xəstəliklərin sayı
artırdı. Elə buna görə də, regionda yerləşən dövlətlərin qarşısında duran əsas
m
əsələlərdən biri də təbii tarazlığı qoruyub saxlamaq, ekoloji problemlərin
h
əlli üçün birgə səy göstərməkdir. Regionun ayrı-ayrı yerlərində SSRİ dəfələrlə
nüv
ə silahını sınaqdan keçirib. 2002-ci ildə mərkəzi ofisi Surrey qraflığında
yerl
əşən Britaniya Onkoloji Mərkəzinin mütəxəssisləri SSRİ-nin bir neçə on
ill
ər nüvə silahlarının sınaqdan keçirdiyi Semipalatinsk poliqonu yaxınlığında
yaşayan insanlar üzərində tibbi ekspertiza aparıblar. 1949-1989-cu illər ərzində
Sovet
İttifaqı Semipalatinskdə 470 atom bombasını sınaqdan keçirib – onlardan
354-ü yer
altında, 90-ı havada, 26-sı isə yerin təkində partladılıb. 40 il ərzində
partlayışların ümumi çəkisi 17 milyon kiloton olub. Radioaktiv tullantıların
poliqonun
yaxınlığında yaşayan yaşlı və uşaqların səhhətinə mənfi təsir etməsi
bar
ədə geniş ictimaiyyətin heç bir məlumatı olmayıb. Sınaqlar keçirilən vaxt
SSRİ-nin tibb mütəxəssisləri gizli qaydada həm Semipalatinskdə, həm də
poliqondan 150 km k
ənarda məskunlaşmış əhali üzərində tibbi müşahidələr
aparıb. Ancaq əldə olunan bütün nəticələr gizli saxlanılıb. Britaniya alimlərinin
verdikl
əri açıqlamalara görə, nüvə silahının sınaqdan keçirilməsi nəticəsində
nüv
ə çöküntüsü yaranmış zonalarda insanlarda gen dəyişmələri müşahidə
olunur.
Artıq BMT tərəfindən Semipalatinsk xüsusi təhlükə zonası hesab edilir.
Qeyd ed
ək ki, Semipalatinskdən uzaq olmayan, Qazaxıstanla sərhəddə yerlə-
şən, uyğur türklərinin yaşadığı Çinin Sintszyan vilayətində də nüvə sınaqları
keçirilm
əkdədir. Burada, 11-i yer altında olmaqla, 44 dəfə partlayış törədilib.
Kolbin Moskvada
başqa vəzifəyə təyin olunduqdan sonra 1989-cu il
iyunun 22-d
ə Nursultan Abış oğlu Nazarbayev Qazaxıstan KP MK-nın birinci
katibi seçildi. Nazarbayevin qazax türkl
ərinin qəlbində bir lider olaraq özünə
yer etm
əsini şərtləndirən amil dil məsələsi ilə bağlı olmuşdu. Sovetlərin uzun
zaman dön
əmində həyata keçirdiyi mədəni istila və assimilyasiya siyasəti,
dig
ər tərəfdən, yerli qazaxlardan sayca çoxluq təşkil edən rus gəlmələrinin bu-
rada yerl
əşdirilməsi nəticəsində uzun illər rus dili Qazaxıstanın rəsmi dili kimi
istifad
ə olunurdu. Nazarbayev 1989-cu ilin sentyabr ayında qazax türkcəsinin
respublikanın dövlət dili elan olunmasına nail oldu. Artıq bundan sonra qazax
türkü öz ölk
əsində ana dilindən rəsmi səviyyədə istifadə edə biləcəkdi (7, 187).
104
Uzun ill
ər rus dili və mədəniyyətinin təsiri altında olan və incidilən qazax
türkl
əri milli mənliyinin qorunmasında xidməti olan Nazarbayevə böyük hör-
m
ət və ehtiramla yanaşırlar. Mərkəzdə gedən proseslər, “yenidənqurma”nın
sovet c
əmiyyətinə bəxş etdiyi yumşalma, bürokratik dövlət aparatının artıq
inzibati-amirlik
metodları ilə işləyə bilməməsi Qazaxıstanda da geniş əks-səda
doğurmuşdu (8, 19). Bu ərəfədə 1990-cı ilin martında XII çağırış Qazaxıstan
Ali Sovetin
ə seçkilər keçirildi. Bu, hələ inzibati-amirlik sisteminin öz təsir
imkanlarını qoruyub saxladığı bir şəraitdə keçirilən ilk demokratik seçki idi.
360 deputat
mandatı uğrunda iki mindən artıq adam iştirak edirdi. Seçkilərdə
ictimai t
əşkilatların 90-dan artıq nümayəndəsi qələbə çaldı. 1990-cı ildən
başlayaraq, respublikada siyasi vəziyyət köklü surətdə dəyişdi. İctimai-siyasi
h
ərəkatlar institutlara, birinci növbədə Qazaxıstan KP-nin hakim strukturuna
t
əsir etməyə başladı. Rəhbərliyi iqtisadiyyatda yaranmış böhranda və həyata
keçiril
ən islahatlarda qarşıya çıxan uğursuzluqda ittiham edirdilər. Bu zaman
KP daxilind
ə də fikir ayrılıqları baş qaldırmışdı və partiyanın özünün islahat-
lara ciddi ehtiyac duy
ması barədə açıq-aşkar fikirlər səslənirdi. Cəmiyyətin
demokratikl
əşmə kursunun mahiyyətində siyasi sistemdə xalq nəzarətinin
artırılmasını təmin etmək dayanırdı. Məhz belə şəraitdən faydalanaraq yeni
partiyalar siyasi arenaya
çıxdı.
“Azat”, “Jeltoksan”,
“Alaş”, “Birlik”, Sosial-demokrat partiyasi və s. Ye-
ni ictimai birlikl
ərin yaranması öz növbəsində ictimai təşkilatların fəaliyyətini
t
ənzimləyən hüquqi bazanın formalaşdırılmasını zəruri edirdi. Bununla əla-
q
ədar olaraq 1989-cu ilin 14 aprelində Qazaxıstan SSR Ali Soveti “Müstəqil
ictimai birlikl
ərin yaradılması və fəaliyyəti haqqında” qanun qəbul etdi. Ali
Sovetin 1991-ci ilin
yayında qəbul etdiyi ”İctimai birliklər haqqında” qanunla
is
ə respublikada ictimai birliklərin inkişafını stimullaşdıran hüquqi baza
formalaşmış oldu.
1991-ci ilin 19 avqustunda Moskvada dövl
ət çevrilişinə cəhd və Dövlət
Fövq
əladə Vəziyyət Komitəsinin yaranması (DFVK) SSRİ-nin süqutunu sürət-
l
əndirdi, eyni zamanda müttəfiq respublikalarda milli-azadlıq hərəkatının
vüs
ətlənməsinə təkan verdi. Bu zaman DFVK-nin qərarlarına tabe olmayacağı-
nı bildirən N.Nazarbayev xalqına müraciət etdi (3, 270). Suveren respublikanın
prezidenti
xalqın təbii tələbatından doğan bir sıra fərmanlar verdi: “Qazaxıstan
SSR T
əhlükəsizlik Şurasının yaradılması haqqında”, “Qazaxıstan SSR Qızıl və
Almaz fondunun
yaradılması haqqında”, “Semipalatinsk nüvə poliqonunun
bağlanması haqqında” və s.
1991-ci ilin
sentyabrında isə Qazaxıstan KP-nin buraxılması haqqında
q
ərar qəbul edildi. SSRİ-nin əksər türkdilli respublikalarında olduğu kimi,
burada da yerli partiya öz strukturunu qoruyub saxlaya bildi,
başqa sözlə, cə-
miyy
ətdə gedən proseslərin gedişində müəyyən keyfiyyət dəyişikliklərinə keç-
m
əklə hakim mövqenin qorunub saxlanılmasına nail olundu. Ölkədə çoxsaylı
ictimai-siyasi h
ərəkatlarla yanaşı, Qazaxıstan KP daxilində də islahatameylli
yenilikçi qüvv
ələr mövcud idi.
105
16 dekabr 1991-ci ild
ə Qazaxıstan dövlət müstəqilliyini elan etdi. Ali
Sovet
“Qazaxıstan Respublikasının dövlət müstəqilliyi haqqında” qanun qəbul
etdi.
SSRİ-nin dağılmasından sonra Qazaxıstan Sovet Sosialist Respublikası,
postsovet m
əkanında dövlət müstəqilliyini elan edən sonuncu ölkə oldu. Bu
tarixi hadis
ədən bir neçə gün öncə isə dekabrın 1-də Qazaxıstanın tarixində ilk
d
əfə olaraq, respublikada ümumxalq səsverməsi yolu ilə birinci prezident
seçkil
əri keçirildi. Seçkilərdə Nazarbayevə alternativ namizədliyi irəli sürül-
müş X.Koyəhmədovu “Jeltoksan”, ”Alaş”, ”Azat” və başqa ictimai siyasi bir-
likl
ər dəstəkləyirdi. Seçkilərdə N.Nazarbayev qələbə çaldı. Qazaxıstan prezi-
denti ümumxalq s
əsverməsi yolu ilə yeddi illiyə seçilir. Qazaxıstanda son pre-
zident seçkisi 2011-ci il l4 fevralda
keçirilmiş və N.Nazarbayev yenidən
prezident
seçilmişdir.
1992-ci il 4 iyunda
“Qazaxıstan Respublikasının dövlət
bay
rağı haqqında” qanun qəbul olundu. Qazaxıstan Respublikasının dövlət
bayrağı kvadrat şəkilli mavi qumaşdan hazırlanır. Bayrağın ortasında 32 işıq
şüasından ibarət olan günəş və onun altında da bozqır qartalı, sol tərəfdə isə
milli motivl
ərdən ibarət şaquli bir xətt yerləşir. Günəş, milli motivlər, işıq şüa-
ları və qartal təsvirləri qızılı rəngdədirlər. Mavi türkçülüyü ifadə edir, günəş
h
əyat mənbəyi, qartal heyvandarlığa işarədir.
Qazaxıstan Respublikasının milli
gerbi 1992-ci il 4 iyun tarixind
ə yaranmışdır. Ölkənin dövlət dili Türk dilləri
ail
əsinə mənsub olan Qazax dilidir. Bundan əlavə rəsmi dil rus dilidir. Qa-
zaxıstan Respublikasında qeydiyyatdan keçmiş 85 dini qurum fəaliyyət gös-
t
ərir. Lakin əsas din İslam dinidir və əhalinin 60 %-i bu dinə etiqad edir. Qa-
zaxıstan siyasi sisteminin mühüm komponenti olan Konstitusiyanın 1993-cü
ilin 28
yanvarında qəbul olunmasına baxmayaraq, sonradan cəmiyyətdə siyasi
münasib
ətlərin gərginləşməsi, xüsusən də hakimiyyətin qolları arasında böhran
bura bir
sıra yeni, mindən çox təklif bildirilmişdi. Konstitusiya komissiyası
ir
əli sürülən bütün təklifləri nəzərdən keçirmiş və təkliflərin böyük bir hissəsi
layih
ənin yekun variantında öz əksini taparaq 1993-cü ilin 28 yanvarında XII
Çağırış Qazaxıstan Respublikası Ümumxalq Məclisinin doqquzuncu sessiya-
sında qəbul olunmuşdur.
ƏDƏBİYYAT
1.İsmayılov İ. Türk dünyası XX əsrin 90-cı illərində. Bakı: Zaman, 2001
2.Məmmədli N. Mərkəzi Asiyanın türk dövlətləri və Türkiyə. Bakı: 2005
3. Nazarbayev N.
Yüzyılların kavşağında. Ankara: Bilig, 2000
4. Saray M. Yeni Türk Cümhuriyyetleri tarihi. Ankara: Bilig, 1999
5. Özdemir, Emin.
20.Yüzyılın Başlarında Kazakistanda Fikir Hareketleri,Yayınlanmamış
Doktora Tezi, Gazi Üniversitesi Sosyal Bilimler Enstitüsü, Ankara: 2007
6. Muhtar Sahanov. Jeltoksan
Epopeyası.bd, Almatı: 2006
7. Ali
Kafkasyalı. Bağımsız lıklarının 20.Yılında Kazakların İstiklal Mücadelesi Tarihine Bir
Bakış.Türk Dünyası Dncelemeleri Dergisi, XII/1, 2012
8.Ergin Ayan. Kafkaziya ve Türküstanda Ulus-Devletler Sistematinin
Oluşma Süreci. Sosyal
Bilimler
Araştırmaları Dergisi, 2011
106
НАЦИОНАЛЬНО-ОСВОБОДИТЕЛЬНАЯ БОРЬБА В КАЗАХСТАНЕ
В 80-90-х ГОДАХ ХХ ВЕКА
Х.И.ИЛЬЯСОВА
РЕЗЮМЕ
Накал общественно-политической напряженности в Казахстане накануне распада
СССР привело к усилению национально-освободительного движения. Образование об-
щественных организации и студенческое движение еще больше усилило борьбу и 16
декабря 1991 года Казахстан объявил государственную независимость.
Ключевыe слова: независимость, социально-экологические проблемы, нацио-
нально-освободительное движение, общественные организации.
NATIONAL-FREEDOM STRUGGLE IN KAZAKHSTAN
IN THE 80-90S OF THE XX CENTURY
Kh.I.ILYASOVA
SUMMARY
Increase of public- political tension in Kazakhstan on the eve of the collapse of the
USSR resulted in widening of mass protest waves and spreading of national-freedom move-
ment. Creation of student movements and public unions influenced the struggle for freedom
more ardently and on December 1991, Kazakhstan declared its state independence.
Key words: independence, social-ecological problems, national-freedom movements,
public unions
107
Dostları ilə paylaş: |